Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3976/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məcburetmə barədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Mukhtar cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 284/2 saylı, xx.xx.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun və ailə üzvlərinin xx xxxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan vətəndaşı və Qəzni vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. O, 29 yaşlı kişi cinsinə aid Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Hazara, dini mənsubiyyətinə görə Şiədir. O, orta təhsilini Jaghoridə başa vurub X1 Hüquq fakultəsinə qəbul olub və 3 il orada təhsil alıb. Hər iki valideyni hazırda Əfqanıstanda yaşayır. Onun dörd qardaşı və üç bacısı var və onlar Əfqanıstanda yaşayırlar. O, 2018-ci ildə Sultani Zakia ilə evlənib. 2012-ci ilin dekabr ayında Əfqanıstanda Milli Təhlükəsizlik Agentliyində işləməyə başlayıb və 2019-cu ilin avqust ayına qədər orada işləyib. O, bir il Qarabağ vilayəti, bir il Ghazni vilayəti, altı ay Loghar vilayəti və üç il yarım Jagori vilayətində işləyib. Qalan vaxtlarda isə Ghazni vilayətində müxtəlif departamentlərdə işləyib. Sözlərinə görə onun əsas işi Talibana cəsusluq edən şəxsləri müəyyən və həbs etməkdən ibarət olub. O, Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsinə tərk etdiyini iddia edir. Onun sözlərinə görə, o, 2019-cu ilin avqust ayında icazə olmadan Əfqanıstan Milli Təhlükəsizlik Agentliyindəki işinə yenidən təyin olunub və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, bildirib ki, 2018-ci ilin noyabr-dekabr aylarında Talibanın Jaghoru vilayətinə hücumundan sonra onlar əhali arasında məktublar paylayaraq hökumətə işləyən şəxslərin hamısını öldürəcəklərini bildiriblər. O, məktubu gördüyünü iddia etmişdir. Həmçinin 2018-ci ildə tanımadığı şəxslər tərəfindən axtarıldığını qeyd edib. Onlar onun valideynləri və arvadının yaşadığı Ghazni vilayətindəki evlərinə gedərək onun harada olmasını soruşublar. O, həmin şəxslərin olduğunu bilməyib, eləcə də valideynləri və arvadı onları tanımayıb. Əlavə olaraq, 2015-ci ildə onun silahının bir Pashtun tərəfindən oğurlandığını və bu səbəbdən 25000 manat məbləğində cərimə ödədiyini bildirib. O, xx xxxxxxxx 2019cu ildə Azərbaycana gəlib. xx xxxxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, onun dini inancı olmadığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. xx xxxxxx 2019-cu ildə DMX İQ-284/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. O, cavabdehin qərarından inzibati şikayət verib. 63 saylı, xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin ounması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: P 02307525), hazırda ünvan 1 ünvanında müvəqəti yaşayan, xx.xx.1990-cı il təvəllüdlü X5 ailə üzvü (arvadı, xx.xx.1999-cu il təvəllüdlü Sultani Zakia) ilə birlikdə xx xxxxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-284/2 saylı qərarına əsasən ƏfqanıstanRespublikasının vətəndaşı X2çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı X6 söylədiklərindən şəxsən heç vaxt təhdid olunmadığı və ötən müddət ərzində hər hansı bir təhdidə və təqibə məruz qalmadığı müəyyən olunmuşdur. Müsahibə zamanı verdiyi izahatlardan məlumat olmuşdur ki, o, vətəndaşı olduğu və ya adətən yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqldarı və ya adətən yaşadıqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçınınAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-284/2 nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbləri əsassız olduğundan, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində iddiaçıya "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3976/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3976/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver