Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3969/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin Suraxanı rayon Komitəsi nəzdində Bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 saylı protokola və üzvlük kitabçasına əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin Suraxanı rayon Komitəsi nəzdində Bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 saylı protokola və üzvlük kitabçasına əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlığı təsərrüfatı üzvlərinin Suraxanı rayon Komitəsi nəzdində Bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 saylı protokoluna əsasən “Müəllim” Bağçılıq yoldaşlığı təsərrüfatı üzvü, 49 saylı bağ sahəsinin sahibi X2 təsərrüfatın becərilməsində iştirak etmədiyinə, Suraxanı rayon təhsil müəssisələrinin hər hansı birində işləmədiyinə görə təsərrüfat üzvlyündən azad edilmiş və üzvlüyə ərizə ilə müraciət etmiş 10 saylı məktəbin direktoru Bakı şəh., Əlibəyov qardaşları küçəsi, ev 42, mənzil 7-də yaşayan İddiaçı “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlığı tərəfindən İddiaçı Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən 49 saylı bağ sahəsinin üzvlük kitabçası verilmişdir. Həmçinin, Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” Bağçılıq yoldaşlığı Bağçılıq təsərrüfatı üzvü İddiaçı məxsus 49 saylı torpaq sahəsinin Sxemi tərtib və təsdiq olunmuş, həmçinin torpaq sahəsi ayrıldıqdan sonra bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən eyni vaxtda bağçılıq üzvlərin ümumi (üzvlük) vəsaiti hesabına bütün bağ sahələri hasarlanmış, o cümlədən İddiaçı vəsaiti hesabına 49 saylı bağ sahəsi 14 daş hündürlündə hasarlanmış, dəmir darvaza qoyulmuşdur. Belə ki, həmin dövrdə Bakı şəhər İHBA APBTİD X4 və İstismarı Birliyi tərəfindən bağçılıq üzvlərindən üzvlük kitabçaları əsasında müvafiq bağ sahələrinin hasarlanması tələb edilirdi. Həmin sahə ayrılandan sonra İddiaçı tərəfindən təyinatı üzrə istifadə olunmuş, ərazi bütünlüklə, o cümlədən iddiaçıya məxsus sahə bütün kommunal xətlərlə, o cümlədən işıq, su və qaz xətləri ilə təchiz olunmuşdur. Bu ilin may ayında İddiaçı həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyata alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu iddiaçının ünvanına daxil olmamış, bu səbəbdən iddiaçı həmin müraciətin nəticəsi barədə məlumat verilməsi üçün yenidən həmin orqana müraciət edilmiş, həmin müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək, 31,10.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki: - idarənin arxivində “Müəllim” Bağçılıq yoldaşlığı təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir; -Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun maddəsinə əsasən 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İddiaçı bununla bağlı bildirir ki, məhz idarənin arxivində adı olan X2 təsərrüfatın becərilməsində iştirak etmədiyinə və s. görə onun təsərrüfat üzvlyündən azad edilməsinə və onun yerinə İddiaçı üzv qəbul edildiyinə görə sonuncunun adı təsərrüfat üzvlərinin siyahısında aşkar edilməmişdir. Hər bir halda, İddiaçı, onun adının idarənin arxivinə verilməməsinə məsuliyyət daşımalı olan şəxs deyildir. Digər hal isə, iddiaçı tərəfində cavabdeh inzibati orqana kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış təqdim edilmişdir. Odur ki, iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə istinad olunan 13/585 nömrəli, xx.xx.1991-ci il tarixli sərəncam siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin təqdim olunan orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. O cümlədən İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə (204 m/t) ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı torpaq sahəsinə digər fiziki şəxsin (X9) ********** nömrəli ərizə ilə müraciəti qeydə alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəməyə gəlməmiş, bunu səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 nömrəli, 13 noyabr 1997-ci il tarixli “Protokolundan çıxarış”a əsasən, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü 49 saylı bağ sahəsinin sahibi X2 təsərrüfatın becərilməsində iştirak etmədiyinə, Suraxanı rayon Təhsil müəssisələrindən hər hansı birində işləmədiyinə görə təsərrüfat üzvlüyündən azad edilməsi, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyyətinə ərizə ilə müraciət etmiş 10 saylı məktəbin direktoru, Bakı şəhəri, Əlibəyov Qardaşları küçəsi, ev 42, mənzil 7-də yaşayan İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul edilməsi və müvafiq olaraq İddiaçı “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatının 49 saylı kitabçasının verilməsi qərara alınmışdır. 49 nömrəli bağbanın üzvlük kitabçasına əsasən, İddiaçı yoldaşlıq üzvlüyünə qəbul edilib. Azərbaycan Təhsil İşçiləri X11 Suraxanı rayon komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvü İddiaçı məxsus 49 saylı torpaq sahəsinin sxemi 27 noyabr 2007-ci ildə ATİAHİ Suraxanı rayon komitəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-20183/2024 **********83 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd edilmişdir ki, idarənin arxivində saxlanılan “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun maddəsinə əsasən 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza var, tikili yoxdur.
İV. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
8. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
-9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
14.İşin faktiki hallarına əsasən iddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilmiş, ona keçmiş üzv X1 ayrılmış 49 nömrəli bağ səhəsi verilmişdir, bu barədə 07 saylı 13 noyabr 1997-ci il tarixli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. İşdə olan sənədlər: 07 saylı 13 noyabr 1997-ci il tarixli protokoldan çıxarış onun Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsinə dair hüquqlarını təsdiq edir. Beləliklə cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır iddiaçının hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Cavabdeh iddiaya dair təqdim edilmiş etirazında qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə dair digər fiziki şəxsin (X9) müraciəti olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə sorğusu ilə cavabdehdən mübahisəli bağ sahəsinə dair X8 müraciəti və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən həmin şəxsin müraciəti və ya mübahisəli bağ sahəsinin həmin şəxsə məxsus olması barədə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Buda o nəticəyə gəlmək əsas verir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması X8 hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinasının qanunsuz hesab edilməli və Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin Suraxanı rayon Komitəsi nəzdində Bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 saylı protokola və üzvlük kitabçasına əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilsin. Azərbaycan Təhsil İşçiləri X11 “Müəllim” Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin Suraxanı rayon Komitəsi nəzdində Bağçılıq yoldaşlığı üzvlərinin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli 07 saylı protokola və üzvlük kitabçasına əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən sahəsi 0.05 ha olan 49 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova