Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3997/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusu haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona şəhid ailəsi statusu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının mərhum əri Məlik-zadə Abbas Saleh oğlu 26 iyul 2004-cü il tarixdən 04 dekabr 2019-cu il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 31 may 2019-cu ildə iddiaçının əri N saylı hərbi hissədə kapitan hərbi rütbəsində bölük komandiri vəzifəsində xidmətdə olarkən qaravul rəisi vəzifəsini yerinə yetirən zaman “ürək səbəbli qəfləti ölüm” nəticəsində vəfat etmişdir. Cavabdehin N saylı hərbi hissə komandiri tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli, 3848 nömrəli arayışdan da görünür ki, Məlik-zadə Abbas Saleh oğlunun ölümü döyüş tapşırıqlarının icrası ilə bağlıdır. İddiaçı mərhum əri Məlik-zadə Abbas Saleh oğlunun ölümü ilə əlaqədar iddiaçıya şəhid ailəsi statusu barədə arayış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçının müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində mərhum əri kapitan Məlik-zadə Abbas Saleh oğlunun 26 iyul 2004cü il tarixdən 04 dekabr 2019-cu il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğunu, 04 dekabr 2019-cu il tarixdə N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində bölük komandiri vəzifəsində xidmətdə olarkən qaravul rəisi vəzifəsini yerinə yetirən zaman ürək səbəbi qəfləti ölüm nəticəsində vəfat etdiyini göstərərək məhkəmədən ona şəhid ailəsi statusu barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mərhum kapitan Məlik-zadə Abbas Saleh oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2004-xx.xx.2019-cu illərdə həqiqi hərbi xidmət etmiş, xx.xx.2019-cu ildə hərbi hissədə qaravul rəisi vəzifəsini yerinə yetirərkən ürək dayanmasından qəfləti ölüm nəticəsində vəfat etdiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 0978 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Azərbaycan Ordusunun zabit heyətinin siyahısından çıxardılmış hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi»nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 2442 nömrəli məktuba əlavə edilmiş Xidməti Dəftərçənin təsdiq edilmiş surətindən görünür ki, Məlik-zadə Abbas Saleh oğlu xx.xx.2019-cu il tarixdə saat 01:25 radələrində hərbi hissədə qaravul rəisi vəzifəsini yerinə yetirərkən ürək dayanmasından qəfləti ölüm nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Azərbaycan Respublikası müdafiə nazirinin 0978 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Məlik-zadə Abbas Saleh oğlu vəfat etdiyi üçün xx.xx.2019cu il tarixdən Azərbaycan Ordusunun zabit heyətinin siyahısından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissənin N saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Məlik-zadə Abbas Saleh oğlu xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində bölük komandiri vəzifəsində xidmətdə olarkən qaravul rəisi vəzifəsini yerinə yetirən zaman “ürək səbəbli qəfləti ölüm nəticəsində” vəfat etmişdir. Ölümü döyüş tapşırıqlarının icrası ilə bağlıdır. İş materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 047904 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Məlik-zadə Abbas Saleh oğlu xx.xx.2019-cu il tarixdə ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə nəticəsində Naftalan şəhərində ölmüşdür. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 927312 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məlik-zadə Abbas Saleh oğlu X3 ilə xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məlik-zadə, arvada Məlik-zadə soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmiş və müraciətə baxılması, nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunmuş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur. İş materiallarında olan ərizə və poçt xəbərnaməsindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edilərək mərhum əri Məlik-zadə Abbas Saleh oğluna şəhid statusunun verilməsi üçün müvafiq rəyin verilməsi xahiş edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın: 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Məlik-zadə Abbas Saleh oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2004-xx.xx.2019-cu illərdə həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 2442 nömrəli məktuba əlavə edilmiş Xidməti Dəftərçənin təsdiq edilmiş surətindən görünür ki, Məlik-zadə Abbas Saleh oğlu xx.xx.2019-cu il tarixdə saat 01:25 radələrində hərbi hissədə qaravul rəisi vəzifəsini yerinə yetirərkən ürək dayanmasından qəfləti ölüm nəticəsində vəfat etmişdir, ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır, Azərbaycan Respublikası müdafiə nazirinin 0978 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Məlik-zadə Abbas Saleh oğlu vəfat etdiyi üçün xx.xx.2019-cu il tarixdən Azərbaycan Ordusunun zabit heyətinin siyahısından çıxarılmışdır. Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 047904 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Məlik-zadə Abbas Saleh oğlu xx.xx.2019-cu il tarixdə ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə nəticəsində Naftalan şəhərində ölmüşdür. Göründüyü kimi, iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3997/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3997/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver