Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3984/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X16 və cavabdehin nümayəndəsi X13 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı akt qeydində dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus usaqların doğum haqqında akt qeydləri kitablarına qeyd edilmiş şəhadətnamədə ona məxsus miliyyətinin alman olaraq qeyd edilməsi, qızının (X18) doğulması haqqında 24 may 2003-cü il tarixli akt qeydi 137-B №-li, atanın miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi, qızının (X30) doğulması haqqında 8 sentyabr 2008-ci il tarixli akı qeydi 2528 №-li, atanın miliyyətinin “azərbaycanlıdan" “almana" dəyişdirilinəsi, oğlunun (X14) doğulması haqqında 6 sentyabr 2013-cü il tarixli akı qeydi № 2523, atanın miliyyətinin “azərbaycanlıdan" “almana" dəyişdirilməsi və onun 23.11.1995-ci il tarixli, № ******* hərbi biletinin miliyyətinin “azərbaycanlıdan" “almana" dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona məxsus uşaqların doğum haqqında akt qeydləri kitablarına qeyd edilmiş şəhadətnamələrdə: qızının (X18) doğulması haqqında 24 may 2003-cü il tarixli akt qeydi 137-B №-li, atanın miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi, qızının (X30) doğulması haqqında 8 sentyabr 2008-ci il tarixli akı qeydi 2528 №-li, atanın miliyyətinin “azərbaycanlıdan" “almana" dəyişdirilməsi, oğlunun (X14) doğulması haqqında 6 sentyabr 2013-cü il tarixli akı qeydi № 2523, atanın miliyyətinin “azərbaycanlıdan" “almana" dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28.12.2020-ci il tarixində onun yaşayış yerinə ən yaxın (belə ki, pandemiya şəraitində və SMS icazə rejimində yaşayırıq) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına (Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi) vətəndaşlıq vəziyyəti aktlarının qeydinə ona məxsus sənədlərdə (eləcə də uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə) aşağıdakı düzəlişlərin (dəyişikliklərin) daxil edilməsi haqqında ərizə vermişdir: ərizəçinin qızının (X18) doğulması haqqında 24 may 2003-cü il tarixli akt qeydi № 137-B, atanın miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi vəsatəti ilə; ərizəçinin qızının (X30) doğulması haqqında 8 sentyabr 2008-ci il tarixli akt qeydi № 2528. atanın miliyyəti “azərbaycanlıdan” “almana” dəyişdirilməsi vəsatəti ilə; ərizəçinin oğlunun (X14) doğulması haqqında 6 sentyabr 2013-cü il tarixli akt qeydi 2523, atanın miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi vəsatəti ilə; ərizəçinin (İddiaçı) 23.11.1995-ci il tarixi ******* hərbi biletinin, miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi vəsatəti ilə. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı (Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi) tərəfindən məhkəmədənkənar qaydada ona düzəlişlərin (dəyişikliklərin) daxil edilməsində imtina edildi, bu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı rəhbəri tərəfindən imzalanmış 29.12.2020-ci il tarixli qəbzlə təsdiq edilir və ona məhkəmə instansiyalarına müraciət etmək tövsiyə edildi. Onun halında hüquq haqqında mübahisə yoxdur. Hesab etmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının da aşağıdakı faktlar nəzərə alınmamışdır. Onun alman əcdadları əcnəbilərin Rusiyaya köçürülməsi haqqında çağırışa əsaslanaraq (İİ Yekaterinanın 4 dekabr 1762-ci il tarixli və 22 iyul 1763-cıi il tarixli manifestləri) XİX əsrin ortalarında Karlsruxe alman torpaqlarından Rusiya İmperiyasına köçmüşlər. Xarkov şəhərinin yaxınlığında yerli əhali ilə assimilyasiya etmədən alman cəmiyyətində (icmasında) yaşamışlar. Onun ana tərəfdən nənəsi (qızlıq soyadı Moris) Liliya Avqustovna 26 may 1922-ci ildə Ukraynada Nestelevka kəndində anadan olmuşdur, təmiz almandır. Onun valideynləri: atası Avqust Moris milliyyətcə almandır, anası Eleonora Moris, milliyyətcə almandır. 1941-ci ildə SSRİ X48 Heyətinin 08 avqust 1941-ci il tarixli Qərarına və SSRİ 26 oktyabr 1941-ci il tarixli alman milliyyətli şəxslərin köçürülməsi və əmək ordusuna qəbul edilməsi və xüsusi yaşayış məskənlərinə yerləşdirilməsi haqqında qərarına əsasən onun nənəsi (X34) öz uşaqları, qardaşları və bacıları ilə birlikdə repressiyaya məruz qalmışdır, çünki alman milliyyətli şəxs olmuşdur. 1941-ci ildə milli əlamətə görə zorla Qazaxıstana, 1942-ci ildə isə Krasnokamsk şəhərinə komendant tipli rejim altında xüsusi yaşayış məskəninə və əmək ordusuna (trud armi) əvvəlki yaşayış yerinə qayıtmaq hüququ olmadan sürgün edilmişdir. Bütün ailələri, onun anası da daxil olmaqla, 25 yanvar 1956-cı ilə qədər xüsusi yaşayış məskənində komendatura altında yaşamışdır. 05 avqust 1950-ci ildə anası X25 doğulmuşdur, doğum haqqında 25 avqust 1950-ci il tarixli akt qeydi № İ 197 qeydə alınır. RF, Perm diyarı, Ural. Krasnokamsk şəhəri VVAQ tərəfindən verilmiş şəhadətnamədə onun atasının milliyyəti “azərbaycanlı", anasının milliyyəti isə “alman" göstərilmişdir. Onun ailə tərkibinin arxiv arayışlarına əsasən onun nənəsi məlumat verilmişdir ki, onun anası doğulandan onların ailəsində (alman ailəsində) onun nənəsinin doğma qardaş və bacıları ilə birlikdə yaşamışdır və komendatura altında xüsusi yaşayış məskənində ailə qeydiyyatında alman miliyyətli ailənin üzvü kimi qeydə alınmışdır. Uşağın doğulması haqqında akt arayışından çıxarış sübut edilmişdir ki, onun anası anadan olan zaman alman X10 soyadını daşımışdır. 8 yaşına kimi alman dilindən başqa heç bir dildə danışmamışdır. Alman mədəniyyətində miliyyət ana xətti üzrə ötürülür. X8masaydı, onun anasının miliyyəti alman" göstəriləcəkdi. Lakin onun anasının milliyyəti Azərbaycana gələndən sonradan pasportda məcburi olaraq atasının milliyyəti üzrə “azərbaycanlı" yazılmışdır. 1956-cı ildə SSRİ X49 Heyətinin 13 dekabr 1955-ci il tarixli Fərmanından və xüsusi yaşayış məskəni rejiminin götürülməsi və repressiya edilmiş şəxslərin azad edilməsi haqqında DİN 16 dekabr 1956-cı il tarixli Əmrindən sonra onun babası (X19), onun nənəsi (X34) və onun anası (X6) Azərbaycana Bakı şəhərinə köçürlər. 1973-cü ildə onun anası özünün “Anastasiya” adını “Asya” ilə dəyişir və 1973-cü ildə ərə getdikdən sonra onun anası “Məmmədova” soyadını “Bağırova” soyadı ilə dəyişir. O, xx xxxxxxxx 1974-cü ildə anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə atasının milliyyəti “azərbaycanlı”, anasının milliyyəti “azərbaycanlı” göstərilmişdir. O SSRİ vətəndaşının pasportunu aldığı zaman SSRİ Nazirlər Sovetini 28.08.1974-cü il tarixli, 677 saylı Qərarı ilə təsdiq edilmiş SSRİ-də pasport sistemi haqqında Əsasnaməyə müvafiq olaraq milliyyət haqqında qeyd valideynlərin milliyyətinə müvafiq olaraq aparılırdı. Sonradan milliyyət haqqında qeyd dəyişdirilmirdi. Belə ki, əvvəllər SSRİ-də vətəndaş tərəfindən öz milli mənsubiyyətinin müəyyən edilməsi müvafiq məlumatların SSRİ vətəndaşının pasportuna daxil edilməsi ilə yalnız onun atasının və ya anasının milli mənsubiyyətinə uyğunluğuna əsaslanırdı və buna görə də vətəndaş öz milli mənsubiyyətini sərbəst müəyyən etmək imkanından məhrum idi. Belə ki, SSRİ vətəndaşının pasportunda və hərbi biletində onun milliyyəti avtomatik olaraq “azərbaycanlı” göstərilmişdir. Bu zaman o “alman” milliyyəti haqqında məlumatların daxili edilməsi haqqında istəyinə baxmayaraq o artıq paspot stol orqanının qərarına təsir edə bilməzdi, onlar onun milliyyəti haqqında məlumatları avtomatik olaraq qeyd etmiş və “azərbaycanlı” daxil etmişdir. Ona məxsus sovet pasportunda milliyyətinin “alman” deyil, “azərbaycanlı” olması haqqında düzgün olmayan məlumatlar ona valideynlərindən ötürülməmişdir. Ona milliyyəti haqqında məlumatlara “alman” düzəlişiniin (dəyişikliklərin) daxil edilməsi haqqında vəsatət qaldırmaq imkanı verilməmişdir. SSRİ-nin süqutundan sonra isə Azərbaycan pasportlarında o özündə dəyişə biləcəyi milliyyət qrafası yoxdur. Bununla belə o, özünün alman millətinə mənsubiyyətini dərk etmişdir. Bu onunla ifadə edilmişdir ki, uşaqlıqda, onun valideynlərinin hələ mənzili olmadığı zaman onlar onun ana tərəfdən alman nənəsigildə yaşamışlar. 14 yaşına qədər o, həmişə orada yaşamışdır, 14 yaşdan sonra valideynləri mənzil aldıqdan sonra onlar tez-tez nənəsinin yanına gəlmişdir. Hələ uşaqlıqdan onun nənəsi ilə və dayısı ilə ünsiyyəti əsasən alman dilində olmuşdur. Ailədə tərbiyə alman mədəniyyəti və onun ənənələri əsasında həyala keçirilirdi, o cümlədən çox tez-tez, ildə bir neçə dəfə, hər il alman nənəsin 2 doğma bacısı (Anna və Tercza) və nənəsinin kiçik doğma alman qardaşı (Adolf) onlara qonaq gəlirdilər. Onlar teztez birlikdə toplaşır, alman kitabları oxuyur, Bakı şəhərindəki alman kilsəsinə gedir, birlikdə söhbət edirdilər, onlar birlikdə öz uşaqlıqlarını və öz əcdadlarını xatırlayırdılar, qadınlar alman milli yeməklərini bişirir və hazırlayırdılar. Sovet İttifaqının süqutundan sonra o, imkan daxilində Azərbaycan - Alman İntibah cəmiyyətləri evinin (Bakı şəhərində) mədəni tədbirlərinə gedirdi, alman hərbi əsirlərinin Yasamaldakı qəbirlərinə qulluq edilməsində iştirak etmişdir. Alman kilsəsində xorda iştirak edirdi və keşiş Martin şəxsən onun uğurlarını qeyd edirdi. O, böyüdükdən sonra artıq Alman kilsəsinin özünün rekonstruksiyası üzrə tikinti işlərində ödənişsiz əsaslarla iştirak edirdi. Öz ailəsində o da həmçinin alman mədəniyyətinin ənənələrini saxlayır, mədəni, etnik və dini alman bayramlarını qeyd edirlər, gündəlik həyatlarında çox vaxt alman dilində danışırlar. Almaniyadakı qohumları ilə əlaqə saxlayırlar və onlarla da alman dilində danışırlar. Onun böyük qızı hazırlıqsız alman dili üzrə A1 bilik səviyyəsində imtahan vermiş və yüksək bal toplamışdır. Hazırda C1 səviyyəsində imtahana hazırlaşır. Bakı şəhəri VVAQ Nərimanov şöbəsi tərəfindən onun doğum haqqında 5 oktyabr 1974-cü il tarixli, № 2430 akt qeydinə və onun doğum haqqında şəhadətnamə anasının milliyyəti haqqında “azərbaycanlı" məlumatı daxil edilmişdir, bu isə faktiki olaraq etnosun həqiqiliyinə uyğun deyil. O, özünü milliyyətcə alman hesab edilir. X8masaydı, onun əcdadları alman icmasından sürgün edilməyəcəkdilər, repressiyaya məruz qalmayacaqdılar, o da Azərbaycanda doğulmazdı, onun doğum haqqında şəhadətnaməsində onun anasının milliyyəti alman göstərilərdi. Bundan başqa, ana tərəfdən o da alman olardı və ya ən azı seçim hüququ olardı, onun alman mədəniyyəti mühitində tərbiyə almağına görə alman milliyyəti tərəfə dəqiq şəkildə seçilərdi. Lakin onlar tarixi dəyişə və ya döndərə bilməzlər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikləklərin sonradan daxil edilməsi ona həmçinin onun ailəsinin tarixi köklərinin saxlanılması üçün də zəruridir. Hesab edir ki, doğum haqqında akt qeydində anasının valideyninin (nənəsi X35) milliyyəti alman olduğundan onun doğum haqqında şəhadətnaməsində anasının arzusu nəzərə alaraq milliyyəti alman kimi göstərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X31 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X26 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəkı qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. İddiaçının uşaqlarının doğum haqqında akt qeydlərində ata və ananın milliyyəti barədə qeydlər təqdim edilmiş sənədlərə uyğun aparılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, milliyəti qrafasında “Azərbaycanlı” qeyd olunmuşdur. - Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 312378 №-li, 05.10.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5, anası X1 İddiaçı xx.xx.1974-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atasının milliyyəti “azərbaycanlı” və anasının milliyyəti “azərbaycanlı” qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 523495 №-li, 25.04.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X22 olan X18 21.10.2001-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında 24.05.2003-cu ildə, 137-B № ilə qeyd edilmişdir. Atasının milliyyəti “azərbaycanlı” və anasının milliyyəti “azərbaycanlı” qeyd olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 312188 №-li, 18.09.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X12 X27 04.08.2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında 08.09.2009-cu ildə, 2528 № ilə qeyd edilmişdir. Atasının milliyyəti “azərbaycanlı” və anasının milliyyəti “tatar” qeyd olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 150592 №-li, 06.09.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X12 X14 18.07.2013-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında 06.09.2013-cü ildə, 2523 № ilə qeyd edilmişdir. Atasının milliyyəti “azərbaycanlı” və anasının milliyyəti “tatar” qeyd olunmuşdur. - Bakı şəhəri, Oktyabr rayon VVAQ Bürosu tərəfindən verilmiş 26 aprel 1956-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X36, anası X7 X33 26 may 1922-ci ildə Ukrayna SSR Xarkov vilayətinin Lazovski rayonunda doğulmuşdur. Atasının milliyyəti “alman”, anasının milliyyəti “alman” qeyd olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayon VVAQİ tərəfindən verilmiş 31.05.2000-ci il tarixli familiyanın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 1950-ci il təvəllüdlü X3 adı 26.09.1973-cü ildə Asya adına dəyişdirilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 05.08.1950-ci ildə doğulmuşdur. X2 milliyyəti “azərbaycanlı”, anası X23 milliyyəti “alman” qeyd olunmuşdur. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/75-2730/15 №-li, 29.12.2020-ci il tarixli məktubdan görünür ki, müraciətdə anasının və nənələrin milliyətınin alman olması ilə əlaqədar olaraq ona məxsus doğum akt qeydində də milliyəti alman olaraq qeyd olunmasını xahiş etmişdir. “X4 X24”nın Təsdiq edilməsi haqqinda Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarinin 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəkı qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Ona məxsus Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.10.1974-cü il tarixli, doğum haqqında akt qeydəri kitabında 2430 nömrə ilə qeyd edilmiş şəhadətnamədə milliyəti alman olaraq qeyd edilməsi imkan xaricindədir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05/2-1279/13 №-li, 24.02.2021-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı 05.10.1974-cü il tarixli, 2430 №-li akt qeydinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X11, atasının milliyyəti “azərbaycanlı”, anasının milliyyəti “azərbaycanlı” qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ona məxsus uşaqların doğum haqqında akt qeydləri kitablarında qeyd edilmiş milliyətinin “alman” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehə həavlə edilməsini məhkəmədən xahiş etsə də belə bir tələblə ilk olaraq cavabdeh inzibati orqana müraciət etməmiş, həmin orqandan imtina almamışdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 05/75-2730/15 №-li, 29.12.2020-ci il tarixli məktubundan isə məlum olur ki, iddiaçı özünə məxsus doğum akt qeydindəki milliyyətinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Bundan əlavə doğum akt qeydində dəyişiklik edilməsi xahiş edilən X18 21.10.2001-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmış şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. - 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 25.0-cı maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr malikdirlər. - 26.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər və mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər malikdirlər. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət edilmədiyindən, Ülviyyə Bağırlıya münasibətdə isə subyektiv hüquqa malik olmadığından, bununla da iddianın mümkünlük şərtlərinə əməl edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3984/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3984/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver