Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3958/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı muavinətin ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın **********1 nömrəli, 06 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasına, ona müalicə zamanı verilmiş 12.04.2020- 04.06.2020-ci il tarixli, 781231 saylı (1782,22 manat) və 05.06.2020-10.07.2020-ci il tarixli, 781282 saylı (1405,63 manat) əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələr üzrə sosial sığorta ödənişlərinin qanunvericiliyə uyğun hesablanmaqla ona ödənilməsini cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməyən ayların müavinətinin ödənilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdeh **********1 nömrəli, 06 noyabr 2020-ci il tarixli məktubla ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi tibbi-sosial ekspert komissiyasının cavabının tam doldurulmaması (müayinə tarixinin qeyd edilməməsi) göstərilmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, o, uzun müddət hər iki ayağında bud-çanaq oynaqlarının artrozu ilə bağlı müalicələr almışdır. Ağrıların kəskinləşməsi, hərəkət etmə qabiliyyətinin itirilməsi ilə əlaqədar 18.11.2019-cu il tarixində əməliyyat olunmuşdur. Sol bud-çanaq oynağının artoplastika endroprotezləşmə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonrakı bərpa dövründə xəstəlik məzuniyyətində olmuşdur. 6 aydan sonra 21 saylı Şəhər Poliklinikası tərəfındən ona əlilliyin təyin olunmasına dair 0038003AAB2U nömrəli forma 88 doldurulub, TSEK-ə göndərilmişdir. Həmin dövrdə ciddi karantin rejimi ilə əlaqədar Travmotologiya İnsitutunun, poliklinikaların işləməməsi səbəbindən komissiya bir qədər gec baş tutmuş və 21 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının rəyi 03.07.2020-ci tarixli bildirişlə TSEK-ə göndərilmişdir. Əmək qabiliyyətinin olmamasına dair sonuncu xəstəlik vərəqəsi 10.07.2020-ci il tarixində bağlanmışdır. Bu səbəbdən o, ümumilikdə 8 ay müddətinə bülletendə olmuşdur, həmin 8 aydan 5 ayın müavinətini almışdır, qalan 3 ayının, yəni 12.04.2020-ci il tarixdən 10.07.2020-ci il tarixinədək olan dövrün müavinətini ala bilməmişdir. Halbuki həmin dövrdə əmək qabiliyyətinin olmamasına dair 12.04.2020- 04.06.2020-ci il tarixli, 781231 saylı və 05.06.2020-10.07.2020-ci il tarixli, 781282 saylı xəstəlik vərəqələri qanuna müvafiq qaydada və vaxtında cavabdehə göndərilmiş, cavabdeh isə bu xəstəlik vərəqələrinə görə müavinəti bu günə kimi ödəməmişdir. Buna səbəb kimi TSEK-nin cavabının olmamasını göstərmişdir. Ona əlilliyin təyin olunması ilə bağlı dəfələrlə TSEK-ə yaxınlaşmışdır, məlum hadisələrlə bağlı vətəndaş qəbulu olmadığına görə TSEK-nin, Səhiyyə Nazirliyin əlaqə nömrələrinə hər gün zənglər etmişdir. Nəhayət TSEK-dən ona bildirmişlər ki, onun sənədləri baxılmamışdır, sistemdə görünmür və sənədlərin təkrar göndərilməsi tələb olunur. O, sənədlərin təkrar göndərilməsi üçün poliklinikaya müraciət etmişdir, oradan təkrar forma 88 doldurulub göndərilən zaman TSEK-dən 23.09.2020-ci il tarixli imtina (təyin olunmayıb) cavabı gəlmişdir. TSEK-nin həmin 23.09.2020-ci il tarixli cavabı digər tələb olunan sənədlərlə birlikdə qanuna müvafıq qaydada cavabdehə göndərilsə də, sonuncu yenə də xəstəlik vərəqələrinə ödəniş etməmişdir. Beləliklə ona nə əlillik təyin olunmuş, nə də əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilmişdir. Cavabdehin imtinası o zaman haqlı olardı ki, ona əlillik təyin olunsun. Başqa bir yandan, əlillik təyin olunsa belə, ona ən azından 6 ayın müavinəti ödənilməli idi. Cavabdeh isə heç 6 ayın da müavinətini ödəməmişdir. Bu da Nazirlər Kabinetinin 189 nömrəli qərarına ziddir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "xxxx" MMC (SUN: **********9) tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş 18.11.2019-cu il tarixdən 11.04.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən iddiaçının "xxxx" ASC-nin Həzi Aslanov filialındakı **********0104 nömrəli hesabına ümumilikdə 5040,05 manat (beş min qırx manat beş qəpik) məbləğində müavinət köçürülmüşdür. 12.04.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri "xxxx" MMC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş (daxilolma tarixi 01.10.2020-ci il, geri qaytarılma tarixi 05.10.2020-ci il; daxilolma tarixi 09.10.2020-ci il, geri qaytarılma tarixi 09.10.2020-ci il; daxilolma tarixi 18.01.2021-ci il, geri qaytarılma tarixi 21.01.2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə və “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”a uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: TSEK-in müvafiq rəyi daxil edilməyib; protokolda əmək qabiliyyəti olmaması vərəqəsinin nömrəsini düzgün qeyd edilməyib. Əsasnamənin 8-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək verilir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir. 12.04.2020-ci il tarixdən 04.06.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 781282 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə 18.05.2020-ci il tarixdə xəstələnmə müddəti 6 ay tamam olduğu üçün TSEK-in müvafiq rəyi daxil edilməlidir. Qeyd olunan uyğunsuzluqlar sığortaedən tərəfindən aradan qaldırıldıqdan və haqq-hesab cədvəlləri “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə müvafiq düzəlişlər edilib TSEK-in rəyi daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacağı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vətəndaşının seriya AZE № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Oğuz şəhərində doğulmuşdur. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 11.04.2020-ci il tarixli, 781231 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı “sol bud-çanaq oynağının total endopratelis” diaqnozu ilə 12.04.2020-ci il tarixdən 04.06.2020-ci il tarixə kimi işdən azad edilmişdir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 05.06.2020-ci il tarixli, 781282 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı “sol bud-çanaq oynağının total endopratelis” diaqnozu ilə 05.06.2020-ci il tarixdən 10.07.2020-ci il tarixə kimi işdən azad edilmişdir. - 21 nömrəli şəhər poliklinikası tərəfindən Azərbaycan Respublikası Tibbi Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 0038003AA52U №-li 03.08.2020-ci il tarixli, TQS№088 arayışının surətindən görünür ki, İddiaçı əsas diaqnoz: “M16.0 ikitərəfli birincili kaksartioz. Hər iki bud-çanaq oynağının artitozu”, ağırlaşma: “Z96.6 Oynaqların artopedik impiantarlarını olması. Sol bud çanaq oynağının artoplastikas endoprotezləşmə əməliyyatından sonrakı vəziyyəti (18.11.2019-cu il Güvən Klinika) Sağ bud-çanaq oynağının artrozu. Əzələ atrofiyası” olmaqla ümumi xəstəliklə bağlı TSEK-ə göndərilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının 0038003AA52U №-li göndərişə 23.09.2020-ci il tarixli cavabından görünür ki, İddiaçı əlillik təyin olunmayıbdır. - 21 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya ünvanlanmış 21 nömrəli, 15.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, poliknikada “Sol bud-çanaq oynağının artoplastika endoprotezləşmə əməliyyatdan sonrakı vəziyyəti (18.12.2019-cu il Güvən Klinika). Sağ bud çanaq oynağının artrozu, əzələ atrofiyası” diaqnozu ilə 19.11.2029-cu ildən 22.06.2020-ci il tarixə kimi əmək qabiliyyyətinin olmaması vərəqəsində olmuşdur. 03.07.2020-ci ildə HMK-ını qərarı ilə Forma 088 yazılmış, TSEKƏə göndərilmişdir. 23.09.2020-ci ildə TSEK-dən “Təyin olunmayıb” cavabı gəlmişdir. - Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 06.11.2020-ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildiririlir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı” altsisteminə əsasən sığortaedən "xxxx" MMC tərəfindən 12.04.2020-10.07.2020-ci il dövrləri əhatə edən ona aid SN 00006 781282 və SN 00006 781462 nömrəli xəstəlik vərəqələri üzrə “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı elektron qaydada göndərilmiş haqq-hesab cədvəllərinə əlavə edilmiş tibbi-sosial ekspert komissiyasının cavabı tam doldurulmamışdır (müayinə tarixi qeyd edilməyib). Əlavə olaraq qeyd edirlər ki, 12.04.2020-10.07.2020-ci il dövrləri əhatə edən ona aid “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı haqqhesab cədvəlləri sığortaedən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilib göndəriləcəyi halda sənədlərə yenidən baxılacaqdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. - 6-cı bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. - 8-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Həmin Əsasnaməyə 1 nömrəli əlavə ilə Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin forması və məzmunu müəyyən edilmişdir və haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsulİyyət daşıyır. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”ın 6-cı bəndinin 3-cü hissəsinə əsasən uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Vərəm xəstəliyi nəticəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş sığorta edilmiş şəxslər əmək qabiliyyətini itirdiyi gündən başlayıb 10 aydan gec olmayaraq və ya son 12 ay ərzində vərəmlə təkrar xəstələndikləri zaman ümumiyyətlə 10 aydan gec olmayaraq tibbi-sosial ekspert komissiyasına yoxlanılmağa göndərilməlidirlər. Bu halda xəstələr HƏEK-na, tibbi-sosial ekspert komissiyası haqda olan qayda əsasında göndərilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlilliyi olan şəxs hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Sol bud-çanaq oynağının artoplastika endoprotezləşmə əməliyyatdan sonrakı vəziyyəti (18.12.2019-cu il Güvən Klinika). Sağ bud çanaq oynağının artrozu, əzələ atrofiyası” diaqnozu ilə 19.11.2019-cu ildən 22.06.2020-ci il tarixə kimi əmək qabiliyyyətinin olmaması vərəqəsində olmuşdur. 18.11.2019-cu il tarixdən 11.04.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işəgötürən tərəfindən təqdim edilmiş haqq-hesab cədvəllərinə əsasən iddiaçının hesabına cavabdeh tərəfindən ödənilmişdir. İddiaçının işlədiyi, sığortaedən "xxxx" MMC tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil etdiyi iddiaçının 12.04.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri müvafiq təlimata uyğun tərtib edilmədiyi üçün, yəni TSEK-in müvafiq rəyinin daxil edilməməsi, protokolda əmək qabiliyyəti olmaması vərəqəsinin nömrəsinin düzgün qeyd edilməsi göstərilməklə icra olunmadan sığortaedənə geri qaytarılmışdır. İddiaçı hazırda cavabdeh inzibati orqana qarşı iddia qaldıraraq əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi **********1 nömrəli, 06 noyabr 2020-ci il tarixli cavab məktubundakı halları imtina kimi qiymətləndirmir. Belə ki, həmin məktubdan göründüyü kimi iddiaçıya əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsindən cavabdeh tərəfindən imtina edilməmiş, ona “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı haqqhesab cədvəlləri sığortaedən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilib göndəriləcəyi halda sənədlərinə yenidən baxılacağı bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, eyni zamanda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3958/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3958/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver