Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3956/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X6 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X7, X4 və X8) ünvan 3nvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçıməhkəməyə müraciət edərək X10, X7, X4 və X2 ona məxsus ünvan 3nvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 195 RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər heç vaxt həmin mənzildə yaşamamalarına baxmayaraq bugünədək əsassız olaraq qeydiyyatda qalmaqda davam edirlər. Üçüncü şəxslər bir ailənin üzvləridirlər və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********68 saylı məktubuna əsasən X3 adına ünvan 2 ünvanından qeydiyyatdan keçib və hazırda onun mülkiyyətindədir. MAPS arayışlarından görünür ki, üçüncü şəxslər əsassız olaraq pasport qeydiyyatındadırlar. 56 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 193 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən üçüncü şəxslər ünvan 3nvanında yaşamırlar. Eyni zamanda ünvan 3nvanında yaşayan şəxslərin tərtib etdikləri 03 iyun 2021-ci tarixli aktda göstərilir ki, xx.xx.1958-ci il təvəllüdlü X10 mənzildə 1991-ci ildən yaşamır, onun əri xx.xx.1959-cu il təvəllüdlü X7, qızı xx.xx.1993-cü il təvəllüdlü X4 və oğlu xx.xx.1995-ci il təvəllüdlü X1 mənzildə heç vaxt yaşamayıblar. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət etsə də, Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir .
3. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X10, X7, X4 və X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilmişdir.
4. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamırlar, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır.
6. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən üçüncü şəxs X10 bildirdi ki, həmin mənzildə 1991-ci ildən yaşamır, mənzil vaxtilə faktiki olaraq onun anasına məxsus olmuşdur, hazırda iş üzrə iddiaçı onun dayısı oğludur. İddia tələbinin təmin olunmamasını xahiş edir.
7. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən üçüncü şəxs X8 bildirdi ki, X6 oğludur, həmin mənzildə hazırda yaşamır, uşaq vaxtı həmin mənzilə gedib-gəlib. İddia tələbinin təmin olunmamasını xahiş edir.
8. Cavabdeh Yasamal rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021ci il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
11. Cavabdeh Yasamal rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli imtinada bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir, odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X10, X7, X4 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.
13. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X10, X7, X4 və X8 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən X10, X7, X4 və X8 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
15. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 195 qeydiyyat tarixi xx.xx.2016-cı il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.
16. İddiaçının nümayəndəsinin (vəkilinin) sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X3 adına ünvan 2 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
17. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X10, X7, X4 və X8 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
18. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3nvanı üzərində X10, X7, X4 və X2 məhdud əşya hüquqlarının (istifadə hüquqlarının) qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.
19. Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X10, X7, X4 və X11 ünvan 7 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar.
IV. Məhkəmənin mövqeyi
20. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
21. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
24. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
26. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
27. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, əmlak hüquqlarının mövcudluğunu etibarlı şəkildə müəyyən edilmədiyindən və həmin yaşayış sahəsində yaşamadıqlarından X10, X7, X4 və X2 ünvan 3nvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. X10, X7, X4 və X2 ünvan 3nvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva