Məhkəmə qərarları › İş №2-1(112)-395/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-395/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-395/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X7, 3-cü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı Nəqliyyat Agentliyi işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçınə dair “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı; 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2020 saylı, 28.01.2020-ci il tarixli qərardadı ilə Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28.06.2011-ci il tarixli, 04/1 saylı müraciəti və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 09.06.1997-ci il tarixli, 003217 saylı şəhadətnaməni nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçınə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsinin 0.5022 ha torpaq sahəsində əlavə edilməklə ümumilikdə 1.4797 ha torpaq sahəsinin iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. 23.07.2012-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 12/94 saylı ayrıc aktı verilmişdir. 13.09.2012-ci ildə isə 17.07.2012-ci il tarixli, 311 saylı sərəncam ilə 12/94 saylı ayrıc aktına əlavə edilmişdir. 24.12.2013-cü il tarixdə iaşə obyektinin təqdim olunmuş işçi layihəsinə baxılaraq, 3 ədəd 7 mərtəbəli, 1 ədəd, 3 mərtəbəli tikintinin memarlıq hissəsi razılaşdırılmışdır. 19.09.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X2 Eksertizası Baş İdarəsi tərəfindən 24162 saylı rəy verilmişdir. 30.01.2018-ci il tarixdə obyektin tikintisinə 08 saylı icazə verilmişdir. 04.05.2018-ci il tarixdə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə başlanması üçün əsas olan 248 saylı xüsusi nişan verilmişdir. 30.01.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 saylı sərəncamı ilə İddiaçınə obyektin tikintisinə icazə verilmişdir. 20.04.2018-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı sərəncamı ilə ““Dərnəgül” metro stansiyası ətrafında “X6” yaradılması ilə əlaqədar İddiaçınə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin layihələndirilməsi və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. 01.06.2018-ci il tarixdə isə həmin sərəncam rəsmi qaydada İddiaçınə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinin başlanması üçün əsas olan 04.05.2018-ci il tarixli, 248 saylı xüsusi nişan verilməsindən sonra əvvəlki tarixə yəni, 20.04.2018-ci il tarixdə ləğv edilmiş qanunsuz inzibati akt (sərəncam) ləğv olunmalı və əvvəlki yəni qanunsuz və əsassız ləğv edilən inzibati aktın bərpa edilməsi öhdəliyi Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 3-cü şəxs Bakı Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamı əsaslı və qanuni olduğundan iddia tələbi təmin edilməmlidir. Belə ki, inzibati işin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V növbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən sahəsi 9.775 kv.m olan torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün İddiaçı istifadəsinə verilmiş, 17 iyul 2012-ci il tarixli, 311 saylı sərəncam əsasında isə iddiaçıya ayrılmış 0,9775 ha torpaq sahəsinə 0,5022 ha torpaq sahəsi də, əlavə edilməklə istifadəyə verilmiş torpaq sahəsi 1,4797 ha müəyyən edilmişdir. Bundan əlavə ləğv edilmiş 30 yanvar 2018-ci il tarixli, 46 saylı sərəncam əsasında isə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçınə iaşə obyektinin tikintisi üçün icazə verilmişdir. Mübahisə predmeti olan 302 saylı sərəncam isə həmin ərazidə X5 yaradılması ilə əlaqədar qəbul edilmişdir. Nəzərə çatdırırlar ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi Agentlik tərəfindən 17 mart 2017-ci il tarixdən etibarən nəqliyyat mübadilə mərkəzi kimi istifadə edilir. Eyni zamanda nəqliyyat mübadilə mərkəzi yaradılması planlaşdırılarkən bu məqsədlə həmin ərazidə yolun hərəkət hissəsinin, “cib”lərinin və piyada səkilərinin daimi olaraq X5 ərazisi kimi istifadə edilməsi məqsədilə ayrılması üçün 24 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər X10 Təhlükəsizliyi Komissiyasına müraciət edilmişdir. Bu məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" ASC (hazırki Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi), Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən cavab məktublarında həmin ərazidə X5 yaradılmasına etirazın olmadığı bildirilmişdir. Digər tərəfdən “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 02 aprel 2018-ci il tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X5 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən 06 aprel 2018-ci il tarixli, 237 s nömrəli sərəncam qəbul edilmiş və sərəncamda digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinə 4 X5 yaradılması ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı tapşırıq verilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən 4 X5 yerləri dəqiqləşdirilmiş və aidiyyəti qurumlara bu barədə təkliflər irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 4.1-ci bəndinə əsasən nəqliyyat mübadilə mərkəzi Bakı şəhərinin inzibati ərazisində sərnişin axınının nisbətən sıx olduğu və bir neçə şəhərdaxili marşrut xəttinin kəsişdiyi, ictimai nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilər) keçidin daha rahat və əlverişli olduğu yerlərdə sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz edilmiş xüsusi ərazidir. Göründüyü kimi, sözügedən qərarda nəqliyyat mübadilə mərkəzi üçün zəruri olan tələblər müəyyən edilmiş, buraya sərnişin axınının nisbətən sıx olması, bir neçə şəhərdaxili marşrut xəttinin kəsişməsi, eləcə də ictimai nəqliyyatın digər növlərinə, o cümlədən metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilərə keçidin rahat və əlverişli olması aid edilmişdir. Bundan əlavə həmin “Tələblər”də nəqliyyat mübadilə mərkəzində pavilyonların, dispetçer məntəqəsinin olması imperativ qaydada göstərilmiş, kiçik ticarət və iaşə xidmətləri köşkləri, sanitar qovşağının yerləşdirilməsi isə mümkün hesab edilmişdir. Agentlik tərəfindən də, 4 X5 yerləri dəqiqləşdirilərkən həmin ərazilərin ictimai nəqliyyatın axını baxımından rahat və əlverişli olması, habelə ərazinin sahəsi baxımından isə sərnişinlərə və sürücülərə xidmət göstərilməsi üçün müvafiq tikililərin inşası üçün kifayət qədər sahəyə malik olması əsas götürülmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, nəqliyyat mübadilə mərkəzləri üçün tələblərin bəziləri qanunvericilikdə imperativ qaydada müəyyən edildiyindən ondan kənara çıxmaqla işlərin müvafiq aparılması adı çəkilən qərarın tələblərinə zidd olmaqla yanaşı, X5 yaradılması məqsədi ilə də uzlaşmır. Digər tərəfdən, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığını özündə ehtiva edən hüquqi-müəyyənlik prinsipi tələb edir ki, 02 aprel 2018-ci il tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndindəki “nəqliyyat mübadilə mərkəzi” ifadəsi dedikdə “Tələblər”in 4-cü hissəsində göstərilən müddəalar mütləq nəzərə alınsın. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi də, həm sərnişin axınının nisbətən sıx olması, həm bir neçə ictimai nəqliyyatın (avtobus, metro, şəhərətrafı qatar və s.) kəsişməsində yerləşməklə mövcud “Tələblər”ə cavab verdiyindən həmin ərazi X5 yaradılması üçün təklif edilmişdir. Qeyd edilən ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən baş plan və koordinatlar təqdim edilmiş və verilmiş baş plandan mərkəzin əhatə edəcək ərazisinin sahəsi 7,3578 ha olacağı göstərilmişdir. Baş plandan da, aydın görünür ki, Dərnəgül X5 inşası üçün nəzərdə tutulan torpaq sahəsi ilə İddiaçı KM-nə iaşə obyektinin inşası üçün ayrılmış 1,4797 ha sahəsi isə tam üst-üst düşür. Digər tərəfdən yaradılması nəzərdə tutulan mərkəzdə nəqliyyat vasitələri və sərnişinlərin axınının yüksək olacağı diqqətə alındıqda 6 ədəd 7 mərtəbəli iaşə obyektinin, habelə idman mərkəzinin inşası həmin mərkəzin fəaliyyətini iflic edər. Belə bir vəziyyət isə normal X5 inşasını, son nəticədə isə ölkə Prezidentinin Fərmanın müvafiq hissəsinin icrasını mümkünsüz edir. Halbuki, mövcud qanunvericiliyə əsasən normativ hüquqi aktın bir növü olan fərman qeyri-müəyyən subyektlər dairəsinə ünvanlanmaqla hamı üçün məcburi davranış qaydalarını müəyyən edir. Bu səbəbdən hesab edirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının torpaq sahəsinin ayrılması, eləcə də, məişət və iaşə obyekti, idman mərkəzinin tikintisinə icazə verilməsi barədə sərəncamları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyindən ləğv edilməlidir. Çünki, “İnzibati icraat haqqında" Qanunun 67.1 -ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 nömrəli “iaşə obyektinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin 04.02.2010-cu il tarixli, 12-25/145 saylı razılıq məktubunu və "xxxx" Kiçik Müəssisəsinin 05.02.2010-cu il tarixli, 02 saylı müraciətini nəzərə alaraq, Bakı Metropoliteninin 16.02.2010-cu il tarixli, 40N-10/3-115 saylı rəyində qoyulmuş texniki şərtlər daxilində Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V nöbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və "xxxx" Kiçik Müəssisəsi tərəfindən istifadədə olan 9775 kv.m torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 311 nömrəli, 17.07.2012-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin 28.06.2011-ci il tarixli, 04/i saylı müraciəti və Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 09.06.1997-ci il tarixli, 003217 saylı şəhadətnaməsini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində "xxxx" Kiçik Müəssisəsinə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsin 0.5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1.4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 nömrəli, 30.01.2018-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, "xxxx" Kiçik Müəssisəsinə iaşə obyektinin tikintisinə icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin 18.01.2018-ci il tarixli, 02 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.07.2012-ci il tarixli, 311 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mkr. S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə "xxxx" Kiçik Müəssisəsinə icazə verilmişdir. İşdə olan “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Tikinti İşlərinə Başlanılması üçün əsas olan” 248 nömrəli, 04.05.2018-ci il tarixli Xüsusi nişanın surətindən görünür ki, tikinti obyektinin sifarişçisi "xxxx" Kiçik Müəssisəsinə “Dərnəgül” metro stansiyasının qərb hissəsindəki ərazidə yerləşən, məişət və iaşə obyektlərinin/ 6 ədəd 7 mərtəbəli (-8.40 m səviyyəsində yeraltı avtodayanacaq, - 4.20 m səviyyəsində xidməti sahə); idman mərkəzi (3 mərtəbəli, zirzəmi mərtəbəsi, köməkçi sahə və avtodayanacaq) tikinti işlərinə başlanılmasına xüsusi nişan verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2012-ci il tarixli, 12/94 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktının və ona əlavə edilmiş ayrıc aktına əlavədən görünür ki, "xxxx" Kiçik Müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.07.2012-ci il tarixli, 311 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin Şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının Qərb hissəsində iaşə obyektinin tikintisi üçün ayrılan torpaq sahəsinə dair 12/94 saylı ayrıc aktı və həmin ayrıc aktına əlavə tərtib olunmuşdur. İşdə olan Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, 19.09.2017-ci il tarixli rəydən görünür ki, sifarişçi İddiaçı KM-nin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.01.2018-ci il tarixli, 08 nömrəli tikintiyə icazə sənədinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyəti tərəfindən "xxxx" Kiçik Müəssisəsinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində, X-403305, Y-4475576 tikinti koordinatlarında tikinti işləri aparılmasına icazə verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin müavininə ünvanlanmış 2/02-2856 nömrəli, 08 may 2017-ci il tarixli məktubdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin “Dərnəgül” X5 yaradılması ilə bağlı avtomobil yolunun hərəkət hissəsinin, “cib”lərin və piyada səkilərinin mərkəzin ərazisi kimi istifadə edilməsi barədə tapşırığa aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, X5 yaradılması ilə əlaqədar yolun hərəkət hissəsinin, “cib”lərin və piyada səkilərinin mərkəzin ərazisi kimi istifadə edilməsinə dair Bakı Nəqliyyat Agentliyinin müraciətinə əlavə rəy və təklifləri yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 11.05.2017-ci il tarixli, 016-53349- 12H nömrəli məktubdan görünür ki, tapşırığa əsasən metronun “Dərnəgül” stansiyasının ətrafında X5 (HUB) təşkil edilməsi barədə Bakı Nəqliyyat Agentliyinin 228-27-03/106 nömrəli, 24.04.2017-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Agentliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə aparılmış müayinənin nəticəsinə əsasən metronun “Dərnəgül” stansiyasının ətrafında X5 (HUB) təşkil edilməsi məqbul hesab olunur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı, 20.04.2018-ci il tarixli "xxxx" Kiçik Müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamın surətindən görünür ki, “Dərnəgül” metrostansiyası ətrafında X5 yaradılması ilə əlaqədar, "xxxx" X8 rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.02.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə ünvanlanmış 29.05.2018-ci il tarixli, 18/03-8/1742 nömrəli məktubdan görünür ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində "xxxx" Kiçik Müəssisəsinə dair layihə sənədlərinin ləğv edilməsi barədə 04.05.2018-ci il tarixli, 09-11-04/301 saylı məktubuna Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 302 saylı sərəncamı ilə ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə ünvanlanmış 13 avqust 2018-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, Bakı şəhərində 4 X5 yaradılması məqsədilə müəyyən edilmiş torpaq sahələrinin koordinatlarının təqdim edilməsinə dair 06 avqust 2018-ci il tarixli, 09-11-04/645 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, Bakı şəhərində ilkin olara 4 X5 yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif edilmiş və ayrılması nəzərdə tutulan torpaq sahələrinin baş-planları və koordinatları təqdim edilir, eyni zamanda həmin ərazilərdə yerləşən özəl mülkiyyətlərin mövcud qanunvericiliyin tələblərinə riayət edilməklə alınması məqsədəuyğun hesab edilir. İşdə olan Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 03 sentyabr 2019-cu il tarixli, 09-11-04/1423 nömrəli məktubdan görünür ki, “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X5 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırığı verilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən 4 X5 yerləri dəqiqləşdirilmiş və həmin məlumatlar əsasında Azəbraycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ərazilərin baş planları tərtib edilmiş, koordinatları təqdim edilmişdir. Müasir tələblərə cavab verən X5 yaradılması nəzərdə tutulan ərazilərdən biri də, hazırda faktiki olaraq həmin məqsəd üçün istifadə edilən Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq, “Dərnəgül” metro stansiyasının isə qərb hissəsində yerləşən torpaq sahəsidir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 avqust 2018-ci il tarixli, **********69 nömrəli məktubunda (qoşmasında) həmin ərazidə yerləşən və Agentliyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin 7.3578 ha olduğu və sözügedən ərazinin xüsusi mülkiyyətdə olmadığı göstərilmişdir. Digər tərəfdən həmin ərazinin bir hissəsinin "xxxx" Kiçik Müəssisəsinə ayrılması, həmçinin orada iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamları 20 aprel 2018-ci il tarixli, 302 nömrəli digər sərəncam ilə ləğv edilmişdir. Yuxarıda göstərilənləri və tapşırığın icra müddətini bitməsini nəzərə alaraq, “Dərnəgül” metro stansiyasının çıxışları arasında olan 7.3578 ha torpaq sahəsinin Agentliyin istifadəsinə ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X5 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırığı verilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən 4 X5 yerləri dəqiqləşdirilmiş və həmin məlumatlar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ərazilərin baş planları tərtib edilmiş, koordinatları təqdim edilmişdir. Müasir tələblərə cavab verən X5 yaradılması üçün nəzərdə tutulan ərazilərdən biri də, Binəqədi rayonnu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq, “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi olmuşdur. Metronun “Dərnəgül” stansiyasının ətrafında Bakı Nəqliyyat Agentliyinin “Dərnəgül” X5 yaradılmasının məqbul hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Nazirinin müavininə "xxxx" ASC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən məktublar ünvanlanmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Dərnəgül” metrostansiyasının ətrafında X5 yaradıldığı və 17.03.2017-ci il tarixdən istifadəyə verildiyi, Dərnəgül X5 inşası üçün nəzərdə tutulan torpaq sahəsi ilə "xxxx" KM-nə iaşə obyektinin inşası üçün ayrılmış 1.4797 ha torpaq sahəsi ilə tam üstüstə düşdüyündən, digər tərəfdən yaradılması nəzərdə tutulan mərkəzdə nəqliyyat vasitələri və sərnişinlərin axınının yüksək olacağı diqqətə alındıqda 6 ədəd 7 mərtəbəli iaşə obyektinin, habelə idman mərkəzinin inşası həmin mərkəzin fəaliyyətini iflic edə biləcəyindən, belə bir vəziyyətin isə normal X5 inşasını, son nəticədə isə ölkə Prezidentinin Fərmanının müvafiq hissəsinin icrasını mümkünsüz edə biləcəyini nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 302 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 29.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. Yuxarıda sadalanan işin hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli sərəncam qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar