Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-399/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, üçüncu şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X28 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar Hüseynova Sevil Eminalı qızı və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqavilələri əsasında əldə etdikləri daşınmaz əmlaka (torpaq sahəsinə) çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddiaçıların alqı-saqtı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı texniki pasportun tərtib edilməsi və onlara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən, X22 məxsus olan torpaq sahəsini almışlar. Alqı-satqı həyata keçirildikdən sonra onlar özlərinə məxsus yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün cavabdehə müraciət etmişlər. Həmin İdarənin onlara ünvanlanmış məktubu ilə onlara çıxarışın verilməsindən imtina edilmişdir Bildirilmişdir ki, həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən, satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda, cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan onlara mülkiyyət hüququnu təsdiq edən çıxarış verməkdən imtina etmişdir. İnzibati orqanın hərəkətsizliyi, yəni onlara aldığı torpaq sahələri üzərində müvafiq hüquqmüəyyənedici çıxarışın verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin idarənin rəis müavini tərəfindən onlara ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, inzibati orqan tərəfindən ərizələrinə formal baxılmışdır, bir cümlə ilə ətraflı izah edilmədən və əsassız olaraq imtina edilmişdir. Bu isə onların mülkiyyət hüquqlarını pozulması ilə nəticələnmişdir. Ümumiyyətlə qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədləri cavabdehə təqdim etsələr də müraciətlərinə imtina edilməsi əsassız və qanunsuzdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-607/2012 nömrəli, 01 may 2012ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıların hər birinə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-60/17 nömrəli, 15 may 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-60/17 nömrəli, 08 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-607/2012 nömrəli, 01 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üçüncü şəxs Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-168/2018 nömrəli, 26 fevral 2018ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X28 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, 26 noyabr 2019cu il tarixli qərardadı ilə iddiaçılar X5 və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçünün) verilməsi barədə iddia tələbləri üzrə işdən iddiaçı X8 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X3 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X23 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X9 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X10 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X18 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X25 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X11 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X16 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsindən alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinə hüquqların qeydiyyata alınmasını tələb edir. ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar Hissəsinin təminatında olan faktiki olaraq 1950ci ildən 8 saylı hərbi şəhərcik yerləşir. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olan tikintilərdir. İddiaçı iddia ərizəsini araşdıraraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı olmadan operativ istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 1540 m. olan qeyri-yaşayış sahəsini icarə müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X22 verilmiş və o, öz növbəsində 19 noyabr 2001-ci il tarixli, 311 nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Həmin torpaq sahəsini X28 1540 m. olan sahəni hissələrlə ayrı-ayrı vətəndaşlara, həmçinin İddiaçı alqı-satqı müqavilələri əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verimiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə kiçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərlərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiq təcrübəsinin bəzi məcəllələri haqqında” 2 saylı, 14 fevral 2003-cü il tarixli qərarında qeyd olunub ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İş materiallarında və məhkəmə tərəfindən yerli baxış keçirərkən müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Çünki həmin torpaq Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur və giriş-çıxış Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və həmin ərazidə Müdafiə Nazirliyinə məxsus olan tikililər mövcuddur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 dekabr 2014-cü il tarixli, 122 nömrəli əmri ilə “Həzi Aslanov-8” hərbi şəhərciyində N nömrəli hərbi hissənin istifadəsində olan ərazinin bina və qurğuların, komunikasiya xətlərinin 4 nömrəli evlər idarəsinə təhvil verilmişdir. Həmin ərazi hal-hazırda 4 nömrəli evlər idarəsi tərəfindən mühafizə olunur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında üçüncu şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı X26 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X28 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin həmin şəxslər və onların səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin, üçüncu şəxs X20 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********99 №-li, 24.06.2020-ci il tarixli məktuba əlavə edilmiş 006317 №-li, 14.11.2005-ci il tarixli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhatnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 ünvan 2 ünvanında yerləşən 1179,25 kv.m. qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********99 №-li, 24.06.2020-ci il tarixli məktuba əlavə edilmiş 001314 №-li, 10.06.2008-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətlətindən görünür ki, X28 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yeləşdiyi 11572,8 kvm. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 32889 manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. - X7 ilə alıcılar X12 və İddiaçı arasında bağlanmış AN-İ ******* №-li, 22.07.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/19571 nömrəli, 09.07.2008-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa küçəsi, 34/75-də, hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1.15728 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278,8 kv.m, əsas sahəsi 121,7 metr, köməkçi sahəsi 157,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi, satıcının mülkiyyətində olan 1.15728 hektar torpaq sahəsinin 0,02 hektarını X2, 0,02 hektarını İddiaçı mülkiyyətlərinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 05/20530 №-li, 19.05.2011-ci il tarixli məktubundan görünür ki, 4-Ə-2-248 qeydiyyat nömrəli, 20.07.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi istifadəsində olan torpaq sahəsinin dövlət torpağına aid olmadığından sözügedən alqı-satqı müqaviləsinin qarşırıqlı razılaşdırma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsini məqsədəuyğun hesab etmişlər. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 010 №-li, 27.01.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, sorğuda qeyd olunan ünvan 5 ünvanında yerləşən torpaq sahəsi Bakı Soveti İcrayyə Komitəsinin 28.04,1937-ci il tarixli, 4 nömrəli, 30.05.1950-ci il tarixli, 45 nömrəli, 10.04.1957-ci il tarixli, 17 nömrəli və 02.10.1957-ci il tarixli, 5c nömrəli qərarları əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin daimi istifadəsi üçün ayrılmışdır və Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan “H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aiddir. “H.Asianov- 8” hərbi şəhərciyinə aid baş planında torpaq sahəsi ümümi 59,6 ha, faktiki isə 36,97 ha qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin 122 №-li, 22.12.2014-cu il tarixli “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №-İi Evlər idarəsinə təhvil verilməsi haqqında əmrindən görünür ki, Abşeron rayon Mənzil-İstismar hissəsinin rəisi “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №-li Evlər İdarəsinə təhvil verilməsini təmin etsin. 4 №-li Evlər İdarəsinin rəisi “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazini, bina və qurğuları, kommunikasiya xətlərini təhvil alsın, qorunub saxlanılmasını təmin etsin. N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin təhvil və qəbulu Azərbaycan Respublikasının Müdafiə nazirinin 05.01,2004-cü il tarixli 6 №-li əmrinə əsasən aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9, X18, X13, X2, İddiaçı, X23, X8, X25, X10, X16, X14 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulmasına və torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsin üçün qoyulan hər hansı maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs X28 tərəfindən satın alınaraq özəlləşdirilmişdir və sonradan digər fiziki şəxslərə, o cümlədən İddiaçı satılmışdır. İddiaçı 2011-ci ildə alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş 01 may 2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir. Həmin qərar əsasında iddiaçı Xətai Rayon Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq sahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla, orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, qeyd edilən iddia Xətai Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. - 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 23-cü maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan-ölçünün verilməsini tələb etdiyi torpağın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaq olması müəyyən edilmişdir. İddiaçı özü də məhkəmə iclasında iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən mühafizə olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Halbuki, iddiaçının mülkiyyəti hesab etdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-399/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-399/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver