Məhkəmə qərarları › İş №2-1(112)-3944/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3944/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3944/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF X4 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-nin X4 İdarəsinin 01.11,2019-cu il tarixli **********3 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və 1981-1986-cı illərdə “S.M.Kirov” adına Azərbaycan Tibb Universitetində təhsil aldığı illərin sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixdə 55 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, 1981-1986-cı illərdə “S.M.Kirov” adına Azərbaycan Tibb Universitetində təhsil almışdır. xx.xx.1986-cı ildən əmək fəaliyyətinə başlamış, fasiləsiz işləmişdir və hal-hazırda da işləyir. Əmək kitabçasına əsasən onun 25 ildən artıq əmək stajı var. xx.xx.1986-cı ildən xx.xx.2001-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında X1 Laboratoriyasında spektral laboratoriyada laborant, mühəndis-spektroloq vəzifələrində işləmiş, xx.xx.2009-cu ildən hal-hazıra kimi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə kimyaçıanalitik mühəndis vəzifəsində çalışır. İşlədiyi müddət ərzində rentgenspektral, Rentgendifaktometrik cihazlarında rentgen şüa mənbələrindən istifadə edərək təbii geoloji süxurların, filizlərin və onlardan alınan süni texnoloji maddələrin, elmin son nailiyyəti olan nanotexnologiyada istifadə olunan materialların faza və elementar tədqiqi ilə məşğul olmuşdur. Bundan əlavə yuxarıda adı çəkilən rentgen cihazlarının tənzimlənməsi zamanı rentgen şüası ilə təmasda olmuş, xüsusi zərərli şəraitdə işlədiyinə görə aylıq aylıq əmək haqqına 24 % əlavə, əlavə məzuniyyət və qısaldılmış iş günü imtiyazlardan istifadə etmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22.1-ci bəndində (elmi tədqiqat institutunda, müəssisələrdə, laboratoriyalarda, konstruktor və tibb təşkilatlarında aparılan işlər) “Radioaktiv maddələrlə, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər”də öz əksini tapmışdır. O, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə DSMF-nin X4 İdarəsinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, “onun xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir”. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********8 №li yazılı etirazda göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan vermir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, təmsil etdiyi tərəfin iddianı qəbul etmədiyini və iddiaçının qanunla müəyyən olunmuş qaydada güzəştli şərtlərlə iş stajına və sığorta kapitalına malik olmadığının nəzərə alınaraq məhkəmədən iddiaçının iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ********№li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı 1407293nömrəli xx.xx.1964-cü il tarixli Əmək kitabçasında və MB seriyalı 014413 saylı diplomda qeyd olunmuş məlumatlara əsasən İddiaçı 1981-1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Tibb Universitetində təhsil almış, xx.xx.1986-cı ildə spektral labaratoriyaya lobarant qəbul edilmiş, xx.xx.1987-ci ildə həmin labaratoriyada mühəndis-spektroloq vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə əməyin ödənilməsinin yeni şərtlərinin daxil edilməsi ilə əlaqədar spektral labaratoriyada mühəndis-spektroloq vəzifəsində təsdiq edilmiş, xx.xx.1994-cü ildə həmin labaratoriyada 2-ci dərəcəli mühəndis-spektroskop vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə ştat cədvəlinə uyğun olaraq həmin labaratoriyada mühəndis-spektroskop kimi təsdiqlənmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 18/N-461 saylı arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, xx.xx.1986-cı ildə gənc mütəxəssis kimi spektral laborotoriyaya laborant qəbul edilmiş, xx.xx.1987-ci ildə orada mühəndis-spektroloq vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə əməyin yeni tariflə ödənilməsi ilə əlaqədar spektral labaratoriyada mühəndis-spektroloq vəzifəsində təsdiq edilmiş, xx.xx.2001-ci ildə Mərkəzi laborotoriyanın ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun xx.xx.2020-ci il tarixli 25-12/328 saylı arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən də, 2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun “analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə mühəndis vəzifəsində çalışır, işlədiyi müddət ərzində rentgenspektral (SRM-18, VRA-2), rentgendifraktometrik (DRON-1, DRON-2, DRON-3 markalı), hal-hazırda isə rentgendifraktometrik MİNİFLEX 600 və Rentgenspektral S8 TİGER cihazlarında rentgen şüa mənbələrindən istifadə edərək təbii geoloji süxurların, süni texnoloji maddələrin, elmin son nəaliyyəti olan nanotexnologiyada istifadə olunan materialların faza və elementar tərkiblərinin tədqiqi ilə məşğul olur, rentgen tənzimlənməsi zamanı rentgen şüası ilə təmasda olur. İddiaçı xüsusi zərərli şəraitdə işlədiyinə görə aylıq aylıq əmək haqqına 24 % əlavə, əlavə məzuniyyət və qısaldılmış iş günü imtiyazlar verilir. DSMF X4 üzrə Mərkəzi Filialının “pensiya kapitalının miqdarı haqqında” xx.xx.2020ci il tarixli **********6 saylı arayışından görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24.870,57 manat təşkil edir, ona münasibətdə əmək pensiyasının mininum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının məbləği isə 42.718,26 manatdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətinə cavab olaraq, X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli imtina məktubuda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təyinatına imkan vermir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından göründüyü kimi 55 yaşı xx.xx.2019-cu ildə tamam olmuş iddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün pensiya kapitalı 42.718,26 manatdan az olmamalı olduğu təqdirdə bu hissədə şərt ödənilmir və pensiya kapitalı 24.870,57 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar