Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3954/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 51 yaş 6 ayı tamam olduğuna görə 01.06.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 52 yaşı tamam olduğuna görə 01.01.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Filiala rəsmən müraciət edərək qanunvericiliyə əsasən sığorta iş staji və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Filial öz növbəsində 24 noyabr 2020-cu il tarixli, **********7 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsasız olaraq güzəştli pensiyanı təyin edilməsindən imtina etdi. Filial 24 noyabr 2020-cu il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. Filial onun ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən və həmin sənədlərə əsasən güzəştli şərtlərlə yaşa gorə pensiya çıxmaq hüququ olduğunu sübut edən sənədləri təqdim edilmişdir. Belə ki, onun işlədiyi Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 40N-10/3-69 nömrəli, 19.01.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışında onun tutduğu vəzifələr, çalışdığı peşə və gün və gün göstərilən tarixlərdən ümiimi və zərərli işdə çalışdığı iş stajı göstərilib. Həmin arayışda qeyd olunub ki, o, 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində böyük tunel ustası vəzifəsində (gecə işi yalnız tuneldə, xüsusi iş şəraitində 24%), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək əsaslı təmir xidmətində böyük tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi iş şəraitində 24%). 01.11.2004-cü il tarixindən və ona lazım olan 01.01.2006-cı ilədək əsaslı təmir xidmətinin tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi iş şəraitində 24%) vəzifəsində çalışmışdır. Həmin arayışda qeyd edilmişdir ki, onun tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 1010100q- 23269 (nəzərət ustaları (böyük ustalar)), 1010300a-12520 (izolyasiyaçılar), 1010500b- 23187 (1 nömrəli siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlarına aiddir. Onun 14.04.1992-ci il tarixindən 01.01.2006-cı il tarixinədək zərərli iş stajı 13 il 8 ay 17 gün təşkil edir. Onun ümümi stajına gəldikdə isə 01.09.1984-cü il tarixindən 16.05.1985-ci il tarixinədək (8 ay 16 gün) texniki peşə məktəbində təhsil alıb, 06.05.1985ci il tarixindən 26.06.1987-ci il tarixinədək (2 il 1 ay 20 gün) hərbi xidmətdə olubdur. 01.09.1987-ci il tarixindən 28.11.1987-ci il tarixinədək (2 ay 27 gün) fəhlə vəzifəsində çalışıbdır. 27.11.1987-ci il tarixindən 16.07.1988-ci il tarixinədək (7 ay 19 gün) Azərbaycan Texniki Universitetində hazırlıq kurslarında iştirak edibdir. 05.08.1988-ci il tarixindən 05. 07.1993-cü il tarixinədək (4 il 11 ay) Azərbaycan Texniki Universitetində təhsil almışdır və Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinində zərərli iş stajında nəzərə alaraq ümümilikdə 01.01.2006-cı il tarixinədək onun 21 il 7 ay 3 gün ümumi iş stajı vardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 1 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Ermənistan, Spitak rayonunda doğulmuşdur. - İddiaçıya məxsus EZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 06.05.1985-ci ildən 26.06.1987-ci ilədək Silahlı Qüvvələrdə xidmət etmişdir (2 il 1 ay 21 gün). - Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən verilmiş 752159 №-li, 18.05.1985-ci il tarixli diplomun surətindən görünür ki, X5 01.09.1984-cü ildə Bakı şəhəri 4 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1985-ci ildə istilik maşın sexləri və hidroelektrostansiya hissələri üzrə təmirçi çilingər peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir (7 ay 19 gün). - Nərimanov rayon VVAQİ tərəfindən verilmiş 22.08.1990-cı il tarixli, İ-JQ 264108 №li familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3 familiyası Namazlı familiyasına dəyişilmişdir. - Azərbaycan Politexniki İnstitutu tərəfindən verilmiş 108535 №-li, 02.07.1993-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1988-ci ildə Azərbaycan Politexnik İnstutuna daxil olmuş və 1993-cü ildə hesablama maşınları kompleksləri sistemləri və şəbəkələri ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-177 №-li, 13.04.2018-ci il tarixli arxiv arayışından görünür ki, İsmayılov Asif Sədi oğlu 217 Y(n) saylə əmrə əsasən 27.11.1987-ci ildə müvəffəqiyyətlə müsahibədən keçdiyi üçün Ç.İldırım adına Azərbaycan Politexnik İnstutununun hazırlıq şöbəsinə əyani olaraq № 47 a qr. qəbul olunmuşdur. 16.07.1988-ci il tarixli, 105 Y(n) saylı əmrə əsasən hazırlıq şöbəsinin dinləyiciləri müvəffəqiyyətlə yekun imtahanlarını verdikləri üçün İ kurs tələbələri sırasına əyani olaraq qəbul edilmişdilər. 05.08.1988-ci il tarixli, 110 Y(n) saylı əmrə əsasən X5 Ç.İldırım adına Azərbaycan Politetnik İnstitutunun “Avtomatika və hesablama” texnikası fakultəsinə əyani olaraq (gündüz şöbəsi) qəbul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 311 saylı, 24.09.1991-ci il tarixli fərmanına əsasən C.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universitəti olaraq adlandırılmışdır. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-169 №-li, 25.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 110-U(p) saylı 05.08.1988-ci il tarixli əmrə əsasən Ç.lldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası" fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.№ 658 a1) və 188-T(s) saylı 05.07.1993-cü il tarixli əmrə əsasən İddiaçı Azərbaycan Texniki Universitetinin “Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri" ixtisası üzrə tam kursu bitirərək YB-İ № 108535 saylı mühəndissistemotexnik diplomu verilmişdir (qeydiyyat nömrəsi 517). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarına əsasən Ç.İldırım adına X1 Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. - İddaçı İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 01.09.1987-ci ildən 28.11.1987-ci ilə qədər fəhlə (2 ay 28 gün) işləmiş, 01.09.1988-ci ildən 05.07.1993-cü ilədək Azərbaycan Texniki Universitetində tələbə (4 il 10 ay 5 gün), 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində və böyük tunel ustası (2 il 22 gün), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək əsaslı təmir xidmətində böyük tunel ustası (10 il 5 ay 27 gün), 01.11.2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (5 il 10 ay), 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (3 il 7 ay 4 gün), 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası çalışmışdır (3 il 8 ay 14 gün), 01.04.2018-ci il tarixindən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin A/231 №-li, 16.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 05.05.1994-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində böyük tunel ustası, tunel ustası vəzifələrində işləmişdir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 15.12.2010-cu İl taixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərii əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində tunel ustası, 01.04.2018-ci il tarixindən isə Tunel qurğuları xidmətinin 4 saylı distansiyanın Vİİ sahəsində 9-cu dərəcəli tunel ustası vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il tarixli, 12№-li qərara müvafiq olaraq həmin siyahının 1.Dağmədən işləri 1.1.2., 21.5. Metropolitenlər bəndlərinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 28 il 29 gün (iyirmi səkkiz il iyirmi doqquz gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu iiə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” QSC yaradılmışdır. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-69 №-li, 19.01.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək Əsaslı təmir xidmətində böyük tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 01.11.2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində çalışmışdır. 01.04.2018-ci il tarixindən hazırki vaxtadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir (xüsusi zərərli iş şəraiti, tuneldə yalnız gecə işi 24%). İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 28 il 05 ay 25 gün (iyirmi səkkiz il beş ay iyirmi beş gün) (18.01.2021-ci il tarixinə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq maddələri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı qərarın 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlara aiddir. - İdarənin iddiaçının 09.10.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 24.11.2020ci il tarixli, **********7 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 1 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının 01.09.1984-cü ildən 16.05.1985-ci ilədək, 27.11.1987-ci ildən 16.07.1988-ci ilədək və 05.08.1988-ci ildən 05.07.1993-cü ilədək təhsil aldığı müddətlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.01.2019-cu ildə 52 yaşı tamam olmuşdur, 01.01.2016-ci ilə qədər isə hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 21 il 8 ay 26 gün ümumi iş stajı mövcuddur. İddiaçı 01.01.2006-cı ilə qədər olan güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, şəxsi güzəştli şərtlə pensiya hüquqi verən işdə çalışmasına dair işəgötürən tərəfindən arayış verilir. İddiaçının işlədiyi "xxxx" QSC tərəfindən verilmiş arayışa əsasən iddiaçının həmin müəssisədə işlədiyi tunel ustası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”n 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlarında nəzərdə tutulmuş peşələrə aiddir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının İddiaçı 01.01.2006-ci ilə qədər 21 il 08 ay 26 gün ümumi və 13 il 8 ay 20 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 01.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 01.01.2019-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 01.01.2019-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X6 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova