Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3952/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçıcаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı“məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəməyə müraciət edərək, xx xxxxxx 1963-cü ildə Laçın rayonu Alxaslı kəndində anadan olmasını, Şuşa şəhərində qeydiyyatda olmasını nəzərə alaraq ona məcburi köçkün statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş. Şuşa şəhəri, M.P.Vaqif küçəsi ev 3, mənzil 8-də qeydiyyatdadır. O, ailəsi ilə birlikdə 1992-ci ildə ata-baba yurdu olan Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər. Onun ailəsinə məcburi köçkün statusu verilməsinə baxmayaraq, lakin ona “köçkün” statusu verilməmişdir. Məcburi köçkün statusunun verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş və 01/4317 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə imtina edilmişdir. Cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu verilməsi” tələbi tam əsassızdır. Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun verilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnamələrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci bəndinin tələbinə əsasən Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir.Təqdim edilmiş sənədlər Komitənin status sektorunda araşdırılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsinin xx.xx.2018-ci il tarixli 230 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1981-ci ildə keçmiş Şuşa rayon hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək keçmiş SSRİ SQ-də həqiqi xidmətdə olmuşdur. xx.xx.1983-cü ildə Şuşa rayon Hərbi Komissarlığından qeydiyyatdan çıxaraq, xx.xx.1984-cü ildə Bakı şəhəri Xətai Hərbi Komissarlığında qeydiyyata alınmışdır. xx.xx.2013-cü ildə Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsindən qeydiyyatdan çıxaraq, xx.xx.2013-cü ildə Şuşa rayon bölməsinə qeydiyyata alınmışdır. İddiaçı “Forma A” qeydiyyat vəsiqəsində göstərilmiş məlumatlara əsasən, xx.xx.1984-cü ildə iddiaçı Şuşa şəhərindən gələrək Bakı şəhərində qeydiyyata alınmışdır. Həmçinin, “Forma A” qeydiyyat vəsiqəsində qeyd olunmuş məlumatlara əsasən, xx.xx.1986-cı ildə, xx.xx.1987-ci ildə və xx.xx.1989-cu illərdə Bakı şəhərində müxtəlif ünvanlarda qeydiyyata düşmüşdür. Göstərilən məlumatlar Komitə tərəfindən araşdırıldıqdan sonra xx.xx.2019-cu il tarixli 01/4317 nömrəli məktubla iddiaçı şəxsə cavab verilərək, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının tələblərinə əsasən sakini olduğu rayonun işğalından əvvəl həmin rayonda hərbi və yaşayış yeri üzrə daimi pasport qeydiyyatında olan şəxslərə məcburi köçkün statusunun verilməsinin nəzərdə tutulduğu və iddiaçının Şuşa şəhərinin işğalından əvvəl rayonun qeydiyyatından çığdığı üçün ona məcburi köçkün statusunun verilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-10364-1220 nömrəli xx xxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2013-cü il tarixədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2013-cü il tarixdən hazıradək isə Şuşa şəhəri, M.P.Vaqif küçəsi ev 3, mənzil 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx xxxxx 2019-cu il tarixli 01/4317 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, onun məcburi köçkün statusunun verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olmuş müraciətinə baxılmışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Status sənədlərin verilməsinə dair sözügedən Qaydaların tələblərinə görə, sakini olduğu rayonun işğalından əvvəl həmin rayonda hərbi və yaşayış yeri üzrə daimi pasport qeydiyyatında şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Şuşa şəhərinin işğalından öncə qeydiyyatdan çıxdığı üçün “məcburi köçkün” statusu verilə bilməz. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin xx xxxxxxx 2020-ci il tarixli 753 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdə keçmiş Şuşa rayon Hərbi Komissarlığında qeydiyyata alınmış, xx.xx.1984-cü ildə Xətai rayon Hərbi Komissarlığına qeydiyyatdan çıxarılmışdır. Təkrarən xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsindən qeydiyyatdan çıxaraq Şuşa rayon bölməsində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxx 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qəbul edir; - 1.2-ci bəndinə görə məcburi köçkünlər «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə və bu Qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər; - 4.1-ci bəndinə görə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.1-ci yarımbənd), sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.2-ci yarımbənd), sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə (4.1.3-cü yarımbənd), hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən təxris olunduqdan sonra) (4.1.4-cü yarımbənd), sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə (4.1.5-ci yarımbənd), valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara (4.1.6-cı yarımbənd), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (4.1.7-ci yarımbənd), “məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə (4.1.8-ci yarımbənd) verilir. Beləliklə, Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı qanunvericiliklə («Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın müddəları ilə) “məcburi köçkün” satusu və onu təsdiq edən vəsiqə verilməli şəxslərin (Qaydaların 4.1.-cı bəndi) sırasına daxil olmadığından, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsində imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə ki, Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublardan müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Şuşa rayon hərbi komissarlığda qeydiyyata alınmış, xx.xx.1984-cü ildə Xətai rayon Hərbi Komissarlığına qeydiyyatdan çıxarılmış, təkrarən xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsindən qeydiyyatdan çıxaraq Şuşa rayon bölməsində qeydiyyata alınmışdır. Şuşa şəhəri 1992-ci ilin mayın 8-də, Laçın rayonu isə 1992-ci ilin mayın 18-də işğal olunmuşdur. Beləliklə də, iddiaçıya məcburi köçkün statusunun verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən ödəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçıcаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı“məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı“məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3952/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3952/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver