Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3942/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Əlİddiaçı Qurban qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti və X7 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “mənzil ilə təmin olunan şəxslər siyahısına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi və Bakı şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə və sahiblik hüququ olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsinin əvəzinə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən mənzil ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazitəşkilat məsələləri şöbəsinin üçüncü şəxslər siyahısından çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, istifadə və sahiblik hüququ olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsinin əvəzinə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən onun iki otaqlı mənzil ilə təmin olunan şəxslər siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, X7 ilə 1986-cı ildə nikaha daxil olmuş, birgə nikahdan xx xxxx 1987-ci il təvəllüdlü X8 və xx xxxxxx 1988-ci il təvəllüdlü X3 doğulmuş, 2012-ci ildə X7 ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. O, və X7 Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün həmin zavodun xx xxxxxxx 1989-cu il tarixli 373 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağı onların istifadəsinə verilmişdir. Daha sonra ailə vəziyyətləri nəzərə alınaraq “Bakı kondisioneri” X6 xx xxxxxxx 1992-ci il tarixli 473 saylı orderinə əsasən ünvan 3 ünvanında yerləşən yataqxananın 314-cü otağı onların istifadəsinə verilmişdir. X7 ilə nikahını pozulduqdan sonra 315-ci otaq onun, 314-cü otaq isə İbrahimin istifadəsində qalmışdır. X1 son zamanlar onun 315-ci otaqda yaşamağına müxtəlif maneələr yaratmağa çalışaraq otağı boşaltmasını tələb etmişdir. Bununla əlaqədar olaraq o, ünvan 2 ünvanında yerləşən yataqxanananın 315-ci otağına köçürülməsi barədə iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7148/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 4 ünvanında yerləşən yataqxanananın 315-ci otağına köçürülməsi qət edilmişdir. Hazırda ünvan 5 ünvanında yerləşən yataqxananın Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti tərəfindən sökülməsi prosesi başlanılsa da, yerli icra hakimiyyəti orqanı tərəfindən ona ayrıca kompensasiya verilməsi təmin edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, onun ünvan 5 ünvanında yerləşən yataqxanananın 315-ci otağına istifadə və sahiblik hüququ vardır. Bundan başqa, X7 ilə onun ailə münasibətləri illər öncə pozulnuş, 2012-ci ildə isə məhkəmə qaydasında rəsmi boşanmışlar. Onun mənzilə köçürülməsi barədə məhkəmə qərarı mövcuddur. Belə olan halda Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin ona ayrı mənzil verməkdən imtina etməsi qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 314 otağın sökülməsinin qarşılığında X4 mənzil versə də, 315 otağın sökülməsinin qarşılığında ona mənzil verməkdən imtina edir. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün nümayəndəsi vasitəsilə aidiyyəti dövlət orqanlarına müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-3942/2021 nömrəli qərardadı ilə X7 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və sonuncu dəfə iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclas xx xxxxx 2021-ci il tarixə təxirə salınmışdır. Cavabdeh Xətai şəhəri Xəzər rayon İcra Hakimiyyətinin və üçüncü şəxslərin iddiaya dair etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlİddiaçı Qurban qızının nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim etməmişdən cavabdehə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti və X7 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “mənzil ilə təmin olunan şəxslər siyahısına daxil edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3942/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3942/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver