Məhkəmə qərarları › İş №2-1(112)-3944/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3944/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3944/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 36/17 saylı qərarının ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 558.68 manat məbləğində əsassız yazılmış borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon icra şöbəsindən iddiaçıya zəng edilərək bildirilmişdir ki, ondan 558.68 manat pul tutularaq bələdiyyəyə ödənilməsi barədə həmin şöbədə icra işi vardır. xx.xx.2021-ci il tarixdə icra şöbəsinə yaxınlaşıb icra işi ilə bağlı sənədlərin surətini əldə etmiş, onlarla tanış olarkən iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 36/17 nömrəli qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 558.68 manat məbləğində borcu ondan tutularaq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd edilən əmlakı 2015-ci ilin fevral ayında almış, həmin tarixdən bu günədək tərəfindən bələdiyyəyə vaxtı-vaxtında ödənişlər həyata keçirilmiş və qeyd edilən ödənişlər qəbzlə rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinə heç bir borcu yoxdur. Bu qeyd etdiyi hallar bələdiyyə tərəfindən tərtib edilən ödəniş cədvəlləri ilə təsdiq olunur. Şəxsi hesab vərəqəsindən də aydın olur ki, iddiaçının mülkiyyətində olan evə görə illik ödəməli olduğu verginin məbləği 187.92 manatdır. 2015-ci ilin fevral ayından (yəni iddiaçı evi aldıqdan sonra) iddiaçı davamlı olaraq ödənişlər etmiş və illik cari borclarını bağlamışdır. Evi aldığı tarixdən 6 il 9 aylıq bir müddət keçmişdir - yəni natamam 7 il. Son ili, yəni natamam 7-ci ili saymasaq (7-ci ilin bitməsinə 3 ay qalır və hələ ki, vergini ödəməyə vaxtı var), iddiaçı 1127,52 manat vəsait ödəməli idi. Cədvəldən də aydın görünür ki, iddiaçı bu dövr ərzində 1076 manat vergi ödəmiş, yəni demək olar ki, məbləğin tamamını bağlamışdır. Tam şəkildə aydın olur ki, Binəqədi bələdiyyəsinin iddiaçıya ödəməyə məcbur etmək istədiyi məbləğin evin iddiaçının mülkiyyətində olduğu dövrə heç bir aidiyyatı yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bələdiyyə tərəfindən qərara əsasən qeyd edilən borcla bağlı heç bir xəbərdarlıq məktubu və yaxud tədiyyə bildirişi iddiaçıya göndərilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin, bələdiyyənin mübahisələndirdiyi qərarı da iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Yalnız Bakı şəhəri Binəqədi rayon icra şöbəsindən xx.xx.2021-ci il tarixdə iddiaçıya vergi borcuna görə pulun ödənilməsi barədə məlumat verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 36/17 nömrəli qərarı əsassız və qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 36/17 saylı qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə hesablanmış 558.68 manat məbləğində borcun 507.16 manat məbləğinə dair hissəsində qismən ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 36/17 saylı qərardan görünür ki, İddiaçı tərəfindən (xx.xx.1976, Naxçivan MR, şəxsiyyət vəsiqəsi № 5557873, FİN 0TYFHJ) ünvan 3 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 558,68 (beş yüz əlli səkkiz manat, 68 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 558.68 manat məbləğində pul tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi barədə icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının istifadə, ev üzərində isə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış RB/429 saylı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 558.68 (beş yüz əlli səkkiz manat, 68 qəpik ) manat borcun bələdiyyə büdcəsinə ödənilməsi tələb edilmişdir. TV-10xx-xx-2334 saylı, xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya 2021-ci il üçün 187,92 manat, ötən dövrlər üçün 558,68 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən verilmiş 2021-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya 2021-ci il üçün 187.92 manat məbləgində vergi borcu hesablanmış, iddiaçı isə xx.xx.2017-ci il tarixdən etibarən cəmi 1076 manat məbləgində vergi ödəmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Respublikası Qanununa əsasən: 17.1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. 18.2. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. 18.3. Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. 18.4. Bələdiyyələr öz ərazilərində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hədlərdə torpaq vergisinin dərəcələrini və vergi güzəştlərini müəyyən edirlər. 18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.7. Digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 (yüz) kvadratmetrinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələri tətbiq edilir. 18.8. Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 18.8.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 18.8.2. bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaqlar; 18.8.3. istehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin meşə fondu, su fondu və digər kateqoriyalara aid edilmiş torpaqları. 18.9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği on manat azaldılır. Torpaq vergisinə belə güzəştlər tətbiq edilən şəxslərin mülkiyyətində ayrıca qeydiyyata alınmış iki və daha çox torpaq sahəsi olarsa vergi güzəştləri mülkiyyətçinin arzusu ilə bu sahələrin birinə, yaşayış fondlarının torpaqlarında isə həmin şəxsin yaşayış yer üzrə qeydiyyatda olduğu evin, habelə həyətyanı sahənin altında olan torpağa şamil edilir. 18.10. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə zonalarının torpaq sahələrinə görə torpaq vergisi tutulur. 18.11. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 18.12. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 18.13. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının istifadə, ev üzərində isə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 36/17 saylı qərarla iddiaçıdan ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 558,68 (beş yüz əlli səkkiz manat, 68 qəpik) manat məbləğində borcun bələdiyyənin büdcəsinə ödənilməsi qərara alınmışdır. TV-10xx-xx-2334 saylı, xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya ödən dövr üçün 558,68 manat məbləğində vergi borcu hesablanmışdır. Məhkəmə zamanı cavabdeh tərəfindən verilmiş 2021-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin tədqiqi zamanı iddiaçıya 2021-ci il üçün 187.92 manat məbləğində vergi borcu hesablanmış, iddiaçı isə xx.xx.2017-ci il tarixdən etibarən cəmi 1076 manat məbləğində vergi ödəmişdir. Belə olan halda, iddiaçının ünvan 2 ünvanında yerləşən əmlakı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı xx.xx.2015-ci il tarixdən 2021-ci il tarixə qədər 1127,52 manat məbləğində vergi borcu yaranmışdır (187.92 x 6= 1127,52). İddiaçı tərəfindən isə 1076 manat vergi ödənildiyi nəzərə alınarsa, onun yalnız 51,52 manat məbləgində vergi borcu vardır. Buna görə də cavabdeh tərəfindən iddiaçıya 558,68 manat məbləğində vergi borcunun hesablanması qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçıya yalnız 51,51 manat məbləğində vergi borcu hesablana bilərdi. Qalan 507,16 manat məbləğində vergi borcu isə əmlakın əvvəlki sahibinin istifadəsi nəticəsində yarandığı üçün ona aid edilə və ondan tələb edilə bilər. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 36/17 saylı qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə hesablanmış 558.68 manat məbləğində borcun 507.16 manat məbləğinə dair hissədə qismən ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 36/17 saylı qərarı ilə İddiaçı məxsus torpaq sahəsinə və əmlaka görə hesablanmış 558.68 manat məbləğində borcun 507.16 manat məbləğinə dair hissədə qismən ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar