Məhkəmə qərarları › İş №2-1(112)-3983/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3983/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3983/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi əsasında ikinci dərəcəli əlillik statusunun xx.xx.2021-ci il tarixdən təkrar təsdiq edilməsi, əlilliyin təkrar qiymətləndirilmlsində buraxılmış 6 ay 15 gün müddətə görə kompensasiyanın hesablanıb tam həcmdə ödənilməsi, xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması, xx.xx.2012-ci il tarixindən hazırkı dövrə qədər fərq məbləğinin hesablanaraq tam həcmdə ödənilməsi ödəyilinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın yenidən hesablanması və əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iş - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə icraat e-2-1(112)-9922/2022 nömrə ilə; - İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə “tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı” ilə, ikinci dərəcə əlillik qrupu üzrə əmək pensiyası təyin edilmiş, sonrakı illərdə eyni şərtlərlə fasiləsiz olaraq xx.xx.2016-ci il tarixinə kimi uzadılmış, xx.xx.2016-ci il tarixində “Bronxial astma, infeksion allergik forma, ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı” diaqnozu ilə 5 il müddətinə uzadılaraq növbəti müayinə tarixi xx.xx.2021-ci ilə təyin edilmişdir. 2021-ci ilin aprel ayında stasionar rejimdə müalicə alıb müayinədən keçəndən sonra qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciəti əsasında həkim məsləhət komisiyasının tərtib etdiyi xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi TSEK-ə ötürülmüşdür. Ancaq səhiyyə müəssisəsinin tərtib etdiyi “göndərişin natamamlığı” səbəb göstərilməklə TSEK-dən verilən imtina cavabından sonra 2021-ci ilin iyun ayından pensiya ödənişi dayandırımışdır. Səhiyyə müəssisəsi tərəfindən imtinaya səbəb olan nöqsanlar aradan qaldırmaqla tərtib edilmiş göndəriş TSEK-ə təqdim edilsə də yenə imtina cavabı alınmışdır. Sonuncu göndərişə TSEK “xəstəliyin müalicəsi məsləhət görülmüşdür” məzmunda xx.xx.2021-ci tarixi imtina cavabı vermişdir. Bundan sonra edilən şikayətlərin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən təyin edilmə tarixi xx.xx.2021-ci il göstərilməklə, iddiaçının əvvəlki ikinci dərəcə əlillik statusu təsdiq edilərək müddətsiz olaraq təsdiqlənmiş, xx.xx.2021-ci il tarixdən pensiya ödənişi bərpa edilmişdir. Bu halda əlilliyin yenidən qiymətləndirilməsi, iddiaçıdan asılı olmayan səbəblərdən, qanunla nəzərdə tutulan 6 ay müddətini 15 gün aşmışdır. Nəticədə pensiya bərpa edilərkən ötürülmüş 06 may 2021-ci il tarixdən - xx.xx.2021-ci il müddətinə görə mənə pensiya hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi etirazında göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinə 9 saylı şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İAF ağır gedişli tez tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfizeması. TÇ İİ dərəcə. Xr hepatoxolesistit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İAF ağır gedişli tez tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfızeması. TÇ İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.9 - Dəqiqləşdirilməmiş astma; Diaqnozun mətni: Bronxial astma,infeksion allergik forma,ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ile bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma,infeksion allergik forma,ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı İİ dər; Meyar: 2.2. 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq astma Xroniki respirator çatmamazlıq, İİ dərəcəli Tənəffüs çatmamzlığı Anormal tənəffüs, qarışıq tipli kəskin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiy; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağirlaşmasi səthi və natamam doldurulub” səbəbi ilə imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Qarışıq astma, .Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisas həkim müayinələri ,pulmonoloq .allergeloq müayinələri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla. Dəqiqləşdirilməmiş emfızema, Ağciyərin emfizeması.Tənəffüs çatmamazlığı İİ dərəcə. Anormal tənəffüs, .Qarışıq tipli kəskin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiya. Xroniki respirator çatmamazlıq, .İİ dərəcəli Tənəffüs çatmamazlığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5( beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ET Ağciyər xəstəlikləri İnstitutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik; “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla. Dəqiqləşdirilməmiş emfizema, Ağciyərin emfizeması.Tənəffüs çatmamazlığı İİ dərəcə. Anormal tənəffüs, .Qarışıq tipli kəskin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiya. Xroniki respirator çatmamazlıq, .İİ dərəcəli Tənəffüs çatmamazlığı; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik müddəti 06 may 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 23 noyabr 2021-ci il tarixdən, yəni 6 ay 17 gün sonra təyin edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, imtina məktubunun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya “Bronxial astma İAF ağır gedişli tez tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfızeması. TÇ İİ dərəcə” diaqnozu əsasında 2012-ci ildə 1 il müddətinə, 2014-cü ildə 1 il müddətinə, 2015-ci ildə 1 il müddətinə, 2016-cı ildə elektron təyinatla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti 06 may 2021-ci il tarixdə bitmiş və xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə, yəni əlillik müddəti bitdikdən sonra 6 ay ərzində tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməklə cavabdehə göndərilsə də həmin göndərişlərin natamam doldurulması əsası ilə iddiaçıya əlillik təyin edilməmişdir. Daha sonra, əlillik müddəti bitdikdən 6 ay sonra, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya həmin diaqnozla əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hazırda həmin ötürülmüş müddət üçün əlilliyin təsdiq edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işin halları ilə bağlı bir daha qeyd edir ki, iddiaçıya “Bronxial astma İAF ağır gedişli tez tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfızeması. TÇ İİ dərəcə” diaqnozu əsasında 2012-ci ildə 1 il müddətinə, 2014-cü ildə 1 il müddətinə, 2015-ci ildə 1 il müddətinə, 2016-cı ildə elektron təyinatla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti 06 may 2021-ci il tarixdə bitmiş və xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə, yəni əlillik müddəti bitdikdən sonra 6 ay ərzində tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməklə cavabdehə göndərilsə də həmin göndərişlərin natamam doldurulması əsası ilə iddiaçıya əlillik təyin edilməmişdir. Daha sonra, əlillik müddəti bitdikdən 6 ay sonra, xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya həmin diaqnozla əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hazırda həmin ötürülmüş müddət üçün əlilliyin təsdiq edilməsi tələbini irəli sürür. İddiaçının hüquqi marağı mahiyyət etibarilə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tətbiq edilməsi üçün əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlər əsasında müvafiq əlillik dərəcəsinin təyin edilməsidir. Həmin maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının tələbinin əsaslılığı, məhz həmin 6 aylıq dövr ərzində rəsmiləşdirilmiş göndərişlər üzrə əlilliyin təyin edilməməsi ilə bağlı cavabdehin hərəkətlərinə (imtina qərarlarına) hüquqi qiymət verilməsi ilə müəyyən edilməlidir. Yuxarıda da, qeyd edildiyi kimi, iddiaçı barəsində tərtib edilmiş göndərişlərdə diaqnoz dəyişməmiş, hətta xx.xx.2022-ci il tarixli göndəriş əsasında da həmin diaqnozla əlillik təyin edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərə natamam doldurulması əsası ilə imtina verilərkən iddiaçı əyani müayinəyə dəvət edilməmiş, yalnız əlillik müddəti bitdikdən 6 ay sonra, xx.xx.2022-ci il tarixli göndərişə baxılarkən iddiaçı əyani müayinə olunaraq əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd olunanlar baxımından iddiaçı Bakı 27 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0098003AACDF saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi və ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı 27 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0098003AACDF saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. İddiaçı 06 may 2021-ci il tarixdən ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar