Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4006/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı vəkili X2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 22.04.2018-ci il il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, əri 18.03.1958-ci il təvəllüdlü X4 ilə 13.05.1984-cü il tarixində rəsmi nikaha girərək ailə həyatı qurub. Halhazırda 58 yaşı var. Bunu ərizəsinə əlavə edərək təqdi etdiyi nikah haqqında şəhadətnamənin, həmçinin ona aid olan şəxsiyyət vəsiqəmin surətləri ilə təsdiq edir. Əri ilə rəsmi nikahından 5 (beş) övladı olmuşdur. X11-26.04.1985-ci il təvəllüdlü; X8-10.02.1987-ci il təvəllüdlü; X9-23.10.1988-ci il təvəllüdlü; X10-01.01.1990-cı il təvəllüdlü; X6-28.04.1999-cu il təvəllüdlü. Bunu hazırkı ərizəmə əlavə edərək təqdim etdiyi övladlarının şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri ilə təsdiq edir. Bildirmək istəyir ki, o, İddiaçı 30.09.1980-ci il tarixindən etibarən (28 il 06 aydan çox) indiyə qədər əmək fəaliyyəti ilə məşğul olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi ondan tələb olunan sığorta stajı və pensiya kapitalı kifayət etdiyindən 5 uşaq anası kimi yaşa görə əmək pensiyaya çıxmaq hüququ 23.04.2018-ci il tarixdən, yəni 55 yaşı tamam olan gündən yaranmışdır. Belə ki, 30.09.1980-ci ildə 1 saylı tikiş fabrikində mebel sexinə şagird qəbul edilib; 16.12.1980-ci il tarixdə 1-ci dərəcəli mebelçi təyin edilib; 06.05.1981-ci il tarixdə Azərbaycan SSR-nin Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən işdən azad olub; 20.07.1981-ci il tarixdə “Ozon” zavoduna qeyri-standart maşınqayırma sahəsinə montajçı köməkçisi qəbul edilib; 16.12.1981-ci il tarixdə 2-ci dərəcəli montajçı təyin edilib; 21.06.1984-cü il tarixdə Azərbaycan SSR-nin Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən işdən azad olub; 15.09.2008-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 358-saylı əmək müqaviləsinə əsasən 10 saylı məktəbli bazarının tabeçiliyindəki 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; 01.06.2009-cu il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) işdən azad olunub; 15.09.2009-cu il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 342-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; 31.05.2010-cu il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; 15.09.2010-cu il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 341-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; 31.05.2011-ci il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; 15.09.2011-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 331-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib. 31.05.2012-ci il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; 15.09.2012-ci il tarixdə “Məktəbli və tələbə iaşə” ATSC-nin nəzdində 326-saylı əmək müqaviləsinə əsasən 223 saylı məktəbə 3-cü dərəcəli bufetçi vəzifəsinə qəbul edilib; 31.05.2013-cü il tarixdə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”b” bəndinə əsasən (müddətin qurtarması) azad olunub; 01.10.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən 3 nömrəlin k/st-na xadimə vəzifəsinə qəbul edilib; 28.12.2013-cü il tarixdə 19 nömrəli k/st-na 1,0 vahid xadimə vəzifəsinə keçirilib; ARSN-nin 01.09.2008-ci il tarixli 119 nömrəli əmrində dəyişikliklər edilməsini əsas tutaraq sanitar qadın vəzifəsinə keçirilib və hazıradək Bakı şəhər Təcili və X5 Stansiyasında çalışır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt əksini tapmışdır. Belə ki, həmin qanunun 8.1-ci madəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunda çoxuşaqlı qadınlar beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar kimi müəyyən olunub. Bildirilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaqdan ötrü müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır". Bildirmək istəyir ki, 23.08.2021-ci il tarixdə hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə rəsmi şəkildə müraciət edib. Cavabdeh isə öz növbəsində 13.09.2021-ci il tarixli, **********1 saylı cavab məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Cavabdehin mövqeyi ilə razı olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qanunvericiliyə müvafiq olaraq, 5 övladı olan qadınlar onlar üçün müəyyən olunmuş normal yaş həddindən 5 il erkən pensiya üçün müraciət etmək hüququ var. Pensiya yaşının 22.04.2023-cü il tarixə kimi 60 yaş olduğunu nəzərə alsaq, deməli həmin tarixə kimi bu sayda övladı olan qadınların 55 yaşı tamam olduğu dövrdən pensiya üçün müraciət edə bilər. Onun isə hazırda 58 yaşı var, buradan belə nəticəyə gəlmək olar ki, 23.04.2018-ci ildən, 55 yaşı tamam olduğu tarixdən etibarən çoxuşaqlı ana kimi pensiya hüququ yaranmışdır. Ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən də göründüyü kimi, onun 28 il 6 aydan artıq ümumi iş stajı vardır. Hesab edir ki, hazırkı iddia ərizəsi üzrə cavabdehin ona 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbi baxımından mümkün hesab etməməsi tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi ondan tələb olunan sığorta stajı və pensiya kapitalı kifayət etdiyindən 5 uşaq anası kimi yaşa görə əmək pensiyaya çıxmaq hüququ 23.04.2018-ci il tarixdən yəni 55 yaşım tamam olan gündən yaranmışdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 13.09.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 10.04.1981-ci il tarixində tərtib olunmuş ИТ-İ №0669408 saylı əmək kitabçasının surətinə və X1 Sisteminin Pensiya altsisteminə əsasən onun ümumi sığorta stajı 13 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 01.01.2006-cı il tarixinədək sığorta stajına (3 il 6 ay 7 gün) uyğun 2674,86 manat, 01.02.2009-cu il tarixindən 12492,88 manat olmaqla, ümumilikdə 15167,74 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun yazaılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 23.08.2021-ci il tarixdə 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.09.2021-ci il tarixli **********1 nömrəli məktubla ərizəçinin müraciətinə imtina verilmiş və imtina cavabı onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi sosial sığorta stajı 13 il 8 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir: Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli düzəliş ilə “və azı 10 il sığorta stajı olan” sözləri yeni redaksiyada qanundan çıxarılmışdır və həmin maddədə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı ümumi sosial sığorta stajı 13 il 8 ay olmaqla qanunvericilikdə nəzərdə tutulan 25 il sosial sığorta stajı tələbinə cavab vermir. Belə olan halda İddiaçı 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.
12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
13. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İddiaçı xx.xx.1963-cü ildə anadan olub.
21. 13.02.2000-ci il təvəllüdlü X6, 05.02.1990-cı il təvəllüdlü X10, 14.12.1988-ci il təvəllüdlü X9 və 10.02.1987-ci il təvəllüdlü X8, 09.07.1985-ci il təvəllüdlü X7 nın doğum haqqında şəhadətnamələrindən görünür ki, anaları İddiaçıdır.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
23. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, 58 yaşı var, əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı 03 il 06 ay, 09 gün (30.09.1980-06.05.1981; 20.07.1981-21.06.1984-ci illərdə əmək fəaliyyətində olduğu dövr) təşkil edir, eləcə də beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə edib. 01.01.2006-cı il tarixindən sonrakı dövr üzrə iddiaçıya hesablanmış sığorta kapitalı 12492,88 manat təşkil edir (qeyd edilən hal əmək kitabçasındakı məlumatlara uyğun olaraq cavabdeh tərəfindən təsdiq edilmişdir). Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 22-1.4-cü maddəsi həmin maddənin 22-1.2.1.-ci maddəsinin tətbiqini istisna edən halları müəyyən edir və həmin maddə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara tətbiqini, yəni yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnu istisna etmir. Əksinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8.1-ci maddəsinin həmin Qanunun 7-ci maddəsinə 7-ci maddəsinə uyğun şərtlər daxilində tətbiq edilməli olduğu müəyyən edilir və 22-1.2.1-ci maddə məhz Qanunun 7-ci maddəsinə aiddir. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır.
24. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
27. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
28. Lakin məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 22.04.2018-ci il tarixdən deyil, 22.04.2019-cu il tarixdən yaranmışdır.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2017– 30 iyun 2018-ci il arası dövrdə qadınlar üçün pensiya yaşı 60 yaş 06 ay; 1 iyul 2018 – 30 iyun 2019-cu il arası dövrdə qadınlar üçün pensiya yaşı 61 yaşdır.
30. 1 iyul 2017– 30 iyun 2018-ci il arası dövrdə qadınlar üçün nəzərdə tutulan 60 yaş 06 ay pensiya yaşı 5 il azaldıldığı təqdirdə tələb olunan yaş həddi 55 yaş 06 ay olaraq hesablanmalıdır ki, həmin tarixə iddiaçıya münasibətdə qeyd edilən şərt ödənmir. Belə ki, 22.04.2018-ci il tarixə iddiaçının 55 yaşı tamam olmuşdur.
31. 1 iyul 2018 – 30 iyun 2019-cu il arası dövrdə qadınlar üçün pensiya yaşı 61 olduğundan pensiya yaşı 5 il azaldıldığı təqdirdə iddiaçıya münasibətdə qeyd edilən şərt ödənmiş olur. Belə ki, 22.04.2019-cu il tarixə iddiaçının 56 yaşı tamam olmuşdur.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı 22.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva