Məhkəmə qərarları › İş №2-1(112)-3980/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3980/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3980/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin, 4-cü giriş, 14-cü mərtəbə, 312 saylı, 1 otaqlı (73.0 kv.m) mənzil üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13 M saylı evin 312 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında 01 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən əvvəlki mülkiyyətçi X25 mənzilin dəyərini kooperativə tam həcmdə ödədiyindən İddiaçı mənzilə dair heç bir borcu yoxdur. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 14-cü mərtəbə, 312 saylı, 1 otaqlı (73 kv.m) mənzil İddiaçı təhvil verilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli, **********79 nömrəli məktubla cavab verib formal mülahizələrə əsaslanaraq tələbini icra etməkdən imtina etmişir. Hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, onun da belə bir hüququ vardır Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3980/2025 nömrəli qərardadı "xxxx" MTK və "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 14-cü mərtəbə, 312 saylı, 1 otaqlı (73 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 14-cü mərtəbə, 312 saylı mənzil üzərində hüquqlanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş və **********79 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 312 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli protokoldan çıxarış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqısatqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Mənzilin faktiki ümumi sahəsi 64.6 kv.m təşkil edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq asinin məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təsisçilərin ümumi yığıncağının Protokolundan çıxarışdan görünür ki, yığıncaqda "xxxx" MMC-nin təsisçiləri və 6 nəfər iştirak etmişdir. Gündəlikdə duran məsələ Mənzil tikintisinə “Pay” qoyulma haqqında müqaviləyə əsasən mənzil alan “Payçı”lara sahiblik hüququ verilməsidir. Yığıncaqda İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin, 4-cü giriş, 14-cü mərtəbə, ümumi sahəsi 73.0 kv.m olan 312 saylı mənzilin payçısı olmaqla təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 28 saylı, xx.xx.2011ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2023-cü il tarixli 01 saylı “Mənzilin addan-ada keçirilməsinə dair” Müqavilədə göstərilmişdir ki, hazırki müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Qanunvericiliyinə və özünün Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra "İcraçı" adianacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X6 şəxsində, digər tərəfdən ünvan 4 ünvanda yaşayan və bundan sonra "Payçı" adlanacaq İddiaçı şəxsində aşağıdakı şərtlər əsasında bağlanır: Bakı şəhəri, ünvan 5 ünvanda "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MTK tərəfindən Payçıların hesabına inşa edilmiş 4 bloklu, 15 mərtəbəli yaşayış binasından həmin MTK ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2005-ci il tarixli müqaviləsinin 3.6-cı bəndinə əsasən 01 sentyabr 2023-cü il tarixdən bütünlüklə "xxxx" MMC-nin səlahiyyətinə verilmiş binanın 4-cü giriş, 14-cü mərtəbə,312 saylı mənzili addan-ada keçirməklə «Payçı»ya verməyi, «Payçı isə həmin mənzili Bina Payçılarının öncədən müəyyənləşdirilmiş qanun və tələblərinə əməl etməklə qəbul etməyi öz öhdəsinə götürür. Göstərilən mənzil bir otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 73.0 kv.m, mənzilin girişi: 4, mərtəbəsi: 14-dür. Mənzilin işıq, qaz və su sayqaclarının, quraşdırılması xərcləri və dövlət rüsumu bilavasitə "Payçı" tərəfindən ödənilir. Mənzilə telefon, internet və TV provayderlərinin çəkilişi "Payçı" nın öz istəyi və öz hesabına həyata keçirilir. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərdən hər hansı biri ləğv edilərsə və ya vəfat edərsə, onun hüquq və öhdəlikləri Azərbaycan Respublikası Mülki Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfin hüquqi varisinə keçir. Müqavilənin tərəfləri arasındakı bütün mübahisələri məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə tərəflərin hər birinə bir nüsxə verilməklə iki nüsxədə tərtib olunmuşdur və hər biri eyni hüquqi qüvvəyə malikdir. İş materiallarına əlavəedilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 23/25 nömrəli “Mənzilin addan-ada keçirilməsi və ünvan barədə” Arayışda göstərilmişdir ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 14 mərtəbə, 312 saylı, 1 otaqlı, (73,0 kv.m.) X14 adına olan mənzil, Bakı şəhəri, 34 saylı notariat ofisinin 02.11.202- cü il tarixli, X25 və həyat yoldaşı X11 Ərizələrinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına keçirilir. X25 mənzilin dəyərini kooperativə tam ödədiyindən İddiaçı mənzilə dair borcu yoxdur. İş materiallaına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli 30 nömrəli “Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə” Arayışda göstərilmişdir ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı evin 4-cü giriş, 14-cü mərtəbə, 312 saylı 1 otaqlı (73.0 kv.m) mənzilinin dəyəri X7 tərəfindən tam ödənilmişdir. xx.xx.2011-ci il tarixində bu mənzil X12 adına keçirilmiş və ona məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********586 nömrəli ərizdə göstərilmişdir ki, X26 öz adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin, 4-cü giriş, 14-cü mərtəbə, mənzil 312 ünvanında yerləşən mənzilin satılmasına və digər şəxslərin adına sənədləşdirilməsinə etiraz etmir və razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********585 nömrəli ərizdə göstərilmişdir ki, X27 əri X12 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin, 4-cü giriş, 14-cü mərtəbə, mənzil 312 ünvanında yerləşən mənzilin satılmasına və digər şəxslərin adına sənədləşdirilməsinə etiraz etmir və razıdır. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2011-ci il tarixli 28 nömrəli müqavilədə göstərilmişdir ki, "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində MTK-nın və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında 312 saylı mənzil təkil edir. İcraçı "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ünvanında yaşayış binasını inşa etməyi və bu binanın 4 giriş, 14-cü mərtəbə, 312 saylı mənzili payçı X15 təhvil verməyi öhdəsinə götürür. Mənzilin xarakteristikası: mənzil bir otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 73.0 kv.m, mənzilin ümumi dəyəri 21900 azn-dir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 2140/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı yaşayış binasının 312 saylı mənzilinə dair Milli Qeydiyyat Sistemində məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-10447/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 214 saylı mənzil "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 114 nömrəli müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 166 saylı mənzil "xxxx" MTK tərəfindən verilmiş 45 nörməli xx.xx.2010-cu il tarixli arayışa əsasən xx.xx.2016-cı il tarixdə ilkin olaraq X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, giriş-4, 286 saylı mənzil 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 4213/2017 nömrəli qərarına, Badu-Kubə MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 124 nömrəli müqaviləyə, 42 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına, Badu-Kubə MTK təsisçilərinin ümumi yığıncağın xx.xx.2014-cü il tarixli protokolundan çıxarışa əsasən ilkin olaraq xx.xx.2018-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 228 saylı mənzil 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(82)-1922/2018 nömrəli qərarına, Badu-Kubə MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 60 nömrəli müqaviləyə, 60 nömrəli xx.xx.2010-cu il tarixli mənzilin addan-ada keçirilməsi barədə müqaviləyə, Badu-Kubə MTK təsisçilərinin ümumi yığıncağın xx.xx.2010-cu il tarixli protokolundan çıxarışa əsasən ilkin olaraq xx.xx.2018-ci il tarixdə X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 32 saylı mənzil 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 nömrəli qərarına, Badu-Kubə MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 82 nömrəli arayışa, xx.xx.2013-cü il tarixli 31 nömrəli, xx.xx.2013-cü il tarixli 21 nömrəli, maliyyə arayışlarına, 14 nömrəli xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 170 saylı mənzil Badu-Kube MTK təsisçilərinin ümumi yığıncağın xx.xx.2018-ci il tarixli protokolundan çıxarışa, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2097/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına, Badu-Kubə MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 20 nömrəli müqaviləyə, xx.xx.2018-ci il tarixli 18 nömrəli mənzilin addan-ada keçirilməsi barədə müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 99 saylı mənzil Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-6193/2024 nömrəli qərarına, Badu-Kubə MTK tərəfindən verilmiş 23 nömrəli xx.xx.2014-cü il tarixli müqaviləyə, 18 nömrəli xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 261 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1550/2024 nömrəli qərarına əsasən xx.xx.2025-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13M, 262 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(103)-1550/2024 nömrəli qərarına əsasən xx.xx.2025-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-51999/2024 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, məzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 73.0 kv.m, faktiki sahəsi 64.6 kv.m olmaqla, 1 otaq yaşayış sahəsinin faktiki sahəsi 20.3 kv.m-dir. Mənzil 4 girişli, 15 mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşir. Soldan 2-ci qapıdır. Mənzilin yerləşdiyi mərtəbə-14-cü mərtəbə, otaqların sayı 1, ümumi sahəsi 64.6 kv.m, yaşayış sahəsi 20.3 kv.m, köməkçi sahəsi 44.3 kv.m-dir. Otaqların təyinatı: dəhliz 16.9 kv.m, yaşayış otağı 20.3 kv.m, sanitar qovşağı 3.7 kv.m, mətbəx 18.6 kv.m, lociya 2.2 kv.m, lociya 2.9 kv.m-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli podrat müqaviləsinə əsasən "xxxx" MMC və "xxxx" MTK təsdiq edirlər ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 20.05 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən "xxxx" MMC-sinə Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsinin şərq hissəsində verilmiş 1.68 ha ərazinin 0.40 ha sahəsində yüksək mərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Layihəyə əsasən dörd bloklu, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyətlərini "xxxx" MMC "xxxx" MTK-nə verir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2-2(113)-3861/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 7 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 309517/23-3 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarda müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən binanın istismarı borclu "xxxx" MTK-dan alınaraq tələbkar "xxxx" MMC-yə təhvil verilməlidir. Görülmüş icra tədbirləri nəticəsində və tələbkarın ərizəsindən göründüyü kimi, icra sənədi icra edilmişdir. Bu səbəbdən icra sənədinə xitam verilməlidir. Yekun olaraq Bakı Kommersiya Məhkəməsinin 2(113)-3861/2022017 nömrəli xx.xx.2022ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-1667/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixə olan məlumata əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, "V" yaşayış sahəsi, 13 M saylı binada 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi başlaması və icraata qəbul edilməsi haqqında” qərara əsasən müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yaşayan X23 müraciəti əsasında toplanmış HK-1/174 saylı material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X17 və arvadı X6 özlərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13M ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının səlahiyyətli şəxs kimi təqdim edərək, həmin binada yerləşən 45 və 255 saylı mənzillərin faktiki olaraq başqa şəxslərin mülkiyyətində olmasını bilərək bu məlumatları həmin binadan mənzil almaq istəyən X18 gizlədərək, 255 və 304 saylı mənzillərin alqı-satqısı barədə MTK-nın sabiq direktoru olmuş mərhum X13 adından 20 mart 2007-ci il və 02 iyul 2007-ci il tarixli saxta alqı-satqı müqavilələri tərtib edib Şahin Əsgərova verərək, sonuncunun 255 saylı mənzilə görə 50.000 manat pulunu, 304 saylı mənzilə görə isə 40.145 manat pulunu 2024-cü ilin may ayının sonralında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13M ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının yanında yerləşən şəxsi ofisində vahid niyyətlə ələ keçirib X3 miqdarda 90.145 manat ziyan vurmaqla dələduzluq etmişdir. X1 ərizəsi əsasında ilkin araşdırma zamanı hadisələrin faktiki hallan və ardıcıllığı barədə verdiyi izahatı təqdim etdiyi sənədlər və materiallarda cinayətin törədilməsini kifayət qədər təsdiq edən məlumatlar olduğu nəzərə alınmaqla fakla görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi cinayət işi başlanmalı və icraatıma qəbul edilərək istintaqı aparılmalıdır. Yekun olaraq qərara alınmışdır ki, Toplanmış materiallar əsasında fakta görə tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlansın və istintaq apanlması üçün icraatıma qəbul edilsin. Qərar barədə maraqlı tərəflərə yazılı məlumat verilsin. Qəranın surəti məlumat üçün ibtidal araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna təqdim edilsin. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci 3-21-3-30/2-8445/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə olan məlumata əsasən Badü-Kübə MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********79 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin Ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqısatqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 312 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli protokoldan çıxarış, xx.xx.2023-cü il tarixli maliyyə arayışı və 01 saylı, xx.xx.2023-cü il tarixli müqavilə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.5ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 01 yanvar 2013-cü il tarixədək qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun: -1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. -12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. -17-ci maddəsinə görə şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə hüquqi və fiziki şəxslərin vəzifələridir. -19-cu maddəsinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. -25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. ““Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 30 avqust 1999-cu il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıqtikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti-xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndis-nəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X38 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X19 Görülməsi və X29 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. 2013-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Sadalanan normalardan müəyyən olunur ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Hazırkı halda iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası olmaqla binanın istismara qəbul aktı (istismara icazəsi) yoxdur. Belə olan halda cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə əsaslanaraq, mənzillərin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlıdır, cavabdeh inzibati orqana müvafiq yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olmuşdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İddiaçının iddianın əsaslandırması kimi iddia etdiyi dəlilə- istismara qəbul olunmamış həmin binada digər mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Müəyyən olunmuşdur ki, iddia olunan mənzilin yerləşdiyi yaşayış binası 4 girişli, 15 mərtəbəli yaşayış binası olmaqla həmin binada cəmi 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sözügedən 15 mərtəbəli yaşayış binasında digər əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilə bilməz. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil 15 mərtəbəli yaşayış binasında yerləşən çoxsaylı mənzillərdən yalnız biridir və həmin binada yalnız 9 əmlak qeydiyyata alınmışdır. Məhkəmə aktları ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan həmin binada məhkəmənin gəldiyi nəticəni əsas götürüb həmin binada digər əmlaklara dair hüquqları qeydiyyata almamış, başqa sözlə, məhkəmənin gəldiyi nəticəni öz inzibati praktikasına çevirməmişdir. Məhkəmənin digər əmlakla bağlı gəldiyi nəticə yalnız həmin əmlaklarla bağlı olduğundan və cavabdeh inzibati orqan məhkəmə aktından sonra da digər əmlaklara dair hüquqları qeydiyyata alaraq öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. İddiaçının məhkəmə aktında adıçəkilən digər şəxslərin adına əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasına gəlincə, həmin mənzillərin qeydiyyatı nəzərə alınarsa belə bu hal da İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipinə əsas vermir. Hazırkı halda istismara qəbul olunmamış çoxmərtəbəli yaşayış binasında yalnız bir neçə mənzilin qeydiyyata alınması Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tətbiqini əhəmiyyətsiz, istismara qəbulla bağlı başqa bir inzibati orqanın apara biləcəyi inzibati icraat (istismara qəbulla bağlı) mərhələsini adlamağa əsas verə bilər ki, bu hal da qanunvericiliyin məqsədinə uyğun hesab edilmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar