Məhkəmə qərarları › İş №2-1(112)-3980/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3980/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3980/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 2-ci qrup Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar əlil kimi 5 nəfər (özü, həyat yoldaşı və 3 övladı) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iş üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tələbimin təmin edilməsinə imtina edərək, onun mənzil növbəsinə alınmasına süni maneyələr yaratmışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən mənzil-uçot normalarınınn Nazirlər Kabinetinin qərarı əsasında təsdiq ediləcəyi təqdirdə baxıla biləcəyini bildirir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətsizliyi onun konstitusion hüquqlarını pozur. İşin hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Ərazisinin Müdafiəsi zamanı 2-ci qrup əlillik dərəcəsi almışdır. İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə ümumi evdə yaşayır. Qarabağ döyüşlərində iştirak edərək əlil olmuş şəxs kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uşota durmaq hüququ yaranmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 25.02.2020-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.05.2020-ci il tarixli, A-51- 068 saylı imtina məktubundan görünür ki, iddiaçının çıxarışın verilməsi barədə müraciətinə baxılmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə istinad olunaraq iddiaçının müraciətinə mənzil-uçot normalarınınn Nazirlər Kabinetinin qərarı əsasında təsdiq ediləcəyi təqdirdə baxılacağı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 24 noyabr 2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, mövcud arxiv materiallarına əsasən İddiaçı adına ünvan 2 ünvanında yerləşən 61 nömrəli mənzil ünvan 3ilmiş 08.06.2017-ci il tarixli 4Ə-422 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 14.06.2017-ci il tarixində qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 18.09.2017-ci il tarixli, 4Ə-473 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 6 nömrəli mənzil ünvan 5diq edilmiş 24.09.1997-ci il tarixli, 3M-A-2-192 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 26.11.1997-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24.05.2018-ci il tarixli, 4Ə-125 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. ünvan 6 ünvanında yerləşən 66 nömrəli mənzil 029744 nömrəli, 05.08.1997-ci il tarixli orderə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04.08.1997-ci il tarixli, 1284 nömrəli sərəncamından çıxarışa, 04.10.1996-cı il tarixli, 3857 nömrəli mənzilin kommunal-məişət vəziyyəti barədə (2 nömrəli Forma) arayışına və ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən 11.09.1997-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 11.09.1997-ci il tarixli, 3“M”-A/1- 84 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 418 saylı 14.10.1983cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrinin bölüşdürməyin Nümunəvi Qaydaları»nın 8-ci bəndinin 2-ci abzasına əsasən şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan, eyni yaşayış məntəqəsində yerləşən yaşayış evini (evin bir hissəsini) özgəninkiləşdirmək (satmaq, bağışlamaq) yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş vətəndaşlar, habelə öz mənzil şəraitini pisləşdirmək və uçota dayanmağa hüquq əldə etmək məqsədilə başqa yaşayış sahəsinə köçmüş vətəndaşlar öz mənzil şəraitini süni surətdə pisləşdirdikləri gündən on ildən tez olmayaraq uçota götürülürlər. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı adına ünvan 2 ünvanında yerləşən 61 nömrəli mənzil ünvan 3ilmiş 08.06.2017-ci il tarixli 4Ə-422 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 14.06.2017-ci il tarixində qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 18.09.2017-ci il tarixli, 4Ə-473 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 6 nömrəli mənzil ünvan 5diq edilmiş 24.09.1997-ci il tarixli, 3M-A-2-192 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 26.11.1997-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24.05.2018-ci il tarixli, 4Ə-125 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçının müraciətinə mənzil-uçot normalarınınn Nazirlər Kabinetinin qərarı əsasında təsdiq ediləcəyi təqdirdə baxılacağı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan iki ədəd mənzilləri 18.09.2017-ci il və 24.05.2018-ci il tarixlərdə özgəninkiləşdirmək yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən iddiaçı öz mənzil şəraitini süni surətdə pisləşdirdiyi gündən, yəni 24.05.2018-ci il tarixdən etibarən beş ildən tez uçota götürülə bilməz və hazırda həmin müddət bitmədiyindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar