Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-394/2021 26.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil Hüseyn oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Talıbov Hüseyn Əli oğlunun (Ağcəbədi şəhərində qeydiyyatdadır,ixtisası hüquqşünas) iştirakı ilə, iddiaçı Səfərov Tahir Lətif oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə torpaq sahəsinə görə kompensasiyanın düzgün hesablanması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçılar Səfərov Tahir Lətif oğlu, Səfərova İqbal Şövkət qızı, Səfərova Cəmilə Tahir qızı və Səfərova Ülviyyə Tahir qızı Cavabdehnə qarşı “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının icra edilməsi ilə əlaqədar, Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması və torpaq sahəsinin 1 kv.m-nin 500 manat (mövcud inflyasiya və qanunvericilikdə nəzərdə tutulan digər amillər nəzərə alınmadan) təyin olunma qiyməti əsasında kompensasiyanın təklif edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; cavabdeh tərəfindən iddiaçılara torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərilməməklə; torpağın satın alınması barədə yazılı təklif verməməklə; torpaq sahəsinin 1 kv.m-nin 500 manat (mövcud inflyasiyanın və qanunvericilikdə nəzərdə tutulan digər amillərin nəzərə alınmadan) təyin olunma qiyməti əsasında müəyyən olunması barədə Qiymətləndirmə Komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə: eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmaqları üçün şərait yaratmamaqla göstərdiyi hərəkətsizliklərinin qanunsuz hesab edilməsi; iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması; hesablanmış kompensasiya barədə Qiymətləndirmə Komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmaqları üçün şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 9 nömrəli evin altında yerləşən 599,4 kv.m torpaq sahəsi üzərində tam mülkiyyət hüququ – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D KOD 100003 qeydiyyat nömrəli, xx.xx.2006cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X19, X2, X6 və X9 məxsus olmuşdur. Göstərilən mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı X3 başqa qalan mülkiyyətçilər arasında barışıq sazişi imzalanmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə barışıq sazişi təsdiq edilmiş və həmin qərardadla - İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D KOD 100003 qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 9 nömrəli evin altında yerləşən 599,4 kv.m torpaq sahəsinə hər birinə məxsus 74,925 kv.m, cəmi 224,775 kv.m torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə təhvil verilməsi, X14 və X1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D KOD 100003 qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 9 nömrəli evin altında yerləşən 599,4 kv.m torpaq sahəsində hər birinə məxsus 74,925 kv.m sahədən, hər biri 60 kv.m sahəni özündə saxlamaq şərtilə təhvil verilməsi, X4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D KOD 100003 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Bakı şəhəri, M.A.Əliyev küçəsi,dalan 2, 9 nömrəli ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsində özünə məxsus 74,925 kv.m sahəni İddiaçı1 mülkiyyətinə təhvil verilməsi, İddiaçı1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə Torpaq şöbəsi tərəfindən verilmiş JN-29667D KOD 100003 qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsində, İddiaçı2, İddiaçı3, İddiaçı4, X6 məxsus cəmi 299,7 kv.m sahəsinin və X20 və X2 məxsus 74,925 kv.m sahədən cəmi 29,85 kv.m sahəni öz mülkiyyətinə qəbul edilməsi, xx.xx.2006cı il tarixli borc müqaviləsinə əsasən Bakı şəhəri, Qarayev prospekti, ev 116, mənzil 30-da yaşayan X12 götürülmüş 350000 ABŞ dolları məbləğində borc pulun əvəzinə ünvan 3 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsində İddiaçı1 mülkiyyətində olan və mülkiyyətinə verilmiş cəmi 404,475 kv.m sahədən 294,475 kv.m sahəni özündə saxlamaqla 110 kv.m sahəni X15 mülkiyyətinə verməklə, tərəflərin borc müqaviləsində götürülmüş öhdəliklərinin yerinə yetirilməsinin həyata keçirilməsi və ünvan 2 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsində İddiaçı1 hissəsinin 294,475 kv.m, X14 hissəsinin 60 kv.m, X1 hissəsinin 60 kv.m və Bakı şəhəri, Q.Qarayev prospekti ev 116, mənzil 30-da yaşayan X15 hissəsinin 110 kv.m müəyyən edilməsi təsdiq edilmişdir. X16 ilə yaranmış məhkəmə mübahisəsi üzrə isə xx.xx.2008-ci il tarixli məhkəmə qətnaməsi çıxarılmış və ünvan 2 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsinin 1/8 hissəsi (12,5%, yəni 74,925 kv.m) X7 payı hesab edilmiş və həmin paya müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi qərara alınmış, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və icraata yönəlmişdir. Mülkiyyətlərində olan torpaq sahəsində yerləşmiş və ümumi mülkiyyətdə olan evin alınması zamanı cavabdeh tərəfindən iddiaçılara bildirilmişdir ki, “Sovetski” adlanan ərazidə yerləşən bütün evlər alındıqdan sonra torpaq sahəsinə görə kompensasiya ödəniləcəkdir. Sonradan torpaqların hər 1 kv.m üçün 500-600 manat kompensasiya ödənilməsi təklif olunmuşdur. Təklif olunan kompensasiya məbləği ədalətli deyildir və reallığı əks etdirmir. Hazırda xüsusi mülkiyyətlərində olan ünvan 2 ünvanda yerləşən 334,4 kv.m torpaq sahəsi qanunvericiliyə müvafiq olaraq heç bir sənədləşdirmə aparılmadan, o cümlədən əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmış və həmin torpaq sahəsi üzərində qanunsuz olaraq dövlətin sahiblik hüququ əldə edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X24, X13 və X5 arasında xx.xx.2008-ci il tarixdə bağlanılmış barışıq razılaşması haqqında müqavilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən müqavilə imzalandığı andan İddiaçı1 ünvan 2 ünvanında yerləşən 599,4 kv.m torpaq sahəsi sahəsində İddiaçı2, İddiaçı3, İddiaçı4, X8 hər biri üzrə 74,925 kv.m olmaqla, cəmi 299,7 kv.m torpaq sahəsini öz mülkiyyətinə qəbul etmişdir. Bundan başqa, həmin müqavilə ilə ünvan 2 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsində İddiaçı1 hissəsi 60 kv.m, X1 hissəsi 60 kv.m və Bakı şəhəri Q.Qarayev prospekti ev 116, mənzil 30-da yaşayan X15 hissəsi 110 kv.m müəyyən edilmişdir. Sözüqedən qərardad əsasında İddiaçı1 M.A.Əliyev küçəsi dalan 2, ev 9 ünvanda yerləşən 599,4 kv.m torpaq sahəsinin 0,0294475 ha hissəsinə dair xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 özlərinə məxsus torpaq sahələrindən müqavilə əsasında İddiaçı1 xeyrinə imtina etmişlər və onların sözügedən torpaq sahəsinə dair payları İddiaçı1 mülkiyyətinə keçmişdir. Bu səbəbdən, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə görə kompensasiya tələb etmələri əsassızdır və mülkiyyətlərində ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin olmaması səbəbindən qeyd olunan şəxslərə kompensasiya ödənilməsi mümkün deyildir. xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində 344,4 kv.m torpaq sahəsi deyil, 294,5 kv.m torpaq sahəsi vardır, digər iddiaçıların isə mülkiyyətində torpaq sahəsi mövcüd deyildir. İddiaçıların tələb etdikləri kompensasiya məbləğinin ödənilməsi mümkün deyildir. Belə ki, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar ümumi mülkiyyətdə olan torpaq sahəsi dövlət ehtiyaclarınə görə alındığı üçün iddiaçılara cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən təklif olunmuş 43050 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə İddiaçı1 413049 manat, İddiaçı2 413049 manat, İddiaçı3 413049 manat və İddiaçı4 413049 manat əlavə edilməsi və həmin kompensasiya məbləğinin dövlət büdcəsi hesabına Bakı şəhəri Cavabdehndən tutulması və iddiaçılara ayrı-ayrılıqda ödənilməsi tələbinə dair iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi H.Talıbov iddia tələbinə etirazda göstəriən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların vəkil və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi ünvanda yerləşən 0,0294475 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçılardan Səfərov Tahir Lətif oğluna məxsusdur. ”X28” MMC-nin məhkəmə qərardadı əsasında apardığı ekspertiza nəticələrinə əsasən tərtib etdiyi ƏEM/D47-1027/19 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışda göstərilən torpaq sahəsinin 1 kv metrinə görə bazar qiyməti 2500 manat təşkil edir. Bakı şəhəri Cavabdeh Başçısının 4270/d nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, dalan 2, ev 9 ünvanında yerləşən 0,5994 ha torpaq sahəsinin Səfərov Tahir Lətif oğlunun payına düşən hissəsinə dair kompensasiya ödənilməmişdir, həmin məktuba əlavə edilmiş AN-İ № ******* №li, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi, ünvanında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri Səfərova Nənəxanım Elşən qızı, Süleymanova Gülşən Elşən qızı və Səfərova Nuranə Elşən qızı tərəfindən mülkiyyətlərində olan torpaq sahələri Bakı şəhəri Cavabdeh tərəfindən satın alınmışdır.Mülkiyyət hüququ haqqında sənəd kimi Daşınmaz Əmlakn Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2018-ci ildə verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarış göstərilmişdir,həmin məktuba əlavə edilmiş qiymətləndirmə cədvəlinə əsasən torpağın 1 kv metri 500 manat məbləğində qiymətləndirilmişdir Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 Lətif oğlu Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi ünvanda yerləşən 334,4 kv.m torpaq sahəsinin mülkiyyətçisidir, iddiaçı torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilyinin tələblərini nəzərə alınmadan kompensasiyanın ödənilməsinə dair cavabdehin hərəkətlərin və hərəkətsizliyinin qanunsuz hesab edilərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması; hesablanmış kompensasiya barədə Qiymətləndirmə Komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektinin dövlət ehtiyacları üçün alınması, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyasını yaratmaq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi, alınan torpaq və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi vəzifələri Bakı şəhəri Yasamal rayon İcra Hakimyyətinə həvalə edilmişdir. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi ünvanda yerləşən iddiaçıya məxsus torpaq sahəsi də dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə alınan daşınmaz əmlaka aid olan sahələrdə yerləşir. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilməsi(1-ci bənd); Bakı şəhəri Cavabdehnə, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi tapşırılması(2-ci bənd) qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77-ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə həmin şəxslərin mülkiyyət və digər hüquqlarını təsdiq edən sənədlərin alan orqana təqdim edilməsi barədə bildiriş göndərir və həmin bildirişi alan şəxs müvafiq sənədləri və ya onların surətini alan orqana təqdim etmək, alan orqan isə həmin sənədlərin əsli təqdim edilməklə surətinin alınmasını təsdiq edən qəbzi həmin şəxsə təqdim etmək öhdəliyi daşıyır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanunun 26.1-ci maddəsində göstərilən bildiriş alınmanın təsirinə məruz qalan şəxsə torpağın alınması qrupu və ya qrup üzvü tərəfindən çatdırıla bilər. Bu halda şəxs bildirişdə istinad edilən hər hansı sənədi sənədlərin qəbul edilməsini təsdiq edən qəbz müqabilində torpağın alınması qrupuna təhvil verir və həmin qəbz alan orqanın bu Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qəbzinə bərabər tutulur. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən alan orqan torpağın qiymətləndirilməsi və alınmanın təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı danışıqların aparılması işinə yardım etmək məqsədilə bu maddədə nəzərdə tutulan sənədləri torpağın alınması qrupuna və qiymətləndirmə komissiyasına təqdim edir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı və bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan müddət barədə məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:31.2.1. torpağın satın alınmasının məqsədi;31.2.2. torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;31.2.3. mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.). Həmin Qanunun 31.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təşkil edilmiş torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən bu fəslə uyğun olaraq torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq könüllü alqı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərə aşağıdakıları əks etdirən torpağın satın alınması barədə yazılı təklif verir:33.1.1. alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı, atasının adı və ünvanı (hüquqi şəxslərə münasibətdə - adı və hüquqi ünvanı);33.1.2. torpağın təsviri, onun sahəsi və sərhədləri;33.1.3. satın alınması təklif olunan hissə (pay) haqqında məlumat;33.1.4. təklif olunan qiymət;33.1.5. alınmanın təsirinə məruz qalan şəxsin 30 təqvim günündən artıq olmayan müddətə təklifə yazılı cavab verməli olduğu barədə məlumat;33.1.6. torpağın dəyərinin ödənildiyi gündən etibarən mülkiyyətçinin satın alınan torpağı boşaltmalı olduğu müddət;33.1.7. torpağı boşaltmağın zəruriliyi ilə bağlı köçürülməyə dair bu Qanunun V fəsli ilə müəyyən olunmuş hüquqlar;33.1.8. alan orqan tərəfindən məqsədəuyğun hesab edilən digər məlumatlar. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən torpağın satın alınması təklifi alan orqanın rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiqlənir. Təklif alan orqanın vəzifəli şəxsləri tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır, alınmanın təsirinə məruz qalan şəxs və ya onun nümayəndəsi isə onun alınmasını öz imzası ilə təsdiq edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən torpağının satın alınması təklifini qəbul etməzdən əvvəl alınmanın təsirinə məruz qalan şəxs təklifin şərtlərinə dair izahın verilməsi və ya təklifə dəyişikliklər edilməsi barədə alan orqana müraciət edə bilər, 34.2-ci maddəsinə əsasən alan orqan qanunvericiliyin tələblərini pozmamaq və təklif edilən qiymətə dəyişiklik edildikdə bunu nəzarət orqanı ilə razılaşdırmaq şərti ilə torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edə bilər, həmin Qanunun 34.3-cü maddəsinə əsasən bu Qanunun 34.2-ci maddəsinə uyğun olaraq torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edildikdə yeni təklif bu Qanunun 33-cü maddəsi ilə müəyyən edilmiş qaydada alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır, həmin Qanunun 34.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunun 34.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yeni təkliflə razı olduqda, həmin təklifi alan gündən 10 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. Həmin Qanunun 56-ci maddəsində göstərilmişdir: “56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya;56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti;56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.” İş materiallarından göründüyü kimi, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən qeyd edilən normaların tələblərinə əməl etməsinə, yəni qanunda nəzərdə tutulan bildirişi göndərməsinə, torpağın satın alınması barədə iddiaçıya yazılı təklifin verməsinə, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarının və rəyinin təqdim etməsinə, həmin qərar və rəylə tanış olmağa iddiaçıya şərait yaratmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı1 iddiası cavabdeh Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, cavabdeh tərəfindən iddiaçıya torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərməməklə, torpağın satın alınması barədə yazılı təklif verməməklə, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə, eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaratmamaqla göstərdiyi hərəkətlər və hərəkətsizliklər qanunsuz hesab edilməli; cavabdehin üzərinə mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya kompensasiyanın ödənilməsi vəzifəsi qoyulmalıdır. Lakin məhkəmə hazırki vəziyyətdə hesab edir ki, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmadan cavabdehin təyin olunmuş qiymət əsasında kompensasiya təklifi kimi hərəkətinin qanunsuz hesab edilməsi tələbinin heç bir hüquqi əsası mövcud deyildir, belə ki, bu tələb yalnız qeyd edilən qərar və qiymətləndirmə rəyi ilə tanış olduqdan sonra irəli sürülə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması; cavabdeh tərəfindən iddiaçıya torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərməməklə, torpağın satın alınması barədə yazılı təklif verməməklə, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə, eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaratmamaqla göstərdiyi hərəkətsizliklər qanunsuz hesab edilməli, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması, hesablanmış kompensasiya barədə qiymətləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaradılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar Səfərova İqbal Şövkət qızının, Səfərova Cəmilə Tahir qızının və Səfərova Ülviyyə Tahir qızının Cavabdehnə qarşı eyni məzmunlu iddiaları hazırki iş üzrə qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68 – 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması hərəkəti; cavabdeh tərəfindən iddiaçıya torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərməməklə, torpağın satın alınması barədə yazılı təklif verməməklə, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə, eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaratmamaqla göstərdiyi hərəkətsizliklər qanunsuz hesab edilsin; İddiaçı1 Lətif oğlunun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması, hesablanmış kompensasiya barədə qiymətləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaradılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-394/2021
26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver