Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3951/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Şöbəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu İcra Şöbəsindən 56000 manat əsas borc və 28000 manat bank faizi olmaqla, cəmi 84000 manat pulun tutularaq ona ödənilməsi haqqında qərar qəbul qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən təkrar hüquqi yardım göstərərək iddia tələbində göstərilən tələb üzrə əvvəlcə cavabdehə müraciət olunması və tələbindən imtina olunduğu halda məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qeyd olunanlara əsasən, iddia ərizəsini qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya vaxt verilməsinə baxmayaraq iddiaçı hazırki tələb üzrə cavabdehə müraciət etməsinə dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında həmin tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmədiyini və iddianın mümkün iddia olduğundan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanin məhkəmənin sorgusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə icraata daxil olmuş (icra məmuru B.Bayramzadə) Nərimanov rayon məhkəməsinin 2(005)-1428/11 saylı, xx.xx.2011 -ci il tarixli icra sənədinə əsasən X3ndan cəmi 30000 ABŞ dolları ödəniş gününə ödəniş yerinin məzənnəsi üzrə manatla İddiaçı xeyrinə tutulmalıdır. Nərimanov rayon Məhkəməsinin 8(005)-1499/2012-ci il tatixli qərardadı ilə icra vərəqəsinin icrasını təmin etmək məqsədilə X6 arvadı X10 məxsus əmlaklardan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsindəki 5 saylı evin 51 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur və borc həmin mənzilin 50 % hissəsinin satışından əldə olunacaq vəsait hesabına ödənilməsi qərara alınmışdır. ci il tarixində icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. xx.xx.2015-ci il tarixindən qiymətləndircinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və "xxxx" MMCyə sifariş göndərilmişdir. xx.xx.2015-ci il tarixində "xxxx" MMC dən qiymətləndirilmənin nəticələri barədə məktub gəlmişdir, və mənzilin qiyməti 150000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər qiymətləndirmənin qərarından şikayət ərizəsi vermişdir. xx.xx.2016-cı il tarixdə şöbəyə daxil olmuş Səbail rayon məhkəməsinin 2(009)- 719/16 saylı icra vərəqəsinə əsasən X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51,52 saylı mənzilin orta bazar qiymətinin 120000 (bir yüz iyirmi min) manat əsas götürülməklə Nərimanov rayon məhkəməsinin 8(005)-1499/12 saylı, xx.xx.2012-ci il tarixli və 8(005)- 25/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadları üzrə icra icraatı davam etdirilməlidir. xx.xx.2016-cı il tarixində “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə” hərracın keçirilməsi üçün məktub göndərilmişdir. İlk dəfə göstərilən əmlakın açıq hərracda satılması üçün hərrac 25.11,2016-cı il tarixə, daha sonra xx.xx.2017-ci il tarixə təyin edilərək bildiriş vasitəsilə tərəflərə göndərilmişdir. "xxxx" MMC-nin 5284 saylı, 03.11,2017-ci il tarixdə şöbəyə ünvanladığı məktubunda qeyd etmişdir ki, göstərilən əmlakın açıq hərracda satılması üçün hərraclar keçirilmiş, lakin alıcı olmadığından əmlak satılmamışdır. Bu səbəbdən qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün sənədlər geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq, əmlakın borc əvəzi qəbul edilməsi tələbkara təklif olunmuş. Əmlak tələbkar tərəfindən qəbul edilməzsə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə qaytarılacağı bildirilmişdir. xx.xx.2019- xx.xx.2019-ci il tarixdə tələbkara əmlakın borc əvəzi qəbul edilməsinə dair təklifə qoyulan müddət bitmişdir. xx.xx.2017-ci il tarixdə tələbkar İddiaçı şöbəyə ərizə ilə müraciət edərək əlavə vaxt verilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə X13 şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin qanuna müvafiq şəkildə məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2018ci il tarixində tələbkar ərizə ilə Şöbəyə müraciət edərək icraatın dayandırılmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixində Nəsimi rayon Məhkəməsinə icratın dayandırılması üçün təqdimatla müraciət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 8(006)4 30/2018 saylı qərardadı ilə icraat dayandırılmışdır. X3 qərardadan apellyasiya şikayəti vermiş və Bakı apellyasiya Məhkəməsinin 8(103)240/2018 saylı qərardadı ilə təqdimat baxılması üçün yenidən Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon məhkəməsinin 8(006)430/2018 saylı qərardadı ilə icraat dayandırılmışdır. Borclunun təkrar müraciəti ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə dayandırılma ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə borcluya məxsus əmlaka yenidən baxış keçirilmiş, borcluya məxsus mobil nömrə ilə əlaqə saxlanılmış, şöbəyə gəlməsi təklif olunmuşdur, lakin borclu bundan imtina etmişdir. xx.xx.2018-ci il tarixində borclu ərizə ilə müraciət edərək icra sənədininin məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilərək, onun ünvanına göndərilmişdir, həmin qərardan şikayət verilməmiş, borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət edilmişdir. X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51, 52 saylı mənzilin orta bazar qiymətinin yenidən müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixində qiymətlədirilmə üçün müraciət edilmişdir. xx.xx.2019-cu il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixində borclunun həyat yoldaşı X11 məxsus 28 May küçəsi 5 ünvanında yerləşən 51, 52 saylı mənzillərdə təmir bərpa işlırinin aparılması iş icraçılarına qadağan edilmiş və bununla bağlı tərəfimizdən akt tərtib olunmuşdur. "xxxx" MMC-nin QXM /1958 saylı məktubuna əsaən yuxarıda qeyd olunmuş əmlakın dəyəri 206 750 manat məbləğində müəyyən edilmişdir. Nərimanov rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda borclu barəsində 63600 saylı axtarış işinin açılması barədə məlumat öz əksini tapmışdır. 23 may 2019 cu il tarixində borclunun və həyat yoldaşının bank hesablarının üzərinə həbs qoyulması barədə qərar qəbul edilərək müvafiq banklara ünvanlanmışdır. xx.xx.2019-cu il tarixində üzərinə həbs qoyulmuş əmlakın satışı üçün Hərrac Mərkəzinə yeni məktub ünvanlanmışdır. xx.xx.2019-cu il tarixində tələbkar X2 ərizə ilə müraciət edərək icraatın dayandırılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixində icraatın dayandırılması barədə “İcra Haqqında” qanunun 17.1.10-cu maddəsini rəhbər tutaraq qərar qəbul edilmişdir. Borclu tərəf xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin QXM /1958 saylı rəyinin ləğv edilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinin 2(006)- 2138/2019 saylı qətnaməsini şöbəyə göndərmişdir. xx.xx.2019-cu il tarixində tələbkar İddiaçı Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ərizə yazaraq icraatın təzələnməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixində X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim olunmuşdur.Tələbkar ərizə yazaraq borclu ilə razılıq əldə olunacağını onun məsuloyyətə cəlb edilməsini istəmədiyini bildirmişdir. Nəsimi rayon Məhkəməsinin 39006)-2260/2019 saylı,xx.xx.2019cu il tarixli qərarı ilə başlanılmış inzibati xəta haqqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2019-cu il tarixində tələbkar X2 müraciət edərək icraatın təkrar dayandırılmasını xahiş etmişdir.xx.xx.2019-cu il tarixində icraatın dayandırılması ilə bağlı qərar qəbul edilmişdir. Tələbkar xx.xx.2019-cu il tarixində tələbkar Şöbəyə müraciət edərək icraatın təzələnməsini xahiş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" ASC də bank hesabında pul vəsaitinin olduğu müəyyən edilmiş və xx.xx.2019-cu il tarixində inkasso sərəncamı tərtib edilərək icra edilməsi üçün banka göndərilmişdir. xx.xx.2019-cu il tarixində X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51, 52 saylı mənzilin orta bazar qiymətinin yenidən müəyyən edilməsi üçün Qiymətləndirmə Mərkəzinə məktub ünvanlanmışdır. xx.xx.2020-ci il tarixində X2 müraciət edərək icraatın təkrar dayandırılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixində icraatın dayandırılması ilə bağlı qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində tələbkar yeni ərizə ilə Şöbəyə müraciət edərək icraatın təzələnməsini xahiş etmişdir. xx.xx.2020-ci tarixində əmlakın yenidən qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. xx.xx.2020-ci il tarixində borclunun iş yerinin olması müəyyən edilmiş və hər ay borclunun əmək haqqının 50% nə yönəldilməsi ilə bağlı borclunun iş yerinə məktub ünvablanmışdır. xx.xx.2020-ci il tarixində X2 müraciət edərək icraatın təkrar dayandırılmasım xahiş etmişdir. xx.xx.2020-ci il tarixində icraatın dayandırılması ilə bağlı qərar qəbul edilmişdir. Göründüyü kimi ötən müddət ərzində İcra Şöbəsi icranın təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Həmçinin iddiaçı X1 ödənilməsinə dair Nəsimi rayon İcra şöbəsinə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarınına əlavə olunmuş icra işini araşdıraraq hesab edir ki, iddia tələbinə İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddiaçının “56000 manat əsas borc və 28000 manat bank faizi olmaqla cəmi 84000 manat pulun cavabdehdən tutulması” tələbi ilə bağlı qeyd edir ki, iddiaçının qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir ki, hazırkı iş materiallarından iddiaçının inzibati orqana müraciət etməsi aşkar olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndinədə qeyd olunur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri, Nəsimi rayonu İcra Şöbəsindən 56000 manat əsas borc və 28000 manat bank faizi olmaqla, cəmi 84000 manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3951/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3951/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver