Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3980/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 qərarına əsasən Az.SSR Bakı Şəhər İcraiyyə Komitəsi X7 və İstismarı Birliyinin 119 №-li bağ tikinti kooperativinin 17 noyabr 1989-cu il tarixli orderi ilə atası X4 verilmiş 0.12 ha torpaq sahəsində yerləşən “713B” saylı bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən “713B” saylı bağ sahəsi Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 qərarına əsasən Az.SSR Bakı Şəhər İcraiyyə Komitəsi X7 və İstismarı Birliyinin 119 №-li bağ tikinti kooperativinin 17 noyabr 1989-cu il tarixli orderi ilə atası X4 verilmişdir. Atası 1993-cü il tarixdə şəhid olmuşdur. Həmin torpaq sahəsinə görə vergilər bu vaxta qədər anası X11 tərəfindən ödənilmiş və torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. Həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, X7 və İstismarı Birliyinin 119 №-li Bağ Tikinti Kooperativinin 17 noyabr 1989-cu il tarixli orderi İdarənin arxivində aşkar olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzərində sahəsi 0,12 ha göstərilsə də faktiki 956 kv.m təşkil edir. Bu əsaslara görə də hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikasının qanunlarına əməl edilməklə vətəndaşlara ayrılmış və order verilmişdir. Həmçinin torpaq sahəsi bu gün də faktiki istifadəsində olmaqla sahəsi 0,12 ha təşkil edir. Bununla bağlı imtina məktubu alarkən öz iradını bildirmiş və torpaq sahəsinin yenidən düzgün ölçülməsi üçün müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 qərarına əsasən Az.SSR Bakı Şəhər İcraiyyə Komitəsi X7 və İstismarı Birliyinin 119 №-li bağ tikinti kooperativinin 17 noyabr 1989-cu il tarixli orderi ilə X4 verilmiş 0,12 ha torpaq sahəsində yerləşən “713B” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********25 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X7 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamış, İdarənin arxiv məlumatlarına əsasən həmin şəxs xx.xx.1989-cu il tarixli icazə vərəqəsi əsasında 96 nömrəli Bağ Tikinti Kooperativinin tərkibinə keçirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 956 kv.m təşkil edir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamış, eyni zamanda göstərilən hissədə sxematik xəritədə torpaq sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin arxiv cizgisində göstərilən “A” tikilisi faktiki ərazidə müşahidə edilmədiyindən cizginin qeyd olunan əraziyə aid olubolmadığını müəyyənləşdirmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-34125/2023 **********25 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim edilən X7 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamış, eyni zamanda göstərilən hissədə sxematik xəritədə torpaq sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin arxiv cizgisində göstərilən “A” tikilisi faktiki ərazidə müşahidə edilmədiyindən cizginin qeyd olunan əraziyə aid olubolmadığı müəyyənləşdirmək mümkün olmamışdır. O cümlədən torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 956 kv.m təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhəri X13 İcraiyyə Komitəsinin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) arxiv fondu xx.xx.1989-cu il tarixli 11409 saylı qərarına əsasən 119 nömrəli BTK-nın 23 üzvünə bağ sahələri ayrılması nəzərdə tutulmuşdur. Həmin Qərara 5 nömrəli əlavədən görünür ki, X1 119 nömrəli BTK üzvləri siyahısında 18-ci sırada qeyd edilmişdir. Binəqədi rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim edilmiş 009639 saylı xx.xx.2007-ci il tarixli vəsiqədən görünür ki, X11 ailə başçısını itirməyə görə əmək pensiyası alır. Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən təqdim edilmiş 100/23 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X8 mərhum həyat yoldaşı X3 istifadəsində olan Nardaran qəsəbəsində order əsasında 713 В saylı bağ sahəsinin vergisini həyat yoldaşı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ döyüşlərində şəhid olduqdan sonra mərhumun həyat yoldaşı X2 Bələdiyyəsinə ödəyir. 2023-ci ilə qədər vergi borcu yoxdur. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsi X7 və X14 massivində 119 saylı bağtikinti kooperativi tərəfindən təqdim edilmiş 18 saylı xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 11/409 1989-cu il 20 oktyabr tarixli qərarına əsasən vətəndaş X4 119 nömrəli kooperativinin tərkibinə Nardaran massivində 0,12 ha torpaq sahəsi olan 713 B nömrəli bağ sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-00196/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, 2-1(112)-16276/2023 saylı sorğuya əsasən keçmiş Bakı Şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının birinci və sonuncu səhifələri və həmin qərara əlavə edilmiş 119 saylı BTK- nin üzvülərinin siyahısının təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir. Bildirilmişdir ki, vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Təqdim edilmiş Nardaran 119 saylı Bağlar Tikinti Kooperativləri üzvlərinin siyahısının 18-ci sırasında X3 adı qeyd edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Nardaran bağ massivində yerləşən 713B saylı bağ sahəsinə dair torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1417 ha-dır (217 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri şimal və şərq tərəfdən qonşu hasarlarla ayrılıb; qərb tərəfdən bir hissəsi qonşu hasarla ayrılıb digər hissəsi isə şərtidir, cənub tərəfdən isə sərhədi şərtidir. Tikili yoxdur. Təkrar baxış zamanı vətəndaş bağ sahəsinin sərhədlərinin yerini dəqiqləşdirdiyini bildirmişdir. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 6109/2024 **********09 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Həmçinin qeyd olunan hissədə bağ nömrəsi yoxdur. Cizgidə qeyd olunan “A” tikilisi faktiki ərazidə müşahidə olunmur. Bu səbəblərdən bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş müvafiq sxem, 24 saylı xx.xx.1989-cu il tarixli order və əlaqəli digər sənədlərin surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-811/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X6 barəsində keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının 1-ci və sonuncu səhifələrinin və ona əlavə edilmiş 119 saylı Nardaran Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 17351/2024 saylı **********51 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi əks olunmayıb. Həmçinin sözegdən bağ nömrəsi sxematik xəritədə öz əksini tapmayıb. İdarənin arxivində 119 nömrəli BTK-nın bölgü sxemi aşkar edilməmişdir. Bundan əlavə X15 713B saylı bağın ayrılmasına dair 24 nömrəli orderin təsdiq edilmiş surəti və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Nardaran bağ massivində yerləşən 713B saylı bağ sahəsinə dair torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1417 ha-dır (217 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri şimal və şərq tərəfdən qonşu hasarlarla ayrılıb; qərb tərəfdən bir hissəsi qonşu hasarla ayrılıb digər hissəsi isə şərtidir, cənub tərəfdən isə sərhədi şərtidir. Tikili yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı notariat ofisinin 422 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən xx.xx.1993-cü ildə ölmüş (şəhid olmuş) atası - X3 adına Bakı şəhəri, 44 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud, bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X4 məxsus olan daşınmaz əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Bakı şəhəri 44 saylı notariat ofisinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum atasına verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdehin torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 956 kv.m təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh qurumun tərtib və təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı ilə sözügedən bağın sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1417 ha (217 kv.m artıq) olması müəyyən edilmişdir. Cavabdeh qurumun S.Hüseynovun xx.xx.1989-cu il tarixli icazə vərəqəsi əsasında 96 nömrəli Bağ Tikinti Kooperativinin tərkibinə keçməsi, orderin arxiv nüsxəsinin idarənin arxivində saxlanılmaması, həmçinin arxiv cizgisində göstərilən “A” tikilisi faktiki ərazidə müşahidə edilməməsi səbəbindən cizginin qeyd olunan əraziyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmaması iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən sxematik xəritə ilə uyğunsuzluqlar inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Qeyd olunan bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən idarənin arxivində 119 nömrəli BTK-nın bölgü sxeminin ümumiyyətlə aşkar edilməməsi qeyd edilmişdir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, təqdim edilən hüquqmüəyyənedici sənədlərin (qərar, üzvlər siyahısı, order) həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 qərarına əsasən Bakı Şəhər İcraiyyə Komitəsi X7 və X9 massivində 119 №-li bağ tikinti kooperativinin 17 noyabr 1989cu il tarixli, 18 saylı orderi ilə X4 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan “713B” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 qərarına əsasən Bakı Şəhər İcraiyyə Komitəsi X7 və X9 massivində 119 №-li bağ tikinti kooperativinin 17 noyabr 1989-cu il tarixli, 18 saylı orderi ilə X4 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan “713B” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova