Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3939/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatın bərpası” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, 52 ünvanından qeydiyyatdan çıxarılması və şəxsiyyət vəsiqəsindən istifadə edilməsində məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş ərizəsində bildirmişdir ki, cavabdeh hal-hazırda iddiaçının qeydiyyatını bərpa etmiş və şəxsiyyət vəsiqəsində qoyulmuş məhdudiyyət aradan götürülmüşdür. İddiadan imtina edir. İddiadan imtina edilməsinin İPM-nin 55.4-cü maddəsində göstərilmiş nəticəsi izah olunmuş və aydındır. Odur ki, iddiadan imtina edilməsi ilə bağlı ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Eyni Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatın bərpası” tələbinə dair 2-1(112)-3939/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3939/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3939/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver