Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3995/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 101; ixtisası: hüquqşünas; iş yeri: Bakı şəhəri 28 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 25.08.1982-07.07.1984 və 04.09.1986-07.07.1989-cu il tarixlərində ali məktəbdə əyani təhsil aldığı illəri və 18.12.1984-15.01. 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət illərini əmək stajı hesab edilməsi şərtilə 52 yaşının tamam olduğu 09 iyun 2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 28.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 05.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 8 oktyabr 2020-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, mənə 52 yaşım tamam olduğu 9 iyun 2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçən dövr üçün pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsini xahiş etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiya təyin edilməsi üçün təqdim etdiyi ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq ona yazmış olduğu 29.12.2020-ci il tarixli **********8 saylı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda bildirimişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-111QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda X5 üzrə X4 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv Maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 4 sentyabr 1989-cu il tarixli H 1-1 1293698-ci il tarixli əmək kitabçanızda və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitu”nun sizə dair 09.09.2020-ci il tarixli 029-08/229 nömrəli arayışında 16.03.1990-ci il tarixindən bugünədək adıçəkilən İnstitutda böyük mühəndis, mühəndis-proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Fizika İnstitundakı iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda göstərilən dövr ərzində laboratoriya şəraitində mütəxəssis vəzifəsində işlədiyiniz müəyyən edilmiş, istehsalatda içlədiyinizi təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar AMEA-nın Fizika İnstitutu tərəfindən 13 noyabr 2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bununla da, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsaslı səbəb olmadan qanunvericiliyə uyğun güzəştli iş stajının olmadığını mübahisələndirməklə ona 52 yaşı tamam olduğu 9 iyun 2017-cı il tarixdən güzəştli şənlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Azərbaycan Respublikası DSMF tərəfindən 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq olunaraq normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində 23 noyabr 2011-ci ildə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndində qeyd olunmuşdur ki, Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şənlərlə pensiya təyin edilməsi üşün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tatixədək qazanmış olsunlar. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydalardan da göründüyü kimi Qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. O, 25.08.1982-07.07.1984-cü il tarixlərində və 04.09.1986- 07.07.1989-cu il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) əyani şöbəsinin “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə tam kursu bitirmiş və ona 06.07.1989 cu ildə ПВ № ******* saylı diplom mühəndis-mexanik ixtisasıyla verilmişdir. 18 dekabr 1984-cü il tarixdən 15 yanvar 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. O, İnstitutun göndərişi ilə 1 avqust 1989-cu il tarixdən (əmr 62/k, 01.08.89) 13 dekabr 1989-cu il tarixədək (əmr 100, 12.12.89) Bakı marqarin zavodunun soyuducu-kompressor sahəsində böyük usta və çilingər-təmirçi vəzifəsində işləmiş, 18 dekabr 1989-cu il tarixdən (əmr 680/k, 18.12.89) 15 yanvar 1990-cı il tarixədək(əmr 17/k, 15.01.90) Nizami rayon ərzaq ticarəti idarəsində soyuducu avadanlıqları mühəndisi vəzifəsində işləmiş, 20 fevral 1990-cı il tarixdən (əmr 19/k, 20.2.90) 26 fevral 1990-cı il tarixədək (əmr 24/k, 28.2.90) “Azərbaycanfilm” kinostudiyasında işıqçı vəzifəsində işləmiş, 16 mart 1990-cı ildən 1 yanvar 2007-ci ilə kimi AMEA Fizika İnstitutunda böyük mühəndis, 2-ci kateqoriyalı mühəndis, 10- cu kateqoriyalı mühəndis, 1 yanvar 2007-ci ildən 3 fevral 2020-ci ilə kimi mühəndis- proqramçı, aparıcı mühəndis vəzifəsində işləmiş və 3 fevral 2020-ci ildən isə hal- hazıra kimi baş mütəxəsis vəzifəsində işləyirəm. 16 mart 1990-cı ildən hal-hazıra kimi yüksək ixtisaslı mütəxəssis kimi Fizika İnstitutunda işlədiyim müddətdə tam iş günü ərzində laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olmuş, o cümlədən: rentgen şüaları və kobaltın radiaktiv izotopu Co57- nin qamma şüalarının bilavasitə tətbiqi ilə zərərli dəmir-57 izotopu, selen, kükürd, tellur, tallium, indium, qalay, kükürd-karbon, onların əsasında alınmış mürəkkəb birləşmələrin istilik və maqnit xassələrinin tədqiqi ilə və eyni zamanda qammaqurğularında tədqiqat, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. Həmçinin, maye azotun alınması, azot qurğusunun elementlərinin, sialit çənlərinin, tutumların natrium sulfat və natrium sulfid kimi kimyəvi xüsusi maddələrlə təmizlənməsi ilə məşğul olmuşdur. Tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısaldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuş, zərərli işlərə görə əlavə əmək haqqı almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Onun daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Ona görə də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası düşür. Bütün bunlar Fizika İnstitutunun “zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya” -nın 04.09.2020-ci il tarixli Aktı və 9.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış”ı ilə də təsdiq olunmuşdur. Onun 25.08.1982-07.07.1984-cü il və 04.09.1986- 07.07.1989-cu il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) əyani şöbəsində təhsil aldığı illəri (Azərbaycan Texniki Universitetinin 10.06.2020-ci il tarixli,022-052 saylı Arxiv arayışı və ПВ № ******* saylı Diplomu) və 18 dekabr 1984-cü il tarixdən 15 yanvar 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi illəri (Hərbi bilet ZE № 0013791) və 1.08.1989-ci il tarixdən 1 yanvar 2006-cı ilə kimi (Əmək kitabçası ИT № 1293698) müxtəlif dövlət müəssisələrində işlədiyi illəri hesablasaq ümumi iş stajı 23 il 4 ay olmuş və 16 mail 1990-cı ildən 1 yanvar 2006-cı ilə kimi (09.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış” və 4.09.2020-ci il tarixli “AKT”) xüsusilə zərərli işlərdə iş stajı 15 il 9 ay 14 gün olmuşdur. Buradan da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tələb olunan 20 ildən artıq (25.08.1982-ci ildən 1.1.2006-cı ilə kimi) ümumi iş stajını, o cümlədən 10 ildən artıq (16.03.1990-cı ildən 01.01.2006-cı ilə kimi) güzəştli şərtlərlə olan iş stajı qazanmış, başqa sözlə pensiya hüququnun yaranması üçün 3 hüquqi faktdan ikisini - ümumi və güzəştli şərtlərlə olan əmək stajını toplamışdır. 3-cü hüquqi fakt - 52 yaşı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra 09.06.2017-ci ildə tamam olmuşdur. Qaydaların 2.1.8-ci bəndini və orda göstərilmiş 4-cü misalı müfəssəl analiz etdikdə də pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu vaxta qədər yaranması, 3-cü hüquqi faktın - yaşın isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Beləliklə, onun 01.01.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajının olması ona məxsus əmək kitabçası, diplom və hərbi bilet ilə, 10 ildən artıq güzəştli iş stajının olması AMEA Fizika İnstitutu tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 029-08/229 saylı “İzahlı arayış”-ı və 04.09.2020-ci il tarixli “AKT”-ı ilə, 09 iyun 2017-ci il tarixdə 52 yaşının tamam olması şəxsiyyət vəsiqəsi ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 sentyabr 1989-cu il tarixli MT-İ 1293698-ci il tarixli əmək kitabçasında və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitutu”nun ona dair 09.09.2020-ci il tarixli 029-08/229 nömrəli arayışında 16.03.1990-ci il tarixindən bugünədək adıçəkilən İnstitutda böyük mühəndis, mühəndis-proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Fizika İnstitutundakı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda göstərilən dövr ərzində laboratoriya şəraitində mütəxəssis vəzifəsində işlədiyi müəyyən edilmiş, istehsalatda işlədiyi təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar AMEA-nın Fizika İnstitutu tərəfindən 13 noyabr 2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, iddiaçı 01.08.1989-cu il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmişdir və hal-hazırda işləyir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ПB № 010169 nömrəli Diplomuna əsasən İddiaçı 1982-ci ildən 1989-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda soyuducu və kompressor maşınları və qurğuları ixtisası üzrə təhsil almışdır. İş materiallarından görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu vaxtdan, yəni 09.06.207-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi stajının 20 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarından görünür ki, Azərbaycan Milli Elmlər X3 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 18.05.2021-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin 19.04.2021-ci il tarixli 2-1(112)-3995/2021 saylı məktubunuza cavab olaraq bildiririk ki, həqiqətən də İddiaçı 16.03.1990- 01.01.2007-ci illər ərzində AMEA Fizika İnsitutunda mühəndis vəzifəsində işləmişdir. Çalışdığı Kriogen texnologiyası şöbəsinin fərdi iş planına uyğun olaraq əmək funskiyasına daxil olan mürəkkəb kimyəvi birləşmələrin sintezi və onların monokristallarının yetişdirilməsi üçün yüksək təmizlikli (99,999%) selen, tellur, tallium kimi 1-ci sinif təhlükəli toksiki və zəhərli kimyəvi maddələrdən və kükürd, indium, qalay kimi zərəli maddələrdən istifadə etmişdir. Selenli, tellurlu, kükürdlü kimyəvi birləşmələrin sintezi üçün yuxarıda göstərilən madddələri xırdalayaraq analitik tərəzidə lazımi nisbətdə dəqiqliklə çəkmiş, çəkilmiş maddələri əvvəlcədən azot turşusu ilə təmizlənmiş və daxili səthi qrafit təbəqəsi ilə örtülmüş kvars ampulalara dolduraraq xüsusi qurğuda havası 10 3 Pa-a dək sorulmuş və ağzını əritmə üsulu ilə bağlamışdır. Sintez prosesi üçün hazırlanmış ampula 1200° C temperatura qədər qızdırıla bilən sintez sobasında yerləşdirərək sintez prosesini aparmışdır. Sonra sintez olunmuş kütlədən istifadə edərək xüsusi elektrik sobasında istiqamətlənmiş kristallaşdırma metodu ilə yarımkeçirici materialın monokristalını yetişdirmişdir. Yetişdirilmiş monokristalın toza bənzər kristal nümunələrinin bircinsliyini Rentgen qurğusu vasitəsilə yoxlamışdır. Həmin yarımkeçirici kristalların istilik və maqnit xassələrinin tədqiqatlarında iştirak etmişdir. Həmçinin, maye azotun alınması, azot qurğusunun elementlərinin, sialit çənlərinin, tutumların natrium sulfat və natrium sulfid kimi kimyəvi xüsusi maddələrlə təmizlənməsi ilə də məşğul olmuşdur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarında olan 4 sentyabr 1989-cu il tarixli 1293698-ci il tarixli əmək kitabçasında və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitutu”nun ona dair 09.09.2020-ci il tarixli 029-08/229 nömrəli arayışında iddiaçının 16.03.1990-ci il tarixindən bugünədək adıçəkilən İnstitutda böyük mühəndis, mühəndis-proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Milli Elmlər X3 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubdan, həmçinin iş materiallarında olan Azərbaycan Milli Elmlər X1 izahlı arayışından da iddiaçının mütəxəssi peşəsində işləməsi müəyyən edilsə də, onun kimya istehsalatında, həmçinin radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işləməsi təsdiq edilmir. Həmçinin mhəkəmə qeyd edir ki, məhkəmənin sorğusuna verilmiş cavab məktubundan da aydın olur ki, iddiaçının qeyd edilən xüsusi maddələrlə işi daimi xarakter daşımamış, yalnız fərdi iş planına uyğun olaraq həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr Kimya istehsalatı və radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə iş bölməsinə uyğun deyil. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajına malik olsa da, 01.01.2006-cı il tarixədək 10 ildən çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı iddiaçıya 25.08.1982-07.07.1984 və 04.09.1986-07.07.1989-cu il tarixlərində ali məktəbdə əyani təhsil aldığı illəri və 18.12.1984-15.01. 1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət illərini əmək stajı hesab edilməsi şərtilə 52 yaşının tamam olduğu 09 iyun 2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3995/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3995/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver