Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-394/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və iddiaçı X4 nümayəndəsi İddiaçı1 Hüseyn qızının İddiaçı1 Hüseyn qızının vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və X4 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X13 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, S.Dadaşov küçəsi, ev binasının qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0) qarajların qanunsuz sökülməsinə görə 20000 (iyirmi min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X6 ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 04.02.2022-ci il tarixli 2-1(112)-394/2022 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş variantda icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayında iddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) 1967-ci ildə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən binanın qarşısında iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların quraşdırılması üçün qaynatası X2 adına ərizə verilmişdir. Həmin vaxtdan bu iki qarajlar ailəsinin istifadəsində olmuşdur. 1994-cü ildə İddiaçı1 qaynatası vəfat etmişdir. Onun ölümündən sonra iki qaraj iddiaçının və qızı Nağdəliyeva Aydan (indi Əbabil) Sadiq qızının istifadəsinə keçmişdir. Bununla əlaqədar dəmir qarajların iddiaçıların istifadəsinə verilməsi barədə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər. İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 21 iyun 2004-cü il tarixli sərəncamı ilə ünvan 3 ünvanında yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi fakt təsdiq edilmişdir. Həmin Sərəncama əsasən qarajın yerləşdiyi 24,0 kv.m. torpaq sahəsi icarəsinə verilmişdir. Yuxarıda qeyd edilmiş sərəncamlar əsasında Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi bir tərəfdən, vətəndaş İddiaçı1 digər tərəfdən aralarında 21 iyun 2004-cü il tarixdə 247 №li torpaq sahəsinin icarəyə verilməsinə dair Müqavilə bağlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqavilə əsasında qızı Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının istifadəsinə qarajın altında olan torpaq sahəsi verilmişdir. O vaxtdan bu iki qarajlar qanuni əsasla ailəsinin istifadəsində olmuşdur. 2018-ci ilin iyun ayında ailəsinin istifadə etdiyi iki qaraj heç bir xəbərdarlıq olmadan Yasamal rayonu İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülmüşlər. Qarajların qanunsuz və xəbərdarlıq olmadan sökülməsi ilə bağlı dəfələrlə Yasamal rayonu İcra Hakimiyyətinin Başçısına şikayəti ilə müraciət etmişdir. Şikayətində istifadə etdiyi qarajların sökülməsi ilə bağlı dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişlər. Eyni zamanda, ünvan 1 binanın qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların qanunsuz sökülməsinə görə pul kompensasiyasının verilməsini, eyni zamanda, iddiaçılara dəymiş maddi ziyanı müəyyən etmək üçün komissiya yaradılmasını xahiş etmişlər. Bu ərizəni 13 iyul 2020-ci ildə İcra Hakimiyyətinə göndərmişlər. Alınmış poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə görə, 15 iyul 2020-ci ildə müraciəti cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim etirazda göstərilmişdir ki, iddiaçılar öz iddiasını onunla əsaslandırır ki, Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) 1967-ci ildə ünvan 4 ünvanında yerləşən binanın qarşısında iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların quraşdırılması üçün qaynatası X2 adına ərizə verilmiş və həmin vaxtdan bu iki qarajlar ailəsinin istifadəsində olmuş, 1994-cü ildə qaynatası S.M.Nağdəliyevin vəfatından sonra hər iki qaraj onun və qızının istifadəsində olmuşdur. 2004-cü ildə isə qeyd olunan qarajların onun və qızının istifadəsinə verilməsi üçün Yasamal rayon Bələdiyyəsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin 21 iyun 2004-cü il tarixli sərəncamı ilə qeyd olunan qarajlardan onun və qızının istifadə etmə faktları təsdiq edilmiş və eyni zamanda həmin qarajların yerləşdiyi 24,0 kv.m. torpaq sahəsi onun və qızının icarəsinə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəratinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə abadlıq işləri aparılmış, kompensasiya ödənilmədən qeyd olunan qarajlar sökülmüşdür. İddia ərizəsinə əsasən kompensasiya ödənilmədən qeyd olunan qarajlar sökülməsinə görə Cavabdehndən maddi və mənəvi ziyan tələb edir. İddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndalarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Odur ki, Ökə Prezidenti cənab İlham Əlyevin müvafiq tapşırıları əsasında yerli icra hakimiyyətləri terəfındən vaxtaşırı olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair mühüm işlər görülür. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəratinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən park ətraf binaların sakinləri tərəfindən rəğbətlə qarşılanmış və bəyənilmişdir. Qeyd ədilən ünvanda yerləşən iddiaçıların istifadəsində olan qarajlara mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər mövcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür. Azərbaycan Respubliası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bakı şəhəri Yasamal rayonu, S.Dadaşov küçəsi 518-ci məhəllədə yerləşən iddiaçılara məxsus olması barədə qeyd olunan qarajlar Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeydiyyatdan keçməmiş və mülkiyyət hüquqları barədə sənəd verilməmişdir. Qarajlar üçün verilmiş texniki pasport qeyri-yaşayış sahələri üçün mülkiyyəti təsdiq edən sənəd hesab olunmamalıdır. Belə ki, texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Odur ki, qeyd edilən qarajların götürülməsi, ərazinin təmizlənməsi rayon İcra Hakimiyyətinə əlavə maddi yük gətirməməlidir. Həmçinin qarajın texniki pasportunu mülkiyyət sənədi kimi qəbul edərək rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları əsasən iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı1 Hüseyn qızı və onun vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini ayrı-ayrılıqda məhkəmədən xahiş etdilər. Şahid qismində məhkəmə iclasında iştirak edən X11 iddiaçıların qonşusu oldugunu, Bakı şəhəri, Yasamal (keçmiş Oktyabr) rayonu, 518-ci məhəllə, 6-ci Xrebtovaya küçəsi, hazırda S.Dadaşov küçəsi, ev 2 ünvanında həyətlərində yerləşən biri böyük 3x8 metr ölçülü, digəri isə kiçik 3x4 metr ölçülü qarajların 1960-cı illərdən İddiaçı1 Hüseyn qızının mərhum qaynatasının, daha sonra isə iddiaçıların istifadəsində olduğunu, qonşular tərəfindən ora əşyaların yıgıldıgını, iddiaçıların da çoxlu əşyalarının həmin qarajlara yıgıldıgını, sonra icra hakimiyyəti tərəfindən söküldüyünü bildirdi. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsi sədrinin 21.06.2004-cu il tarixli 186/06 saylı Sərəncamından görünür ki, ünvan 5 ünvanda yaşayan İddiaçı1 Hüseyinbala qızı öz vəsaiti hesabına yaşadığı məhəllədə quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dəmir qarajın yerləşdiyi 24,0 kv.m torpaq sahəsi vətəndaş İddiaçı1 Hüseyinbala qızına icarəyə verilmişdir. - Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə X17 arasında bağlanmış 21.06.2004-cü il 247 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 24 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçün İddiaçı1 Hüseyinbala qızına verilmişdir. - Bakı şəhəri Yasamal Rayon Rayon Bələdiyyəsi sədrinin 20.10.2005-ci il tarixli 186/06 saylı Sərəncamından görünür ki, ünvan 6 ünvanda yaşayan X9 yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0 x 4.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmiş, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qarajın yerləşdiyi 12,0 kv.m torpaq sahəsi X14 icarəyə verilmişdir. - Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə X17 arasında bağlanmış 20 oktyabr 2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə ünvanında yerləşən 12 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçün Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızına verilmişdir. - Yasamal rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 026725 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının adı Aydan-dan Əbabilə dəyişdirilmişdir. - Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş situasiya planından görünür ki, İddiaçı1 Hüseyn qızına məxsus qaraj 6-cı Xrebtovıy küçəsində yerləşən bina 2-nin qarşısında yerləşir, ölçüləri 24.0 kv. (3.0 x 8.0). - Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş situasiya planından görünür ki, iddiaçı X10 məxsus qaraj 518-ci məhəllədə yerləşən bina 2-nin qarşısında yerləşir, eni 3.0, uzunlugu 4.0 metrdir. - Yasamal rayon Bələdiyyəsinin 08.02.2021-ci il tarixli 250 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 7 ünvanında yaşayan İddiaçı1 yaşadığı məhəllədə ona məxsus öz vəsaiti hesabına quraşdırdığı 18 kv.m. dəmir qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsi 21.06.2005-ci ildə 166/06 saylı X16 tərəfindən torpaq icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Torpaq istifadəsi ilə bağlı Sərəncam 2005-ci ildə bağlandığı üçün Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv idarəsinə təhvil verilmişdir. Həmin ərazidəki İddiaçı1 və digərlərinə məxsus qaraj yerləri rayon ərazisində quruculuq abadlıq işləri aparılan bölgələrə düşdüyündən onlara məxsus müvəqqəti istifadəyə verilmiş torpaq (qaraj) istifadə müqaviləsinə xitam verilmişdir. - Yasamal rayon Bələdiyyəsinin 15.04.2021-ci il tarixli 676 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 8 ünvanında yaşayan İddiaçı1 öz vəsaiti hesabına quraşdırdığı sahəsi 18 kv.m. olan dəmir qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsi üçün 21.06.2005-ci ildə 166/06 saylı X8 tərəfindən torpaq icarə müqaviiəsi və Nağdəliyeva Ədabil (Aydan) Sadiq qızının H.Cavid pr-ti, 518-ci məhəllə, ev 2 ünvanında yaşadığı məhəllədə ona məxsus 12 kv.m. dəmir qarajdan istifadə etdiyi barədə 20.10.2005-ci il tarixdə bağlanmış 186/06 saylı Sərəncam ilə onun icarəsinə verilmişdir. Həmin icarə müqavilələrinin müddəti 20.10.2008-ci il və 01.01.2005-ci ilə qədər olsa da tərəflər icarə haqlarını vaxtlı-vaxtında ödədiklərinə görə müqavilənin müddəti uzandılmış hesab edilmişdir. Həmin ərazidəki İddiaçı1 və digərlərinə məxsus olan qarajların yerləşdiyi ərazidə quruculuq və abadlıq işləri aparılaraq abad həyət yaradılmışdır. Ona görə də həmin qaraj sahibləri ilə bağlanmış və vaxtı bitmiş müqavilələrə xitam verilmişdir. - “X21 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 40 nömrəli 09.08.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən binanın qarşısındakı iki dəmir (3x8 və 3x4) qarajların söküldüyü 2018-ci ilin iyun ayı üçün olan orta bazar qiyməti - 3x8 ölçülü qaraj 25000 (iyirmi beş min) manat, 3x4 metr ölçülü qaraj 13000 (on üç) min manat məbləğində müəyyən edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 21.06.2004-cu il tarixli 186/06 saylı Sərəncamı ilə Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6-cı Xrebtovı küçəsi, (hazırda 518-ci məhəllə, S.Dadaşov küçəsi) ev 2, mənzil 4 ünvanda yaşayan İddiaçı1 Hüseyinbala qızının öz vəsaiti hesabına yaşadığı məhəllədə quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilərək tərəflər arasında həmin tarixdə baglanmış 247 saylı torpaq icarəsi müqaviləsinə əsasən «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dəmir qarajın yerləşdiyi 24,0 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Həmçinin də Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 20.10.2005-ci il tarixli 186/06 saylı Sərəncamı ilə ünvan 6 ünvanda yaşayan iddiaçı X7 yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0x4.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilərək tərəflər arasında həmin tarixdə bağlanmış 195 saylı torpaq icarəsi müqaviləsinə əsasən dəmir qarajın yerləşdiyi 12 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hər bir qarajın situasiya planları təsdiq edilərək ölçüləri qeyd olunmuşdur. Qarajlar uzun müddət iddiaçıların istifadəsində olmuşdur. Bu faktı həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş qonşuları təsdiq etmişdir. Hazırki iddia tələbi ilə iddiaçılar qarajların cavabdeh tərəfindən sökülməsinə görə onlara dəymiş ziyana görə kompensasiya tələb edirlər. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100.-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların uzun müddət istifadələrində olmuş qarajlar məhz cavabdeh orqan tərəfindən sökülmüşdür. Məhkəməyə cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda bu fakt öz təsdiqini tapmışdır. Həmin etirazda cavabdeh orqan sökülmə faktını təsdiq etsə də, bunun qanun çərçivəsində edildiyinə istinad edərək, iddiaçıların istifadəsində olan qarajlar üzərində mülkiyyət hüququnun qeydiyyata alınmamasını əsas dəlil kimi irəli sürmüşdür. Halbuki, məhkəmə araşdırması zamanı həmin qarajlardan iddiaçıların istifadə etməsi faktı Bakı şəhəri Yasamal Rayon bələdiyyəsi sədrinin müvafiq sərəncamları ilə öz təsdiqini tapır. Həmçinin də inzibati orqanla baglanmış torpaq icarə müqavilələrinin olması həmin qarajların məhz qanuni istifadəsində oldugunu bir daha təsdiq edir. Yəni iddiaçıların xeyrinə əlverişli inzibati aktın (qarajlardan iddiaçıların istifadə etməsi faktını təsdiq edən sərəncam) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən iddiaçıların istifadəsində olan əmlakın sökülməsi barədə qərar vermiş, bununla da iddiaçıların qanunla qorunan əmlak hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. Beləliklə hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara maddi zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malikdirlər. İddiaçıların cavabdehin qanunsuz hərəkətinə görə hüquqlarının pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdikləri xərc mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçıların vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut oldugundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X5rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Hazırki işdə məhkəmə yuxarıda qeyd edilən milli qanunvericiliyin normalarına və Avropa Məhkəməsinin present hüququna əsaslanaraq ictimayyətin ümumi maraqları və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı maraqları arasında “ədalətli tarazlığın” (balansın) əldə olunması üçün (Urbarska X1rşı, no. 74258/01, § 126, 27 Noyabr 2007; Pirantiene Litvaya qarşı, § 68; və Albegras və Arlauskas Litvaya qarşı, § 74) hesab edir ki, iddia üzrə iddiaçıların əmlakının qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən sökülməsinə görə iddia ərizəsində göstərilən söküntüyə məruz qalmış əmlak söküntü zamanı məhv oldugundan iddiaçılara dəymiş zərər mütəxəssis rəyində göstərilən qiymətlərə uyğun olaraq (delikt törətmiş qarşı tərəf bu məbləğə dair hərhansı etiraz və əks-sübut təqdim etməmiş) hesablanmalıdır. Buna görə də, mütəxəssis tərəfindən müəyyən edilmiş qarajların bazar qiyməti olan 3x8 ölçülü qaraja görə 25000 (iyirmi beş min) manat, 3x4 metr ölçülü qaraj 13000 (on üç) min manat məbləğində kompensasiya iddiaçılara ödəməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X6 ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X6 ödənilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-394/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-394/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver