Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3963/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 cəlb edilməklə) qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında iddianın mümkünlüyünə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X4 cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 120906 saylı qeydiyyat vəsiqəsi və onun əsasında X2 adına verilmiş xx.xx.2002-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsasən onunla əsaslandırmışdır ki, iddiaçı məcburi köçkün düşmüş, 1993-cü ildən sözügedən mənzildə dövlət tərəfinndən yerləşdirilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 120906 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzili xüsusi mülkiyyət kimi X2 adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2002-ci il tarixdə 939 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Buna müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X2 adına xx.xx.2002-ci il tarixli texniki pasport verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən sözügedən sənədlər verilərkən 1993-cü ildən sözügedən mənzildə dövlət tərəfindən yerləşdirilməsi və orada yaşaması faktı nəzərə alınmamışdır. Bu səbəbdən də hesab edir ki, ÖM seriyalı, 120906 saylı qeydiyyat vəsiqəsi və onun əsasında X2 adına verilmiş xx.xx.2002-ci il tarixli texniki pasport ləvğ edilməlidir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdikdən sonra növbəti məhkəmə iclası 23 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 120906 saylı qeydiyyat vəsiqəsinin və onun əsasında X2 adına verilmiş xx.xx.2002-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması dövründə X2 adına verilmiş ÖM seriyalı 120906 saylı qeydiyyat vəsiqəsinin və texniki pasportun verilməsinə əsas olmuş sənədlərin surətini sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 41 saylı mənzilinə dair X2 adına 05 oktyabr 2002-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin mənzili G.Rəhimova 151016 saylı, 04 iyul 2002-ci il tarixli müqavilə əsasında X1 almışdır. İş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçının sözügedən mənzilə dair hər hansı hüququnun mövcud olması, bununla da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 21 sentyabr 2020ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, mübahisə predmeti olan mənzilə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi təklif edilsə də, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının mövcud olması müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3963/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3963/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver