Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3942/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadə, Şifahi məhkəmə baxışı keçirilmədən tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildən X5 pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzili 23.04.2002-ci il tarixdə alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmışdır. Daha sonra məlum olmuşdur ki, X2 ünvanda qeydiyyatdadır. X4 olduğu barədə hər hansı bir məlumat yoxdur, həmçinin həmin şəxsin iddiaçı tərəfindən həmin mənzilə qeydiyyata salınmasına dair heç bir razılıq verilməmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, X5 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması xahiş olunsa da, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Cavabdeh imtinası əsassızdır. Belə ki, Cavabdeh qanunsuz olaraq iddiaçının, yəni mülkiyyətçinin razılığı olmadan X6 mülkiyyətçiyə məxsus olan mənzilə qeydiyyata salmış, mülkiyyətçinin mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də X7 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3942/2020 saylı, 17 mart 2020-ci il tarixli qərardadı ilə X7 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 25 iyun 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdeh 16 iyun 2020-ci il tarixli, 073-17476 saylı məktub ilə məhkəməyə müraciət edərək, iş üzrə keçiriləcək məhkəmə iclaslarının Sabunçu RPİ-nin QMB-nin əməkdaşlarının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı 24 iyun 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 25 iyun 2020-ci il tarixə saat 17:40-a təyin olunmuş məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsindəki tələblərini nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildə iddiaçıdan başqa üçüncü şəxs X7 da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. № 150186 saylı, 23 aprel 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 ilə X10 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, 36 saylı evin 6 saylı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 824 nömrəli reyestr kitabının 76803 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.02.2020-ci il tarixli, 073-37284K-3220 saylı məktubdan görünür ki, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildə qeydiyyatda olan vətəndaş X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. . Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 27 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzil İddiaçı adına qeydiyyatan keçmiş və hazırda onun mülkiyyətindədir. Sözügedən mənzilə X5 istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərilmiş, sorğuya 22 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki,1950-ci il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, bina 36 mənzil 6-da yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvan üzrə ilk dəfə 30.06.2003-cü il tarixdə AZE-01144932 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Lakin, vətəndaş H.İsmayılovanın qeydiyyata alınmasına əsas olan sənədlər saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən onlara baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, № 150186 saylı, 23 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzili X9 tərəfindın X3, həmin mənzil üzrə tam mülkiyyət hüququ İddiaçı keçmiş və iddiaçıya bununla bağlı çıxarış verilmişdir. İddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Məhkəmə icraatı zamanı iddiaçının mülkiyyətində olan mənzilə dair üçüncü şəxs X5 qeydiyyata düşməsinə əsas olunmuş sənədlər tələb olunsa da, həmin sənədlərin saxlama müddəti bitdiyindən, sənədlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X1 mənzil üzrə hər hansı bir istifadə hüququ aşkar olunmamışdır. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, ev 36, 6 saylı mənzildən üçüncü şəxs X5 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3942/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3942/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver