Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3933/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X1rşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1987-xx.xx.1990-ci ildə Sumqayıt şəhər 35 saylı X11 təhsil aldığı müddət ümumi iş stajna daxil edilməklə ona xx xxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı x xxxxxx 2006-cı ilədək 15 ildən artıqdır. xx.xx.1987-xx.xx.1990-cı ildə 35 saylı Sumqayıt şəhər X11 təhsil almışdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş ’’Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. Eyni zamanda xx xxxx 1990-cı ildən xx xxxx 1999-cu ilədək “xxxxxxxxx“ İstehsalat Birliyinin “Etilen Poletilen“ zavodunun doqquz il müddətində Azərbaycan Respublikası Nazjrlər Kabinetinin xx xxxx 1993 cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmışdır. xx xxxxxx 2006-cı ilədək 18 il iş stajına malik olmuşdur. Güzəştli şərtlərlə ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya görə 15 il ümumi stajı olan və bu stajın ən azı 7 il 6 ayını güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən, həmin yaş həddi xx.xx.1997-ci il tarixindən başlayaraq xx.xx.2000-ci il tarixinədək hər il 6 ay artırılmışdır. Yəni iddiaçı ilə bağlı tələb olunan yaş həddi 49-a qaldırılmışdır. İddiaçı isə xx.xx.1972-ci il təvəllüdlüdür, yəni hələ 49 yaşı tamam olmamışdır. Buna görə də hazırki iddia ilə bağlı subyektiv hüququ yaranmamışdır. Bundan əlavə məlum olduğu kimi güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə qadınlarla əlaqədar üç tələb müəyyənləşdirir: 55 yaşına çatma (yaş); azı 20 il ümumi və 10 il güzəştli iş stajına malik olma (staj); fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı). Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə imkan yaradır ki, yuxarıda sadalanmış üç tələbdən birinci və ikinci tələblə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilsin. Qeyd olunan maddə 3-cü tələbə münasibətdə xx.xx.2006-cı ilə qədərki qanunvericiliyin tətbiqinə imkan yaratmır. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmasım istisna etmir. İddiaçıya münasibətdə yaş və staj tələbləri xx.xx.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Lerik rayonu, Nücü kəndində doğulmuşdur. - Sumqayıt 10 №-li Peşə Liseyinin 31 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixində 35 №-li X16 Məktəbinə daxil olmuş, (hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il 99 nömrəli qərarı ilə 10 №-li Sumqayıt peşə liseyi adlanır) “Nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı” ixtisası üzrə təhsil almış və xx.xx.1990-cı il tarixində tam kursu bitirmiş, ******* saylı diplomla təmin olunmuşdur. - İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ldən xx.xx.1990-cı ilədək Sumqayıt şəhəri, 35 saylı X11 təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək 35 saylı texniki peşə məktəbinin təyinatı üzrə “Üzvi sintez” istehsalat birliyi yüksək təzyiqli polietilen zavodunun konfeksiyalaşdırma sexinin hazır məhsulun qablaşdırılması və göndərilməsi şöbəsinə qablaşdırma maşınlarının 3-cü dərəcəli maşinisti vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək qablaşdırma maşınlarının 4-cü dərəcəli maşinisti vəzifəsində işləmiş, xx.xx.1994-cü ildə “Üzvi sintez” İB-nin ləğvi ilə əlaqədar “xxxxxxxxx” Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 128 saylı əmrinə əsasən yeni yaranmış “Etilenpoletilen” zavoduna keçirilmiş, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək “Etilenpoletilen” zavodunun 12 saylı konfeksiya sexində 4-cü dərəcəli maşinist, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək 33 saylı su, qaz və kanalizasiya sexinə 4-cü dərəcəli nasos qurğu maşinisti, xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək həmin sexdə 5-ci dərəcəli nasos qurğu maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək su və kanalizasiya (J-66) sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2013cü ilədək 33 nömrəli su, soyutma və kanalizasiya sexində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2013-cü ildən xx.xx.2019-cü ilədək su təchizatı, su soyutma və kanalizasiya sexinin J-66 şöbəsində 4-cü dərəcəli nasos qurğularının maşinisti, xx.xx.2019-cu ildən su təchizatı, su soyutma və kanalizasiya sahəsində (J-66 şöbəsi) 5-ci dərəcəli nasos qurğularının maşinisti vəzifəsində işləyir. - “Etilen-polietilen” Zavodu Kadrlar Şöbəsinin 99 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixə gədər tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodu konfeksiya sexində doldurucu-qablayıcı maşının maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilmişdir. İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illərdə “Üzvi Sintez” Zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “Etilen-polietilen” Zavodu Kadrlar Şöbəsinin 100 №-lı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1994-ci ildən xx.xx.1999-cü il tarixə gədər tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilən-polietilen” zavodunun konfeksiya sexində doldurucu-qablayıcı maşının maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən hal-hazıra kimi “Etilen-polietilen” Zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019cu il tarixli, **********5 nömrəli məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək 35 №-li Orta X11 təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının Vİİİ Bölməsinin 1080A010 şifrinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla 18 il 3 ay 11 gün ümumi və 08 il 11 ay 27 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1987-xx.xx.1990-cı ildə Sumqayit şəhər 35 saylı X11 təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1987-xx.xx.1990-cı ildə Sumqayıt şəhər 35 saylı X11 təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin Tabeliyində Dövlət X14 X15 X9 X12 həvalə edilsin Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova