Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3954/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndələri X35 və X6, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarların ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023cü il tarixli **********3539 nömrəli qərarının ləğv edilməsi və "xxxx" MMC-nin (VÖEN:**********) 4000 manat məbləğində, 1000 manat məbləğində cəmi 5000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmadan azad olunması vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə 21 oktayabr 2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi barədə **********448900 saylı inzibati şikayətin təmin edilməməsi haqında qərarı ilə "xxxx" X13 keçirilmiş vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə vermiş olduğu xx.xx.2023-cü il tarixli şikayət təmin edilmədən saxlanmışdır. Eyni zamanda 12 Saylı Ərazi Vergi Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********143949 nömrəli qərarı, əsasında"Sahibkarlıq sahəsində aparılan yoxlmaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231929740 nömrəli çıxarış üzrə, "Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2023-cü il tarixli **********3955 nömrəli sənədə əsasən İddiaçındə yoxlama başlanmışdır. xx.xx.2023-cü il tarixdə "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********1 ) məxsus olan obyektdə (Ünvan:AZE2003 Gəncə şəhəri Atatürk 239 Obyektin adı: Mağaza **********-23003 Fəaliyətin növü:X5 satışı) nağd pul hesablamalarının aparılması qaydalrına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsini yoxlamaq qərara alınmışdır. Yoxlamanın nəticələri Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il taixdə Akt və protocol tərtib edilərək rəsmiləşdirilmişdir. Akta görə vergi xidmətinin əməkdaşları "xxxx" MMC-nin (VÖEN:**********) səlahiyətli nümayəndəsinin Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən, mağazada olmadığı səbəb göstərilərək xx.xx.2023-cü il tarixdə "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı rəsmi qaydada "xxxx" MMC-yə təqdim edilmədi. Bir sözlə vergi əməkdaşları özlərini təqdim edə bilməmişlər. Buna baxmayaraq qərar üzrə vergi əməkdaşları yoxlamanı davam etdirmişlər. Bu zaman yoxlama aparanlar tərəfindən pul hesablaşmalarının aparılması zamanı "xxxx" MMC-nin (VÖEN:**********) iki nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmaqları aşkar edilmişdir. Eyni zamanda sərbəst şəkildə tərtib edilən aktda göstərilir ki, "xxxx" MMC-nin nümayəndəsinin olmadığı səbəb göstərilərək Aktı imzalamalı olan "xxxx" MMC-nin imzası olmadan akt tərtib edilmişdir. Aktın təsviri və nəticə hissəsindən fərqli olaraq "xxxx" MMCnin nümayəndəsinin, Rəhimli N.S-in Aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Akt tərtib edilərkən "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən, mağazanın yerləşdiyi qeyri-yaşayış sahəsi bilərəkdən X34 tərəfindən dəqiq göstərilməmişdir. Həmin qeyri yaşayış sahəsində 3 təsərrüfat subyektinin fəaliyyət göstərməsi bilərəkdən əks etdirilməmişdir. Nəticədə "xxxx" MMC-yə aid olmayan satış yerləri X34 tərəfindən yoxlanılmış, "xxxx" MMC ilə əmək münasibətlərində olmayan şəxslərin əmək müqvilələri yoxlanılmış "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin 44-cü maddəsinin pozulması hallarına dair əsassız sənədləşmə aparılmışdır. Belə ki, Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən təsərüffat subyekti xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən "Aqromol” MMC-dən (VÖEN:**********) icarəyə götürülmüşdür. Öz növbəsində X26 01.04 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. X34 əmək münasibətlərində olmayan şəxslərin əmək müqvilələri yoxlanılması zamanı X14 işçisinin "xxxx" MMC-yə aid olmayan kassaya yaxınlaşaraq əməliyyat aparmasını kameraya çəkib onu "xxxx" MMC-nin əməkdaşı kimi rəsmiləşdirmişlər. Beləliklə, süni şəkildə Əmək Məcəlləsinin 44-cü maddəsinin pozulması hallarına dair əsassız sənədləşmə aparılmışdır. X25 topladıqları yanlış məlumatlar əsasında İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Dövlət vergi müfəttişliyi tərəfindən "xxxx" MMC-nİn (VÖEN:**********) fəaliyyət göstərdiyi ərazi düzgün müəyyən edilməyərək ,başqa yəni sahibkar fiziki şəxs X14 işçilərinin ona aid edilməsi müəyyən edilmişdir. Belə ki, X34 tərəfindən izahatları alınmış, əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyi rəsmiləşdirilən X26 əslində obyekti "xxxx" MMC-yə icarəyə verəndir. X26 01.04 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə (VÖEN;**********) icarəyə vermişdir. X14 xx.xx.2023-cü iltarixli izahatında göstərilir ki, onun işlədiyi yer "Azərin" hədiyyələr mağazasıdır. "Uztreyd-Bakı” MMC-nin fəaliyyət göstərdiyi mağaza 1-ci mərtəbədə yerləşir. "Azərin" hədiyyələr mağazasının ona heç bir aidiyyəti yoxdur. X4 və X23 "xxxx" MMC-nin işçiləri kimi tanınması tam əsassızdır. Bekə ki, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN:260 2336341) X36 (şəxsiyyət vəsiqəsi AA 1753049) tərəfindən icarəyə götürülmüşdür. Nəzarət qaydasına alınmış 1 dəst uşaq paltarı X27 məxsus mağazadan alınmışdır. X36 vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərdiyi üçün vergi orqanı əməkdaşları X23 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi mağazaya keçərək vəzifə səlahiyyətlərini aşaraq, "xxxx" MMC-nin, NKA-na vuraraq "X" hesabatı çıxarmışlar. Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə (VÖEN **********) icarəyə vermişdir. X14 xx.xx.2023-cü il tarixli izahatında göstərilir ki, onun işlədiyi yer "Azərin" hədiyyələr mağazasıdır. "xxxx" MMC-nin fəaliyyət göstərdiyimiz mağaza 1-ci mərtəbədə yerləşir. “Azərin” hədiyyələr mağazasının oraya heç bir aidiyyəti yoxdur. X4 izahatı tam əsassızdır. Vergi işçiləridə bunu bilə-bilə, "xxxx" MMC-yə qarşı qanuni don geyindirmək istəyirlər. X7 X36 (şəxsiyyət vəsiqəsi AA1753049) tərəfindən icarəyə götürülmüş mağazada işləyir. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi mağazada çalışmır. İzahat vergi orqanı əməkdaşları tərəfindən doldurulub. X41 izahatı oxumadan imza etdiyini bildirir. "xxxx" MMC Gəncə şəhəri, Atatürk 239 ünvanda fəaliyyətə başladığı vaxtdan bu günə qədər fəaliyyət kodu almış və nəzarət kassa aparatı quraşdırmış, işçiləri əmək müqaviləsi və əmrlə, portala daxil edərək rəsmiləşdirmişdir. Qanunzuz toplanmış sübutlar və sənədlər əsasında Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Eyni zamanda şikayət edilən xx.xx.2023-cü il tarixli qərarı ilə 4000 manata məbləğində pulun dərhal dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Bundan başqa "xxxx" MMC Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli başqa bir qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali iləhesablaşmaların aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli qərarıxli iki qərarı ilə "xxxx" MMC 5000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin “sair ərzaq məhsullarının pərakəndə satışından, əlavə fəaliyyətinin “X5 satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən “X5 satışı” mağazasında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 (iki) nəfər fiziki şəxsin (X26 və X37) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, vergi ödəyicisi və səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyi üçün aktın imzalanması və bir nüsxəsinin qəbul edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər izahat təqdim edərək obyektdə işlədiklərini etiraf etmişlər. Bu barədə sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli akt xx.xx.2023-cü il tarixli **********340700 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3539 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2023-cü il tarixli **********250600 nömrəli məktubu ilə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, elektron qutuda 01,08.2023-cü il tarixdə saat 10:10-da oxunmuşdur. Hər iki işçi təqdim etdiyi yazılı izahatında "xxxx" MMC-nin işçisi olduğunu etiraf etdiyini, hər iki işçinin Nürəddin Rəhimlini rəhbər kimi tanıdığını, Gəncə şəhərində "xxxx" MMC-nin başqa səlahiyyətli nümayəndəsinin olmadığını bildirmişdirlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 1550-də həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 dəst uşaq paltarı üçün ödənilmiş 8,9 manat pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, yayındırılmış məbləğin saat 15:57-də 1914 nömrəli çeklə nəzarət kassaya bərpa edildiyi müəyyən edilmiş, nəzarət tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 022429 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi və səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyi üçün aktın imzalanması və bir nüsxəsinin qəbul edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş akt xx.xx.2023-cü il tarixli DVX seriyalı 022429 nömrəli akt xx.xx.2023-cü il tarixli **********337900 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 1022də oxunmuşdur. Eyni zamanda vergi ödəyicisi iş üzrə materiallara baxılması üçün xx.xx.2023-cü il tarixli **********221200 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə vergi orqanına dəvət edilmiş, məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 1009da oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********251300 nömrəli məktubu ilə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, elektron qutuda isə 01,08.2023-cü il tarixdə saat 10:11-də oxunmuşdur."xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, fəaliyyət göstərdiyi ərazi düzgün müəyyən edilməyərək, başqa yəni sahibkar fiziki şəxs X14 işçilərinin ona aid edilməsi müəyyən edilmişdir.Belə ki, X34 tərəfindən izahatları alınmış ,əmək müqviləsi olmadan fəaliyyət göstərdiyi rəsmiləşdirilən X26 əslində obyekti "xxxx" MMC-yə icarəyə verəndir. X26 01.04 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə (VÖEN;**********) icarəyə vermişdir. X14 xx.xx.2023-cü il tarixli izahatında göstərilir ki, onun işlədiyi yer “Azərin” hədiyyələr mağazasıdır. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi mağaza 1-ci mərtəbədə yerləşir."Azərin” hədiyyələr mağazasının ona heç bir aidiyyəti yoxdur. X4 və X23 "xxxx" MMC-nin işçiləri kimi tanınması tam əsassızdır. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN:260 2336341) X36 (şəxsiyyət vəsiqəsi AA 1753049) tərəfindən icarəyə götürülmüşdür. Nəzarət qaydasına alınmış 1 dəst uşaq paltarı X27 məxsus mağazadan alınmışdır. X36 vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərdiyi üçün vergi orqanı əməkdaşları X23 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi mağazaya keçərək vəzifə səlahiyyətlərini aşaraq, "xxxx" MMC-nin NKA-na vuraraq “X” hesabatı çıxarmışlar. Nəzərinizə çatdırırıq ki, Cahangir Cəfərov araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında Gəncə şəhəri, Atatürk 239 ünvanında yerləşən mağazanın ona məxsus olduğunu, mağazanın birinci mərtəbəsini "xxxx" MMC-yə icarəyə verdiyini, mağazanın "xxxx" MMC tərəfindən isə subicarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verildiyini, xx.xx.2023-cü il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazada bir təsərrüfat subyektinin olduğunu, mağazada yalnız "xxxx" MMC-nin fəaliyyət göstərdiyini, özünün orada işçisinin və heç bir sahibkarlıq fəaliyyətinin olmadığını, mağazanın fəaliyyətində ehtiyac olanda "xxxx" MMC-nin işçisinə köməklik etdiyini, Xəyal adlı şəxsi "xxxx" MMC-nin işçisi X15 qohumu kimi tanıdığını, həmin şəxsin mağazada hər hansı bir fəaliyyətinin olub-olmaması barədə heç bir məlumatının olmadığını, X23 N.Rəhimlinin dostu olduğunu, Nürəddin müharibə əlili olduğu üçün səhhətində hərdən bir narahatçılıqlar yarandığı üçün Tərlanın arada mağazada ona köməklik göstərdiyini, digər məsələlər ilə bağlı heç bir məlumatının olmadığını, yoxlama zamanı təqdim etdiyi izahatında yazılanların doğru olduğunu, onun tərəfindən yazıldığını, hazırda mağazanın icarədə olduğunu, mağazanın mərtəbələr əsasında bölünmədiyini, çöldən üzərində “Azərin hədiyyələr mağazası” yazıldığını, yəni mağazanın ümumi adının “Azərin hədiyyələr mağazası” olduğunu, "xxxx" MMC və "xxxx" MMC-nin eyni şəxsə məxsus olduğunu, icarə müqaviləsi bağlayarkən danışıqları N.Rəhimli ilə apardığını, Cəmiyyətin nümayəndəsi olaraq başqa şəxslə əlaqəsinin olmadığını, vergi nəzarəti tədbirindən sonra Musa və İlham adlı şəxslər ilə tanış olduğunu, izahatında yazılanların doğru olduğunu bildirmişdir. Bundan başqa Cəmiyyət C.Cəfərovun obyektin mülkiyyətçisi olduğu, onun işlədiyi yerin “Azərin hədiyyələr” mağazası olduğunu, Cəmiyyətin fəaliyyət göstərdiyi mağazanın 1-ci mərtəbədə yerləşdiyini, ikinci mərtəbədə yerləşən 'Azərin hədiyyələr” mağazasının Cəmiyyətə aidiyyətinin olmadığını, C.Cəfərovun və X23 Cəmiyyətin işçiləri kimi tanınmasının əsassız olduğunu bildirsə də, aparılmış araşdırma zamanı Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən təsərüffat subyektinin həqiqətən C.Cəfərova məxsus olduğu, mağazada yalnız "xxxx" MMC-nin fəaliyyət göstərdiyi, obyektdə cəmiyyətdən başqa vergi ödəyicilərinin fəaliyyət göstərməsi ilə bağlı sübutların olmadığı və qeyd olunanları obyektin mülkiyyətçisi C.Cəfərovun da təsdiq etdiyi müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin sözügedən obyekti icarəyə götürdüyünü, "xxxx"MMC-yə subicarəyə verdiyini, baza məlumatları araşdırılan zaman "xxxx" MMC-nin icarəyə götürdüyü obyekti "xxxx" MMC-dən başqa heç bir vergi ödəyicisinə subicarəyə vermədiyi müəyyən edilmişdir. Bundan əlavə, yoxlama zamanı obyektdə kassadan istifadə edilmədiyinin müşahidə olunduğunu, müşahidə zamanı dəfələrlə satış edildiyini, kassadan istifadə edilmədiyi, yoxlamanın günün ikinci yarısında olmasına baxmayaraq NKA-nın bərpa çekinin gün ərzində vurulmuş ilk çek olduğunu, aşkar olunmuş işçilərdən T.Kərimlinin "xxxx" MMC-nin kassa masasının arxasında oturaraq satış etdiyi operativ vergi nəzarətini keçirmiş əməkdaşlar tərəfindən aşkar edilimişdir. Qeyd etmək lazımdır ki, Cəmiyyətin inzibati şikayətində və izahatında göstərilənlər araşdırma zamanı sübuta yetirilməmiş və bununla bağlı heç bir əsaslandırıcı sənəd araşdırmaya təqdim edilməmişdir. Əksinə C.Cəfərov və T.Kərimli həm operativ vergi nəzarəti tədbiri zamanı, həm də C.Cəfərov araşdırma zamanı izahat təqdim edərək Cəmiyyətin işçiləri olduqlarını etraf etmiş, Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən obyektin mülkiyyətçisi C.Cəfərov təsərüffat subyektində yalnız "xxxx" MMC-nin icarə müqaviləsi əsasında işlədiyini, həmin obyektdə başqa vergi ödəyicilərinin fəaliyyət göstərmədiklərini bildirmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmışdır. Bundan başqa, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək və 16.1.9cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek və ya ciddi hesabat blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olmasına baxmayaraq, həmin vəzifə icra edilməmiş və nəticədə qeyd olunan qanunpozuntusuna yol verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmçinin bildiririk ki, iddiaçı 5000 manat məbləğin silinməsini istəsə də, mübahisələndirdiyi qərarla yalnız 4000 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul etməyi xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək cavabdehin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən "xxxx" MMC-ə (VÖEN**********) məxsus olan obyektdə (ünvanı: AZ2003, Gəncə şəhəri, Atatürk 239), obyektin adı: Mağaza (**********1-23003), fəaliyyət növü: X5 satışı. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231929740 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın adı: iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: ”UZTREYD-BAKİ” MMC, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN:290483611, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2023xx.xx.2023, Yoxlanılan dövr: Cari fəaliyyət, Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi,Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000.Maddə 50.1.3), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.7], Yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 23003 mağaza; AZ2003 Gəncə şəhəri Atatürk ev.239; X5 satışı, Yoxlamanın növü: Operativ Vergi nəzarəti, Yoxlamanın tipi: Plandankənar (növbədənkənar), Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas:Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması; Vergi Məcəlləsi, maddə 50.2.4. -“Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, DVX seriyalı 022429 nömrəli akta əsasən, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3949 nömrəli qərarına əsasən "xxxx" MMC-ə məxsus olan Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada quraşdırılmış VS4320B760504 nömrəli zavod, Sunmi V19 markalı nəzarət-kassa aparatı 12 saylı ƏVBİ-də xx.xx.2022-ci il tarixli **********3 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Mağaza əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan ciddi hesabat blanklarından istifadə olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:50-də Gəncə şəhəri, Atatürk 239 ünvanında yerləşən və “Uztreyd-ünvan 7ağazada keçirilən OVN zamanı müştəri tərəfindən alınmış 1 dəst uşaq paltarı üçün ödənilmiş 8,90 manat (səkkiz manat doxsan qəpik) pulun müqabilində NKA-ya çek vurulmadı və müştəriyə təqdim edilmədi. Beləliklə, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydaları pozuldu. Yayındırılmış məbləğ saat 15:57-də 1914 nömrəli (gün ərzində vurulmuş 1-ci çek) çeklə NKA-ya bərpa olundu. (Bərpa çeki akta əlavə edilir). "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3-cü bəndinin tələblərini pozmuş və buna görə də "xxxx" MMC barəsində vergi məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunması təklif olunur. OVN tədbirində vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi iştirak etmədiyindən tərtib edilmiş aktın imzalanması və bir nüsxənin qəbul edilməsi mümkün olmadı. -xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMC-ə məxsus Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağaza (**********-2023) işçi X16 iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 16:20-də heç bir sənəd təqdim olunmadan satıcı işlərinə cəlb olunmuş 04 (dörd) nəfər fiziki şəxsdən 02 (iki) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə "xxxx" MMC (VÖEN:**********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Aşkar olunmuş işçilərlə əmək müqaviləsi bağlanılması tövsiyyə olundu. Nəzarət kitabçası təqdim olunmadı. Vergi ödəyicinin səlahiyyətli nümayəndəsi iştirak etmədiyindən tərtib edilmiş aktın imzalanması və bir nüsxəsinin qəbul edilməsi mümkün olmamışdır. -xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli akta əlavə edilmiş "xxxx" MMCyə məxsus mağazada aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 02 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X26 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:2U4C3VK, qeydiyyat ünvanı:Gəncə şəhəri, Nizami rayonu, Firdovsi küçəsi, ev 3;
2. X38 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:628BZLE, qeydiyyat ünvanı: Gəncə şəhəri, Nizami rayonu, Firdovsi küçəsi, ev 34, mənzil 9; -X26 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o, xx.xx.2023 il tarixdən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada satıcı kimi işləyir. İşə qəbul olunarkən heç bir sənəd təqdim etməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim olunmayıb. Ödənilən məbləği alarkən heç bir sənəd imzalamır və ödənişi nəğd alır. Müəssənin rəhbəri kimi X18 tanıyır. İş vaxtı həftə içi 5 gün saat 10:00-da başlayır, 18:00da bitir. İşə gəlmədikdə heç kimdən icazə almır. Məzuniyyətə nəzarət edilmir. X9 digər işçini tanıyır. Həmin şəxsin əmək müqaviləsinin olub-olmamağından məlumatı yoxdur. Əmək müqaviləsi ilə bağlı müəssənin rəhbərliyinə müraciəti olmayıb. Əvvəllər hər-hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Öz hüquq və vəzifələrinin haqqında məlumatlıdır, izahatı özü yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. -X37 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o, xx.xx.2023 il tarixdən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada dostu X3 ilə əlaqədar vaxt olduqca kömək etməyə çalışıb. X2 ilə aparıb. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti yoxdur. Ödəniş edilmir. Müəssənin rəhbəri kimi X19 tanıyır. İş vaxtı yoxdur, nə vaxt istəyəndə çıxıb gedir. Məzuniyyəti yoxdur. Rəhimli Nürəddin, Afina kimi digər işçiləri tanıyır. Həmin şəxsin əmək müqaviləsinin olub-olmamağından məlumatı yoxdur. Əmək müqaviləsi ilə bağlı müəssənin rəhbərliyinə müraciəti olmayıb. Əvvəllər hər-hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Öz hüquq və vəzifələri haqqında məlumatlıdır, izahatı özü yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. -xx.xx.2023-cü il tarixli Akta əsasən imza edənlər, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X29 və dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X39 bu akt vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN:2904836) işçisi X15 iştirakı ilə ondan ötrü tərtib edirik ki, 12 saylı ƏVBİ-nin xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanında yerləşən və “Uztreyd-ünvan 7ağazada keçirilən OVN zamanı vergi ödəyicisinin heç bir səlahiyyətli nümayəndəsi OVN-də iştirak etmədiyindən vergi ödəyicisinin qərarla tanış olunması və tələbnamənin (**********3955 nömrəli) bir nüsxəsinin verilməsi mümkün olmadı. OVN zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması və 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsin cəlb edilməsi halları aşkar olundu və müvafiq aktlar tərtib edildi. Vergi ödəyicisinin hər hansı səlahiyyətli nümayəndəsi OVN-də iştirak etmədiyindən aktların, baxış protokolunun imzalanması və bir nüsxəsinin qəbul edilməsi mümkün olmadı. Görülmüş işlər barədə sərbəst akt tərtib olundu. Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. İş materiallarına əlavə edilmiş X26 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, (...) "xxxx" MMC tərəfindən edilmiş şikayət ilə tanış olmuşdur. Gəncə şəhəri, Atatürk 239 ünvanında yerləşən mağaza ona məxsusdur. Mağazanın birinci mərtəbəsini "xxxx" MMC-yə icarəyə vermişdir. Mağaza "xxxx" MMC tərəfindən isə subicarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş nəzarət zamanı mağazada 1 təsərrüfat subyekti olmuşdur. Mağazada yalnız "xxxx" MMC fəaliyyət göstərirdi. Onun orada işçisi və heç bir sahibkarlıq fəaliyyəti olmamışdır. Sadəcə mağazanın fəaliyyətində ehtiyac olanda "xxxx" MMC-nin işçisinə köməklik etmişdir. Xəyal adlı şəxs "xxxx" MMC-nin işçisi X15 qohumu olaraq tanımışdır. Həmin şəxsin mağazada hər hansı bir fəaliyyətinin olub olmaması barədə heç bir məlumatı yoxdur. X8 Nürəddin Səlim oğlunun dostudur. Nürəddin müharibə əlili olduğu üçün səhhətində hərdən bir narahatçılıq yarandığı üçün Tərlan arada bir mağazada ona köməklik göstərirdi. Digər məsələlər ilə bağlı heç bir məlumatı yoxdur. İzahatda yazılanlar doğrudur və onun tərəfindən yazılmışdır. (.....) Atatürk prospekti 239 ünvanda yerləşən mağaza ona məxsusdur və o, orada heç bir fəaliyyət ilə məşqul deyildir. Və hal hazırdada mağaza icarədədir. Mağazanın mərtəbələr əsasında bölünməmişdir və çöldən üzərində “Azərin hədiyyələri” yazılmışdır. Yəni mağazanın ümumi adı Azərin hədiyyələrdir. (...) Məndə olan məlumata görə "xxxx" MMC və "xxxx" MMC eyni şəxsə məxsusdur. X26 icarə müqaviləsi bağlayarkən onunla danışıqları aparan Nürəddin Rəhimli olmuşdur. Şirkətlərin nümayəndəsi olaraq başqa şəxslə heç bir əlaqə olmamışdır. Vergi Nəzarəti tədbirindən sonra Musa və İlham adlı şəxslər ilə tanış olmamışdır. Nəzarət zamanı verdiyi izahatda yazılanlar doğrudur və heç bir yalan yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı:AZ5000, Sumqayıt şəhəri, Çerkassı, ev.64, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023 tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı: AZ5000, Sumqayıt şəhəri, Çerkassı, ev.64, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********448900 nömrəli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirilmiş operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" və xx.xx.2023-cü il tarixli DVX seriyalı 022429 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü tarixli **********3539 və **********3545 nömrəli qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Subicarə müqaviləsindən görünür ki, müqavilə «icarəyəverən» adlanan "xxxx" MMC-nİn (VÖEN-**********) direktoru X32 şəxsində, sonralar müqavilə üzrə «İcarədar» adlanan "xxxx" MMC-nin (VÖEN- **********) direktoru X40 şəxsində Gəncə şəhəri, Atatürk prospekti 239 ünvanında yerləşən 170 (yüz yetmiş) kv.m qeyri-yaşayış sahəsini kommersiya məqsədi ilə istifadə etmək üçün «İcarəyəverən» icarəyə verməyi, «İcarədar» isə icarəyə götürməyi öhdələrinə götürmək haqqında müqavilə bağlayırlar. İcarəyə götürülən qeyri-yaşayış sahəsində qanunvericiliyə uyğun fəaliyyət göstərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinə əsasən müəyyən edilmişdir ki: İcarəyəverən Azərbaycan Respublikası Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il 172 saylı sərəncamı ilə təsdiq edilmiş fiziki şəxs X20 (AA3638799) məxsus Gəncə şəhəri Atatürk prospekti 239 ünvanda yerləşən 340 (üç yüz qırx) kv.m qeyri-yaşayış sahəsini İcarəçiyə "xxxx" MMC-nin (VÖEN- **********) direktoru X24 icarə verməyi, “İcarəçi” isə icarəni qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Subicarə müqaviləsinə əsasən müəyyən edilmişdir ki: “İcarəyəverən” adlanan "xxxx" MMC-nin (VÖEN-**********) direktoru X32 şəxsində sonralar müqavilə üzrə “İcarədar” adlanan X36 (AA1753049) şəxsində aşağıdakılar haqqında müqavilə bağlayırlar: Gəncə şəhəri Atatürk prospekti 239 ünvanında yerləşən 170 kv.m olan qeyri-yaşayış sahəsini kommersiya məqsədi ilə “İcarəyəverən” icarəyə verməyi, “İcarədar” isə icarəyə götürməyi öhdələrinə götürürlər. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı "xxxx" MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyəti “sair ərzaq məhsullarının pərakəndə satışından, əlavə fəaliyyəti “X5 satışından ibarətdir. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən “X5 satışı” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəzarət zamanı 2 (iki) nəfər fiziki şəxsin (X26 və X37) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu hal xx.xx.2023- cü il tarixli DVX seriyalı 001849 nömrəli aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3539 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 15:50-də həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 dəst uşaq paltarı üçün ödənilmiş 8,9 manat pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi müəyyən edilmiş, yayındırılmış məbləğin saat 15:57-də 1914 nömrəli çeklə nəzarət kassaya bərpa edilmiş, bu hal xx.xx.2023-cü il tarixli DVX seriyalı 022429 nömrəli aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarlarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilkin olaraq xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərarlarından inzibati şikayət qaydasında yuxarı inzibati orqanda mübahisələndirmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********448900 nömrəli qərarından sonra xx.xx.2023-cü il tarixli qərarları xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirməklə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. -10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Beləliklə, operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır: 1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli. 2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı. 4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı. 5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli. 6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli. 7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli. 8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı. 9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı. 10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı. 11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli. 13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən "X5 satışı” mağazasında nağd pul hesablamalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasi Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsini yoxlanılması məqsədilə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla iddiaçının səlahiyyətli nümayəndəsi tanış edilməmişdir. Operativ vergi nəzarəti tədbirində iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Vergi orqanı yoxlama zamanı obyektdə işləyən iki nəfər fiziki şəxsi əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair və 1 dəst uşaq paltarı üçün ödənilmiş 8,9 manat pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı barədə xx.xx.2023-cü il tarixdə aktlar tərtib etmiş, aktlar yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Halbuki, yuxarıda sadalanan operativ vergi nəzarəti qanunvericiliyi operativ yoxlamanın keçirilməsi barədə qərarla tanışlıqdan başlamış, izahatların alınması və müvafiq aktların tərtib edilməsinədək ardıcıl hərəkətlərin hüquqi şəxsin rəhbəri və ya səlahiyyətli nümayəndəsinin bilavasitə iştirakının təmin edilməsi ilə keçirilməsini nəzərdə tutur. Vergi orqanı əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə OVN zamanı vergi ödəyicisinin heç bir səlahiyyətli nümayəndəsinin iştirak etməməsi barədə "xxxx" MMC-nin işçisi X15 iştirakı ilə sərbəst akt tərtib edilsə də tərtib edilmiş akt X28 tərəfindən imzalanmamışdır. Bundan əlavə MMC-nin işçisi kimi adıçəkilən X15 ümumiyyətlə izahatı alınmamış, inzibati icraat materiallarına sonuncunun şəxsiyyətinin müəyyən edilməsi, əmək müqaviləsi bildirişi barədə məlumatı əks etdirən sənədlər əlavə edilməmişdir. Sərbəst aktda "xxxx" MMC-nin səlahiyyəti nümayəndəsinin iştirakının təmin edilməsi üçün yoxlayıcılar tərəfindən sonuncunun obyektə dəvət edilməsi üçün müvafiq tədbirlər görüldüyü, lakin nümayəndənin yoxlayıcının çağırışından asılı olmayaraq yoxlamaya gəlmədiyi qeyd edilməmiş, akt yalnız yoxlamanın müəssisənin səlahiyyətli nümayəndəsinin iştirak etmədiyi qeydi daxil edilməklə tərtib edilmişdir. Yoxlama zamanı iddiaçının işçisi olduğu iddia edilən X26 vergi orqanına verdiyi xx.xx.2023-cü il tarixli ilkin izahatda Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada satıcı kimi işlədiyini qeyd etsə də, lakin satıcı işinə uyğun işəgötürən şəxsin kim olduğu barədə məlumat verməmiş, yalnız müəssisənin rəhbəri kimi X16 adını qeyd etmiş, digər suallara -işə gəlmədikdə kimsədən icazə almadığı, iş davamiyyətinə kiminsə nəzarət etmədiyi, obyektdə işləyən başqa bir işçinin adını qeyd etməməklə kimi qısa və qeyridəqiq cavablar vermişdir. Halbuki, sonuncu onunla eyni gündə izahatı alınmış əmək müqaviləsi olmadan işə cəlb edildiyi iddia edilən digər işçi X30 tanıdığını belə qeyd etməmişdir (eyni zamanda X37 da izahatında işçi kimi X21 tanıdığnı bildirməmişdir.). Başqa sözlə, eyni müəssisədə çalışdığı iddia edilən şəxslərin bir-birini tanınmaması ağlabatan və inandırıcı hesab olunmur. Bundan əlavə, X1 Nazirliyi yanında Dövlət Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli izahatında ilkin izahatdan fərqli olaraq Gəncə şəhəri, Atatürk 239 ünvanında yerləşən mağazanın ona məxsus olduğunu qeyd etmiş, orada heç bir fəaliyyət ilə məşğul olmadığını, mağazanın icarədə olduğunu qeyd etmiş, eyni zamanda həmin mağazada əmək müqaviləsindən irəli gələn işçi kimi işlədiyini bilavasitə bildirməmişdir. Sonuncu izahatında mağazanın fəaliyyətində ehtiyac olanda "xxxx" MMC-nin işçisinə köməklik etdiyini bildirsə də, lakin bu zaman MMC-nin işçisinin kimliyi barədə də hər hansı məlumat verməmişdir. Eyni zamanda, yoxlama zamanı X12 “vergi orqanının "xxxx" MMC-nin nümayəndəsi X17 arşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında C.Cəfərovun obyektdə vergi orqanında qeydiyyata durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, “Azərin hədiyyələri” mağazasının 2-ci mərtəbədə yerləşdiyi, sonuncunun orada fəaliyyət göstərdiyi, C.Cəfərovun öz qanunsuz fəaliyyətini gizlətmək üçün və onun fəaliyyətinin yoxlanılmaması üçün izahat verdiyinə dair” münasibəti soruşularkən X26 qeyd edilən dəlillərlə bağlı hər hansı əsaslı cavab təqdim etməmişdir. İzahatı alınmış X37 xx.xx.2023-cü il tarixdə yoxlayıcılara təqdim etdiyi izahatında ümumiyyətlə özünü işçi kimi təqdim etməmiş, işəgötürən tərəfindən ona hər hansı ödənişin edilmədiyi, əmək haqqı almadığı, iş vaxtı, iş rejimi olmadığı, məzuniyyəti olmadığı kimi cavablar təqdim etmişdir ki, qeyd edilən məlumatlar əmək funksiyası yerinə yetirən işçinin verə biləcəyi cavablara uyğun deyildir. Ümumiyyətlə, vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi şəxslərin həmin obyektdə konkret hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələrindən görünür ki, X26 xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri Atatürk prospekti 239 ünvanda yerləşən 340 (üç yüz qırx) kv.m qeyri-yaşayış sahəsini icarəçi "xxxx" MMC-nin icarəsinə vermiş, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən "xxxx" MMC Gəncə şəhəri, Atatürk prospekti 239 ünvanında yerləşən 170 (yüz yetmiş) kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin icarəsinə, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən Gəncə şəhəri Atatürk prospekti 239 ünvanında yerləşən 170 kv.m olan qeyri-yaşayış sahəsini X27 icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə hər dəfə 1000 manat olmaqla X14 bank hesabına icarə müqaviləsi üzrə ödənişlər edilmişdir. Qeyd edilməlidir ki, vergi orqanı inzibati şikayətin təmin edilməməsi barədə qərarında da qeyd edilən icarə müqavilələrinin adlarını çəkmiş, obyektin X26 tərəfindən "xxxx" MMC-nin icarəyə verilməsi barədə müqavilələrin vergi orqanında qeydiyyatda olmasını bildirmişdir. Bundan başqa həmin qərarda vergi orqanı C.Cəfərovun işçi kimi qəbul olunmasına səbəb kimi özünün verdiyi yazılı izahatı, T.Kərimlinin həm verdiyi yazılı izahat, həm də "xxxx" MMC-yə məxsus olan kassanın yerləşdiyi masanın arxasında oturaraq satış etməsi olmasını əsas gətirərək iddiaçının inzibati şikayətinin dəlillərini qəbul etməmişdir. Halbuki, icraat materiallarında həm C.Cəfərovun, həm də T.Kərimlinin izahatından görünür ki, hər iki şəxs Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada əmək fəaliyyəti ilə məşğul olduqlarını, işəgötürənin bilavasitə "xxxx" MMC və ya onun səlahiyyətli şəxsi, rəhbəri olduğunu bildirməmiş, vergi orqanına özlərinin "xxxx" MMC-nin işçiləri olduqlarını bilavasitə etiraf etməmişlər. Bundan əlavə cavabdehin adıçəkilən obyektdə Vergi Məcəlləsinin 41-ci maddəsi ilə nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallarının. xüsusən də istinad etdikləri obyektdə yalnız bir müəssisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, T.Kərimlinin "xxxx" MMC-yə məxsus olan kassanın yerləşdiyi masanın arxasında oturaraq satış etməsinin sübut edilməsi məqsədilə operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkiliş üçün qanunla verilmiş səlahiyyətindən istifadə etmək imkanı mövcud olsa da hazırkı iş üzrə vergi orqanı operativ vergi nəzarəti ilə bağlı foto və (və ya) video çəkilişin nəticələrini məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının VM-in 58.7 və 58.10-cu maddələrində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsini təsdiq edən sənədlər, obyektdə satışların yalnız iddiaçı MMC-yə aid 1 nəzarət kassa aparatından istifadə edilməklə aparıldığı, foto və ya video görüntülər və s. sübutlar məhkəməyə təqdim edilməmiş, cavadehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər, birbirinə zidd, qeyri-dəqiq izahatlar olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarlarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarları ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova