Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3932/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunması və əlilliyə görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunması və əlilliyə görə əmək pensiyasının bərpa olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli imtina məktubunda göstərilmiş Qərarın ləğv edilərək, ona qanunla təyin edilməsi nəzərdə tutulan, haqqı olan əlilliyə görə əmək pensiyasının yenidən bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, əmək pensiyasının yenidən bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2008-ci il tarixində qanunvericiliklə tələb olunan sığorta stajı tam olduğundan ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən etibarən, qanuna uyğun olaraq əmək pensiyası alırdı, lakin xx.xx.2023-cü il tarixindən etibarən ona təyin edilən əmək pensiyası ödənişi əsassız səbəbdən dayandırılmışdır. Belə ki, pensiya işinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Xətai rayonu Əhmədli Bələdiyyəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yarandığından araşdırılması üçün Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixində monitorinq keçirilmişdir. Monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanmadığı müəyyən edldiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemində olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Əhmədli Bələdiyyəsində olan dövr sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən ona təyin edilən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır”. Qeyd olunan hal əlilliyi olan şəxs kimi onun hüquqlarını pozur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-6175/2024 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, iddiaçının müraciəti üzrə aparılmış xidməti araşdırma zamanı məlum oluşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdə qanunvericiliklə tələb olunan 1 il sığorta stajı olmadığı halda ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə daxil olan ona məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xətai rayonu Əhmədli Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işlədiyi əmək fəaliyyəti dövrlərinin (01 il 11 ay 17 gün) araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Əhmədli Bələdiyyəsində olan dövrün onun sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sözügedən dövrlərin araşdırılması məqsədi ilə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya xx.xx.2023-cü il arixli 3-17-1/3-1- 110277/2023 nömrəli cavab məktubunda qeyd edlmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, sığortaedən Xətai rayon Əhmədli Bələdiyyəsi (SUN: **********4) tərəfindən təqdim edilmiş 2006-cı il üzrə illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlər, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Qeyd edilən səbəblərdən İddiaçı təyin edilən sözügedən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemi”ndə olan məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 17935,50 manat (6 il 8 ay sığorta stajına uyğun) olmaqla tələb olunan pensiya kapitalından (17935,50 manat) çox olmasına baxmayaraq, iddiaçının sığorta stajı 6 il 8 ay olmaqla qanunvericilikdə 37 yaş üçün tələb olunan müddətdən (7 il 4 ay) azdır. İddiaçının ümumi sığorta stajı (6 il 8 ay) qanunvericiliklə tələb olunan 7 il 4 ay sığorta satajından (37 yaş üçün) az olduğundan ona orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin halları. İş materiallarında olan: xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsi tərəfindən doldurulmuş ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: - xx.xx.2005-ci il tarixdə Xətai rayonu, Əhmədli Bələdiyyəsinin vergi müfəttişi vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.2008-ci il tarixdə Nizami rayon Qaz İstismar İdarəsində 1 saylı QİS-yə 4-cü dərəcəli çilingər nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir; - xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə korporativ satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2018-ci il tarixdə Korporativ satış üzrə mütəxəssis vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Korporativ satış şöbəsinə şöbə müdiri vəzifəsinə keçirilmiş,xx.xx.2023-cü il tarixdə vəzifəsindən azad edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 29 dekabr 2023-cü il tarixli 3-17-1/2-310600/2023 №li məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı (Nizami, № 083994) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 649273 №li “TSEK-də müayinə aktından çıxarış”dan müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən (ilkin müayinə) “uşaqlıqdan” əlillik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 497237 №li “TSEK-də müayinə aktından çıxarış”dan müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən “uşaqlıqdan” əlillik səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 1223 №li xx.xx.2008-ci il tarixli qərarı ilə İddiaçı İİİ qrup əlilliyə görə xx.xx.2008-ci il tarixdən pensiya təyin olunması qərara alınmışdır. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-Z-15567/2023 №li xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2008-ci il tarixdən İddiaçı əlilliyə görə (40 %) təyin edilmiş pensiyanın məbləği 308 manat 10 qəpik təşkil edir. Qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2023-cü il tarixinə tələb olunan 7 il 4 ay (fakt 6 il 8 ay) sosial sığorta stajı olmadığı üçün Əlilliyə görə əmək pensiya hüququ yoxdur (xx.xx.2023-cü il tarixinə tələb olunan 17740,80 manat, faktiki sığorta kapitalı 17935,50 manat). Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3713,40 manat artıq ödəmə müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə kimi PAS-da sığorta ödəmələri qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Artıq vermə 3713,40 manat müəyyən olunmuşdur. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-K-298835/2023 №li xx.xx.2023cü il tarixli qərarından görünür ki, xx.xx.2008-ci il tarixdən İddiaçı əlilliyə görə (40 %) təyin edilmiş pensiyanın məbləği 308 manat 10 qəpik təşkil edir. Qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2023-cü il tarixinə tələb olunan 7 il 4 ay (fakt 6 il 8 ay) sosial sığorta stajı olmadığı üçün Əlilliyə görə əmək pensiya hüququ yoxdur (xx.xx.2023-cü il tarixinə tələb olunan 17740,80 manat, faktiki sığorta kapitalı 17935,50 manat). Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3713,40 manat artıq ödəmə müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə kimi PAS-da sığorta ödəmələri qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Artıq vermə 3713,40 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 dekabr 2023-cü il tarixli 3-17-5/2-54903/2023 №li məktubunda göstərilmişdir ki, İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 01/03 №li 09 yanvar 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Xətai rayonu Əhmədli Bələdiyyəsində işləməsinə, əmək haqqı almasına dair məlumatın, həmçinin ona məxsus əmək fəaliyyəti ilə bağlı müfəssəl arayışın, işə daxil olma və işdən xaric olunma əmrlərinin təsdiq edilmiş və sonuncunun işlədiyi dövrlərdə ödənilmiş əmək haqqı cədvəllərinin surətlərinin Xətai rayon Əhmədli Bələdiyyəsinin arxivində olmaması səbəbindən, məhkəməyə təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********122900 №li məktubunda göstərilmişdir ki, 2005-2006-cı illər üzrə tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi” Qaydalarına uyğun olaraq saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 04 mart 2024-cü il tarixli 3- 48-2F/2-548/2024 №li məktubunda göstərilmişdir ki, Xətai rayonu Əhmədli Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən 2005-2006-cı illərə dair sənədlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2-K-244576/2023 №li imtina məktubunda İddiaçı bildirilmişdir ki, müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il tarixində qanunvericiliklə tələb olunan 1 il sığorta stajı olmadığı halda ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə daxil olan ona məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xətai rayonu Əhmədli Bələdiyyəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Əhmədli Bələdiyyəsində olan dövrün onun sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemi”ndə olan məlumatlara əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 17935,50 manat (6 il 8 ay sığorta stajına uyğun) olmaqla tələb olunan pensiya kapitalından (17935,50 manat) çox olmasına baxmayaraq, iddiaçının sığorta stajı 6 il 8 ay olmaqla qanunvericilikdə 37 yaş üçün tələb olunan müddətdən (7 il 4 ay) azdır. Onun ümumi sığorta stajı (6 il 8 ay) qanunvericiliklə tələb olunan 7 il 4 ay sığorta satajından (37 yaş üçün) az olduğundan ona orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.2. əlilliyə görə əmək pensiyası. ... Maddə 11. Əlilliyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri. 12.1. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1986-cı il təvəllüdlü olmaqla, onun 19 yaşı xx.xx.2005-ci il tamam olmuşdur. İddiaçıya əlillik dərəcəsi xx.xx.2003-cü il tarixdən (19 yaşınadək) təyin edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyası xx.xx.2008-ci il tarixdən təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin (iddiaçıya pensiya təyin olunan zaman yəni, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada) təhlili onu göstərir ki, 19 yaşınadək əlil olmuş sığorta olunana əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün o, 1 il sığorta stajına malik olmalı idi. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 il iş stajı tələb olunurdu. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.2008-ci il tarixədək (əlilliyə görə əmək pensiyası təyin olunan günədək) onun əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.2005 - xx.xx.2006-ci illər Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi; xx.xx.2008 - xx.xx.2008-cı illər Nizami rayon Qaz İstismar İdarəsi. İddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi, aparılan araşdırma zamanı iddiaçının tələb olunan sığorta stajına malik olmadığına (xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Əhmədli Bələdiyyəsində olan dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır) görə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Lakin iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh inzibati orqan əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək onun 11 ay 21 gün ümumi iş stajı olmuş, qeyd olunan stajla bərabər sonuncunun Nizami rayon Qaz İstismar İdarəsində işlədiyi 02 ay (xx.xx.2008 - xx.xx.2008-cı illər) sosial sığorta stajı nəzərə alındıqda isə bu satj əlilliyin təyin olunduğu günə qanunla tələb olunan 01 illik müddətdən də çox, yəni 01 il 01 ay 21 gün təşkil etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının əsaslarını qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət verməmişdir. Bu zaman isə qanunla nəzərdə tutulan diskresion səlahiyyət həddi cavabdeh orqan tərəfindən aşılmasına əsas olmuşdur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 37-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. “İnzibati icraat haqqında “ Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-nin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilməli, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev