Məhkəmə qərarları › İş №2-1(112)-3958/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3958/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3958/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin İddiaçı mərhum atası Kərimov Mirhəmdulla oğluna məxsusluğu haqqında arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 02 mart 1983-cü il tarixli, 2660 nömrəli müqaviləsinə əsasən X7 və İstismarı Birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,24 ha ərazisi olan atası Kərimov Mirhəmdulla oğlunun adına ayrılmış 350 nömrəli bağ sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçirərək reyestrdən çıxarışın verilməsi, həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanmda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 02 mart 1983-cü il tarixli, 2660 № li müqaviləsinə əsasən X7 və İstismarı Birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində, 0.24 ha ərazisi olan 350 № li bağ sahəsi 1954-cü il tarixli, 20 № li protokolu ilə xx.xx.1989-cu il tarixdə vəfat etmiş İddiaçı atası, X1 adına ayrılmışdır. İddiaçı 06 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, 39 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri, 39 saylı Notariat Ofisinin 06 oktyabr 2020-ci il tarixli, 276 № li arayışına əsasən adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ********** № li ərizə ilə cavabdeh ƏMDX yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 350 № li nömrəli bağın X9 alınmasını və Çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2021 -ci il tarixli, **********59 № li bildirişi ilə 350 № li bağın Dövlət Reyestrində Qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparımasına şəraitin yaradılmaması bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı ilə əlaqə yaratmaq üçün iki möbi! nömrə və yaşayış ünvanı idarəyə təqdim olunmuş, lakin idarənin mütəxəssisləri tərəfindən iddiaçının nümayəndəsi ilə heç bir əlaqə yaradılmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ********** nömrəli ərizə ilə cavabdeh ƏMDX yanında .anında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə yenidən müraciət edərək 350 № li nömrəli bağın X9 alınmasını və Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********14 № li bildirişi ilə 350 № li bağın Dövlət Reyestrində qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb kimi idarənin mütəxəssisləri tərəfindən xx.xx.2021 -ci il tarixdə ünvana keçiriləni baxış zamanı bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Lakin, bağ sahəsi iddiaçının iştirakı olmadan, idarənin mütəxəssislərinə mobil telefon vasitəsi ilə tərəfimizdən düzgün göstərilmədiyi üçün yenidən idarənin mütəxəssisləri xx.xx.2021-ci ildə ünvana keçirilən baxış zamanı bağ sahəsinin yerləşməsində perimetrik ölçü, konfiqurasiya fərqi mövcud olduğu (konfiqurasiya fərqinin nədən ibarət olduğu qeyd edilməmişdir), bağların bölgüsünə dair sxematik xəritəyə və cizgisinə uyğun gəlməməsi qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Sabunçu rayonu, Maştağa qəsəbəsində, 0,24 ha ərazisi olan 350№ li bağ sahəsinə hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 04.10 2021ci tarixli, **********26 № li bildirişi ilə mahiyyəti üzrə cavab verməmiş və 350 № li bağa hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsinə imtina vermişdir. İddiaçı qeyd edir ki, ilkin müqavilə 1954-cü il tarixdə 25 illik müddətə bağlanmış və 12 dekabr 1982-ci il tarixdə müqavilənin müddəti uzadılmışdır. Bu illər ərzində bağların hasarlanmasına icazə olmadığı üçün 1990-cı ildən başlayaraq vətəndaşların istifadəsində olan bağlar, o cümlədən İddiaçı istifadəsində olduğu 350 № li bağ sahəsi X7 və İstismarı Birliyi tərəfindən razılaşdırılmadan hasara alınmış və fərdi yaşayış evi tikmişdir. Bu səbəbdən 1954-cü ildə tərtib edilmiş bağların bölgüsünə dair sxematik xəritəsində və cizgisində uyğunsuzluq əmələ gəlmişdir.1954-cü ildən bugünə kimi 350 nömrəli bağ sahəsi və fərdi yaşayış evi mübahisəsiz iddiaçının istifadəsindədir.

3. İddiaçının hüquqlarının qeydiyyata alınmasından xx.xx.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır.

4. İddaçının hüquqlarının qeydiyyata alınmasından xx.xx.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Lakin, bağ sahəsinin yerinin iddiaçı tərəfindən düzgün göstərilməməsini səbəb gətirərək, yenidən mütəxəssilərin əraziyə göndərilməsi xahişi nəzərə alınaraq xx.xx.2021- ci il tarixdə ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin yerləşməsidə perimetrik ölçü, konfiqurasiya fərqi mövcud olduğu, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə uyğun gəlmədiyi məlum olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixində tərəfinizdən göstərilən bağ sahəsinin yerinin elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəldiyi tərəflərindən müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 350 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh orqan tərəfindən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən bağ sahəsinin yerləşməsində perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun gəlmir. Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.1983-cü il tarixli 2660 nömrəli müqavilənin arxiv arayışında səlahiyyətli orqanın möhürü yoxdur.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Lakin, bağ sahəsinin yerinin iddiaçı tərəfindən düzgün göstərilməməsini səbəb gətirərək, yenidən mütəxəssilərin əraziyə göndərilməsi xahişi nəzərə alınaraq xx.xx.2021- ci il tarixdə ünvana keçirilən texniki baxış zamanı bağ sahəsinin yerləşməsidə perimetrik ölçü, konfiqurasiya fərqi mövcud olduğu, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə uyğun gəlmədiyi məlum olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixində tərəfinizdən göstərilən bağ sahəsinin yerinin elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəldiyi tərəflərindən müəyyən edilmişdir. Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.1983-cü il tarixli 2660 nömrəli müqavilənin arxiv arayışında səlahiyyətli orqanın möhürü yoxdur. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1 -ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat və infrastruktur obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdaərsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazinə ünvanladığı 06 oktyabr 2020-ci il tarixli 276 nömrəli məktubundan görünür ki, X1 xx.xx.1989-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə cavabdehə məlumat verilir.

8. İddiaçı iddia tələbini Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1983-cü il tarixli, 2660 nömrəli müqaviləsinə əsasən X7 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,24 ha ərazisi olan İddiaçı atası X1 adına ayrılmış 350 nömrəli bağ sahəsinin iddiaçının atası mərhum X2 məxsusluğu haqqında arayışın verilməsi kimi dəyişdirmişdir.

9. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanmış xx.xx.1983-cü il tarixli 2066 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,24 ha ərazisi olan 350 nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 350 nömrəli bağ sahəsinə texniki baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, sözügedən ərazidə bir hasar daxilində iki bağ sahəsi mövcuddur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə digər bağların ərazisinə düşür. Belə ki, bağ sahəsinin həqiqi ərazisi göstərilən sahədən təqribən 130,0 m cənub-qərb istiqamətində yerləşir. Həmçinin İdarənin arxivində 350 nömrəli bağ sahəsinə dair X3 ilə bağlanmış xx.xx.1983-cü il tarixli 2660 nömrəli (0,24 ha üçün) müqavilə mövcuddur. Cavabdeh orqan tərəfindən bağ sahəsinin ilkin cizgisi təqdim edilmişdir. İlkin cizgiyə əsasən 350 nömrəli bağ sahəsinin faktiki ərazisi 4786.0 kv.m-dir.

11. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X6 Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1983-cü il tarixli 2660 nömrəli müqaviləsinə əsasən X7 və İstismarı Birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,24 ha ərazisi olan İddiaçı atası X1 adına ayrılmış 350 nömrəli bağ sahəsinə çıxarışın verilməsinə etiraz etmir, razıdır və həmin əmlaka dair heç bir iddiası və ya tələbi yoxdur.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən bağ sahəsi sənəd üzrə 2400,0 kv.m olsa da, faktiki iki bağ sahəsi bir hasar daxilində olmaqla 4786,0 kv.m təşkil edir. Bağ sahələrinin ara sərhədləri şərtidir. Göstərilən ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından yerləşməsinə dair dəqiq məlumat vermək mümkün olmadı. Qeyd olunan ümumi əraziyə ********** iş nömrəsi ilə mərhum X1 adına müraciət mövcuddur. Həmçinin göstərilən bağ sahəsinin yaxınlığından (mühafizə zonasından) yerüstü elektrik xətti keçmir.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

27. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanından: 2.Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

29. İdarənin arxivində 350 nömrəli bağ sahəsinə dair X3 ilə bağlanmış xx.xx.1983-cü il tarixli 2660 nömrəli (0,24 ha üçün) müqavilə mövcuddur. Cavabdeh orqan tərəfindən bağ sahəsinin ilkin cizgisi təqdim edilmişdir. İlkin cizgiyə əsasən 350 nömrəli bağ sahəsinin faktiki ərazisi 4786.0 kv.m-dir.

30. Məhkəmə qeyd edir ki, 1988-ci ilə qədər torpaq sahəsinin ölçüsünun 0,24 ha olmaqla verilməsi yolverilən idi. Belə ki, xx.xx.1983-cü il tarixl 2660 nömrəli müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, torpaq sahəsinin ölçüsü 0,25 ha-dan çox olmamalıdır və əsas kimi Bakı şəhər İcr Hakimiyyətinin (Bakqorispolkom) xx.xx.1962-ci il tarixli 33/1218 nömrəli qərarına istinad edilmişdir.

31. Eyni zamanda mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, göstərilən bağ sahəsinin yaxınlığından (mühafizə zonasından) yerüstü elekrik xətti keçmir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda torpaq üzərində hüquqların qeydiyyata alınmasını istisna edən norma yoxdur. Əksinə, Qaydaların 7-ci bəndində qeyd edilir ki, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Yəni qaydalar hüquqların qeydiyyatını istisna etməməklə, həmin xətlərin qorunmasını tələb edir.

33. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinin tənzimlənməsidir (Qanunun qeyd edilən maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur).

34. İddiaçının (mərhum atasının) hüquqları isə həmi Qanunun 8.0.8-ci maddəsinə əsasən deyil, 8.0.7-ci maddəsinə əsasən yaranmışdır. İstənilən halda göstərilən bağ sahəsinin yaxınlığından (mühafizə zonasından) yerüstü elekrik xətti keçmədiyi müəyyən edilmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə sahəsi 0,24 ha olmaqla hüquqlarıın tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

36. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində müqavilənin axiv nüsxəsinin mövcudluğu və torpaq sahəsinin də faktiki olaraq iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Odur ki, arxiv arayışında səlahiyyətli şəxsin möhürünün olmaması iddiaçının hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz.

37. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

38. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

39. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən:

40. Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 0,24 ha ərazisi olan 350 nömrəli bağ sahəsinin İddiaçı atası mərhum X2 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar