Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3977/2020 19.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 25 saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi 31.0 kv/m yaşayış sahəsi olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 19 iyun 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.İsrafilov iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşaış sahəsinə çevrilməsi” barədə iddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin olunmamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinə məhkəmə tərəfindən qiymət verilmişdir. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 25 nömrəli 2 mərtəbəli evin birinci mərtəbəsində yerləşən 31 kv.m yaşayış sahəsi olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasının xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2884/2019 saylı, 10.09.2019-cu il tarixli qərarı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2790/2019 saylı, 05.12.2019-cu il tarixli qərarı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2884/2019 saylı, 10.09.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 25 nömrəli 2 mərtəbəli evin birinci mərtəbəsində yerləşən 31 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair məsələ artıq mübahisələndirilmiş və iddiaçının həmin tələbi üzrə yekun qərar qəbul edilmişdir. Bundan savayi isə, sözügedən qərar qanuni qüvvəsini almışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir: «A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir.” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 15.5, 15.6 və 17-ci bəndlərində də göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır.” Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşaış sahəsinə çevrilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3977/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3977/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver