Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-397/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı ( Bakı şəhərində qeydiyyatdadır, işsiz), cavabdehin nümayəndəsi X13 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir),üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq idarəsinin hüquq məsləhətçisi), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Nazirliyi və X24 işə cəlb olunmaqla “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar Həmidov a Sevil Eminalı qızı, İddiaçı və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci ildə baxılmış və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 1 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.05.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Quliyev Rizvan Əli oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçülərin) verilməsi” barədə iddia tələbləri üzrə işdən iddiaçı Həmidov Akif Məhəmməd oğlunun cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X2 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X19 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X7 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X14 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X15 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X21 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X8 cavabdehə qarçı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X4 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X9 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X20 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüququmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqdim etsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar Hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 nömrəli şəhərcik yerləşir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olan tikililər yerləşir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq qanunvericiliyi kobud şəkildə pozaraq mübahisəli torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsinə sərəncam vermişdir. Üçüncü şəxs göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddiaçıya göndərilən imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi C.Mirzəliyeva üçüncü şəxsin etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 05 noyabr 2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən X3 200 kv.m, X10 400 kv.m, X22 130 kv.m, İddiaçı 120 kv.m, X5 300 kv.m, X11 100 kv.m və X16 400 kv.m olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. 03.10.2014-cü il tarixdə tərtib edilmiş Binaların, Qurğuların və Hərbi şəhərciyin ərazisinin təhvil (təslim) verilməsi haqqında Aktına əsasən, H.Aslanov-8 nömrəli hərbi şəhərciyi N saylı hərbi hissə təhvil vermiş və ünvan 3 ünvanladığı 05/20543 nömrəli məktubuna əsasən 4-Ə-2-2015 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi istifadənizdə olan torpağa aid olmadığından sözügeddən alqı-satqı müqaviləsinin qarşılıqlı razılaşma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsinin məqsədəuyğun hesab edilməsini bildirilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.02.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulması, torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir və hal-hazırda da həmin sahə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Yəni iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrini əldə edərkən həmin sahələrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində və sahibliyində olmasını, bu sahələrin mühafizə olunmasını, bu sahələrə girişin yalnız müvafiq icazələr alındıqdan sona mümkün olduğunu bildikləri və gördükləri halda indi mülkiyyətlərində olan torpaq sahələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliy tərəfindən zəbt olunmasını iddia etmələri əsassızdır. 24 sentyabr 2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçı tərəfindən iddia edilən torpaq sahəsində müayinə apararkən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən torpaq sahəsi 2 metrlik hasarla əhatə olunmuş ümumi sahəsi 1,24 ha olan mühafizə olunan obyektdir.Obyektdə tikililər, o cümlədən inzibati bina və anbar aşkar edilmişdir.Mübahisəli torpaq sahəsinin 0,025 ha inzibati binanın yanında yerləşdiyi müəyyən olunmuşdur. Üçüncü şəxs Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 122 №li, 22.12.2014-cü il tarixli əmrinə əsasən “Həzi Aslanov-8” hərbi şəhərciyində N №li hərbi hissənin istifadəsində olan ərazi, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №li Evlər İdarəsinə təhvil verilməsinin təmin edilməsi Abşeron rayon Mənzil İstismar hissəsinin rəisinə tapşırılmışdır, ”Binanın uçotu fərdi kartı”na əsasən H.Aslanov qəsəbəsində yerləşən kazarma tərkibində olan tikililərlə birlikdə Müdafiə Nazirliyinə məxsus olmuşdur,həmin tikililər keçən əsrin ortalarında inşa edilmiş tikililərdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs X24 tərəfindən digər fiziki şəxslərə, o cümlədən iddiaçıya satılmışdır. İddiaçıya Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində 0,013 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə 2009-cu ildə çıxarış verilmişdir. Buna baxmayaraq 2011-ci ildə iddiaçı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş 01 may 2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir. Həmin qərar əsasında iddiaçı Xətai rayon məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq sahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia qaldımış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, qeyd edilən iddia Xətai rayon məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsində göstərilir: 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsində qeyd edilir: “1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. 4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.” Həmin Məcəllənin 22-ci maddəsində göstərilmişdir:” 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.” Həmin Məcəllənin 23-cü maddəsində qeyd edilmişdir:” 1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. 2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. 3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir. 5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. 6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. 7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. 8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” İşin faktiki hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan ölçünün verilməsini tələb etdiyi torpaq qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaqdır, bu hal məhkəmə tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı da müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Halbuki iddiaçının mülkiyyəti hesab etdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı torpaq sahəsini üçüncü şəxs Rizvan Quliyevdən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsində əldə etdiyini göstərmişdir, lakin Rizvan Quliyevin torpağı satın alması haqqında şəhadətnamədə torpağın yerləşdiyi ünvan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 göstərilsə də iddiaçının əldə etdiyi torpağın məhz həmin torpaq olması iş materialları ilə müəyyən edilmir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Nazirliyi və X24 işə cəlb olunmaqla “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-397/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-397/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver