Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3943/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətə qarşı “iki aylıq əmək haqqı həcmində müalicə olunmaqla əlaqədar birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətə qarşı “iki aylıq əmək haqqı həcmində müalicə olunmaqla əlaqədar birdəfəlik müavinətin ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşğıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətə (bundan sonra mətndə Penitensiar Xidmət) qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xidmət etdiyi dövrlərdə yəni, 2006-cı ildən 2015-ci ilədək müalicə ilə əlaqədar ödənilməli olan və ödənilməmiş 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdeh Penitensiar Xidmətin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən 2009-cu ilədək 1 sayı İstintaq Təcridxanasında, 2009-cu ildən 2015-ci ilədək isə Bakı İstintaq Təcridxanasında xidmət etmişdir. 2015-ci ildən təqaüdə çıxmışdır. Xidmətdə olduğu dövrdə (2006-cı ildən 2015-ci ilədək) müalicə ilə əlaqədar ona verilməli olan 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi ilə bağlı Penitensiar Xidmətə müraciət etsə də, müraciətləri cavablandırılmamış və qanunla müəyyən olunmuş 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin ona ödənilməsi təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Penitensiar Xidmətə ərizə ilə müraciət edərək, ona, xidmət etdiyi dövrlərdə yəni, 2006-cı ildən 2015-ci ilədək müalicə ilə əlaqədar ödənilməli olan və ödənilməmiş 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsini təmin edilməsini xahiş etmiş və Penitensiar Xidmət xx.xx.2023- cü il tarixli, № 3-16-17/7/2- M—568-6/2023 saylı məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. Penitensiar Xidmət tərəfindən imtina məktubu onunla əsaslandırılmışdır ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar xidmətdə qulluqda olduğum müddət ərzində xəstəliklə bağlı rəsmi olaraq müraciət olmadığından və sənədlərim müvafiq komissiyanın protokolunda qeydiyyatdan keçmədiyindən müavinət almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının. 1.3-cü bəndinə əsasən pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunmağı ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə edə bilər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Penitensiar Xidmətin iddia tələbinə yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazları: İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Mehrabov X1 xidmətdə xx.xx.1997-ci il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2015-ci il tarixdə qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilərdə daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin öldə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nm 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçı xidmət etdiyi illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İddiaçı xx.xx.1970-ci il təvəllüdlü İddiaçı məxsus xx.xx.1990-cı il tarixdə doldurulmuş ЗТ-İ seriyalı ******* №-li əmək kitabçasında qeyd olunmuş məlumatlardan müəyyən olunur ki İddiaçı xx.xx.1997-ci il tarixdə Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 46.1.1-ci maddəsinə əsasən (qanunda nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunmaqla ədliyyə orqanlarının da qulluq keçməsinə xitam verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-17/2-4067/2024 №li cavab məktubunda göstərilmişdir ki, Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı xx.xx.1997-ci il tarixdə Penitensiar xidmətdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilərək 12 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə 1 saylı İstintaq təcridxanasının nəzarətçisi, xx.xx.2003-cü il tarixdə həmin təcridxananın böyük nəzarətçisi, xx.xx.2004-cü il tarixdə həmin təcridxananın korpus üzrə böyük nəzarətçisi, xx.xx.2008-ci il tarixdə həmin təcridxananın baş nəzarətçisi, xx.xx.2009-cu il tarixdə Bakı istintaq təcridxanasının böyük nəzarətçisi, xx.xx.2009-cu il tarixdə həmin təcridxananın korpus üzrə baş nəzarətçisi vəzifələrinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçəməsinə xitam verilmişdir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar xidmətdə qulluqda olduğu müddət ərzində İddiaçı xəstəliklə bağlı müalicə olunması ilə əlaqədar rəsmi olaraq müraciəti olmadığından sənədləri müvafiq komissiyanın protokolunda qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunması ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə edə bilər. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/7/2-M-568-6/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1 bəndinə əsasən “müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.” Penitensiar xidmətdə qulluqda olduğunuz müddət ərzində xəstəliklə bağlı rəsmi olaraq müraciətiniz olmadığından və sənədləriniz müvafiq komissiyanın protokolunda qeydiyyatdan keçmədiyindən müavinət almamısınız. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müayinə və müalicə olunmanızla bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə 1.1. ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. ... Maddə 3.1. bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. ... Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. .... Maddə 33.Penitensiar xidmətin işçiləri 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”: ....
2. Müavinətin verilməsi barədə müraciətə baxılması 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur.
.... 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi.
... 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.
Məhkəmənin mövqeyi:
Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona Nazirliyinin Penitensiar Xidmətdə işlədiyi 2006-ci ildən 2015-ci ilədək müalicə ilə əlaqədar ödənilməli olan və ödənilməmiş 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən normaların məzmununa görə, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi və ya müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd və ya sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi müraciətə əlavə edilməlidir. Müavinətin verilməsi barədə müraciətə göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari fəaliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir. Qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz Qeyd etmək lazımdır ki, yuxarıda istinad edilən Qaydalar qulluqda olan ədliyyə işçisinin müalicə ilə əlaqədar müavinətin verilməsini sonuncunun bilavasitə müraciəti və həmin müraciətə müalicə olunmasını zəruri edən müvafiq sənədləri əlavə etməsi ilə şərtləndirmişdir. Penitensiar Xidmət tərəfindən verilmiş məktuba əsasən iddiaçı qulluq müddətində müraciət etmədiyinə görə ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməmişdir. Beləliklə, iddiaçı tərəfindən tələb edilmiş 2006-2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdeh inzibati orqana xidmət etdiyi dövrdə müraciət edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının tələbi ilə bağlı cavabdeh inzibati orqana yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev