Məhkəmə qərarları › İş №2-1(112)-3957/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3957/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3957/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçıya məxsus N6.03.20N7-ci il tarixli 607 nömrəli qərarının səbəb-əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N0.02.N995-ci il tarixdə Şəki rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 08.03.N997-ci il tarixədək N saylı və 08.03.N997-ci il tarixdən N8.05.N998-ci il tarixədək N saylı hərbi hissələrdə əsgər kimi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata təxris olunmuşdur. 26.N2.N995-ci il tarixdə səhər saat N0:00 raddələrində bölük komandirinin göstərişi əsasında döyüş mövqeyində olan əsgər yoldaşları ilə patron apararkən qarşı tərəfdən ermənilərin atdığı güllənin qarın boşluğuna dəyməsi nəticəsində xəsarət alaraq, 26.N2.N995-ci ildən 25.0N.N996-cı ilə kimi N saylı hərbi hospitalında müalicə olunmuşdur. Müalicədən sonra hərbi hissəyə qayıdıb xidməti davam etdirmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının N6.03.20N7-ci il tarixli, 607 saylı qərarı ilə yaralanmanın səbəb-əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunmuşdur. Halbuki, həmin xəsarəti məhz xidməti borcunu yerinə yetirərkən almışdır. Ona görə də hesab edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən hərbi xidmət borcunu yerinə yetirərkən, aldığı xəsarətin səbəb-əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunmalıdır. N6.03.20N7-ci il tarixli 607 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının səbəb-əlaqəsinin dəyişdirilməsi üçün MN Mərkəzi Hərbi Həkim Komissiyasına qeydiyyatda olduğu SHXÇDX-nın Bakı şəhər Yasamal rayon İdarəsi tərəfindən 2020-ci ilin dekabr ayında göndəriş verilmişdir. Həmin müraciətə MN MHHK-sı tərəfindən 202N-ci ilin yanvar ayında imtina cavabı verilmişdir. İddiaçı qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə təqdim olunmuş NN.02.202N-ci il tarixli, 246 nömrəli etirazda göstərilmişdir ki, Şəki RHK tərəfindən N995-ci ildən hərbi xidmətə çağırılmış,vətəndaş İddiaçı N saylı hərbi hissədə hərbi xidmət keçərkən 26.N2.N995-ci ildə aldığı və 26.N2.N995-ci ildən 25.0N.N996-cı ilə kimi N saylı hərbi hissədə “Odlu silah və yaralanması nəticəsində, qarın boşluğuna nüfuz edən və siqmaya bənzər bağırsağın zədələnməsinə görə aparılmış (04.N2.N995) cərrahi əməliyyatından sonraki funksiya edən kolostoma” diaqnozu ilə olan travmanın səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən N6.03.20N7-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin Ç) yarımbəndinə əsasən “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Vətəndaş İddiaçı iddia ərizəsində aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini tələb etmişdir. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdehlərə müraciət edərək xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsini xahiş etmiş, cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehlərin üzərinə xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi barədə inzibati aktın qəbul edilməsini xahiş etmişdir. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - iddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N976-cı il təvəllüdlüdür. - iddiaçıya məxsus AO № ******* saylı hərbi biletinN4-cü bölməsində (səh. 7) qeyd olunmuşdur ki, İddiaçı 06.07.N995-ci ildən 08.03.N997-ci il tarixədək Goranboy rayonu döyüş bölgəsində xidmət etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N6.03.20N7-ci il tarixli, 607 saylı qərarı ilə Şəki RHK tərəfindən N995-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı N saylı hərbi hissədə hərbi xidmət keçərkən 26.N2.N995-ci ildə aldığı və 26.N2.N995-ci ildən 25.0N.N996-cı ilə kimi N saylı hərbi hissədə “Odlu silah və yaralanması nəticəsində, qarın boşluğuna nüfuz edən və siqmaya bənzər bağırsağın zədələnməsinə görə aparılmış (04.N2.N995) cərrahi əməliyyatından sonraki funksiya edən kolostoma” diaqnozu ilə olan travmanın səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən N6.03.20N7-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin Ç) yarımbəndinə əsasən “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölməsi tərəfindən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, vətəndaş X2 hərbi xidmət dövründə aldığı yaralanma ilə əlaqədar 26.N2.N995-ci ildən 25.0N.N996-cı ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Onda təyin edilmiş yaralanma-diaqnoz: “N995-ci ildə aldığı və 26.N2.N995-ci ildən 25.0N.N996-cı ilə kimi N saylı hərbi hissədə “Odlu silah və yaralanması nəticəsində, qarın boşluğuna nüfuz edən və siqmaya bənzər bağırsağın zədələnməsinə görə aparılmış (04.N2.N995) cərrahi əməliyyatından sonraki funksiya edən kolostoma” yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin Ç) yarımbəndinə əsasən “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və ona N6.03.20N7-ci il tarixli 607 nömrəli qərar verilmişdir. Qərar düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edibetməməsi, iştirak edibsə xidməti vəzifəsini icra edən zaman xəsarət alıb-almaması, xəsarət almış olduğu təqdirdə arxiv arayışının təsdiq olunmuş surətinin təqdim olunması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara müraciət olunmuşdur. Sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 04.05.202N-ci il tarixli, NN/2N07 saylı və Azərbaycan Respublikası Müdafiə Nazirliynin 04.05.202N-ci il tarixli, NN/2N05 saylı məktublarında iddiaçının 08.03.N997-ci il tarixdənN8.05.N998-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi və 26.N2.N995-ci il tarixdə yaralanması barədə məlumatın olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 may 202N-ci il tarixli, 9/2-3785 saylı məktubunda qeyd olunmuşdur ki, Şəki RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin NN fevral N995-ci il tarixli 36 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N30 №-li hərbi hissənin sərəncamına göndərilmiş İİ MAT-ın əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N995-ci il tarixli N63 №-li əmrilə bütün növ təminatlarından azad edilmişdir. N №-li hərbi hissədən gəlmiş Şəki RHK-dan çağırılmış, N976-cı il təvəllüdlü, sıravi İddiaçı N30 №-li hərbi hissə komandirinin N iyul N995-ci il tarixli N88 №li əmrilə şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınmışdır. N30 №li hərbi hissə komandirinin N yanvar N996-cı il tarixli 29 №li əmrilə 5 MAT-un sıravisi İddiaçı hərbi hospitaldan qayıtmış hesab edilərək ərzaq təminatına daxil edilmişdir. N30 №-li hərbi hissə komandirinin N yanvar N996-cı il tarixli 29№-li əmrilə 5 MAT sıravisi İddiaçı Şəki rayonuna qısamüddətli məzuniyyətə göndərilərək ərzaq təminatından çıxarılmışdır. N30 №-li hərbi hissə komandirinin 0N aprel N996-cı il tarixli 92 №-li əmrilə 5 MAT-un sıravisi İddiaçı qısamüddətli məzuniyyətdən qayıtmış hesab edilərək, ərzaq təminatına daxil edilmişdir. N30 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N0.02.N995-ci il tarixdə Lənkəran RHK-dan çağırılmış, N976-cı il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin 07.07.N995-ci il tarixli N88 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 08.03.N997-ci il tarixli N №-li əmriləN90 №-li hərbi hissəyə göndərilərək şəxsi heyətin siyahısında çıxarılması barədə məlumat vardır. N30 №li hərbi hissə komandirinin N mart N997-ci il tarixli 67 №li əmrində xidmətini davam etdirmək üçün N90 №li hərbi hissə komandirinin sərəncamına göndərilmiş qumbaraatan, sıravi İddiaçı İzzət oğlunun şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N30 №-li hərbi hissədən gəlmiş İddiaçı N90 №-li hərbi hissə komandirinin N mart N997-ci il tarixli 67№-li əmrilə 09.03.N997-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlarına salınmışdır. Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunmuş sıravi İddiaçı Müdafiə Nazirinin 25.03.N998-ci il tarixli əmrinə əsasən N90 №-li hərbi hissə komandirinin N8 may N998-ci il tarixli N38 №-li əmrilə şəxsi heyətin siyahısından silinsinlər, N9 may N998-ci il tarixdən bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün müvafiq RHK-na göndərilmişdir. Qeyd olunur ki, N30 №-li hərbi hissə komandirinin dekabr N995-28 yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və hərbi hospitala göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində qəbul edilmiş N6.03.20N7-ci il tarixli 607 nömrəli qərarının səbəb-əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, həmin travmanın məhz xidməti vəzifələrini icra edərkən alınmasını təsdiq edən kifayət qədər sənədlər mövcuddur. Əvvəla, məhkəmə qeyd edir ki hazırki iddia tələbinin qanuni əsasını “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə təşkil edir. Belə ki, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin N.8-ci maddəsinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini nəticələrinə görə həkim vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Həmin Əsasnamənin 5.N-ci maddəsinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 7.N-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət edən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb-əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. Əsasnamə”nin 7.2-ci bəndinin c) yarımbındinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində (“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”) göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ - İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa, tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa və əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. Həmin Əsasnamənin 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Göründüyü kimi hərbi xidmət dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Sözügedən arayışın olmaması imtina üçün əsas deyildir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı xəsarət almış və həmin xəsarət məhz hərbi xidmət dövründə alınmışdır. Belə ki, bu halı təsdiq edən birbaşa travma haqqında arayış olmasa da, iddiaçının stasionar müalicəsi 26.N2.N995-ci ildən 25.0N.N995-ci ilə kimi N nömrəli hərbi hospitalda aparılmış, cavabdeh imtinasında bu hala istinad etmiş və bununla da iddiaçının xəsarəti məhz hərbi xidmət dövründə almasını qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı yaralanması və hərbi hospitala göndərilməsi barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri olmasa da, notarial qaydada təsdiq olunmuş 3882 saylı epikriz, həmçinin iddiaçının Dağlıq Qarabağ və ətraf rayonlarında gedən döyüş əməliyyatlarında xidmətlərə görə fəxri fərman ilə təltif olunması, o, cümlədən N nömrəli hərbi hissə komandirinin N yanvar N996cı il tarixi 29 №-li əmrilə hərbi hospitaldan qayıtdıqdan sonra ərzaq təminatına daxil edilməsi ilə bağlı N nömrəli hərbi hissə komandirinin N yanvar N996-cı il tarixi 29 №-li əmrinin olması (sorğuda cavab məktubunda qeyd olunmuşdur), ona dəlalət edir ki, iddiaçı həqiqətən də, Azərbaycan Respublikası ərazisi uğrunda gedən döyüşlərində iştirak etmiş, döyüş əməliyyatlarında iştirakına görə fəxri fərman ilə təltif olunmuş və döyüş əməliyyatları zamanı odlu silah yaralanması nəticəsində, qarın boşluğuna nüfuz edən və siqmaya bənzər bağırsağın zədələnməsinə görə aparılmış (04.N2.N995) cərrahi əməliyyatdan sonraki funksiya edən kolostoma diaqnozu ilə bədən travması almışdır. Göründüyü kimi, İddiaçı xəsarəti döyüş vaxtı alınması iş materiallarına əlavə edilmiş tibbi sənədlə təsdiq edilir. Məhkəmə cavabdeh inzibati orqanın etirazda göstərdiyi diskresion səlahiyyətlə bağlı mülahizəsinə münasibətdə İnzibati icraat haqqında Qanunun N4-cü və İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsini əsas gətirir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun N4-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, hərbi həkim komissiyası tərəfindən vətəndaşın hərbi dövrdə aldığı xəsarətin səbəbli əlaqəsinin müəyyən edilməsinə dair normativ hüquqi aktın güddüyü ümumi məqsəd onu tələb edir ki, əgər vətəndaşı xəsarət almasını təsdiq edən hərbi hissə komandirinin travma barədə arayışı olmasa belə, xəsarəti təsdiq edən digər sənədlərinin olması kifayət edir. Hazırki mübahisə üzrə iddiaçıda olan xəsarətin hərbi xidmət dövründə alınmasını təsdiq edən kifayət qədər sübut olduğu halda, cavabdeh inzibati orqan diskression səlahiyyətlərini tam icra etməmiş və əsassız olaraq iddiaçının müraciətinin həllindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, İddiaçı barəsində qəbul edilmiş N6.03.20N7-ci il tarixli 607 nömrəli qərarının səbəb-əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N, və 85.N-ci maddələrini rəhbər tuturaq, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.N976-cı il təvəllüdlü İddiaçı barəsində qəbul edilmiş N6.03.20N7-ci il tarixli 607 nömrəli qərarının səbəb-əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar