Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3997/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sumqayıt 2 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən 3-16- 5/8-Ə-69-1162/2025 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1959-cu ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X6, milliyyəti: azərbaycanlı, anası: X4, milliyyəti: azərbaycanlı qeyd edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1953-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı doğum haqqında akt qeydinə dəyişiklik edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Binəqədi rayon qeydiyyat şöbəsinə ünvanladığınız əriniz İddiaçı adına tərtib edilmiş doğum haqqırda şəhadətnamədə doğum tarixinin “xx.xx.1953”dən “xx.xx.1953”-ə düzəliş edilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik.bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənizi təmin edə bilmirik.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı doğum haqqında şəhadətnaməsində xx.xx.1953-cü il əvəzinə xx.xx.1953-cü il yazılaraq Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında yeni şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Anadan olan zaman doğum haqqında şəhadətnamədə doğum tarixi səhv olaraq xx.xx.1953-cü il yazılıb. Qeyd edilənlərlə əlaqədar Bakı şəhər Binəqədi Rayon Qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamədə xx.xx.1953-cü il əvəzinə xx.xx.1953-cü il yazılaraq yem şəhadətnamə verilməsini xahiş etsə də, onlar 3-16-5/7-13-1655/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişlər ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün müraciətini təmin edə bilmirlər. Hal-hazırda doğum haqqında şəhadətnamədə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının iddiasına etiraz edir və işin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavbdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi xx.xx.1953-cü il kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş akt qeydindən müəyyən edilir ki, iddiaçının doğumu barədə qeydlər xx.xx.1959-cu il tarixli 36 nömrəli Doğum qeydlərinin bərpa aktında öz əksini tapmışdır. Həmin aktda yaşı bərpa olunan haqqında məlumat hissəsində: İddiaçı, 1 oktyabr 1953-cü il, Bakı Biləcəri; ata-anası haqqında məlumat hissəsində: atası- X6, milliyyəti: azərbaycanlı, anası: X4, milliyyəti: azərbaycanlı qeyd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla göndərilmiş iddiaçının AZE seriyalı 02749836 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının kserosurətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.1953-cü il kimi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin X5 Filialının məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla İddiaçı (Sumqayıt, №123081) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, 123081 nömrəli Pensiyaçının uçot vərəqində iddiaçının təvəllüdü xx.xx.1953-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. X9 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyriməhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X1rşı). Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur və onun şəxsiyyət vəsiqəsində də doğum tarixi “xx.xx.1953” olaraq qeyd edilmişdir. İddiaçının doğum akt qeydinin bərpa olunması barədə qeyddə isə onun doğum tarixi “xx.xx.1953-cü il” kimi göstərilmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus əksər sənədlərdə (şəxsiyyət vəsiqəsi, pensiya uçot kartoçkası, fərdi uçot kartoçkası və s.) iddiaçının doğum tarixi “xx.xx.1953-cü il” olaraq göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində (Doğum qeydlərinin bərpa aktında) dəyişiklik edilərək doğum tarixinin “xx.xx.1953-cü il”dən “xx.xx.1953-cü il”ə düzəldilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində (doğum qeydlərinin bərpa aktında) dəyişiklik edilərək, doğum tarixinin “xx.xx.1953-cü il”dən “xx.xx.1953-cü il”ə düzəldilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-3997/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3997/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver