Məhkəmə qərarları › İş №2-1(112)-3951/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3951/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3951/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (X6 üzrə Mərkəzi Filialı) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (X6 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildən hal-hazıradək “xxxx”-ində kran maşinisti peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşından 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə xx.xx.1980-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexində təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər kimi başlamışdır. xx.xx.1980-ci il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexinə 3-cü dərəcəli növbətçi təmirçi çilingər kimi işə qəbul olunmuş, xx.xx.1982-ci ildə Mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, xx.xx.1983-cü il tarixdə isə öz istəyi ilə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə 1 saylı mexanikləşdrilmiş ev tikintisi kolonu Mingəçevir y/s, 4 dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmişdir. 1984-cü ildə qeyd edilən işdən ərizəsi ilə azad edilmişdir. xx.xx.1986-cı ildə xxxx Mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş və həmin sexdə xx.xx.1989-cu il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir. xx.xx.1994-cü ildə isə kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmişdir. İşlədiyi “xxxx" MMC yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC adlandırılmışdır. Hazırda köməkçi avadanlıqların istismarı sexində kran maşinisti vəzifəsində işləyir. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2018-ci ildən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq, hazırda bu hüququndan istifadə edə bilmir. xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun X6 İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2019-cu il tarixli ərizəsinə verilmiş Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx xxxxxx 2019-cu il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. “xxxx” MMC-nin işin xarakteri haqqında arayışında işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə İddiaçı xx.xx.1986-cı il tarixdən bu günə kimi hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənildiyi, əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələrlə, səs-küy, titrəmə, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən xx.xx.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24 bölməsinin «a» bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını, işin xarakteri haqqında arayış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. İddiaçının əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçı “xxxx”-nin X1 xx.xx.1986cı ildən xx.xx.1993-cü ildə müxtəli dərəcəli kran maşinisti vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən hal-hazıradək isə həmin müəssisənin Köməkçi Avadanlıqların İstismarı və Təmiri Sexin “X3 istismarı briqadasında” kran maşınisti işləmişdir. İddiaçının işlədiyi müəssisənin veridiyi arayışdan bəlli olur ki, həmin müəssisə “xxxx” ASC-nin tərkibindədir. Həmin ASC-nin adından da bəlli olduğu kimi, qeyd edilən ASC-nin işçilərin güxəşltli pensiya hüququ verən peşələr həmin ASC-nin fəaliyyət sahəsinə uyğun olaraq qeyd edilmiş həmin Siyahının 24-cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aiddir. Qeyd edilən sahədə isə kran maşinistləri peşəsindən ancaq “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “Köməkçi Avadanlıqların İstismarı və Təmiri Sexin “X3 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda güvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı xx xxxx 1993-cü il tarixli qərarı ilə qəbul edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Qərarda da nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd edilən əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı, hərbi xidmətdə olduğu müddət ilə birlikdə 24 il 03 ay 11 gündür, yani 25 ildən azdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********6 saylı məktubdan görünür ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1986-cı il tarixdən bugünədək “xxxx”-ində işlədiyi kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıiı olmayaraq yeraitı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9 8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 ıl ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz «xxxx» MMC-nin Sizə dair xx xxxxxx 2019-cu il tarixli 205-17 nömrəli arayışında xx.xx.1986-cı il tarixindən bugünədək «xxxx»-nin X1 və Köməkçi Avadanlıqlarının İstismarı və Təmir sexinin «Yükqaldırıcı mexinizmlərin istismarı biriqadası»nda kran maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən Qararda qeyd olunan sahəyə aid deyil. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 205-17 nömrəli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X11 xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “xxxx”-nın X1, 4-cü dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 444 xx.xx.1986), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 40/K xx.xx.1989), xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Köməkçi Avadanlıqların İstismarı və Təmiri sexinin “X3 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № il tarixədək 224/K xx.xx.1993), xx.xx.1994-cü il tarixdən halhazıradək həmin sexin “X3 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 83/K xx.xx.1994) işləyir. xx.xx.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların İstismarı və Təmiri Sexi-Köməkçi Avadanlıqların İstismarı sexi adlandırılmışdır. Əmr № 28, xx.xx.2009). İddiaçı xx.xx.1986-cı il tarixdən halhazıradək Qazan turbin sexinin avadanlıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3- təhlükəlilik sinfi 3-4, səsküy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı xx.xx.1986-cı il tarixdən halhazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu ücün İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. “xxxx” ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx" - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli **********0 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda onun müraciətində qeyd etdiyi peşənin nəzərdə tutulmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli 299 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (əsas hərbi bilet NZ № 4247340). İş materiallarında olan Azərbaycan Respublikası Milli X12 rayon İcra Hakimiyyəti Oğuz rayon Dövlət Arvivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 152 saylı arxiv arayışından görünür ki, ünvan 1 mənzil 42 ünvanında qeydiyyatda olan İddiaçı Oğuz rayon “Əzizbəyov” adına kolxozda (şəxsi hesab 169) 1984-cü ildə kolxozçu (minimum norma 250, iş günü 29, əmək haqqı 184), 1985-ci ildə çoban (minimum norma 250, iş günü 264, əmək haqqı 2135), 1986-cı ildə çoban (minimum norma 250, iş günü 89, əmək haqqı 517) vəzifəsində işləmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli 06 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 1978-1979-cu il tarixlərdə Mingəçevir şəhər 39 nömrəli X8 (hazırki Ələmdar Quliyev adına X9) 1 illik əyani 6 saylı qrup üzrə «Avtomobil təmiri çilingəri» ixtisasına daxil olmuş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası üzrə attestat verilmişdir. Adlar kitabında qeydiyyat №-si 3627. İş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı il tarixdə Mingəçevir şəhər «Azrezintexnika» zavodunda 5 zolaqlı ötürücü kəmərlər sexinə təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə Azərbaycan SSR ƏHQ 37 maddəsinə əsasən azad edilmiş, xx.xx.1980-xx.xx.1982-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhər «Azrezintexnika» zavodunda 5 zolaqlı ötürücü kəmərlər 3-cü dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə Azərbaycan SSRƏHQM 37 maddəsinə əsasən şəhərdən getməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə DBM Zavodunda mexaniki sexə 4-cü dərəcəli ehdiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, xx.xx.1983-cü il tarixdə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdə 1 saylı mexanikləşdirilmiş ev tikintisi kolonunda Mingəçevir y/s, 4-cü dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmiş, xx.xx.1984-cü il tarixdə verilən ərizəyə əsasən işdən azad edilmiş, xx.xx.1986-cı il tarixdə xxxx-də mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə həmin sexdə tutduğu vəzifədə 5-ci dərəcə verilmiş, xx.xx.1993-cü il tarixdə köməkçi avadanlıqların istismarı və təmiri sexinə 5-ci dərəcəli kran maşinisti keçirilmiş, xx.xx.1994-cü il tarixdə mərkəzi komissiyada imtihan verdikdən sonra kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmiş, xx.xx.2003-cü il tarixdə “xxxx” ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx”- “xxxx” MMC adlandırılmış, xx.xx.2006-cı il tarixdə “xxxx” ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilşməsi ilə əlaqədar “xxxx” MMC – “xxxx” MMC adlandırılmış, xx.xx.2009-cu il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq köməkçi Avadanlıqların İstismarı və Təmiri sexi-köməkçi Avadanlıqların İstismarı sexi adlandırılmış, hal hazırda orada işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək “xxxx”-nın X1, 4-cü dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Köməkçi Avadanlıqların İstismarı və Təmiri sexinin “X3 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X3 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir və qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Cavabdeh qeyd olunan vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid olmadığını bildirir. Lakin həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, 2140000a-13790, qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə maşğul olan kran maşinistləri (krançılar) peşələri nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı», bölmə 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar). İddiaçının iş yeri tərəfindən verilmiş arayışda da qeyd olunan işlərin xarakteri açıqlanır və işin xarakterinə görə qeyd olunan vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid olduğu bildirilir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur və qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (X6 üzrə Mərkəzi Filialına) həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar