Məhkəmə qərarları › İş №2-1(112)-40/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-40/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-40/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X7 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 85 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyində 20.10.1982-ci ildən 29.10.1986-cı il tarixədək işləymişdir. Bakı şəhəri, Cavanşir küçəsi ev 4, mənzil 85 №li otağı order əsasında ona verilmişdir. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara zəbt olunmuş mənzillər boşaldıqdan sonra verilməsi qərara alınmışdır. Sonradan 07.01.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Orada məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra, o, mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 6 yataqxana binasının 85 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6 ailəsi ilə birgə məskunlaşmışlar, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra İddiaçı "xxxx" zavodunun 15.04.2004-cü il tarixli 38 saylı müvəqqəti yaaşamaq üçün verilmiş yataqxana orderi ilə 85 saylı otağın onun istifadəsinə verilməsinə istinad edərək, həmin otağı tutmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək, məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 6 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailələlərinin məskunlaşdığı boş olmayan 85 saylı otaqlara dair İddiaçı verilmiş 15.04.2004cü il tarixli 38 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Üfiiq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-773/2019 saylı 01 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasına dair iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh X5 qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2(011)- 5769/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(103)- 1159/2020 nömrəli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2(011)-5769/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli 2(102)-2636/2020 nömrəli qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(103)-1159/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1188/2020 saylı 07.09.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və iş üzə icraat sonuncu dəfə 02.03.2021-ci il tarixə təxirə salınmışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-77/2021 saylı 02.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 2-1(112)-77/2021 saylı iş üzrə icraatın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6076/2020 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5151/2021 №li 08.06.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli 2(011)-705/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-40/2022 saylı 10.01.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X9 və X10 iddianı qəbul etməyərək, ayrı-ayrılıqda etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan; Bakı “Asan xidmət 2” tərəfindən 05.04.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı "xxxx" İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə növbəti İclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 5 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 14 aprel 2004-cü il tarixli, 32 saylı protokolu əsasında Birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində, 18 kv. metr sahəsi olan 1 otaqlı, 85 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi, göstərilən ünvanda 85 nömrəli otaq boşaldığı təqdirdə mənzilin qeyd-şərtsiz İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı verilmiş 15.04.2004-cü il tarixli, 38 nömrəli orderin surətindən görünür ki, qeyd olunan order Bakı "xxxx" İB-nin Müdiriyyətinin və HİK 14.04.2004-cü il tarixli, 32 saylı birgə qərarına əsasən ünvan 5 ünvanında yerləşən yataqxananın 1-ci giriş 5-ci mərtəbəsində yaşayış sahəsi 18 kv. metr olan 85 saylı otağa dair verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə 07.01.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25.12.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 07.06.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin 12.06.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, Departament tərəfindən "Üfüq" İB "xxxx" zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə 11.02.2019-cu il tarixli, 48 saylı müraciətinə cavab olaraq, "Üfüq" İB "xxxx" zavodu MMC tərəfindən verilmiş 04.03.2019-cu il tarixli, 02/47 məktubda ünvan 6 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, iddia mümkündür. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. İddiaçı sonuncunun iş yeri olan Bakı "xxxx" zavodu tərəfindən mübahisəli yaşayış sahəsinə dair orderin həmin zavodun əməkdaşı kimi yataqxanadan istifadə ilə bağlı verilmiş order hesab olunduğunu, "Üfüq" İB-yi tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyi, qanunverciliyin yuxarıda qeyd olunan (Mənzil Məcəlləsinin 108ci maddəsi) tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar