Məhkəmə qərarları › İş №2-1(112)-3975/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3975/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3975/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı sosial müavinətin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2010-cu il tarixədək ödənilməli olan müavinətin hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci ildə Qaradağ rayonunda anadan olmuşdur. Doğulduğu gündən ona orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunur. xx.xx.2018-ci il tarixdə atası Azər Məmmədov vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, 18 yaşından yuxarı olduğu dövrdə isə əlil olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və xx.xx.2018-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddiaçı anadan doğulduğu vaxtdan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarına əsasən müəyyən edildiyi üçün və buna görə müavinət almadığından hesab edirlər ki, onun 18 yaşına çatanadək almalı olduğu və ödənilməmiş xx.xx.1992-ci ildən xx.xx.2010-cu il tarixədək müavinətin məbləği hesablanaraq ona ödənilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı aldıqdan sonra xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə müraicət edərək, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2010-cu il tarixədək verilməli olan müavinətin ödənilməsini xahiş etmişlər. Lakin, cavabdeh qurum **********2 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda ərizədə göstərilən dövrlərdə İddiaçı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinədən keçmədiyini və ona 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq əlillik dərəcəsi təyin olunmadığını əsas göstərərək qeyd olunan dövr üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Çünki, imtina məktubunda qeyd edilən hallar və İddiaçı əlillik dərəcəsini gec almasını və sağlamlıq imkanlarının məhdudluğuna görə vaxtında müavinət ala bilməməsinin səbəbi, səlahiyyətli orqanların məsuliyyətsizliyinin olması Ali Məhkəmənin qərarında müəyyən eidlmişdir. Lakin, ərizəsinə əlavə etməsinə baxmayaraq, cavabdeh qurum Ali Məhkəmənin qərarını nəzərə almayaraq əsassız olaraq müraciətlərindən imtina etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiiddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 131 nömrəli, xx xxxxxx 2018-ci il tarixli “Vətəndaş Qanuni nümayəndə övladı xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi haqqında” Sərəncamın surətindən görünür ki, həmin sərəncama əsasən Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)-3260/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisdi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisdi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)- 1932/2019 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)-3260/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1932/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildə doğulduğu andan xx.xx.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibb müəsissələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra oan (1 saylı Zona TSEK tərəfindən) xx.xx.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İşdə olan 46 nömrəli, xx xxxxxx 2019-cu il tarixli tibbi arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı həqiqətən 9 nömrəli BUX-un poliklinika şöbəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək dispanser qeydiyyatında olmuşdur. Diaqnozu - orta dərəcəli kəmağıllıq olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraicətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizədə göstərilən dövrlərdə vətəndaş İddiaçı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinədən keçməmişdir və vətəndaşa 18 yaşınadək Sağlamlıq imkanları məhdud uşaq əlillik dərəcəsi təyin olunmamışdır. Bu səbəbdən ərizədə göstərilən dövrlər üzrə sosial müavinətin ödənilməsi məqsədə uyğun deyildir. Beləliklə iddiaçının nümayəndəsinin izahatından, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki,xx.xx.1992-ci il təvəllüdlü İddiaçı uşaqlıqdan sağlamlıq imkanları məhdud olmuş, o, xx.xx.2010-cu il tarixədək, yəni 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibb müəsissələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi olaraq sağlamlıq imkanları məhdud olmuş, lakin, həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra isə ona (1 saylı Zona TSEK tərəfindən) xx.xx.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dövrdə yəni, xx.xx.1992-ci ildən xx.xx.2010-cu il tarixə qədər olan müddətdə ona əlillik dərəcəsi təyin olunmadığından, əlilliyə görə sosial müavinətin ödənilməsi üçün tərəfindən DSMF-nun şöbələrinə müraciət edilmədiyindən, bununla da, iddiaçıya həmin illər üçün sosial müavinətin ödənilməməsi qanunvericiliyə uyğun olduğundan, iddia əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial müavinətlərin bir növü də əlilliyə görə müavinətdir. Həmin Qanunun 7.0.3-cü maddəsində qeyd edilir ki, əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi üzrə səlahiyyətli orqan tibbi-sosial ekspert komissiyaları olduğundan, hazırki halda, isə tibbisosial ekspert komissiyası tərəfindən 1992-2010-cu il tarixləri arasında iddiaçının əlilliyinin müəyyən edilməsinə dair sənəd mövcud olmadığından, iddiaçının əlilliyi 1 saylı Zona TSEK tərəfindən xx.xx.2010-cu il tarixdə əmək qabiliyyəti olmayan hesab edildiyindən iddia tələbi əsassızdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarında iddiaçının 18 yaşınadək mütəmadi sağlamlıq imkanlarının məhdud olması qeyd edilsə də, onun 18 yaşınadək sağlamlıq imkanlarının məhdud olması tibbi-sosial ekspert komissiyaları tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar