Məhkəmə qərarları › İş №2-1(112)-399/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-399/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-399/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçının qanuni təmsilçisi X5 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********17898 nömrəli qərarı ilə iddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilərək üzərinə 500.440.05 (beş yüz min dörd yüz qırx manat, 5 qəpik) vergi borcu və 249.410.94 (iki yüz qırx doqquz min dörd yüz on manat 94 qəpik) maliyyə sanksiyası hesablamışdır. İddiaçı qərardan Dövlət Vergi Xidmətinin Apellyasiya şurasına şikayət etmiş, lakin xx.xx.2020-ci il tarixli, **********665000 nömrəli müraciətə baxılması barədə məktubla ona cavab verilərək, şikayətinə baxıla bilmədiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuz oldugundan ləğv edilməlidir. Belə ki, iddiaçının əsas fəaliyyəti - digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarət olmaqla ölkə vətəndaşlarından və sahibkarlardan əldə edilən qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkili üzrə sifarişləri yerinə yetirmək xidməti ilə məşğul olur. Bu məqsədlə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Türkiyə Respublikasında emal xidməti sahəsində təcrübəsi olan "xxxx" Şirkəti ilə müqavilə baglamışdır. İddiaçı sahibkarlara və vətəndaşlara məxsus qızıl məmulatlarını öz zövqünə uyğun yenidən emalı məqsədilə müvafiq sifariş müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını təhvil alır, həmin məmulatlar qanunvericilyə uyğun qaydada iddiaçı tərəfindən ölkədən Türkiyyəyə müvəqqəti ixrac edilir, xaricdəki partnyor şirkət tərəfindən emal edildikdən sonra ölkəyə idxal olunur və emal olunmuş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçiyə təhvil-təslim aktı ilə təhvil verilir. Bu sifariş xidməti üçün bağlanmış müqavilə şərtlərinə görə geri qaytarılan qızılın hər qramı üçün xidmət haqqı iddiaçıya yekun akt üzrə ödənilir. Müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi vəziyyəti barədə üzləşmə aktları tərtib edilir. İddiaçı hazırki fəaliyyəti müddətində ƏDV ödəyicisi olmuş, fəaliyyət xüsusiyyətlərinə görə bağlanmış icarə müqaviləsinə əsasən hüquqi ünvanında yerləşən 10 kv.m sahədə fəaliyyət göstərmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, iddiaçı nağd hesablaşmaların aparılması məqsədilə kassa mədaxil qəbzlərindən istifadə edir, müvafiq banklarda hesablaşma hesabları mövcuddur, mühasibatlıq uçotunu qanuna uyğun aparır, öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. 2016-ci ildən qeyd olunan fəaliyyətə başlayan iddiaçı tərəfindən idxal və ixrac əməliyyatları və s. məlumatları barədə vergi orqanına bəyannamələr təqdim edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının 2016-2018-ci illər üzrə fəaliyyətinə dair səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək aparılmış, yoxlama müddəti xx.xx.2020-ci il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə 2 dəfə uzadılmış, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019cu il tarixlərində 9 dəfə müvəqqəti dayandırılmışdır. Nəticədə xx.xx.2020 tarixli, **********137898 saylı qərarla iddiaçıya 500.440.05 (beş yüz min dörd yüz qırx manat, 5 qəpik) vergi borcu və 249.410.94 (iki yüz qırx doqquz min dörd yüz on manat 94 qəpik) maliyyə sanksiyası hesablanmışdır. Halbuki yoxlama dövründə iddiaçı ilə vətəndaşlar arasında qızıl məmulatlarının emalı məqsədilə bağlanmış xidmət müqavilələri, qızılın onlardan təhvil alınması barədə qəbul aktları, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin həmin şəxslərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimə, ödəniş qəbzləri və YGB-lərdən ibarət sənəd dəsti, təkrar idxal proseduruna aid olan sertifikat, qızılın həmin şəxslərə geri qaytarılması barədə 98 sayda akt, xaricdəki şirkət ilə iddiaçı arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları, iddiaçının ümumi mühasibatlıq sənədləri olmaqla, sənədlər yoxlamaya təqdim edilmişdir. Qızıl məmulatlarının yeni dizaynda emal edilməsi məqsədilə sifarişçi ilə iddiaçı arasında eyni şərtlərlə bağlanmış 98 sayda sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi əmlakı olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə iddiaçıya xaricdən emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında iddiaçı tərəfindən xaricdəki müəssisəyə göndərilmiş, emal olunmuş qızıl məmulatlarının fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında iddiaçıya geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. Xaricdəki şirkətlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, emal məqsədilə alınmış qızıl məmulatları sifarişçilərin tələbinə uyğun dizaynda, keyfiyyətdə və vaxtında emal olunmuş və geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0.50-1.10 (0 ABŞ dolları əlli sentdən bir ABŞ dolları on sentə qədər) ABŞ dolları/qram hesabı ilə müəyyən edilir. Sifarişçi-vətəndaşlar ilə iddiaçı arasında bağlanmış müqavilələrin şərtlərinə görə vətəndaşlar həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, vergi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və qram hesabı ilə sifariş xidməti haqqını iddiaçıya təqdim etmişlər. Vergi orqanı çoxlu sayda qanun pozuntuları və əsassız əlavə vergi hesablanması ilə nəticələnən xx.xx.2020-ci il tarixli yoxlama aktı tərtib etmiş və bu akta əsasən vergi cinayətlərinin ibtidai araşdırılması departamentində araşdırmalara başalnılmışdır. Sifariş müqaviləsi və təhvil aktından görünür ki, sifarişçilər şəxsi əmlakı kimi müxtəlif formalarda olan, ümumilikdə 1.748863,34 manat məbləğində dəyərləndirilən və ümumi çəkisi 70219.39 qram olan qızıl məmulatlarını MMC-yə təhvil vermişlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki şirkətə göndərilməmişdən, yəni müvəqqəti ixrac olunmamışdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçməlidir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarının emal prosesindən sonra geri qaytarılması barədə iddiaçıdan öhdəlik sənədləri alınmış, Antiinhisar və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, AR Maliyyə Nazirliyi Qiymətli Metallara və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla müvafiq qəbul qəbzləri verilmiş, AR DGK X6 İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 7 müvəqqəti ixrac invoysuna əsasən analoji 7 sayda YGB-nin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2017-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə iddiaçıya təhvil verilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Müvəqqəti ixrac sənədlərindən də görünür ki, hesabat dövründə iddiaçı tərəfindən ümumilikdə 1.748863.34 manat dəyərində və ümumi çəkisi 70179.85 qram olan qızıl məmulatları Türkiyədəki "xxxx" Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. Qüvvədə olan gömrük qanunvericiliyinə görə ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 nömrəli “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi - həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. İddiaçının 7 sayda müvəqqəti ixrac bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qızıl məmulatları emaldan sonra hazır olduqca, təkrar idxal prosedurundan keçirilməklə ölkəyə geri qaytarılmışdır. Bu məqsədlə həmin qızıl məmulatları gömrük sahəsinə daxil olan kimi, DGK Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, DGK X6 X6 İdarəsi tərəfindən ekspertiza olunmaqla müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 11 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla iddiaçıya təhvil verilmiş 70007.12 qram qızıl və 172.73 sirkon daşlar, ümumilikdə 70179.85 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Hesabat dövrü üzrə 11 sayda təkrar idxal invoysundan görünür ki, rəsmi gömrük ekspertizasından keçmiş, ümumilikdə 70179.85 qram qızıl məmulatlarının dəyəri 1.748863.34 manat, eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 45909.64 ABŞ dolları təşkil etmişdir. Gömrük ekspertizasından sonra tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının 45909.64 ABŞ dolları dəyəri təkrar idxal gömrük bəyannaməsinin 42-ci “invoys dəyəri” bölməsində də invoys dəyəri kimi qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissədən olan hissələrinin dəyəri isə, YGB-nin invoys dəyərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, təkrar idxal zamanı yeni bəyan edilən dəyərlilər müvəqqəti ixrac bəyannaməsi ilə bəyan edilmiş qızıl məmulatından əlavə dəyərlilərdir. Bu səbəbdən də, idxal gömrük bəyannaməsinin yuxarı sol hissısindəki 1 nömrəli “bəyannamənin tipi” bölməsində “41” kodu qeydi həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. İddiaçının 11 sayda təkrar idxal üzrə YGB-də də eyni kod qeydi mövcuddur. Hesabat dövründə iddiaçı 11 sayda təkrar idxal invoysu ilə ölkəyə təkrar idxal edilmiş, ümumi dəyəri 1.748863.34 manat olan 70179.85 qram qızıl məmulatları, müvafiq təhvil aktları ilə qızılın sahibi olan sifarişçilərə təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar üzrə YGB-lərin gömrük orqanı tərəfindən təsdiqi üçün gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X7 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da ödənilmişdir. Hesabat dövrü üçün iddiaçının dövriyyəsi sifarişçivətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 180077 (yüz səksən min yetmiş yeddi) manat məbləğində olmuşdur. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı ciddi və kobud qanun pozuntularına yol verilmişdir. Birinci pozuntu - yoxlama müddətinin qanunla 90 günədək müəyyən edildiyi halda, heç bir qanuni əsas göstərilmədən 505 gün + 49 gün- cəmi 554 gün davam etməsidir. Yoxlama vergi orqanının bir neçə əməkdaşı tərəfindən aparılmış, hər mərhələdə tam fərqli formada qanun pozuntularına yol verilməklə və biri-birini təkzib edən mətnli qanunazidd yoxlama aktı tərtib olunmuşdur. Yoxlamaların 1-ci mərhələsi xx.xx.2017-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə başa çatmış, xx.xx.2018-ci il tarixdə yekun qərar qəbul edilsə də, ləğv edildiyindən dərhal yenidən yoxlama açılmış və xx.xx.2020-ci il tarixə qədər davam etmiş, bu müddətdə 15 sayda yoxlamanın müvəqqəti dayandırılması barədə, habelə yoxlama müddətinin uzadılması barədə qərarlar qəbul edilmişdir. Yoxlamanın 1-ci mərhələsində müddətin uzadılmasına əsas ola bilən tədbir - rəsmi qaydada ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Aktda xaricdəki şirkətə sorğu ünvanlandığı və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki şirkət ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər və emal xidmətinin ödənişini təsdiq edən sənədlər mövcuddur. Yoxlamanın ikinci qanuna zidd mərhələsi ondan ibarətdir ki, yoxlama aktında səyyar vergi yoxlamasının müddətinin xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə iki dəfə uzadılması qeyd olunsa da, yoxlamanın başladığı və qurtardığı müddət xx.xx.2018xx.xx.2019-cu il tarixi üzrə 47 gün yoxlama müddəti, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək olan 42 gün uzadılma müddəti Ədliyyə Nazirliyinin reyestrinə daxil edilmiş, xx.xx.2019-cu il tarixli qərarla yoxlama müddətinin 30 günlədək uzadılması barədə qərar Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 30 gün müdətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 21 gün müddətinə yoxlamanın müddətinin müvəqqəti dayandırılması qeyd edilsə də, əslində yoxlama dövründə heç bir mütəxəssis dəvət edilməmiş, ekspertiza keçirilməmişdir. Belə ki, yoxlama aktının 4-cü səhifəsində 1.9.5-ci bənddə mütəxəssis dəvət edilmədiyi, həmçinin Azərekspertiza MMCin ekspertinin cəlb edildiyi, lakin analoji rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, yoxlama ilə bağlı Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alınsa da, ikinci icazə reyestrə daxil edilməmiş, yoxlama qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, MMC-nin hesabat dövrünə aid mühasibatlıq sənədlərini yoxlamaq üçün 90 günədək müddət əvəzinə, ümumilikdə 505 gün (415 gün artıq) vaxt sərf edilmiş və bununla da yoxlama müddəti qanunazidd qərarlarla uzadılmışdır. İkinci pozuntu - vergi orqanının qanunla digər fəaliyyət sahəsinə aid şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin tətbiqi qanunsuz olaraq iddiaçıya şamil etməsidir. Vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 saylı qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən iddiaçının fəaliyyətində istifadə olunmadığını pozuntu kimi qiymətləndirmişdir. Kollegiyanın həmin qərarına əsasən QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyası) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. İddiaçı isə, zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir və qanuni əsaslıdır. Göründüyü kimi, vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçıda tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə əsassız vergi öhdəliyi müəyyən etmişdir. Üçüncü pozuntu yoxlama aktında səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 32 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə yoxlama müddətinin müvəqqəti dayandırılması qərara alınsa da, xarici ölkədəki partnyor təşkilata sorğunun çatdırılması və cavabının alınması təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının qanuni nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, cavabdeh aşağıda qeyd edilən hallara görə iddia tələbi ilə razılaşmır: işin faktiki halları ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əsasən vergi ödəyicisində xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********170167 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: ƏDV üzrə: İddiaçı xx.xx.2016-cı il tarixdən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata alınmış və qeydiyyat xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr yoxlanılmışdır. Yoxlanılan dövrdə iddiaçı (müqavilə üzrə “Agent”) ilə müxtəlif fiziki şəxslər (müqavilə üzrə “Sifarişçilər”) arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanılmış və müvafiq müqavilələrə əsasən qızıl məmulatı külçə şəklində təhvil alınaraq “Sifarişçi” ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, “Sifarişçi”nin hesabına zərgərlik məmulatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən istehsal ediləcək hazır məhsulun hər qramı üçün “Sifarişçi” tərəfindən “Agentə” 0.50-4.20 manat məbləğində komisyon ödənilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən 2016-cı ildə müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) cəmi 583-585 əyarda 3588 qram, 2017-ci ildə 49999,24 qram qızıl məlumatları, həmçinin 2016-cı ildə iddiaçı müəssisənin direktoru X1 şəklində 995 əyarda 11763 qram (963+5150+5650) və ya 585 əyara çevrildikdə 19997,1 qram qızıl məmulatları qəbul edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş həcmdəm emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur: 2016-cı il üzrə Tarix YGB nömrəsi Qızılın əyarı Qızılın qramı Dəyəri (manatla) xx.xx.2006 **********477 995 963 54417/34 xx.xx.2006 **********602 995 5150 349831,44 xx.xx.2016 **********372 995 5650 388239,96 Cəmi: 11763 790988,74 2017-ci il üzrə xx.xx.2017 **********7377 995 4175 233426,92 xx.xx.2017 **********2338 995 8280 400958,18 xx.xx.2017 **********8553 995 8280 537845,82 xx.xx.2017 **********6265 995 10009 570434,42 Cəmi: 30754 174866654,34 Yekun 2540654,08 Beləliklə, cədvəldən də göründüyü kimi iddiaçı 2016-cı ildə 791988,74 manat dəyərində 995 əyar 11763 qram (585 əyara çevrildikdə 19997,10 qram), 2017-ci ildə 17458665,34 manat dəyərində 995 əyar 30764 qram olmaqla, cəmi 2540654,08 manat (ƏDV-siz) dəyərində qızıl külçəni Türkiyə Respublikasına emal olunması üçün ixrac etmişdir. İxrac edilmiş qızıl külçələri "xxxx" şirkəti tərəfindən emal edildikdən sonra aşağıdakı cədvəldə qeyd olunmuş həcmdə idxal edilmişdir: 2016-cı il üzrə Tarix YGB nömrəsi Qızılın əyarı Qızılın qramı Dəyəri (manatla) xx.xx.2016 **********274 585 1638,75 55829,37 xx.xx.2016 **********234 585 5744,43 262279,85 xx.xx.2016 **********163 585 8763,8 391545,48 xx.xx.2016 585 3895,41 181166,61 Cəmi: 2017-ci il üzrə 585 20042,39 890821,31 xx.xx.2017 **********130 585 7091,79 237353,13 xx.xx.2017 **********202 585 12519,24 370546,31 xx.xx.2017 **********217 585 1529,81 45418,88 xx.xx.2017 **********234 585 11019,06 480610,09 xx.xx.2017 **********407 585 53,22 183,39 xx.xx.2017 **********450 585 2927,96 122980,43 xx.xx.2017 585 14902,64 620197,66 Cəmi: 585 50043,72 1877289,93 Yekun: 2768111,24 Beləliklə, 2016-cı ildə 890821,31 manat dəyərində (1 qramın qiyməti 44,4469 manat idxal rüsumu və digər rüsumlar, ƏDV-siz,digər vergilər daxil olmaqla) 585 əyara çevrildikdə 20042,39 qram (995 əyarda 3895,41 qram) qızıl məmulatı idxal edilmiş və həmin qızıl məmulatlarının 3588 qramı və ya 159475,48 (3588 x 44,4496) manat dəyərində qızıl məmulatları bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən müxtəlif fiziki şəxslərə təqdim edilmişdir. 2017-ci ildə isə 1877289,93 manat dəyərində 585 əyara çevrildikdə 50040 qram qızıl məmulatı idxal edilmiş və həmin qızıl məmulatlarının 6866,75 qramı və ya 257611,62 (6866,75 x 37,5158) manat dəyərində qızıl məmulatları bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən müxtəlif fiziki şəxslərə təqdim edilmişdir. Ümumilikdə, yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq yük gömrük bəyannamələrinə əsasən “Hemera Kuyumçuluq SAN. VE.TİC.LTD" şirkətinə 885 əyara çevrildikdə 70000,96 qram miqdarında 2540969,48 manat məbləğində qızıl külçə ixrac olunduğu və dövr ərzində 585 əyarda 70080,07 qram miqdarında 2768111,24 manat məbləğində (ƏDV-siz) qızıl məmulatlarının idxal edildiyi müəyyən edilmişdir. Qeyd edirik ki, vergi ödəyicisi tərəfindən yoxlamaya ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızıl məmulatlarının çeşidi barədə, habelə idxal edilmiş qızıl məmulatlarının hansı çeşiddə təqdim edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Başqa sözlə, yoxlama zamanı iddiaçı müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 159.4-cü,168-ci və 168-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və idxal olunmuş 2768111,24 manat məbləğində qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilməklə əvəzləşdirilən ƏDV məbləği nəzərə alınaraq 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası hesablanmışdır. 2017-ci mənfəət vergisi üzrə: Yoxlama ilə iddiaçı tərəfindən mənfəət vergisi üzrə yayınma aşkarlanmamışdır, 2017-ci il üzrə mənfəət vergisinin 4081,51 manat artıq hesablandığı müəyyən edilmişdir. OMV üzrə: Yoxlama ilə iddiaçıda 2017-ci ilin İ və 2017-ci ilin İİ rübləri üçün ÖMV üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticələri təsdiq olunmuş və 107,69 manat verginin azaldılmasına görə 38,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın əsası icarəyə götürülmüş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış verginin hesabat dövrü üçün müəyyən edilən icarə haqqı məbləğindən az göstərilməsi olmuşdur. Yoxlamanın nəticələrinin rəşmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli **********137898 saylı ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası, ÖMV üzrə 107,69 manat verginin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 38,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cədvəldə qeyd olunmuş həcmdə emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur. Cavabdehin etiraza əlavəsində bildirilmişdir ki, cavabdeh aşağıda qeyd edilən hallara görə iddia ərizəsinə əlavədə qeyd edilən əsaslar ilə razılaşmayaraq iddiaçının əlavədə qeyd etdiyi arqumentlərə etiraz edir. İddiaçı iddia ərizəsinə əlavədə səyyar vergi yoxlamasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş yoxlamanın keçirilməsi müddəti ilə bağlı müddəaların tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən səyyar vergi yoxlaması 90 gündən artıq müddətə davam edə bilməz. İddiaçının qeyd edilən mövqeyinə münasibətdə vergi qanunvericiliyi ilə səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günlük müddətdə məhdudlaşdırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlamanın 9 aydan çox olmamaqla dayandırılması, Məcəllənin 39.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması aktının aktın tərtib olunduğu tarixdən 5 gündən gec olmayaraq aktın göndərilməsi, Məcəllənin 39.5-ci maddəsinə əsasən aktla razılaşmayan vergi ödəyicisinin aktın verildiyi gündən 30 gün müddətində aktla razılaşmaması barəsində yazılı etirazını təqdim etməsi, Məcəllənin 39.6-cı maddəsinə əsasən 15 gündən gec olmayan müddətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə vergi orqanı tərəfindən baxılması, Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən 10 gün müddətində yekun qərar, o cümlədən əlavə vergi yoxlaması tədbirləri barədə qərar qəbul edilməsi müddətləri də səyyar vergi yoxlamasının müddətini təşkil edir. Odur ki, yoxlamanın keçirilməsi müddətinin 90 günlə məhdudlaşdırılması barədə dəlillər əsassızdır və vergi yoxlamasının müddətinin ötürülməsi ilə bağlı iddiaçının arqumenti öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması əsasları göstərilmişdir. Qeyd edilən maddənin tələblərinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, o cümlədən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna xarici ölkədən cavab alınanadək yoxlamanın dayandırılması nəzərdə tulmuşdur. Bildiririk ki, səyyar vergi yoxlamasının gedişində xx.xx.2019-cu il tarixli **********86286 saylı ekspertizanın təyin edilməsi haqqında qərarla xüsusi bilik tələb edən halların müəyyən edilməsi məqsədilə ekspert cəlb edilmiş, vergi ödəyicisinin də müvafiq qərarla tanış edilməsi təmin edilmişdir. İddiaçının ekspertizanın keçirilməməsi səbəbindən yoxlamanın əsassız uzadılması ilə bağlı mövqeyinə isə cavab olaraq bildiririk ki, səyyar vergi yoxlamasının gedişində ekspertiza təyin edilmiş, lakin ekspert tərəfindən rəyin verilməsinin mümkün olmadığı barədə məktub təqdim edilmişdir. Vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulmuş hüququndan istifadə edərək, ekspertin cəlb edilməsi haqqında qərar qəbul etmiş və ekspertizanın aparılması səbəbindən yoxlamanı dayandırmışdır. Odur ki, ekspertizanın yekununda ekspert tərəfindən rəy verilməsinin mümkün olmaması ekspertizanın keçirilmədiyinə istinad edərək yoxlamanın müddətinin əsassız dayandırıldığını deməyə əsas vermir. Həmçinin yoxlamanın gedişində vergi orqanı tərəfindən iddiaçı ilə "xxxx" Şirkəti arasında qarşılıqlı əlaqələrə dair sənədlərin alınması üçün beynəlxalq sorğu göndərilmiş, lakin yoxlama müddətində sorğuya cavab daxil olmamışdır. İddiaçı vergi orqanı tərəfindən xarici ölkədən sorğuya cavab alınmasının təmin edilmədiyini vurğulayaraq, yoxlamanın müddətinin uzadılmasını əsaslı hesab etməmişdir. Vergi orqanı tərəfindən sorğuya cavab alınmasının təmin edilmədiyini qeyd edərkən iddiaçının nəyi nəzərdə tutduğu aydın deyildir. Belə ki, vergi orqanı yoxlama üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə sorğu tərtib edərək, "xxxx" Şirkətinə göndərmişdir. Lakin sorğuya cavab daxil olmaması vergi orqanından asılı olmayan hal olduğundan, yoxlamanın əsassız dayandırılmasını deməyə əsas deyildir. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlamasını xaricdən sorğuya cavab daxil olanədək 9 aydan artıq olmayan müddətə dayandırmağa imkan verir. Qeyd edilənlərdən də göründüyü kimi yoxlamanın dayandırılması əsasları tam qanunidir və iddiaçının qeyd edilən dəlilləri öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçı hesab etmişdir ki, vergi orqanı əsassız olaraq müəssisənin fəaliyyəti üzrə tərtib edilməsi tələb olunmayan ciddi hesabat blanklarının olmamasını pozuntu kimi qiymətləndirmişdir. Qeyd edilən mövqe ilə bağlı bildiririk ki, iddiaçı ayrı-ayrı şəxslərdən qızıl külçələrinin qəbul edilərək ölkə xaricinə emal üçün göndərilməsi və hazırlanmış zərgərlik əşyalarının ölkəyə idxal edilərək sifarişçilərə təhvil verilməsi üzrə fəaliyyət həyata keçirdiyini iddia etmişdir. Qeyd edilən münasibətlər iddiaçı ilə sifarişçilər arasında xidmət müqaviləsi ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanan müqavilə üzrə icraçı qismində qızılın külçə və ya lom şəklində vətəndaşlardan qəbul edilməsini və hazırlanmış zərgərlik əşyalarının sifarişçilərə təhvil verilməsini məhz iddiaçı həyata keçirdiyindən müvafiq hərəkətlərin ciddi hesabat blankları ilə rəsmiləşdirilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələbinə əsasən qızılı şəxslərdən qəbul edərək zərgərlik məmulatlarının hazırlanması öhdəliyini öz üzərinə götürən şəxs 10 nömrəli əlavə “Zərgərlik işləri üçün sifariş qəbzi” tərtib etməli və hazır məhsulların təhvil verilməsi isə 9 nömrəli əlavə “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının təhvil verilməsi haqqında qəbz” ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı tərəfindən yoxlamaya, o cümlədən məhkəməyə təqdim edilmiş sənədlər arasında qeyd edilən ciddi hesabat blankları mövcud deyildir. Belə olan təqdirdə iddiaçının idxal edilmiş malları sifariş alınan şəxslərə geri qaytardığı və həmin malların iddiaçıya məxsus olmadığını sübut edən halların mövcud olmaması bəlli olur. İddiaçı zərgərlik işlərini yerinə yetirməklə məşğul olmadığını və yalnız vasitəçilik xidməti göstərdiyini büdirirərək qeyd edilən ciddi hesabat blanklarının onun fəaliyyətinə aid olmadığını qeyd etmişdir, iddiaçının qeyd edilən dəlili ilə bağlı bildiririk ki, normativ hüquqi aktda sözügedən ciddi hesabat blankının tərtibi üzrə subyekt ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Yəni, zərgərlik məmulatlarının sifariş verilməsi və həmin məmulatların təhvil verilməsi vergi ödəyicisinin fəaliyyətinin xarakterindən asılı olmayaraq yuxarıda qeyd edilən ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir. Odur ki, vergi orqanı tərəfindən haqlı olaraq idxal olunmuş qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilərək, hesablama həyata keçirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

Cavabdehin xx.xx.2020-ci il tarixli, **********17898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" MMC-nin üzərinə 500.440.05 (beş yüz min dörd yüz qırx manat, 5 qəpik) vergi borcu və 249.410.94 (iki yüz qırx doqquz min dörd yüz on manat 94 qəpik) maliyyə sanksiyası və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək 240 (iki yüz qırx manat) manat vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********170167 saylı səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 500332.36 manat azaldılmasına görə iddiaçı barəsində 50% miqdarında, yəni 250166,18 manat maliyyə sanksiyası təklif olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 107,69 manat azaldılmasına görə 50% miqdarında, yəni 53,85 manat maliyyə sanksiyası təklif olunmuşdur. Cavabdehin **********823100 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubundan görünür ki, icazənin, vergi orqanlarına ciddi hesabat blanklarının tətbiqi ilə bağlı etdiyi müraciətlər və bu müraciətlərə aldığı cavabların (tarix və nömrələri göstərilməklə) surətlərinin xx.xx.2020-ci il tarixədək araşdırmaya təqdim etmək iddiaçıya tövsiyə olunmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********191086 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********182243 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********178863 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********184170 saylı qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, **********182243 saylı qərarla dayandırlımış səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********189500 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********194356 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, 1**********86286 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********197999 saylı qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli Q2001131 saylı qərardan görünür ki, iddiaçı barəsində 485151,11 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılması və həmin işin icraata qəbul edilərək, ibtidai araşdırılmasının aparılması qərara alınmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********665000 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “"xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli müraciətlərinizə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********170167 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama ilə əlavə dəyər vergisinin 2016-cı ildə 5952,37 manat, 2017-ci ildə 3177,58 manat, mənfəət vergisinin 2017-ci ildə 4081,51 manat artıq hesablanması, əlavə dəyər vergisinin 2018-ci ildə əlavə 498264,88 manat, ödəmə mənbəyində tutulan verginin 2016-cı ildə 30,7 manat, 2018-ci ildə 76,99 manat olmaqla ümumilikdə 485161,11 manat, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı aşkar edilmişdir. Məlum olmuşdur ki, Cəmiyyət tərəfindən külli miqdar təşkil edən 485161,11 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa belə, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X8 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd olunanlara əsasən, hal-hazırda cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqının) davam etdiyini nəzərə alaraq şikayətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər əşyalar) cinayət təqibi üzrə sübut hesab olunur. Bildiririk ki, müdafiə tərəfi cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçür sübutlar və digər materiallar təqdim etmək hüququna malikdir. Təhqiqatçı, müstəntiq, prokuror hakim qanunu və vicdanını rəhbər tutaraq iş üzrə bütün sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət işi üzrə toplanmış sübutlar qanunvericiliyin tələblərinə əsasən qiymətləndirilməklə cinayət mühakimə icraatı üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə xidmət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin müddəalarına əsasən həmin Qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Odur ki, şikayətlərinizdə qeyd etdiyiniz hallara sübutlar çərçivəsində qiymət verilməsi üçür müdafiə tərəfi olaraq həmin məlumatları cinayət prosesini həyata keçirən orqana təqdim etməniz tövsiyə olunur.” Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2016cı il tarixli 10/03-287-4319 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyində sahibkarlıq fəaliyyəti nəticəsində ədə ədilən qızılın və onun müqabilində vətəndaşiəra ödənilən pul vəsəitinin dövriyyəsini əks etdirmək üçün yeni ciddi hesabat blankının hazırlanması ilə bağlı 20 may 2016-cı il tarixli 007/2016 nömrəli məktubunuza baxılmışdır. Həmin alqı-satqı əməliyyatlarının həyata keçirilməsi zamanı "Kassa məxaric orderi'’ (forma № KO-2) ilkin uçot sənədindən istifadə edilməsini məqsədəmüvafiq hesab edirik. Məlumat üçün nəzərinizə çatdırırıq ki, kassa məxaric orderinin forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cı ii tarixli Q-16 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydası’’nda öz əksini tapmışdır.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1166 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi cinayət işi materiallarında olan sənədlər və qərarın təsviri hissəsində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə, təqdim edilmiş iş materiallarına əsasən "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 2016-cı ilin fevral, may, dekabr, 2018-ci ilin sentyabr ayları üzrə 500332,36 manat əlavə dəyər vergisi, 2016-cı ilin 3-cü, 2018-ci ilin 1-ci - 2-ci rübləri üzrə 107,69 manat ödəmə mənbəyində tutulan vergi az, 2017-ci il üzrə 4081,51 manat mənfəət vergisi və 2016-cı ilin aprel, avqust, noyabr, 2017-ci ilin may, iyun, avqust–oktyabr ayları üzrə 11197,43 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 485161,11 manat məbləğində vergilərin az hesablanması müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8713-9/8697 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, idxal və ixrac edilmiş qızıl məmulatları arasında səyyar və çəkidə fərq müəyyən edilsə də, hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi, təhvil alınmış və təslim edilmiş (aktlara və s. əsasən) qızıl məmulatları arasında əyyar fərqi və çəki fərqi olmamışdır. Eyni zamanda qeyd edilir ki, hansı çəkidə və hansı əyyarda qızıl məmulatlarının təhvil alınması və təhvil verilməsi hazırkı rəyin 9-10-cu suallarının tədqiqi hissəsində göstərilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, müəssisə tərəfindən aparılmış idxal-ixrac əməliyyatları ilə bağlı məlumatlar rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, "xxxx" MMC tərəfindən 2016-2017-ci illərdə təhvil-təslim aktları üzrə ayrı-ayrı vətəndaşlardan cəmi 69.562,20 qram 585 əyyarda qızıl qəbul edilmiş, 69.562,20 qram 585 əyyarda qızıl-zinət əşyaları təhvil verilmişdir. Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, 42.365,231 manat məbləğində xidmət haqqı (hesabatda da göstərilən) toplanmışdır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, səyyar vergi yoxlaması aktında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara satış kimi qiymət verilərək əlavə ƏDV məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3966 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Bundan başqa bildirilir ki, iş materiallarında mövcud olan 29 mart 2022-ci il tarixli 9/8713-9/8697 saylı və xx.xx.2021-ci il tarixli 9/1166 saylı ekspert rəylərinin tədqiqatı zamanı tədqiqata təqdim edilmiş iş materiallarının fərqli həcmdə olması, həmçinin hər iki rəy üzrə ekspertlər qarşısında qoyulmuş sualların fərqli olması iş materiallarında olan rəylərin nəticələri arasında fərqin yaranmasına səbəb olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşin hallarına görə cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əsasən vergi ödəyicisində xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********170167 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata alınmış və qeydiyyat xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr yoxlanılmışdır. Yoxlanılan dövrdə iddiaçı (müqavilə üzrə “Agent”) ilə müxtəlif fiziki şəxslər (müqavilə üzrə “Sifarişçilər”) arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanılmış və müvafiq müqavilələrə əsasən qızıl məmulatı külçə şəklində təhvil alınaraq “Sifarişçi” ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, “Sifarişçi”nin hesabına zərgərlik məmulatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən istehsal ediləcək hazır məhsulun hər qramı üçün “Sifarişçi” tərəfindən “Agentə” 0.50-4.20 manat məbləğində komisyon ödənilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən 2016-cı ildə müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) cəmi 583-585 əyarda 3588 qram, 2017-ci ildə 49999,24 qram qızıl məlumatları, həmçinin 2016-cı ildə iddiaçı müəssisənin direktoru X1 şəklində 995 əyarda 11763 qram (963+5150+5650) və ya 585 əyara çevrildikdə 19997,1 qram qızıl məmulatları qəbul edilmişdir. Ümumilikdə yoxlanılan dövrdə müxtəlif fiziki şəxslərdən və iddiaçı müəssisənin direktorundan 585 əyarda (53587,24+19997,1) lom formasında qəbul edilmiş qızıl külçə iddiaçı müəssisə ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş həcmdə emal olunması məqsədilə Türkiyə Respublikasına ixrac olunmuşdur. Ümumilikdə, yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq yük gömrük bəyannamələrinə əsasən “Hemera Kuyumçuluq SAN. VE.TİC.LTD" şirkətinə 885 əyara çevrildikdə 70000,96 qram miqdarında 2540969,48 manat məbləğində qızıl külçə ixrac olunduğu və dövr ərzində 585 əyarda 70080,07 qram miqdarında 2768111,24 manat məbləğində (ƏDV-siz) qızıl məmulatlarının idxal edildiyi müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçı müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 159.4-cü,168-ci və 168-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və idxal olunmuş 2768111,24 manat məbləğində qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilməklə əvəzləşdirilən ƏDV məbləği nəzərə alınaraq 498260,02 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i miqdarında 249132,44 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı cavabdehin barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4. səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 39.1. səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4. vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 43.1. sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.1. səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir. 43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir. 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. 43.6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən: 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən: 8.1. Bu Qaydalarda müddətlərin müəyyən edilməsi Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 8.2. Yarım illə hesablanan müddət altı aya, rüblə hesablanan müddət üç aya bərabərdir. 8.3. Vergi Məcəlləsi ilə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 8.4. Bu Qaydalarda nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 8.11. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.14. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına (Əlavə 26) əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 8.14.1. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 8.14.2. Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 8.15. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ƏDV-nin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq 489.134,93 manat məbləğində ƏDV hesablanmışdır. xx.xx.2020ci il tarixli, **********170167 №-li səyyar vergi yoxlaması aktında ƏDV-nin hesablanmasına səbəb kimi göstərilmişdir ki, yoxlanılan dövrdə cəmiyyət ilə (“Agent”) müxtəlif fiziki şəxslər (“Sifarişçilər) arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanmışdır. Müqavilələrdə qızıl məmulatı külçə şəklində təhvil alınaraq “Sifarişçi” ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, “Sifarişçi”-nin hesabına zərgərlik məlumatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi, həmin məhsulun eyni zamanda müqavilələrdə istehsal ediləcək hazır məhsulun hər qramı üçün “Sifarişçi” tərəfindən “Agentə” 0,50 - 4,20 manat arasında məbləğlərdə komissiyon ödənilməsinin nəzərdə tutulduğu göstərilmişdir. Həmçinin təqdim edilmiş iş materiallarından və səyyar vergi yoxlaması aktından göründüyü kimi, müəssisə tərəfindən təhvil alınmış qızıl məmulatları emal üçün Türkiyə Respublikasına ixrac olunmuş və yenidən ayrı-ayrı fiziki şəxslərə təhvil verilməsi üçün idxal edilmişdir. Lakin yoxlama zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq YGB ilə Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" şirkətinə 885 əyyara çevrildikdə 70.006,93 qram miqdarında 2.540.969,48 manat məbləğində qızıl külçənin Türkiyə Respublikasına emal üçün ixrac olundugu və dövr ərzində YGB ilə 585 əyyarda 70.080,07 qram miqdarında 2.768.111,24 manat məbləğində (ƏDV-SİZ) qızıl məmulatlarının idxal edildiyi müəyyən edilmişdir. Bununla yanaşı yoxlama ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızl məmulatlarının çeşidi barədə heç bir sənəd təqdim edilmədiyi, habelə idxal edilmiş qızıl məmulatlarının təqdim edilməsi barədə çeşidi barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyi, beləliklə yoxlama zamanı Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Aktdan göründüyü kimi, səyyar vergi yoxlaması zamanı vergi tutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisi ilə Türkiyə Respublikasının "xxxx" Şirkəti arasında qarşılıqlı əlaqələrə dair sənədlərin alınması üçün beynəlxalq sorğu göndərilmiş, lakin bu günədək sorğuya cavab daxil edilmədiyi göstərilişdir. Bundan başqa yoxlama aktında göstərilmişdir ki, vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi üçün, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********616200 nömrəli məktubla Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş İdarəsinə müraciət olunmuşdur. VCİABİ-nin xx.xx.2020-ci il tarixli **********1641000 nömrəli xidməti məruzəsində görülmüş tədbirlər nəticəsində "xxxx" MMC-nin direktoru X5 yoxlayıcı ilə əlaqələndirildiyi və onun tərəfindən zəruri olan sənədlərin yoxlamaya təqdim ediləcəyi bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən ayrı-ayrı şəxslərdən lom şəkilində qəbul edilmiş qızıl külçələrinə görə sifariş verilmiş qızl məmulatlarının çeşidi, habelə ixrac edilərək emal edildikdən sonra idxal edilmiş qızıl məmulatlarının çeşidlər üzrə təqdim edilməsini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bu səbəbdən də yoxlama ilə cəmiyyət tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin əsaslı olmasının vergidən yayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə VM-nin 159.1-ci, 159.4-cü 168ci və 169-cu maddələrinin tələblərinin pozulduğu məyyən edilmişdir. Beləliklə, idxal olunmuş 2.768.111,24 manat məbləğində qızıl məmulatların dəyəri vergi tutma obyekti hesab edilməklə iddiaçıya ümumilikdə 498.260,02 manat məbləğində ƏDV hesablanmışdır. Nəticədə VM-nin 175-ci və 169-cu maddəsinin tələbləri nəzərə alınmaqla yoxlama ilə (498.260,02 - 24.523,74 + 15.326,30) əlavə olaraq 489.062,58 manat ƏDV hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 500.332,36 manat azaldıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, yoxlama aktının 1.8. və 1.9. bəndlərində sənədlərin təqdim edildiyi və yoxlamanın təqdim edilmiş sənədlər əsasında aparıldığı qeyd edilsə də, həmin aktın ƏDV hissəsində sənədlərin tam təqdim edilmədiyi göstərilmişdir. Yəni yoxlama aktının bir hissəsində sənədlərin verildiyi, bir hissəsində isə sənədlərin tam olmadığı göstərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yoxlama zamanı Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi göstərilmişdir. Halbuki iş materiallarında tərəflər arasında başlanmış qızılların təhvil-təslim aktları mövcud olmuşdur ki, həmin təhvil-təslim aktlarının tərtib olunduğu tarixə aktların forması ilə bağlı qanunvericilikdə hər-hansı bir tələb nəzərdə tutulmamışdır. Həmçinin yoxlama aktında vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızl məmulatlarının çeşidi barədə heç bir sənəd təqdim edilmədiyi, habelə idxal edilmiş qızıl məmulatlarının təqdim çeşidi barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyi göstərilsə də, iş materiallarında olan sənədlərdən (müqavilələr, təhvil-təslim aktları, gömrük bəyannamələri və.s) görünür ki. vergi ödəyicisi ayrı-ayrı şəxslərdən alınmış qızıl məmulatları həmin şəxslərə təhvil verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, yoxlama ilə qızıl məmulatları təqdim edilmə kimi qəbul edilərək yoxlamanın son ayına (yəni 2018-ci ilin sentyabr ayına) əlavə olaraq 498.264,88 manat məbləğində ƏDV hesablanmışdır ki, yoxlamanın əhatə etdiyi dövrdə Vergi Məcəlləsində belə bir qayda nəzərdə tutulmamışdır. Həmin qaydada hesablamanın aparılması ilə bağlı maddə (67.15-ci maddə) Vergi Məcəlləsinə 2019-cu ildə əlavə edilmişdir. Səyyar vergi yoxlaması aktının ƏDV hissəsində göstərilən səbəblərdən yoxlama ilə cəmiyyət tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin əsaslı olmasının vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə VM-nin 159.1-ci, 159.4-cü 168-ci və 169-cu maddələrinin tələblərinin pozulduğunun müəyyən edildiyi göstərilmişdir. Yəni yoxlama ilə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara başqa bir əməliyyat kimi qiymət verilərək hesablama aparılmışdır. Məhkəmə araşdırması zamanı ortaya çıxan suallara dair xüsusi bilik tələb olunduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspert rəyində bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, idxal və ixrac edilmiş qızıl məmulatları arasında səyyar və çəkicə fərq müəyyən edilsə də, hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi, təhvil alınmış və təslim edilmiş (aktlara və s. əsasən) qızıl məmulatları arasında əyyar fərqi və çəki fərqi olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, hansı çəkidə və hansı əyyarda qızıl məmulatlarının təhvil alınması və təhvil verilməsi hazırkı rəyin 9-10-cu suallarının tədqiqi hissəsində göstərilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilmişdir ki, müəssisə tərəfindən aparılmış idxal-ixrac əməliyyatları ilə bağlı məlumatlar rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, "xxxx" MMC tərəfindən 2016-2017-ci illərdə təhvil-təslim aktları üzrə ayrı-ayrı vətəndaşlardan cəmi 69.562,20 qram 585 əyyarda qızıl qəbul edilmiş, 69.562,20 qram 585 əyyarda qızıl-zinət əşyaları təhvil verilmişdir. Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, 42.365,231 manat məbləğində xidmət haqqı (hesabatda da göstərilən) toplanmışdır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, səyyar vergi yoxlaması aktında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara satış kimi qiymət verilərək əlavə ƏDV məbləği hesablanmışdır. xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə iddiaçı "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDV- nin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Həmçinin bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Bundan başqa bildirilir ki, iş materiallarında mövcud olan 29 mart 2022-ci il tarixli 9/8713-9/8697 saylı və xx.xx.2021-ci il tarixli 9/1166 saylı ekspert rəylərinin tədqiqatı zamanı tədqiqata təqdim edilmiş iş materiallarının fərqli həcmdə olması, həmçinin hər iki rəy üzrə ekspertlər qarşısında qoyulmuş sualların fərqli olması iş materiallarında olan rəylərin nəticələri arasında fərqin yaranmasına səbəb olmuşdur. Beləliklə də iş materiallarından və məhkəmənin nötəbər sübut kimi qəbul etdiyi ekspert rəyindən müəyyən olunur ki, iddiaçı əsas fəaliyyəti - digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyət (kod 96060) məqsədinə uygun olaraq yoxlama dövründə ayrı-ayrı vətəndaşlarla qızıl məmulatlarının emalı məqsədilə bağlanmış xidmət müqavilələri, qızılın onlardan təhvil alınması barədə qəbul aktları, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin həmin şəxslərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, qaimə, ödəniş qəbzləri və YGB-lərdən ibarət sənədləri, təkrar idxal proseduruna aid olan sertifikat, qızılın həmin şəxslərə geri qaytarılması barədə 98 sayda akt, xaricdəki şirkət ilə iddiaçı arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları, iddiaçının ümumi mühasibatlıq sənədlərini yoxlamaya təqdim etmişdir. Həmin sənədlərdən göründüyü kimi qızıl məmulatlarının yeni dizaynda emal edilməsi məqsədilə sifarişçi ilə iddiaçı arasında eyni şərtlərlə bağlanmış 98 sayda sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi əmlakı olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə iddiaçıya xaricdən emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında iddiaçı tərəfindən xaricdəki müəssisəyə göndərilmiş, emal olunmuş qızıl məmulatlarının fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında iddiaçıya geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçivətəndaşlara geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0.50-1.10 (0 ABŞ dolları əlli sentdən bir ABŞ dolları on sentə qədər) ABŞ dolları/qram hesabı ilə müəyyən edilmişdir. Sifariş müqaviləsi və təhvil aktlarından da göründüyü kimi sifarişçilər şəxsi əmlakı kimi müxtəlif formalarda olan, ümumilikdə 1.748863,34 manat məbləğində dəyərləndirilən və ümumi çəkisi 70219.39 qram olan qızıl məmulatlarını iddiaçıya təhvil vermişlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki şirkətə göndərilməmişdən, yəni müvəqqəti ixrac olunmamışdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçirmişdir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarının emal prosesindən sonra geri qaytarılması barədə iddiaçıdan öhdəlik sənədləri alınmış, Antiinhisar və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, AR Maliyyə Nazirliyi Qiymətli Metallara və Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla müvafiq qəbul qəbzləri verilmiş, AR DGK X6 İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 7 müvəqqəti ixrac invoysuna əsasən analoji 7 sayda YGB-nin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2017-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə iddiaçıya təhvil verilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Müvəqqəti ixrac sənədlərindən də görünür ki, hesabat dövründə iddiaçı tərəfindən ümumilikdə 1.748863.34 manat dəyərində və ümumi çəkisi 70179.85 qram olan qızıl məmulatları Türkiyədəki "xxxx" Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: 1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri; 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; Qüvvədə olan gömrük qanunvericiliyinə görə ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 nömrəli “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi - həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. İddiaçının 7 sayda müvəqqəti ixrac bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qızıl məmulatları emaldan sonra hazır olduqca, təkrar idxal prosedurundan keçirilməklə ölkəyə geri qaytarılmışdır. Bu məqsədlə həmin qızıl məmulatları gömrük sahəsinə daxil olan kimi, DGK Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, DGK X6 X6 İdarəsi tərəfindən ekspertiza olunmaqla müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra hesabat dövründə 11 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla iddiaçıya təhvil verilmiş 70007.12 qram qızıl və 172.73 sirkon daşlar, ümumilikdə 70179.85 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Hesabat dövrü üzrə 11 sayda təkrar idxal invoysundan görünür ki, rəsmi gömrük ekspertizasından keçmiş, ümumilikdə 70179.85 qram qızıl məmulatlarının dəyəri 1.748863.34 manat, eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 45909.64 ABŞ dolları təşkil etmişdir. Gömrük ekspertizasından sonra tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının 45909.64 ABŞ dolları dəyəri təkrar idxal gömrük bəyannaməsinin 42-ci “invoys dəyəri” bölməsində də invoys dəyəri kimi qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissədən olan hissələrinin dəyəri isə, YGB-nin invoys dəyərinə daxil edilmişdir. Bu səbəbdən də, idxal gömrük bəyannaməsinin yuxarı sol hissısindəki 1 nömrəli “bəyannamənin tipi” bölməsində “41” kodu qeydi həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. İddiaçının 11 sayda təkrar idxal üzrə YGB-də də eyni kod qeydi mövcuddur. Hesabat dövründə iddiaçı 11 sayda təkrar idxal invoysu ilə ölkəyə təkrar idxal edilmiş, ümumi dəyəri 1.748863.34 manat olan 70179.85 qram qızıl məmulatları, müvafiq təhvil aktları ilə qızılın sahibi olan sifarişçilərə təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar ixrac üzrə YGB-lərin gömrük orqanı tərəfindən təsdiqi üçün gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqavilə şərtlərinə uyğun olaraq vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X7 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da ödənilmişdir. Hesabat dövrü üçün iddiaçının dövriyyəsi sifarişçi-vətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 180077 (yüz səksən min yetmiş yeddi) manat məbləğində olmuşdur. Vergi orqanı AR Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 saylı qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən iddiaçının fəaliyyətində istifadə olunmadığını pozuntu kimi qiymətləndirmişdir. Kollegiyanın həmin qərarına əsasən QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyası) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. İddiaçı isə, zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir. Göründüyü kimi, vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçıda tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə iddiaçıya əsassız vergi öhdəliyi müəyyən etmişdir. Bundan əlavə cavabdehin qərarı səyyar vergi yoxlaması zamanı prosessual pozuntularına yol verilməklə qəbul edilmişdir. Belə ki, yoxlama müddətiləri əsassız olaraq uzadılmışdır. Müddətin uzadılmasına əsas ola bilən ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Aktda xaricdəki şirkətə sorğu ünvanlandığı və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki şirkət ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər və emal xidmətinin ödənişini təsdiq edən sənədlər mövcuddur. Yoxlamanın ikinci qanuna zidd mərhələsi ondan ibarətdir ki, yoxlama aktında səyyar vergi yoxlamasının müddətinin xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə iki dəfə uzadılması qeyd olunsa da, yoxlamanın başladığı və qurtardığı müddət xx.xx.2018-xx.xx.2019-cu il tarixi üzrə 47 gün yoxlama müddəti, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan 42 gün uzadılma müddəti Ədliyyə Nazirliyinin reyestrinə daxil edilmiş, xx.xx.2019-cu il tarixli qərarla yoxlama müddətinin 30 günlədək uzadılması barədə qərar Ədliyyə Nazirliyinin reyestrinə daxil edilməmişdir. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 30 gün müdətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 21 gün müddətinə yoxlamanın müddətinin müvəqqəti dayandırılması qeyd edilsə də, əslində yoxlama dövründə heç bir mütəxəssis dəvət edilməmiş, ekspertiza keçirilməmişdir. Belə ki, yoxlama aktının 4-cü səhifəsində 1.9.5-ci bənddə mütəxəssis dəvət edilmədiyi, həmçinin Azərekspertiza MMC-in ekspertinin cəlb edildiyi, lakin analoji rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, yoxlama ilə bağlı Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alınsa da, ikinci icazə reyestrə daxil edilməmiş, yoxlama qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, MMC-nin hesabat dövrünə aid mühasibatlıq sənədlərini yoxlamaq üçün 90 günədək müddət əvəzinə, ümumilikdə 505 gün (415 gün artıq) vaxt sərf edilmiş və bununla da yoxlama müddəti qanunazidd qərarlarla uzadılmışdır. Yoxlama aktında səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən vergi orqanının sorğusuna cavabın xarici ölkədən alınması səbəbi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 32 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 32 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 33 gün müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək 32 gün müddətinə yoxlama müddətinin müvəqqəti dayandırılması qərara alınsa da, xarici ölkədəki partnyor təşkilata sorğunun çatdırılması və cavabının alınması təmin edilməmişdir. Beləliklə, proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********17898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8713-9/8697 nömrəli və xx.xx.2022-ci il tarixli 9/3966 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 saylı qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar