Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3949/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, 5 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin hüquq şöbəsində böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsinə qarşı iddiaçının vergi ödəyicisi kimi uçota alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi bağlı inzibati aktın ləğv edilməsi” barədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsinə qarşı “iddiaçının vergi ödəyicisi kimi uçota alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi bağlı cavabdehin inzibati aktın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən həmin məcəllənin 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulmuş halların hər hansı biri iddiaçı ilə bağlı mövcud deyil. Çünki, iddiaçı vergi ödəyicisi olmadığı üçün, Vergi Məcəlləsində vergi ödəyiciləri üçün müəyyənləşdirilmiş vəzifələr iddiçıya şamil olunmur. İddiaçının vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı ərizə təqdim edilməmişdir. İddiaçının uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. İddiaçıya göndərilmiş bildirişin mətnindən də göründüyü kimi, iddiaçı vergi ödəyicisi kimi uçota alınması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış, bununla bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğu göstərilməmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsi iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı 2019-cu ilin yanvar- oktyabr ayları ərzində bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) Gömrük Ödənişlərinin ödəyicisinin Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) idxal etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən 2019-cu ilin yanvar- oktyabr ayları ərzində 6 ədəd nəqliyyat vasitəsinin (2 ədəd yarımyedək və 3 ədəd yəhərli dartıcı) idxal edildiyi, lakin "Axtarış&Hesabat” informasiya sistemi vasitəsi ilə alınmış gömrük məlumatlarına əsasən 2-sinin öz adında qeydiyyat olduğu müəyyən edilmişdir (siyahı əlavə olunur). İddiaçı tərəfindən kommersiya məqsədləri üçün gətirilən malların gömrük sərhədindən keçirilərkən GÖÖEN-dən istifadə edilməklə rəsmiləşdirilməsi qanunsuz sahibkarlıqla məşğul olmaqla vergidən yayınma hallarına şərait yaradılması kimi qiymətləndirilmişdir. fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə xx.xx.2020-ci il tarixli **********162600 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Yuxarıda göstərilənlərə cavabdeh iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarının surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. “Şəxsin vergi ödəyicisinin uçota alınması barədə" **********22400 saylı xx.xx.2020-ci il taixli bildirişdən görünür ki, şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçota alınmışdır. 2019-cu ilin yanvar- oktyabr ayları ərzində Gömrük Ödənişlərinin ödəyicisinin Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) vasitəsilə kommersiya məqsədli mallar idxal edən şəxslərin siyahısında görünür ki, İddiaçı (FİN xxxxxxx) kommersiya məqsədli mallar (yəhərli dartıcı, yarımyedək) idxal etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı onun adı 2019cu ilin yanvar- oktyabr ayları ərzində Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (GÖÖEN) vasitəsilə kommersiya məqsədli mallar idxal edən şəxslərin siyahısında olduğu üçün cavabdeh tərəfindən vergi uçotuna alınmış və bu haqda iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı onun vergi ödəyicisi olmadığı üçün vergi uçotuna alınması barədə cavabdehin inzibati aktının qanun tələblərinə zidd olduğundan ləğv edilməsini tələb edir. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasənhər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi Məcəllənin 16.1 və 16.1.2-ci maddələrinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəllənin 33.1-ci maddəsinə əsasən,vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Həmin Məcəllənin 34.1 maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. İşin faktiki hallarına əsasən iddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən ərizə verməmişdir. Lakin, buna baxmayaraq cavabdeh onu vergi ödəyicisi kimi qeydiyyata alaraq, ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vermişdir. Halbuki, qanunvercilikdə vergi orqanın fiziki şəxsi məcuburi qaydada vergi ödəyicisi kimi uçota almaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi olmadan vergi uçotuna alınması barədə inzibati aktın qəbul edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyil. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçi İddiaçı vergi ödəyicisi kimi uçota alınması və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi bağlı inzibati aktı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-69-cü, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı vergi ödəyicisi kimi uçota alınması və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsinin inzibati aktı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3949/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3949/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver