Məhkəmə qərarları › İş №2-1(112)-3995/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3995/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3995/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il və xx.xx.1992xx.xx.2003-cü tarixləri arasındakı dövrlər ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan dövrdən sonraya aid olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (9 il 3 ay 6 gün (xx.xx.1982- xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə cəmi 2 ay), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 6 ay 3 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində onun kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və sözügedən dövrə dair arxiv arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyinə görə həmin dövr onun ümumi iş stajına daxil edilməyib. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki. hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9333,52 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək orduda xidmət etmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azərbaycan” kolxozunda çilingər; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 13 saylı yeməkxanada yükləyicis; xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 87 saylı sexdə tökücü-doldurucu; xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək neft-kimya məhsullarının tökücüdoldurucu; xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək neft-kimya məhsullarının tökücüdoldurucu; xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də; xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də qəlibçi; xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də mühafizəçi işləmişdir. Rusiya Federasiyası Sığorta Şəhadətnaməsindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı sığorta şəhadətnaməsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də mühafizəçi peşəsində işləmişdir. Anqarsk İDYNB tərəfindən verilmiş arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixinə qədər daimi olaraq tam iş günü ərzində neft məhsullarının tökücü-doldurucu vəzifəsində 2 saylı dəmiryol rayonunda çalışıb, xammalın, yarım fabrikatların, hazır məhsulların yüklənməsi və yükləmə-boşaldılma işləri ilə məşğu olub. Hazırki iş SSRİ Nazirlər Kabinetinin 10 saylı xx.xx.1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş imtiyazlı (güzəştli) pensiya təminat hüquqi verən işlərin, peşələrin, vəzifələrin 2 saylı siyahısının 12-ci bölməsinin 2130301a- 17531 saylı bəndi ilə nəzərdə tutulub. "xxxx" ASC tərəfindən verilmiş arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixindən “Anqarsknefteorqsintez” İB-də ORS-da ictimai iaşə kontorunun 13 saylı yeməkxanasında yükləyici vəzifəsində çalışıb və xx.xx.1985-ci il tarixli əmr ilə RSFSR ƏhQM-nin 31-ci maddəsinə əsasən işdən azad edilib. "xxxx" ASC tərəfindən verilmiş arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, iddiaçı tam iş günündə Anqarsk Neft-Kimya Şirkəti ASC-də 87 saylı sexin istehsalatında-əmtəə-xammal istehsalatı-neft məhsulları üçün rezervuar parklarında 28 iyun 1985-ci il tarixindən 1 sentyabr 1986-cı il tarixinə qədər, 15 yanvar 1992-ci il tarixindən 3 noyabr 2003-cü il tarixinə qədər xammalın, yarım fabrikatların, hazır məhsulların yüklənməsi və boşaldılması ilə məşğul olan tökücü-doldurucu vəzifəsində çalışıb. Hazırki iş SSRİ Nazirlər Kabinetinin 10 saylı xx.xx.1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş imtiyazlı (güzəştli) pensiya təminatı hüququ verən işlərin, peşələrin, vəzifələrin 2 saylı siyahısının 12-ci bölməsinin 2130301a-17531 saylı bəndi ilə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-48635/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il və xx.xx.1992xx.xx.2003-cü tarixləri arasındakı dövrlər ərzində Rusiya Federasiyasında işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan dövrdən sonraya aid olduğundan həmin dövrlərin sosial sığorta stajınıza daxil edilməsi mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (9 il 3 ay 6 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə cəmi 2 ay), güzəştli iş stajınız isə 12 il 6 aydan az (6 il 6 ay 3 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı oları pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9333,52 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçanız kolxozçunun əmək kitabçası olmadığından və sözügedən dövrə dair arxiv arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyinə görə həmin dövr ümumi iş stajınıza daxil edilməyib.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-276965/2024 nömrəli sorğuya cavab məktubuna əsasən vətəndaş İddiaçı aid “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının xəzinə orqanlarındakı yığım hesablarına daxil olma məlumatları ilə bağlı sənədlər Mərkəzi Filiala təhvil verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-279337/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Nazirliyin X1 sistemində qeydə alınmış sığortaolunan İddiaçı (FİN: xxxxxxx; SSN: **********714) fərdi şəxsi hesabında cari tarixə yalnız sığortaedən, "xxxx" X3 (SUN: **********9; VÖEN: **********) barədə məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) öz əksini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-7195/2024 nömrəli sorğuya cavab məktubuna əsasən aparılmış araşdırma nəticəsində vergi ödəyiciləri tərəfindən 2018-ci ilin İV rübündən 2024cü ilin İİİ rübünədək olan dövr üzrə vergi orqanlarına təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabat məlumatlarına əsasən Dövlət Vergi Xidmətinin “X2 Sistemi”ndə İddiaçı muzdlu işçi kimi məlumatlarının mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi” vasitəsilə Dövlət Vergi Xidmətinin “X2 Sistemi”nə əmək müqaviləsi bildirişləri ilə bağlı inteqrasiya olunmuş məlumatlara əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-285097/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Nazirliyin X1 sistemində (bundan sonra – MEİS) qeydə alınmış sığortaolunan İddiaçı (FİN: xxxxxxx; SSN: **********714) fərdi şəxsi hesabında cari tarixə əks olunmuş sığortaedən, "xxxx" X3 (SUN: **********9; VÖEN: **********) barədə məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) və sığortaedənin 2007-ci il üzrə məcburi dövlət sosial sığortası üzrə borc məbləği barədə məlumatları Filial tərəfindən xx.xx.2024-cü il tarixində 3-17-1/2-279337/2024 nömrəli məktubla Məhkəməyə təqdim edilmişdir. MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 164,17 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasında nəzərdə tutulan şərtlər əsasında müəyyən edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; (2023-cü ildə kişilərdə yaşa həddi – 65 yaş olduğundan) b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə yaş şərti ilə bağlı bildirir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur ki, bu da onun yaş ilə bağlı şərtin ödənilməsini göstərir. İddiaçının yaşı ilə bağlı şərt ödənilsə də, onun ümumi və güzəştli iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 9 il 3 ay 6 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə cəmi 2 ay), güzəştli iş stajı isə 6 il 6 ay 3 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. Cavabdeh ƏPQ-nin 23.2-ci maddəsini rəhbər tutaraq iddiaçının 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajını nəzərə almış, eyni zamdan orduda xidmət illərini də sığorta stajına daxil etmişdir. İddiaçının mübahisələndirdiyi dövr iddiaçının kolxozda işlədiyi müddət və 1992-ci ildən sonra Rusiya Federasiyasında işlədiyi müddət ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, hətta iddiaçının kolxozda işlədiyi müddət onun sığorta stajına daxil edilsə belə, iddiaçının tələb olunan 25 il ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Belə ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ Bölmə ÜMUMİ MÜDDƏALAR Maddə 1. Anlayışlar

1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; ... 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; ... 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər; ...

2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi

1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; ... Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı 1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar

1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.

2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.

3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi

1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.

4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Məhkəmə tərəfindən aparılmış araşdırılmalar və oxşar iş üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən alınmış sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş” Azərbaycan Respublikasının 114-İİQ nömrəli, 3 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, lakin zəruri dövlətdaxili prosedurların qarşı tərəfdən yerinə yetirilmədiyi üçün qüvvəyə minməmişdir. 26 aprel 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” Azərbaycan Respublikasının 579-VİQ nömrəli, 8 iyul 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və bununla bağlı X4 Nazirliyinə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Həmin Müqavilənin 20-ci maddəsinə müvafiq olaraq, bu Müqavilə ratifikasiya edilməli və ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Göründüyü kimi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” dövlətdaxili prosedurlar yekunlaşmadığı üçün hazırda qüvvədə deyil. Həmçinin, “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 114-İİQ nömrəli, 3 aprel 2001-ci il tarixli Qanunu Azərbaycan Respublikasının 579-VİQ nömrəli, 8 iyul 2022-ci il tarixli Qanunu ilə ləğv edilmişdir. Beləliklə, hal-hazırda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” qüvvədə olmadığından, həmçinin müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması müəyyən olunmadığından, ən əsası isə “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 114- İİQ nömrəli, 3 aprel 2001-ci il tarixli Qanunu ləğv edildiyindən, iddiaçının xx.xx.1992-ci il tarixdən sonraki dövrdə Rusiya Federasiyasında işlədiyi müddət onun sığorta stajına aid edilə bilməz. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının nə ümumi iş stajı, nədəki güzəştli iş stajı ilə bağlı şərti ödənilməmişdir ki, bu da onun güzəştli pensiya hüququnun yaranmadığına dəlalət edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2956/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə araşdırılmanın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərməlidir. Əgər aparılmış araşdırmalar nəticəsində Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı müəyyən edilərsə, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir. Belə ki, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir: “Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi müqavilənin 20-ci maddəsini rəhbər tutmaqla müqavilənin qüvvəyə mindiyi tarixi, eləcə də iddiaçının pensiya hüququnun məhz Müqavilənin qüvvəyə mindiyi tarixdən yarandığını müəyyən edə bilər. Eyni zamanda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi isə iddia tələbinin uğurlu olması ilə nəticələnə bilər” Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan ümumi və güzəştli iş stajına malik olmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar