Məhkəmə qərarları › İş №2-1(112)-394/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-394/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-394/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Goradil Bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X14 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər. Daha sonra üçüncü şəxs X14 vəfat etdiyindən məhkəmənin qərardadı ilə onun hüquqi varisi X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 08 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Goradil bağlar sahəsində yerləşən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 19 noyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəsi eyni kooperativin nəzdində digər şəxsin adında olmaqla təkrarlanır, göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 30 dekabr 2004-cü il tarixli Pz:187 BTB saylı qərarına əsasən Goradil Bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323B saylı bağ sahəsi ayrılmış, bu barədə ona 04 saylı order verilmişdir. Həmin torpaq sahəsi bu günədək iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəni eyni kooperativin nəzdində, eyni qərar əsasında digər şəxsin adında olmaqla təkrarlanır. Göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahənin planı və ölçüsü verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********96 saylı cavab ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış **********17 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun əsası kimi bildirilmişdir ki, İddiaçı 194 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin ərizə ilə təqdim edilən Bakı şəhər icra Hakimiyyətinin 30 dekabr 2004cü il tarixli, 187 nömrəli protokoluna əsasən 194 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 323b nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı adına 04 nömrəli order İdarənin arxivində aşkar olunmamışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış **********96 nömrəli, xx.xx.2020-cu il tarixli imtina məktubunun əsası kimi bildirilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəni eyni kooperativin nəzdində digər şəxsin adında olmaqla təkrarlanır. Göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahənin planı və ölçüsü verilmişdir. - Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarından görünür ki, Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində bağ sahəsi X12 ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X6 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən verilmiş 04 saylı orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli Pr:187 BTB saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323 B saylı ölçüsü 0.12 ha olan torpaq sahəsi iddiaçıya ayrılmışdır. - Cavabdehin **********28 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı adına 194 nömrəli BTK nəzdində Göradil qəsəbəsində 0.12 hektar torpaq sahəsi olan 323b saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Məlumat üçün bildiririk ki, 194 nömrəli BTK nəzdində Göradil qəsəbəsində yerləşən, 0.12 ha torpaq sahəsi olan 323b nömrəli bağ sahəsinə dair X10 adına verilmiş B/S nömrəli order mövcuddur: Sorğu ilə əlaqədar olaraq İddiaçı məxsus arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surətinə əsasən. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X6 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən verilmiş b/s №-li orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323 B nömrəli ölçüsü 0.12 ha olan torpaq sahəsi X12 ayrılmışdır. - X15 tərəfindən X4 və İstismarı Birliyinə ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəsindən görünür ki, o, Göradil qəsəbəsində yerləşən ölçüsü 0.12 ha olan 323b nömrəli bağ sahəsinin oglu İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. - İddiaçının X4 və İstismarı Birliyinə ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəsindən görünür ki, o, Göradil qəsəbəsində yerləşən ölçüsü 0.12 ha olan 323b nömrəli bağ sahəsinin onun rəsmiləşdirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X6 bağlar sahəsindəki 194 saylı kooperativi tərəfindən verilmiş B/S saylı orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323 B saylı ölçüsü 0.12 ha olan torpaq sahəsi X13 ayrılmışdır. - Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarından görünür ki, X13 194 saylı BTK nəzdində bağ sahəsi ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin A seriyalı 392096 №-li planı və ölçüsündən görünür ki, Bakı şəhər İH-nin xx.xx.2005-ci il tarixli 31 saylı sərəncamı ilə 384n saylı bağ sahəsi bağ evi tikintisi üçün X5 adına tərtib edilmişdir. - Bakı şəhəri İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 34161 saylı xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384n saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir. - “X16 və Ekspertiza Mərkəzi” MMC-nin 197 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən İddiaçı Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 “B" saylı bağ sahəsinin ayrılmasına dair Bakı şəhər İcra hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli Pr: 187 BTB saylı qərarına əsasən verilmiş 04 nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üstüstə düşmür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstisman Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 b saylı bağ sahəsinin X12 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323 b saylı bağ sahəsinin X13 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları mübahisələndirilən ərazidən 380 metr kənarda yerləşir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən İddiaçı Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 “B” saylı bağ sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli Pr187 BTB saylı qərarına əsasən ayrılmış 04 nömrəli orderdə göstərilən torpaq sahəsi bağ sahələrinin yerləşmə sxeminə uyğundur, lakin mübahisəndirilən ərazidən kənarda yerləşir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstisman Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 b saylı bağ sahəsinin X12 ayrılması barədə 6/c nömrəli orderdə göstərilən torpaq sahəsinin Azərbaycan Azerbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3236 saylı bağ sahəsinin X13 ayrılması barədə b/c nömrəli orderdə gösterilən torpaq sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir, üst-üstə düşmür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Aparatının X4 və İstisman Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 b saylı bağ sahəsinin X12 ayrılması barədə b/c nömrəli orderdə göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstisman Birliyi ilə bağın istifadəyə verilməsi haqqında bağlanmış 21 fevral 2005-ci il tarixli 34161 nömrəli müqaviləyə əsasən X5 istifadəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək Dövlət Torpaq kadastrı kitabında xx.xx.2012-ci ildə 30481 nömrə ilə uçota alınmış Goradil ərazisindəki 384n nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmir və üstüstə düşmür - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2023-cü il tarixli 10/3000 №-li ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan məlumatlara, o cümlədən 19 iyul 2022-ci il tarixli 197 nömrəli mütəxəssis rəyinə, eləcə də, tədqiq olunan ərazinin baş planına və ilkin torpaqayırma sənədlərinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən İddiaçı Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 “B” saylı bağ sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli Pr:187 BTB saylı qərarına əsasən verilmiş 04 nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən, həmin torpaq sahəsinin mübahisələndirilən ərazi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323b saylı bağ sahəsinin X12 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən, həmin torpaq sahəsinin mübahisələndirilən ərazi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X8 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 323B bağ sahəsinin X13 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yerinin və koordinatlarının mübahisələndirilən ərazidən 380 metr kənarda yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən X12 Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 “B” saylı bağ sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarxili Pr:187 BTB saylı qərarına əsasən ayrılmış 04 nömrəli orderdə göstərilən torpaq sahəsinin bağ sahələrinin yerləşmə sxeminə uyğun olduğu, lakin mübahisələndirilən ərazidən kənarda yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi 323 б saylı bağ sahəsinin X12 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 б saylı bağ sahəsinin X13 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmədiyi və üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991ci il tarixli b/387 saylı qərarına əsasən Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323 б saylı bağ sahəsinin X12 ayrılması barədə б/c nömrəli orderdə göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə bağın istifadəyə verilməsi haqqında bağlanmış 21 fevral 2005-ci il tarixli 34161 nömrəli müqaviləyə əsasən X5 istifadəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək Dövlət Torpaq kadastrı kitabında xx.xx.2012-ci ildə 30481 nömrə ilə uçota alınmış Goradil ərazisindəki 384n nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmədiyi və üstüstə düşmədiyi müəyyən edildi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbi ona Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323 b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323 b saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh imtinasının əsası kimi göstərilmişdir ki, “bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Arxiv məlumatlarına əsasən, 323B nömrəli bağ sahəni eyni kooperativin nəzdində digər şəxsin adında olmaqla təkrarlanır. Göstərilən torpaq sahəsinə keçmiş DTXK tərəfindən digər şəxsin adına torpaq sahənin planı və ölçüsü verilmişdir.” Məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, ekspert müəyyən etmişdir ki, mülki iş materiallarında olan məlumatlara, o cümlədən 19 iyul 2022-ci il tarixli 197 nömrəli mütəxəssis rəyinə, eləcə də, tədqiq olunan ərazinin baş planına və ilkin torpaqayırma sənədlərinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə iddiaçıya ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323 b saylı bağ sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərkən, həmin torpaq sahəsinin cavabdehin mübahisələndirdiyi ərazilər, yəni həmin BTK nəzdində b/c nömrəli orderlə mərhum X13 ayrılmış 323B bağ sahəsinin və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi ilə bağın istifadəyə verilməsi haqqında bağlanmış 21 fevral 2005-ci il tarixli 34161 nömrəli müqaviləyə əsasən X5 istifadəsinə verilmiş Goradil ərazisindəki 384n nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Odur ki, cavabdehin dəlilləri ilə bağlı məhkəmə ümumilikdə qeyd edir ki, bu hallar (eyni nömrəli bag sahəsinin qeydiyyatdan keçməsi və iddiaçının adının siyahıda olmaması) iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Odur ki, cavabdehin dəlilləri ilə bağlı məhkəmə ümumilikdə qeyd edir ki, bu hallar (eyni nömrəli orderin digər bag sahəsinə verilməsi, bagların sxematik xəritəsinə uygun gəlməməsi) iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. X17 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə qanunvericiliklə tələb edilən hüquqmüəyyənedici sənədin (orderin) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt olan maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ərizəsini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3000 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar