Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3979/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X1 iştirakarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (N.Vəzirov küç. 56) hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 11.10.2017-ci il tarixli 87 №-li əmrindən çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 11.10.2017-ci il tarixli 87 №-li əmrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. 2003-2007-ci illərdə C.Naxçivanski adına Hərbi liseydə təhsil almışdır. 2007- 2008-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurub ehtiyata buraxılmışdır. 01.01.2011-ci ildən 11.10.2017-ci ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissəsinin 2-ci Xüsusi Vasitələrin tədbiqi Dəstəsinin, 1-ci Xüsusi Vasitələrin Tədbiqi Bölməsinin, 1-ci Xüsusi Vasitələrin Tədbiqi Qrupunun, 2-ci Yarımqrupunda (avtomatik idarə olunan “Yüksək Qalxan” yarımqrupu) çavuş rütbəsində atıcı vəzifəsində xidmət etmişdir. Bəzi səhvlərinə görə 11 oktyabr 2017-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “H” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra dəfələrlə işə qəbul olunmağı barədə müraciətlər etsə də heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “H” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) verdiyi qanunsuz əmrə görə o, Azərbaycan Respublikası Sərhəd Qoşunlarında, Müdafiə Nazirliyində hətta mühafizə işlərində belə işə qəbul oluna bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İnzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın 014-356-1222 saylı 17.01.2022-ci il tarixli yazılı etirazında göstərilmişdir ki, iddiaçı ərizəsində ilk iki əsas üzrə ümumilikdə 11.10.2017-ci il tarixli əmrin hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrdən xəbəri olması şəxsə inzibati aktın verilməsini və ya elan edilməsini təsdiq etmədiyini, hərbi biletdəki qeydin inzibati orqanı inzibati aktı tərəfə təqdim etmək səlahiyyətindən azad etmədiyini, ümumiyyətlə bu qeydin elanetmə hesab edilmədiyini, sözügedən inzibati akt üzrə prosessual müddətin axımının elanetmə ilə deyil təqdimetmə ilə başladığını, həmin inzibati aktın yalnız bir şəxsə ünvanlandığını bildirmişdir. Həmçinin, iddiaçı ərizəsində üçüncü əsas üzrə qeyd etmişdir ki, onun hərbi xidmətə bərpa edilməsi üçün daxili işlər nazirinin qəbulunda olması inzibati akta yenidən baxılması üçün edilən şikayət kimi nəzərdən keçirilməli, həmçinin, qeyd etdiyi aktın cavabdeh tərəfindən iddiaçı kimi ona verilməsi barədə qəbz və poçt sənədi təqdim edilməmişdir. İddiaçı ərizəsində məhkəmənin əsassız, qanunsuz və ədalətsiz qərarına görə heç bir dövlət işinə, hərbi qurumlara xidmət etmək üçün daxil ola bilmədiyini nəzərə çatdıraraq daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 11.10.2017-ci il tarixli 87 №-li əmrinin ləğv edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edir və iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 17.01.2011-ci il tarixli, 2 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 25.01.2011-ci il tarixli 19 №-li əmrilə Xətai RHKdan ehtiyatdan çağırılaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq hərbi xidmət keçmək haqqında öhdəlik vermiş hesab edilməklə həqiqi hərbi xidmətə qəbul edilib, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 1-ci patrul taborunun 1-ci patrul bölüyündə 1-ci patrul taqımının komandirinin müavini vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 25.03.2011-ci il tarixli 8 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 28.03.2011-ci il tarixli 72 №- li əmrilə 1-ci patrul taborunun 1-ci patrul bölüyündə 1-ci patrul taqımının komandirinin müavini vəzifəsindən azad edilib, xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda baş atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 23.04.2012-ci il tarixli 14 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 09.05.2012-ci il tarixli 108 №-li əmrilə xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda baş atıcı vəzifəsindən azad edilib, xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində 3-cü xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda baş atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 23.06.2012-ci il tarixli 22 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 02.07.2012-ci il tarixli 153 №-li əmrilə xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində 3-cü xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda baş atıcı vəzifəsindən azad edilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 29.11.2013-cü il tarixli 33 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 09.12.2013-cü il tarixli 287 №-li əmrilə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda (avtomatik idarə olunan “yüksək qalxan” yarımqrupu) atıcı vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 11.10.2017-ci il tarixli 87 №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) N saylı hərbi hissənin 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda (avtomatik idarə olunan “yüksək qalxan” yarımqrupu) atıcı vəzifəsindən azad edilib, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon İdarəsinə göndərilmişdir. O, xidmət etdiyi dövrdə 23.06.2015-ci il tarixdə “xidmət zamanı postda mobil telefon istifadə etdiyinə görə” bölmə komandiri tərəfindən “Şiddətli töhmət”, 25.07.2015-ci il tarixdə “dəfələrlə tutulmuş iradlardan və aparılmış söhbətlərdən müsbət nəticə çıxartmadığına görə” yarımqrup komandiri tərəfindən “Töhmət”, 04.10.2016-cı il tarixdə “xidmət yerinə hazırlıqsız çıxdığına görə” qrup komandiri tərəfindən “Şiddətli töhmət”, 17.11.2016-cı il tarixdə “etik davranış qaydalarını pozduğuna görə” yarımqrup komandiri tərəfindən “Şiddətli töhmət”, 28.04.2018-ci il tarixdə “böyük rəisi aldatmağa cəhd etdiyinə görə” qrup komandiri tərəfindən “Şiddətli töhmət”, 23.05.2017-ci il tarixdə “silahına laqeyd münasibət bəslədiyinə görə” yarımqrup komandiri tərəfindən “Töhmət” və 20.09.2017-ci il tarixdə “dəfələrlə verilmiş tapşırıqlara laqeyd yanaşdığına görə” qrup komandiri tərəfindən intizam qaydasında cəzalandırılmış, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin 03.10.2017-ci il tarixli 638 №-li əmri ilə hissənin gizir və МАХЕ hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmişdir. 03.10.2017-ci il tarixdə hərbi hissənin gizir və МАХЕ hərbi qulluqçularının şərəf məhkəməsi çavuş İddiaçı dinləmiş onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır.Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığından hərbi hissənin gizir və МАХЕ hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İddiaçının eyni məzmunlu iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.10.2019-cu il tarixli (iş № 2-1(82)-3442/2019) qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.11.2019-cu il tarixli (iş № 2-1(103)- 2764/2019) qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2020ci il tarixli (iş № 2-1 (103)-1404/2020) qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli (iş № 2-1(102)-679/2020) qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31.03.2021-ci il tarixli (iş № 2-1(102)-381/2021) qərarı ilə təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X3 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, N saylı Hərbi Hissə Komandirinin 03 oktyabr 2017-ci il tarixli 638 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Çavuş İddiaçı 2011-ci ilin mart ayında Daxili Qoşunların N saylı hərbi hissənin 2-ci XVTD-in 1-ci XVTB-də 1-ci XVTQ-un 2-ci yarımqurupunda baş atıcı vəzifəsində xidmətə başlamış intizamsızlığa yol verdiyinə görə çavuş İddiaçı X2 23.06.2012-ci il tarixli 33 ş/h No-li əmri ilə 2-ci XVTD-in 1-ci XVTBdə 1-ci XVTQ-un 2-ci yarımqurupunda baş atıcı vəzifəsindən azad edilib 2-ci XVTD-in 1-ci XVTB-də 1-ci XVTQ-un 2-ci yarımqurupunda atıcı vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin yanvar ayindan müddətli olaraq üzürlü səbəblər olmadan xidmətə gecikmiş, xidməti vəzifə borcunun icrasına laqeyd yanaşmış, intizam pozuntularına yol vermişdir. Həmçinin müəyyən olunmuşdur ki, o, xidməti fəaliyyətində şəxsi intizamsızlığ nümayiş etdirərək hərbi formanın daşınma qaydalarını pozmuşdur, Yol verdiyi nöqsanlara görə çavuş İddiaçı ilə fərdi və kollektiv tərbiyə işi aparılmış, ona dəfələrlə xəbərdarlıq edilməsinə və intizam qaydasında cəzalandırılmasına baxmayaraq heç bir nəticə çıxartmamış, və fəaliyyətində dönüş yaratmamışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq əmr edilmişdir: - Hərbi hissənin 2-ci XVTD-in 1-ci XVTB-in 2-ci XVTQ-un 2-ci yarımqurupunda atıcı çavuş İddiaçı gizirlərin şərəf məhkəməsinə cəlb edilsin. - Gələcəkdə belə hallara yol verilməməsi üçün gizir və МАХЕ hərbi qulluqçuların xidmətə hazırlığı və davamiyyəti ciddi nəzarətə götürülsün, nizam-intizamın yüksədilməsi üçün ictimai təşkilatların imkanlarından geniş istifadə olunsun. - Əmirin icrası gizir və МАХЕ hərbi qulluqçuların şərəf məhkəməsinin sədirinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyyə işlər üzrə müavininə həvalə edilsin. - Əmr aidiyyəti üzrə şəxsi heyətə elan olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 87 №li 11 oktyabr 2017-ci il tarixli Əmrindən çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) çavuş İddiaçı, 139-cu motorlaşdırılmış briqadada 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı (avtomatik idarə olunan “yüksək qalxan” yarımqrupu) (HQİ № 132015) vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 11.10.2017-ci il tarixli 87 №-li əmrinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarından iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından müəyyən edilir ki; İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Hərbi xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddəsinin “E” bəndinin (xidməti uyğunsuzluğa görə) əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini və öz işinə qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “Əmrin ləğv edilməsi” tələbi barədə iddiasının mümkün sayılmaması və müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019cu il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin olunmaması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli 2-1(102)-697/2020 saylı qərardadı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(112)- 2764/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş materiallarının işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2020-ci il tarixli 2- 1(103)-1404/2020 saylı qərardadı ilə, İddiaçı şikayətinin təmin olunmaması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Eyni zamanda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə 2-1(82)3442/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli 2-1(102)-381/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1404/2020 saylı nömrəli qərardadlarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı (qərardadları) mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3979/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3979/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver