Məhkəmə qərarları › İş №2-1(112)-3979/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3979/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3979/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddiaçının 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1966-cı ildə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Dağıstan Respublikası, Xasavyurd şəhərində peşə məktəbinə qəbul olunmuş, sonra xx.xx.1986-cı ildə Ağdam rayonu nəqliyyat müəssisəsində fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1987-ci ildə öz ərizəsi əsasında işdən azad olunmuş, xx.xx.1987-ci ildə Ağdam rayonu 2 saylı fərdi tikiş evinə dərzi kimi işə qəbul olunmuş, xx.xx.1988-ci il tarixdə işdən azad olunmuş, 1988-1991-ci illərdə Bakı Neft Texnikumunda “Neft və qazın kimyəvi texnologiyası” fakultəsində oxumuş, texnikum tərəfindən təyinatla 6 aylıq təcrübə üçün neft qurğularına göndərilmişdir. Həmin vaxtdan etibarən bu günə qədər fasiləsiz olaraq neft sahəsində operator vəzifəsində çalışır. İddiaçı pensiya almaq üçün cavabdehə müraciət etmiş, lakin ona 20 oktyabr 2020-ci il tarixli **********8 saylı imtina məktubu verilərək işlədiyi, əmək kitabçasında qeyd edilmiş peşə üzrə güzəştli şərtlərlə hesablanan iş stajının 20 ildən az olduğu qeyd olunmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 25 sentyabr 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (19 il 6 ay 08 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 2 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Ağdam rayonunda doğulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublıkası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsəna xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatlar peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraiti görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (19 il 6 ay 8 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...”. - “Socar”ın Heydər Əliyev adına X7 xx.xx.2019-cu il tarixli SOCAR**********81200601A00054 arayışından görünür ki, ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/2M-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ” X7 xx.xx.2015-ci il tarixindən Heydər Əliyev adına Bakı X9na qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli Təhvil aktına əsasən “Azərneftyağ” X9 işəgötürənin öhdəlikləri Heydər Əliyev adına Bakı X7 direktoruna verilmişdir. İddiaçı xx.xx.2006-ci ildən xx.xx.2015-ci ilədək “Azərneftyağ" X8, xx.xx.1990-cı ildən xx.xx.2006-cı ilədək və xx.xx.2015-ci ildən indiyədək Heydər Əliyev adına X8 işləyir. xx.xx.1990-cı ildən (işə qəbul barədə 8-12/82 saylı 30.05.1G90-cı il tarixli əmr) xx.xx.2003-cü ilədək 4 N-li istehsalatın 14 N-li sexində neft məhsulları üçün qablar parkına xidmət üzrə əmtəə operatoru, xam neftin ilkin emalı üzrə 1 Nli texnoloji sexin, istehsalatın açıq neft məhsullarının təmizlənməsi üzrə 20, neft məhsullarının qələviləşdirilməsi üzrə 20-21 N-li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, xx.xx.2006-cı ildən “Azərneftyağ” NEZ-in 19 N-li sexində texnoloji qurğuların operatoru, 54 N-li sexin doldurucu estakadasında hazır məhsulun doldurub-boşaldılmasında məşğul olan süzücü-qablaşdırıcı, süzücü-tökücü (doldurucu) fəhlə, rezervuar parkı sahəsində və xx.xx.2015-ci ildən indiyədək neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 N-li sahənin rezervuar parkı sahəsində və dəmiryol yüklənməsi estakadasında neft məhsulları üçün qablar parkına xidmət üzrə əmtəə operatoru peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. bəndi ilə müəyyən edilmiş qaydalara əsasər əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 25 il, 09 ay, 01 gün təşkil edir. -“Socar”ın Heydər Əliyev adına X7 xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00112 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər 4 Nömrəli istehsalat, 14 №-li sex, əmtəə operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2ci siyahı) Şifrə 2130301a- 16085, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər 1 №-li sex, istehsalat, 20 №-li qurğu, texnoloji qurğuların operatoru, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixə qədər 1 №-li istehsalat, neft məhsullarının qələviləşdirilməsi üzrə 20-21 №-li qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2ci siyahı) Şifrə ******* a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixə qədər 2 №-li sex, 23 №-li texnoloji qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2ci siyahı) Şifrə ******* a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə qədər 19 №-li sex, texnoloji qurğu əməliyyatçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər 54 №-li sex, doldurucu estakadası, süzücü-qablaşdırıcı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər 54 №-li sex, doldurucu estakadası, əmtəə əməliyyatçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər 54 №-li sex, rezervuar parkı, əmtəə operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixə qədər 11 №-li sahə, rezervuar parkı xidmət sahəsi, əmtəə operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2016-cı il tarixdən halhazıradək 11 №-li sahə, neft məhsullarının dəmir yol yüklənməsi estakadası, əmtəə operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) peşələrində işləmişdir. - Bakı Neft Texnikumu tərəfindən verilmiş 26 aprel 1991-ci il tarixli 095181 saylı diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988xx.xx.1991-ci il tarixdə “Neft və qazın kimyəvi texnologiyası” fakultəsində təhsil almışdır. - Dağıstan Respublikası Xasavyurd peşə məktəbi tərəfindən verilmiş 349225 saylı 14 iyul 1986-cı il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək həmin peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus xx.xx.1990-cı ildə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə qədər Ağdam rayonu nəqliyyat müəssisəsində fəhlə (əmr № 208 xx.xx.1987), xx.xx.1987-ci il tarixəndən xx.xx.1988-ci il tarixə qədər Ağdam rayonu 2 saylı fərdi tikiş evində dərzi (əmr №431 xx.xx.1988) peşələrində işləmişdir. xx.xx.1990-cu il tarixdən Vladimir İliç adına Yeni Bakı X7 4 nömrəli istehsalatın 14 nömrəli sexinə 2-ci dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilmişdir (Əmr No 8-12/82 xx.xx.1990cı il). xx.xx.1991-ci il tarixdə 1 nömrəli texnoloji sexin 20-ci qurğusuna 4-cü dərəcəli texniki qurğular operatoru keçirilmişdir (Əmr No8-3/75 01.05.91-ci il). xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 369 N-li Qətnaməsinə əsasən Vladimir İliç adına Yeni Bakı X7 adı dəyişdirilərək Yeni Bakı X9 adlandırılmışdır (Əmr N27 xx.xx.1992-ci il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 50 N-li Fərmanına və Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 N-li Əmrinə əsasən Yeni Bakı X7 adı dəyişdirilərək “Azneftyanacaq” İB adlandırılmışdır (Əmr №1 18.02.94-cü il). xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixə qədər 4-cü dərəcəli texniki qurğular operatoru təyin edilmişdir (Əmr N 8-3/34 31.03.94-cü il). xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə qədər 19 №-li sexə texnoloji qurğu əməliyyatçısı (4-cü dərəcəli) ( əmr 656/şh xx.xx.2006), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər 54 №-li sexdə doldurucu estakadasına süzücü-qablaşdırıcı (əmr 183 25.09.06), xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər 54 №-li sexdə doldurucu estakadasında əmtəə əməliyyatçısı (əmr №48/K xx.xx.2007), xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər 54 №-li sexdə rezervuar parkında əmtəə operatoru (əmr №129/k xx.xx.2012) işləmişdir, xx.xx.2016-cı il tarixdən hal-hazıradək 11 №-li sahədə neft məhsullarının dəmir yol yüklənməsi estakadasında əmtəə operatoru peşəsində işləyir. İş materiallarından məlum olur ki, iddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 01 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İddiaçının ümumi sıgorta stajı isə 19 il 06 ay 25 gün təşkil edir. Belə ki, xx.xx.1985 - xx.xx.1986 = 10 ay 14 gün (Dağıstan Respublikası Xasavyurd peşə məktəbi təhsil dövrü) xx.xx.1986 - xx.xx.1987 = 6 ay 6 gün (Ağdam rayonu nəqliyyat müəssisəsində fəhlə) xx.xx.1988 - xx.xx.1991 = 2 il 7 ay 26 gün (Bakı Neft Texnikumu təhsil dövrü) xx.xx.1987 - xx.xx.1988 = 10 ay 4 gün (Ağdam rayonu 2 saylı fərdi tikiş evində dərzi) xx.xx.1990 - xx.xx.2006 = 15 il 7 ay 2 gün (Yeni Bakı X7 4 nömrəli istehsalatın 14 nömrəli sexində 2-ci dərəcəli əmtəə operatoru, 20-ci qurğusuna 4-cü dərəcəli texniki qurğular operatoru, “Azneftyanacaq” İB-də 4-cü dərəcəli texniki qurğular operatoru). Yuxarıda göstərilən müddətlərin cəmi 20 il 5 ay 22 gün etsə də, iddiaçının xx.xx.1990ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər həm Bakı Neft Texnikumunda təhsil aldıgı, həm də Yeni Bakı X7 4 nömrəli istehsalatın 14 nömrəli sexində 2-ci dərəcəli əmtəə operatoru peşəsində işlədiyi dövrlər üst-üstə düşdüyündən ümumi iş stajına yalnız bir dəfə hesablamalıdır (20 il 5 ay 22 gün – 10 ay 27 gün = 19 il 06 ay 25 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında Xİİ bölmənin 3-cü yarımbölməsində 2130301a-16085 saylı şifrlə əmtəə operatoru, Xİİ bölmənin 3-cü yarımbölməsi 2130301a- 16081 saylı şifrlə texnoloji qurğuların operatoru, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5-ci bənidənin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinin süzücü-qablaşdırıcı, əmtəə əməliyyatçısı, əmtəə operatoru peşələri qeyd edilmişdir. İddiaçı bu peşələrdə xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixə qədər cəmi 15 il 7 ay 5 gün işləmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müaraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixə qədər tələb olunan 10 ildən artıq (15 il 7 ay 5 gün) güzəştli iş stajı toplansa da, ümumi iş stajı tələb olunan 20 ildən artıq stajının qarşılığında cəmi 19 il 06 ay 25 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğuna görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddiaçının 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar