Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-400/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının nümayəndəsi və vəkili Məmmədov İlkin Rövşən oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil),cavabdehin nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirаkı ilə, iddiаçı Əhmədov İdrak Nazim oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Əhmədov İdrak Nazim oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı daxili işlər orqanlarından xaric edilmişdir. Sözügedən əmrin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı DİO əməkdaşlarının etik davranış kodeksinin 7-ci maddəsini, İntizam nizamnaməsinin 3.2-ci bəndini və DİN-nin Tibb İdarəsinin xx.xx.2016-cı il tarixli, Q15-001-16 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasnamənin tələblərini pozaraq vətəndaş Sevinc Qəribovanın əməliyyatını tələb olunan qaydada aparmamışdır. Bu hal cərrahi əməliyyatdan sonra onun ölümü ilə nəticələnmişdir. Bu hərəkəti ilə iddiaçının polisin nüfuzuna və DİO əməkdaşlarına xələl gətirdiyi göstərilərək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən iddiaçı xidmətdən xaric edilmişdir. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız daxili işlər orqanlarında xidmət keçmə haqqında Əssanamənin 135-ci maddəsinin 9-cu bəndinə istinad olunmuşdur. Halbuki Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində qeyd edilmişdir ki, daxili işlər orqanının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin belə bir hal mövcud deyildir və baş verməmişdir. Əsasnamənin tələblərinə zidd olaraq onunla bağlı mübahisəli əmrdə iddiaçının xidmətdən xaric edilməyinin zəruriliyi əsaslandırılmamış, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətin nədən ibarət olması və onun kimlərin adına ləkə gətirməsinin hər hansı formasını sübuta yetirən hallar göstərilməmişdir. Eyni zamanda DİO əməkdaşlarının etik davranış kodeksinin 7-ci maddəsini, “İntizam nizamnaməsinin” 3.2-ci bəndini və DİN-nin Tibb İdarəsinin xx.xx.2016-cı il tarixli, Q15-001-16 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasanamənin tələblərini pozaraq iddiaçının vətəndaş Sevinc Qəribovanın cərrahi əməliyyatını tələb olunan qaydada aparmamağı ümumiyyətlə həqiqətə uyğun deyildir və heç bir sübutla təsdiqlənmir. İddiaçının icra etdiyi cərrahi əməliyyatla Sevinc Qəribovanın əməliyyatdan təxminən 10 saat sonra baş verən ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. Bunu təsdiq edən heç bir sübut (tibbi sənədlər, həkim-ekspert rəyi və s.) mövcud deyildir. Belə ki, Sevinc Qəribova burun çəpərinin əyriliyi və xarici burun deformasiyası diaqnozu ilə LOR şöbəsinə daxil olmuşdur. Sağlamlığının təsdiq edilməsi üçün və cərrahiyə üçün zəruri bütün analiz və müayinələrdən keçdikdən sonra, əməliyyat etmək üçün əks göstəriş aşkar edilməmişdir. Xəstənin ölümünün səbəblərini özündə əks etdirən tibbi sənədlərdən və həkim qənaətlərindən görünür ki, ölümün baş vermə səbəbi ağciyər arteriyasının tromboemboliyası-qəfləti ürək dayanması faktıdır ki, bunun da iddiaçı tərəfindən icra edilmiş cərrahi əməliyyatla heç bir əlaqəsi yoxdur. Bunu təsdiq edən bütün sənədlər DİN-nin hospitalında saxlanılır. Habelə, mövcud tibbi sənədlərdən görünür ki, Sevinc Qəribovanın ölümü əməliyyatdan dərhal sonra deyil, düz 10 saat sonra palataya köçürüldükdən sonra baş vermişdir. Halbuki, otorinolorinqologiyada burun əməliyyatlarından sonra ölüm hadisələri adətən, əməliyyat vaxtı və əməliyatdan dərhal sonra baş verir ki, buna da səbəb profuz qanaxma, posttravmatik onurğa-beyin mayesinin axması, ödəm, yuxarı tənəffüs yollarının abstruksiyası və asfiksiya ola bilər. Digər sonrakı ağırlaşmalar nəticəsində baş vermiş ölüm hadisəsi bunların sırasına daxil deyildir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı işindən ayrılmış, həqiqətə uyğun olmayan məlumatlara söykənən qanunsuz əmr cəmiyyət, kollektiv və iddiaçını tanıyan digər şəxslər arasında onun barəsində mənfi rəy yaratmış, iddiaçını şərəf və ləyaqətini ləkələmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərmişdir ki, burun nahiyyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin sabiq tibb bacısı Sevinc Qəribovanın müayinəsini tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlanmaması ilə cərrahiyə əməliyyatından sonra ölümü ilə nəticələnməsinə səbəb olduğuna, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən xidmətdən xaric edilmişdir.Odur ki, DİN-in xx.xx.2019-cu il tarixli, Ə727- 001-19 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair daxili işlər orqanlarının sabiq əməkdaşı İddiaçı iddiası əsassızdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiаçının nümayəndəsi və vəkili Məmmədov İlkin Rövşən oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının və cavabdehin vəkil və nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. Məhkəmə iş materiallarında olan: 003866 nömrəli diploma əsasən iddiaçı xx.xx.2006-cı ildə Azərbaycan Tibb Universitetini həkim ixtisası üzrə bitirmişdir. X3 və Elm Nazirliyinin verdiyi 154466 nömrəli diploma əsasən iddiaçıya Moskva X1 dissertasiya şurasının qərarı ilə xx.xx.2011-ci ildə iddiaçıya tibb elməri namizədi elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi 0601 nömrəli, xx.xx.2012-ci il tarixli “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”yə əsasən iddiaçı “Otorinolorinqologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə qədər M.F.Vladimirski adına Moskva vilayət elmi-tədqiqat kliniki institutunda “Otolorinqologiya” ixtisası üzrə klinik ordinaturada, xx.xx.2008-ci ildən xx.xx.2000-cu ilə qədər həmin institutda aspiranturada olmuşdur, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilə qədər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında cərahiyyə bölməsində otorinolorinqoloq işləmiş, xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilə qədər Daxili İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2019-cu il tarixli, 0xx/xx-6894-1219 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Otolorinqologiya şöbəsinin baş ordinator-otolorinqoloqu vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkəgətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Qəribova Sevinc Qara qızının ölməsi faktında cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin x xxxxxxxx 2019-cu il tarixli, Ə727-001-19 nömrəli əmrindən çıxarışa əsasən hospitalın terapiya şöbəsinin tibb bacısı Sevinc Qəribova otolorinqologiya şöbəsinin baş ordinator-otolorinqoloqu İddiaçı müraciət edərək burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı əməliyyat olmaq istədiyini bildirmiş, sonuncu xx.xx.2019-cu il tarixdə S.Qəribovanın üzərində rinoseptoplastika əməliyyatı keçirməyə razılıq vermiş, lakin əməliyyatdan əvvəl keçirilmiş tibbi müayinələr zamanı onun tromboz xəstəliyindən əziyyət çəkdiyini aşkarlanmamışdır. xx.xx.2019-cu ildə saat 14.00 radələrində tibb xidməti baş leytenantı İddiaçı tərəfindən əməliyyat olunmuş Sevinc Qəribova narkozdan ayıldıqdan sonra palataya köçürülmüş, saat 22.30 radələrində vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilmişdir.Lakin görülmüş reanimativ tədbirlərə baxmayaraq saat 23.30-da ağciyərin arterial tromboemboliyası səbəbindən ölümü qeydə alınmışdır. Burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin sabiq tibb bacısı Sevinc Qəribovanın müayinəsinin tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlanmamasının cərrahiyyə əməliyyatından sonra xəstənin ölümünə səbəb olduğuna, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən xidmətdən xaric edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdehin təqdim etdiyi Əhmədov İdrak Nazim oğlunun arxiv şəxsi işindən xidmətkeçmə siyahısının surətinə əsasən iddiaçı tibb xidməti baş leytenantıdır, xx.xx.1983-cü ildə doğulmuşdur, azərbaycanlıdır, Azərbaycan Tibb Universitetində, Moskva vilayəti X4 İnstitutunda təhsil almışdır, tibb elmləri fəlsəfə doktorudur, hərbi xidmətdə olmamışdır, xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilə qədər Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında otolorinqologiya şöbəsində baş ordinator-otolorinqoloq işləmişdir, işlədiyi dövrdə mükafatları olmamış, 1 intizam tənbehinin olması göstərilmişdir, intizam tənbehi burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin sabiq tibb bacısı Sevinc Qəribovanın müayinəsini tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlanmaması cərrahiyə əməliyyatından sonra xəstənin ölümü ilə nəticələndiyinə, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə iddiaçının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən iddiaçının xidmətdən xaric edilməsindən ibarət olmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Əhmədov İdrak Nazim oğlu Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının otolorinqologiya şöbəsində baş ordinator-otolorinqoloq işləmişdir, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli əmrilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən ("daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə") daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.Hazırda iddiaçı xidmətdən xaric edilməsini qanunsuz hesab edilərək, daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinin ləğv olunmasını, əvvəlki vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzəinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: "Polis haqqında" Qanunun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır, şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir, polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur, polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərəəməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx xxxxx 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"nə görə hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin 2-ci maddəsində isə göstərilir ki, hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 8-ci maddəsinə əsasən xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Həmin Kodeksin 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Qeyd olunan normalardan göründüyü kimi polis orqanının əməkdaşı vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməli, xidməti borcun yerinə yetirilməsi zamanı başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri möhkəm qorumalı, intizamlığı xidmətin əsas meyarlarından biri kimi qəbul etməli, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən, davranış Kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfındən müəyyən edilir. Qeyd olunan normanın mahiyyətindən aydın görünür ki, davranış kodeksində təsbit olunmuş yuxarıda qeyd olunan prinsip və qaydaların polis əməkdaşı tərəfindən yerinə yetirilməməsi - xidməti və icra intizamının pozulması və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir. İddiaçı da daxili işlər orqanının əməkdaşı olmaqla polis baş tibb leytenantı olmuşdur və yuxarıda qeyd edilən normaların tələbləri də ona aiddir. Belə olan halda iddiaçı əməliyyat etdiyi xəstənin əməliyyatdan əvvəlki yoxlamalarını tam aparmamış, yəni trombozdan əziyyət çəkməsini aşkarlamamışdır, bu da cərrahiyə əməliyyatından sonra xəstənin ölümü ilə nəticələnmişdir ki, cavabdeh bunu daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər kimi qiymətləndirmişdir və bu səbəbdən iddiaçıya məhz “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Əhmədov İdrak Nazim oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı Əhmədov İdrak Nazim oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-400/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-400/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver