Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3969/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı “diplomun üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı Azərbaycan Respublikası “Loğman” Səhmdar Cəmiyyəti təsərrüfat hesablı Tibb Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2008-ci il tarixli, AN 007691 nömrəli diplom üzrə göstərilən ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvalelintliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıya 02.02.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək, məhkəmə cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Həmçinin, 08.04.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə hüquqi yardım göstərərək cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini dəqiqləşdirməyi təklif edərək, məhkəmə iclasını 02.09.2021-ci il tarixə və 11.11.2021-ci il tarixə təxirə salmışdır. Göründüyü kimi, iddiaçı tərəfə cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirməsi üçün kifayət qədər şərait yaradılmışdır. İş materiallarından görünür ki, iddiaçı hüquqi yardım haqqında məktubda göstərilənlər nöqsanları aradan qaldırmamışdır. İş materiallarından görünür ki, iddia tələbini “Azərbaycan Respublikası “Loğman” Səhmdar Cəmiyyəti təsərrüfat hesablı Tibb Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2008-ci il tarixli, AN 007691 nömrəli diplom üzrə göstərilən ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvalelintliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” təşkil edir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı yönəldilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə X2nə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Həmçinin, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası “Loğman” Səhmdar Cəmiyyəti təsərrüfat hesablı Tibb Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2008-ci il tarixli, AN 007691 nömrəli diplom üzrə göstərilən ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvalelintliyi haqqında şəhadətnamə verilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən yalnız xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin (diplomların) sahiblərinə Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Təhsildə X2nin səlahiyyətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X2nin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən əhsildə X2 (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən Agentlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir. Göründüyü kimi, iddiaçı müvafiq diplom üzrə göstərilən ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvalelintliyi haqqında şəhadətnamə verilməsini tələb etdiyi halda həmin tələb Təhsildə X1rşı yönəldilə birlədi. Lakin, iddia tələbindən və iş materiallarından görünür ki, mübahisə predmeti olan diplom Azərbaycan Respublikası “Loğman” Səhmdar Cəmiyyəti təsərrüfat hesablı Tibb Mərkəzi tərəfindən verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Loğman” Səhmdar Cəmiyyəti təsərrüfat hesablı Tibb Mərkəzi tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvalelintliyi haqqında şəhadətnamə verilməsini deyil, dövlət nümunəli diplomun verilməsini tələb edə bilərdi və həmin tələb Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yönəldilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: - bakalavr diplomu (adi və fərqlənmə); - ali təhsil müəssisələrinin magistr diplomu (adi və fərqlənmə); - Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi və fərqlənmə) (2.1-ci bənd). Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir (2.2-ci bənd). Həmin Qaydaların 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilmiş və iddiaçıya cavabdehin dəqiqləşdirilməsi üçün kifayət qədər şərait yaradılsa da, iddiaçı cavabdehi və həmin cavabdehə qarşı yönəldilmiş tələbi dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ləğv edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı yönəldiyindən və iddiaçı tərəfindən cavabdeh və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbi dəqiqləşdirilmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3969/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3969/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver