Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4000/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “quşçuluq fermasının qazla təmin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda iddiaçıya məxsus quşçuluq fermasının qazlaşdırılmasını Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddianın geri götürülmüş hesab edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək 2-1(81)-4000/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadın ləğv edilməsi, iş üzrə icaatın davam etdirilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-709/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra xx xxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda iddiaçıya məxsus quşçuluq fermasının qaz şəbəkəsinə birləşdirilib qazla təchiz etmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbinin mümkünlük şərtlərinə cavab verib-vermədiyini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən mövcud tələblə bağlı xx xxxxx 2019-cu il tarixdə cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin tələbi baxımından mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmiş, o cümlədən cavabdeh tərəfindən cavabdehə müraciətin əksini təsdiq edən müvafiq sübutlar və ya mülahizələr məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddianın mümkünlük şərtlərinə cavab verməsi qənaətində olmaqla sonrakı prosessual hərəkətləri davam etdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə C.Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Heydər Əliyev adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, həmin məktəbi X1 Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişr və mayor rütbəsinə, taborun qərargah rəisi vəzifəsinə kimi yüksəlmişdir. Ümumi olaraq 18 il həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətinin 8 ilini yağı düşmənlə təmasda olan şəraitdə Qazax rayon ərazisində yerləşən döyüş bölgələrində xidmət etmişdir. Xidmət müddətində 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi Yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik medalı ilə və 2011-ci ildə 3-cii dərəcəli Qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Hal hazırda 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan mayordur. Qeyd edir ki, tərxis olduqdan sonra Xəzər rayon, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi quşçuluq ferması tikdirmişdir ki, həmin sahədə özü və ailəsini dolandırsın, lakin bir müddətdən sonra həmin fermada qazlaşdırılma olmadığı üçün işlədə bilməmiş və o istiqamətdə fəliyyətini dayandırmışdır. Bu barədə məcbur qalıb Cavabdehnə xx.xx.2019-cu ildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında'’ Azərbaycan Respublikasının Qanunun 7-ci və 10cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmiş, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qeyd edir ki, xx.xx.2019-cu il tarixli iddia ərizəsini Xətai rayon Məhkəməsinin 2(011)-5875/2019 saylı qərardadı ilə icraata başlanılmış, lakin xx.xx.2019-cu il tarixdə məhkəmə Qərardad çıxararaq işin aidiyyatı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə göndərmişdir, 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(82)-1022/2019 saylı Qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu üçün iş üzrə icaata xitam verilmişdir. Qeyd edir ki, Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda onlara çox yaxın ərazilərdə ötən il qazlaşdırılma işləri aparılıb, iddiaçıya məxsus fermadan təqribən 300 metr məsafədən qaz xətt keçir. Qaztəhcizatının olmamasından çox əziyyət çəkir, bu barədə dəfələrlə “Cavabdeh" İstehsalat Birliyinə müraciət etmiş, lakin müraciətinə cavab verməmişlər. Cavabdeh bu kimi biganə fəliyyəti tam əsassızdır. Beləliklə qeyd edir ki, Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən “Cavabdeh" İstehsalat Birliyi tərəfindən Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qazlaşdırılma aparılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək qeyri- yaşayış sahəsinin qazlaşdırması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, “Cavabdeh" İstehsalat Birliyi hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respulikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2. bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, Sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı "Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında" Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Cavabdeh" İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd etmək lazımdır ki, dəymiş zərər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli 258 nömrəli Fərmanına (258 nömrəli Fərman) əsasən, Nizamnaməsi üzrə təsbit edilmiş səlahiyyətlərindən irəli gələrək, SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na əsasən müəyyən edilmişdir. Belə ki, Nizamnaməsinin 2.4-cü bəndində "yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter dasıvan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Fərmanının 4- cü bəndi ilə dövlət başçısı tərəfindənAzərbavcan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarım əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyqun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar- faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında" xx xxxx 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı tərəfindən məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə ərizə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən iddiaçıya məxsus quşçuluq fermasının qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsini qazla təchiz etmək obyektdə qaz sayğacının quraşdırılması vasitəsilə həyata keçirilir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6810/2019 saylı anoloji qərarına istinad edərək iddiasının təmin edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacının istehlakçının vəsaiti hesabına təchiz edilib, quraşdırılıb və dəyişdirildiyini göstərmişdir. İddiaçı həmçinin qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə istinad edərək Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməli, paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməli olduğunu tələb edir. İddiaçının mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-6810/2019 saylı qərarında araşdırılan hallar ilə hazırkı iddia tələbi üzrə araşdırılar hallar fərqli hüquqi status daşıdığından iddiaçının sözügedən qərara istinad etməsi əsassızdır. Belə ki, sözügedən qərar üzrə məhkəmə fiziki şəxs olan istehlakçının sifarişi ilə qaz paylayıcısı yaşayış sahələrini qaz şəbəkəsində birləşdirib qazla təchiz etməsi və qaz sayğacının quraşdırılmalı olduğu, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına quraşdırılmalı olduğu mövqeyində olmuşdur. Lakin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsin tələbinə müvafiq olaraq hazırkı halda iddiaçı Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı quraşdırılmalı olduğundan quşçuluq fermasının qaz şəbəkəsinə birləşdirib qazla təchiz edilməsi iddiaçının vəsaiti hesabına aparılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasənməişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 1-ci maddəsində Qanunda işlədilən əsas anlayışların ifadə etdikləri mənalar göstərilmişdir. Qanuna əsasən məişət qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğularıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qanununvericiliyin tələblərindən də göründüyü kimi məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Belə olan halda iddiaçının Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən iddiaçıya məxsus quşçuluq fermasının qaz şəbəkəsinə birləşdirilib qazla təchiz etmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə tələbi qanunvericiliyin tələblərinə ziddir və təmin edilə bilməz. Beləliklə, iddiaçının iddia tələblərinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4000/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4000/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver