Məhkəmə qərarları › İş №2-1(112)-3961/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3961/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3961/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X4 və X12 işə 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X7 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3961/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə X4 və X12 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-1, 6 saylı binanın 4 saylı mənzilini xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Kontorunda ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh X2 alaraq mülkiyyətinə keçirmiş, Sözügedən mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş. Sözügedən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı binanın 4 saylı evin mənzilini əldə etdiyi vaxtdan mənzil onun tam mülkiyyətində olsa da, cavabdehlər X4 və X12 hələ də həmin ünvanda pasport qeydiyyatında qalmaqdadırlar. Sözügedən mənzil mülkiyyətinə keçdikdən sonra cavabdehlər 2 ay ərzində pasport qeydiyyatından çıxmalı olduqları halda, eləcə də həmin ünvandan qeydiyyatdan çıxmaları barədə söz versələr də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən (yaşayış yeri üzrə qeydiyyat haqqında № 383311) Arayışda məlum olur ki, cavabdehlər mülkiyyətindəki mənzildəki pasport qeydiyyatından çıxmamışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3, X7 və X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxslər məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında iddiaçıdan başqa üçüncü şəxslər X4, X12 və X11 da qeydiyyatdadırlar. İddiaçı hazırda 3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatlarının formal olması ilə əsaslandırır. İşdə olan AN-İ № ******* saylı, xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 6 saylı evin 4 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 8 və 13-cü bəndlərinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 6 saylı evin 4 saylı mənzildən xx xxxx 2019-cu il tarixədək qeydiyyatdan çıxmağını öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 6 saylı evin 4 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, X4, X12 və X11 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 4 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, 3-cü şəxslər ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmillər. İşdə olan Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 091-61049İ-3220 saylı məktubdan görünür ki, iddiaçıya Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 6, mənzil 4 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaşlar X3, X7 və X6 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya xx xxxx 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanı İddiaçı adına 3 saylı Bakı “Asan xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-765 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli elektron müqavilə əsasında qeydiyyata alınmışdır və onun adı ilə bağlı çıxarış tərtib edilmişdir. Həmin ünvanda digər şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata aınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərilmiş, sorğuya xx xxxxxx 2021-ci il tarixli № 018-1994-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2003-cü il tarixdə, X12 isə xx.xx.2014-cü il tarixdə ünvan 8 ünvanına yayış yeri üzrə qeydiyyatda olmaqla, şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Məhkəmə araşdırılması zamanı Azərbaycan Rspublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə sorğu göndərilmiş, sorğuya xx xxxxxx 2021-ci il tarixli, 277 saylı cavab məktubuna və ona əlavə olunmuşdur sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin 4 saylı mənzili alqı-satqı müqaviləsi əsasında 100.000 manat məbləğində X2 İddiaçı satılmışdır. Bundan başqa mənzilin alqı-satqısı zamanı X4, notariat ofisində, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin 4 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Alqı-satqı müqaviləsi bağlanan zamanı X11 (xx.xx.2008-ci il təvəllüdlü) və X12 (xx.xx.2001-ci il təvəllüdlü) yetkinlik yaşına çatmamışdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı AN-İ № ******* saylı, xx xxx 2019-cu il tarixli alqısatqı müqaviləsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 4 saylı mənzili satın aldığı zaman, satıcı alıcıya, yəni hazırki iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Satıcı, X5 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxsa da, həmin ünvanda olan üçüncü şəxslərin qeydiyyatdan çıxmalarını təmin etməmişdir. Halbuki, sözügedən üçüncü şəxslər, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. Həmçinin, üçüncü şəxslər mənzilin alqı-satqısı həyata keçirilən zaman mənzilin satılmasına etiraz etməmələri ilə bağlı ərizə imzalamışdır. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X4, X12 və X11 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı binanın, 4 saylı mənzilindən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı binanın, 4 saylı mənzilindən üçüncü şəxslər X3, X7 və X6 qeydiyyatdan çıxarılmaları vəzifəsi Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar