Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4007/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X1 və X4) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” (üçüncü şəxslər: X1 və X4) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli 7 №-li protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi ev 14, giriş 2, mərtəbə 3, 2 otaqdan ibarət 35,60 kv.m. yaşayış sahəsi olan 32 №-li mənzil xx.xx.1989-cu ildə mənzil uçotuna götürülmüş İddiaçı 3 nəfərdən ibarət ailə tərkibinə (İddiaçı - özü, X1 - arvadı, X2 - qızı) verilmiş, İddiaçı mənzil uçotundan çıxarılmış və ayrılan mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” xx.xx.2014-cü il tarixli 01 nömrəli sərəncamından görünür ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 19, 22 noyabr və 23 dekabr 2013-cü il tarixli, ARDNŞ/13-1000/xx-xx-000001, ARDNŞ/13-1000/xx-xx-000002 və ARDNŞ/13-1000/xx-xx- 000005 saylı məktubları ilə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr.№ 7, 12, 15) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı, ... və qeyrilərinin mənzil ilə təmin edildikləri, ... bildirilməklə, qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 19, 22 noyabr, 23 dekabr 2013-cü il tarixli, ARDNŞ/13-1000/xx-xx-000001, ARDNŞ/13-1000/xx-xx-000002 və ARDNŞ/13-1000/xx-xx- 000005 saylı məktublarını və Səbail Rayon İcra Hakimiyyəti başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının rəyini (pr. № 1) nəzərə alaraq:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının “aşağıda adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil növbəsində çıxarıldıqları barədə (pr.№ 7, 12,15)” protokol qərarlarından çıxarışlar təsdiq edilsin. ...
7. İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və qızı) Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14 saylı evin, giriş 2, mərtəbə 3, 2 otaqdan ibarət, yaşayış sahəsi 35,60 kv.m. olan, 32 saylı mənzili ayrılsın və mənzil növbəsindən çıxarılsınlar. - İddiaçı - 1958-ci il təvəllüdlü - özü - X1 - 1962-ci il təvəllüdlü - həyat yoldaşı - X2 - 1989-cu il təvəllüdlü - qızı
13. Sərəncamın surəti Səbail Rayon İHB Aparatının Hüquq şöbəsinə, ARDNŞ-nə, Binəqədi, Qaradağ, Pirallahı, Xəzər rayon Polis idarələrinə, vətəndaşlar İddiaçı ... göndərilsin.” ünvan 2ahəsi ilə İddiaçı arasında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14 saylı evin, giriş 2, mərtəbə 3, 2 otaqdan ibarət, yaşayış sahəsi 35,60 kv.m. olan, 32 saylı mənzilin müddətsiz istifadəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli 126 nömrəli sosial kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2ahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında İddiaçı və həyat yoldaşı X1 yaşayırlar. İddiaçı qeyd edilən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14 saylı evin, 32 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının 01 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir. Həmçinin, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığınız müəyyən edilmişdir.”
İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, mənzil 32 üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 01 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 7 nömrəli xx.xx.2013-cü il tarixli protokolundan çıxarışa əsasən İddiaçı ailə tərkibi - X1 və Rəhimova (Şakərəmova) Aynurə Nurməmməd qızı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, mənzil 32 verilmişdir. Həmin mənzilə dair onunla Qaradağ rayonu MKTB 156 saylı MKİSnin rəisi X5 arasında xx.xx.2024-cü il tarixdə 126 saylı sosial kirayə müqaviləsi bağlanmışdır. İddiaçı həmin mənzilə qeydiyyata düşməklə, ailəsi ilə birlikdə orda mənzildə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, mənzil 32 üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və iddiaçıya daşınmaz əmakın dövlət reyestrində çıxarışın verilməsi üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda imtinanın səbəbi kimi hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 01 nömrəli sərəncamının xx.xx.2014-cü il tarixdə verilməsi və iddiaçının həmin mənzildə qeydiyyata alınmamasını bildirilmişdir. Bundan sonra iddiaçı həmin mənzilə qeydiyyata düşərək, xx.xx.2024-cü il tarixdə 126 saylı sosial kirayə müqaviləsi bağlamışdır. Sosial kirayə müqaviləsini və həmin mənzilə qeydiyyata düşməsi barədə arayışı da götürüb “ASAN xidmət” mərkəzində cavabdeh orqana müraciət edib növbəti dəfə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, mənzil 32 üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh orqanın əməkdaşları onun sənədlərini qəbul etməyərək, ona şifahi olaraq bildirmişdilər ki, artıq iddiaçıya bir dəfə cavab verilmişdir, bu işin həlli yalnız məhkəmə qaydasında mümkün ola bilər. Mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 və X4 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 58.3 kv.m, yaşayış sahəsinin faktiki ölçüsü 33.70 kv.m-dır.
Tərəflərin iştirakı və izahatları:
İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, ona verilmiş mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3cü maddəsi).
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın - hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması şərti də nəzərdə tutulmuşdur. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran sərəncam xx.xx.2009-cu il tarixdən sonraya aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Lakin, cavabdeh inzibati orqan bu hala istinad edərkən Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli sərəncamının əsasında təkcə mənzilin iddiaçıya ayrılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş məktubun deyil, ümumiyyətlə iddiaçının xx.xx.1989-cu il tarixdən mənzil növbəsində olması əsasının dayandığını nəzərə almamışdır. Təkzib olunmaz haldır ki, iddiaçı 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə dayandığı zaman ona hər hansı bir əmlak ayrılmamış, əmlakın ayrılması 2014-cü ildə həyata keçirilmişdir ki, bu da onun mübahisə predmetinə təşkil edən mənzilə münasibətdə hüquqlarının məhz həmin ildən yarandığının göstəricisidir. Baxmayaraq ki, iddiaçının mənzilə münasibətdə hüquqları 2014-cü ildə yaransa da, o, həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını gərçəkləşdirmək hüququna malikdir. Çünki, iddiaçı ilə yerli icra hakimiyyəti orqanı arasında yaranmış hüquq münasibətləri məhz onun mənzil növbəsinə götürüldüyü vaxtdan, yəni xx.xx.1989-cu il tarixdən yaranmışdır. Məhkəmə bildirir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən etibarən mənzil növbəsində olduğu halda, onun mənzillə təmin edilməsi barədə sərəncamın 2014-cü ilə aid olması onun iradə ifadəsindən asılı olmayan bir haldır. Belə ki, zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsində qeyd olunmuşdur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən mənzil növbəsinə dayandığı halda, onun mənzillə məhz 2014-cü ildə təmin olunması, yerli icra hakimiyyətinin hərəkətlərindən irəli gələn bir haldır və bu hal iddiaçının əlavə məsuliyyətə cəlb olunmasına səbəb ola bilməz. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının xx.xx.2009-cu il tarixdən sonra mənzillə təmin edilməsi iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə hesab edir ki, bu zaman sərəncamın 2009-cu il oktyabr ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Səbail Rayon İcra Hakimiyyətinin 2014-cü il sərəncamının əsasında duran hal, yəni iddiaçının xx.xx.1989-cu il tarixdən etibarən mənzil növbəsində olması əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynamışdır. (Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali Məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) iddiaçının yerli icra hakimiyyəti ilə münasibətləri həmin vaxtdan (2009-cu il oktyabrın 1-dək) əvvələ yarandığından (mənzil növbəsində olması əsası ilə), məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçı ilə yanaşı onun arvadı X1 və qızı Şakərəmova (Rəhimova) Aynurə Nurməmməd qızının da mənzilə münasibətdə hüquqları yaranmışdır. Lakin məhkəmə icraatı zamanı təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən də göründüyü kimi X1 və X4 mənzilin iddiaçının adına özəlləşdirilməsində etirazının olmadığını bildirmiş, bununla da iddianın təmin edilməsində iradə ifadəsini nümayiş etdirmişdirlər. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsas olan - “Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, 14 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığınız müəyyən edilmişdir” əsasa münasibətdə qeyd edir ki, həmin hal aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə cavabdehin iddaya etirazda göstərmiş olduğu - “İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 58.3 kv.m, yaşayış sahəsinin faktiki ölçüsü 33.70 kv.m-dır.” əsasa münasibətdə bildirir ki, bu hal formallığı əks etdirir və iddiaçının hüququnun məhdudlaşdırılmasının əsasını təşkil edə bilməz. İddiaçı konkret olaraq tələb etmir ki, hər hansı ölçüyə münasibətdə hüququ qeydiyyata alınsın. Onun tələbi verilmiş mənzilə münasibətdə hüququnun qeydiyyatı ilə bağlıdır. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 32 nömrəli mənzilə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X10