Məhkəmə qərarları › İş №2-1(112)-395/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-395/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-395/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Nxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 20N9-cu il 9 iyul tarixli N632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N9 iyul tarixli N25 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissədə xx.xx.N992-ci ildən xx.xx.N995-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsini almışdır. Qaradağ rayon Hərbi komissarlığı tərəfindən N998-ci ildə iddiaçıya 023455 saylı vəsiqə verilib. Vəsiqəyə əsasən o, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik olmuşdur. Lakin qeyd edilən vəsiqə heç bir əsas olmadan qanunsuz olaraq ləğv olunub. İddiaçı hesab edir ki, onun müharibə veteranı olmağı bütün sənədlərlə sübut edilir. Müharibə veteranı kimi vəsiqəsinin ləğv edilməsini əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, o, müharibədə ağır yaralanmış və qəlpə-güllə yarası almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.20N9-cu il tarixli, NN/5442 saylı yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr olmadığından “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 0N2-4627-N220 saylı məktubda göstərilmişdir ki, xx.xx.N970-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; - iddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.N970-ci il təvəllüdlü Salmanov X2 rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N988-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N988-ci ildə N saylı hərbi hissədə hərbi and içmişdir. xx.xx.N990-cı ildə SSRİ MN-nin 37N saylı xx.xx.N990-cı il tarixli əmri ilə silahlı qüvvələr sırasından ehtiyata buraxılmışdır. Hərbi biletin 6-cı qrafasında iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N995-ci il tarixədək N saylı hərbi hissənin tərkində xidmət etməsi barədə qeyd aparılmışdır. Hərbi biletin N4-cü qrafasında göstərilmişdir ki, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək Füzuli, Qubadlı bölgələrində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.N994-cü il tarixdə ağır yaralanmışdır. Biletin “xüsusi qeydlər” hissəsində göstərilmişdir ki, Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.200N-ci il tarixli amnistiya aktına əsasən “amnistiya” olunmuşdur. (İş: 230, səhifə: 45 amnistiya qovluğu). Sonuncu qeyd Bakı şəhəri Qaradağ rayon hərbi komissarı F.Cəbrayılov tərəfindən imzalanmış və qeydə möhür icra edilmişdir. - Mərkəzi Hərbi Poliklinikanın Hərbi Həkim Komissiyası sədrinin verdiyi N92 saylı, xx.xx.N994-cü il tarixli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, serjant İddiaçı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyi zaman xx.xx.N994-cü il tarixdə ağır yaralanmış, bununla baglı olaraq xx.xx.N994-cü il tarixdən xx.xx.N994 cü il tarixədək rayon hərbi xəstaxanasında müalicə almışdır; - Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2- N0264 saylı arayışında aşağıdakılar göstərilmişdir: Bakı şəhərindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin N9 dekabr N992-ci il tarixli 44 №-li əmrilə (əsas: § N, sıra N52, səh 42, əmrdə hərbi rütbəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək 4-cü ehtiyat taborunun əsgəri vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin N yanvar N993cü il tarixli 58 №-li əmrilə 4-cü ehtiyat taborunun hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: §

7. sıra 20, səh N4, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək 5-ci tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 300 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu İddiaçıh oğlu (əsas: § 9, sıra 75, səh 3N, əmrdə atasının adı Nurullah yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq 5-ci MAT-un hərbi qulluqçusu İddiaçı N №li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3N0 №-li əmrilə (əsas: § 2, sıra N, səh 20, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) məzuniyyətə getmiş hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 326 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu XN (əsas: § 7, sıra 3, əmrdə soyadı Solmanov yazılmışdır) "çavuş” hərbi rütbəsi verilərək bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N994cü il tarixdən hospitala gedib qayıtmadığı üçün 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçıh oğlu N nömrəli hərbi hissə komandirinin N4 iyun N994-cü il tarixli 430 nömrəli əmrilə (əsas: § 8, sıra 7, səh 33, əmrdə vəzifəsi göstərilməyib, hərbi rütbəsi “sıravi” yazılmışdır) ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N995-ci il tarixli 739 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu, çavuş İddiaçıh oğlu (əsas. § N, sıra N, əmrdə atasının adı Nurullah yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N995-ci il tarixdən hərbi hospitala getmiş hesab edilərək qida təminatına yazılmışdır; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N03 saylı xx.xx.2002-ci il tarixli qərarının təsdiq edilmiş surətindən aydın olur ki, Qaradağ RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, N995-ci ildən fərarilik etdiyi üçün barəsində Füzuli qarnizonu hərbi prokurorluğu tərəfindən xx.xx.200Nci ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı, döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.N994 və xx.xx.N995-ci illərdə aldığı yaralanma – diaqnoz: “Qarnın kor güllə yaralanması, nazik bağırsağın zədələnməsinə görə 85 sm rezeksiyası və yan-yana anastomozundan sonrakı periton boşluğunda bitişmə prosesi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Boynun arxa səthinin kor qəlpə yaralanması nəticəsində yumşaq toxumaların çoxsaylı metal qəlpələri, İİV boyun fəqərəsinin arxa çıxıntısının bitişmiş sınığı, funksiyanın cüzi dərəcədə pozulması ilə” nə səbəbə ki, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunmuşdur. (Mirqasımov adına Respublika Klinik xəstəxanasının xx.xx.N994-cü il tarixli çıxarış epikrizi və N saylı hərbi hissənin tibbi xasiyyətnaməsi, Qaradağ RHK-nın xx.xx.2002-ci il tarixli 440 saylı arayışı, Füzuli qarnizonu hərbi prokurorluğunun xx.xx.200N-ci il tarixli amnistiya qərarı) “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Əsas: MN MHHK-nın 6N saylı, xx.xx.2002-ci il tarixli protokolu; - Füzuli hərbi prokurorunun N8 aprel 200N-ci il tarixli “amnistiya qərarına əsasən cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarının təsdiq edilmiş surətindən aydın olur ki, N saylı hərbi hissənin əsgəri İddiaçı haqqında amnistiya qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. - SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2020-ci il tarixli 629 saylı məktubunda bildirilmişdir ki, N970-ci il təvəllüdlü İddiaçı keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçmiş,xx.xx.N994-cü il tarixdə yaralanmış, tərxis olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən hərbi xidmət keçməsi barədə arayışı Xidmətin Qaradağ rayon idarəsində olmadığı üçün nə vaxta qədər hərbi xidmət keçməsi barədə məlumatın verilməsi mümkün deyil. Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixdə haqqında cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı əhv olunması barədə qərarın saxlama müdddəti başa çatdığı üçün məhv edilmişdir; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli, HP 0N/258 saylı məktubda bildirilmişdir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Füzuli hərbi prokurorluğuna müraciəti ilə bağlı xx.xx.200N-ci il tarixdə barəsində Azərbaycan Respublikası CPM-nin 39.N.N2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin həmin illərə aid sənədlər və materiallar saxlama müddəti keçməsi səbəbindən qanunamüvafiq qaydada məhv edildiyindən qeyd edilən material barədə ətraflı məlumat vermək mümkün deyildir; - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.20N9-cu il N/S-NN866 saylı məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-N0264 nömrəli arayışına əsasən müalicədən sonra xidmət yerinə qayıtmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Müalicədə olmağı ilə əlaqədar sənəd müvafiq sənəd (və ya arayış) sənədlərə əlavə olunaraq təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxılaraq müvafiq qərar qəbul oluna bilər. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və yuxarıda göstərilən əsaslara görə ona “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı haqqında amnistiya aktına əsasən bəraətverici əsas olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi işin təkzibedilməz halıdır. Əsasnamədə, həmçinin, imperativ qaydada müəyyən edilmişdir ki, müharibə veteranı statusu və vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyalar tərəfindən verilir. Lakin iş materiallarında iddiaçının sonuncu xidmət keçdiyi və ya qulluq etdiyi yerdən ehtiyata buraxılması barədə məlumat aşkar edilmir. Bu halda, iddiaçının barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qeyri-qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə digər pozitiv sübutetmə vasitələri toplanılacağı və ya toplanmış olduğu hallarda belə, barəsində müvafiq amnistiya aktı tətbiq edildiyindən ona müharibə veteranı statusunun verilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

SƏDRLİK EDƏN:MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar