Məhkəmə qərarları › İş №2-1(112)-4005/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4005/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4005/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Xaçmaz rayonu, Çarxı ərazi dairəsi, Çarxı kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən onun, İddiaçı ünvan 2 ünvana qeydiyyata alınmasından imtina edilmişdir. Aşağıda sadalanan dəlillərə əsasən cavabdehin imtinası əsassız hesab edilib, onun həmin ünvana qeydiyyata alması vəzifəsi cavabdehin üzərinə vəzifə qoyulmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən o, X2 ünvan 2 ünvana yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Adı çəkilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2135/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlamışdır. Həminm qətnamə də Ali Məhkəmənin 2(102)- 4822/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra edilərək o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş və hal-hazırda həmin ünvanda yaşayır. Lakin qeydiyyatı ünvan 4əkilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsində olan 2(003)- 4350/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, o, İlyasova X1 Beyrək Əlif oğlu ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş və sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək, cehiz əşyalarını da həmin evə gətirib orada sonuncu ilə birlikdə ər-arvad kimi yaşayaraq, ümumi təsərrüfat idarə etmişdir. Göründüyü kimi onun qeydiyyata alınmasını tələb etdiyi ünvan 2 ünvanda yaşaması mübahisəsiz qəbul edilən dəlil olmaqla, yenidən sübuta ehtiyacı yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ona ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmək üçün əsas verdiyindən, həmin ünvana qeydiyyata alınması üçün əsasdır. Yuxarıda qeyd olunan faktiki dəlillər və qanunun tələbləri baxımından o, tələb olunan ünvan üzrə qeydiyyata alınmalıdır. Məhz bu baxımdan cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, yaşadığı ünvan üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq bundan imtina etmiş və bununla bağlı ünvanına xx.xx.2020-ci il tarixli, 16691-3220 saylı məktub göndərmişdir. Həmin imtina məktubu ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Ona görə də qanunla müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4350/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2135/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4350/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4822 saylı, 27 oktyabr 2015-ci il tarixli qərarından görünür ki, cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2135/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində sorğular bölməsində şəxsiyyət vəsiqəsi məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı hazırda Xaçmaz rayonu, Çarxı ərazi dairəsi, Çarxı kəndində qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 055-16691-3220 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd olunan ünvan 1 ünvanında yerləşən evin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsində göstərilən müvafiq sənədləri olmadığı üçün onun sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyildir. Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Halbuki, iş materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçı ünvan 1 ünvanına köçürülməklə, həmin ünvana istifadə hüququ tanınmışdır. İddiaçı hazırda Xaçmaz rayonu, Çarxı ərazi dairəsi, Çarxı kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi ilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən savayı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi təqdim etməsi tələb olunur. Hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi onun evə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu, həmçinin uzun müddətdir ki, həmin evdə yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, iddiaçının ünvan 1 ünvanınapasport qeydiyyatına alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar